Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 2. Dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
307 multikulturalizm m N3pdf

Sual 2. Dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları 
 
Zərdüştilik. Zərdüştün anadanolma tarixini tədqiqatçıların çoxu zərdüştiliyin 
müqəddəs kitabı Avestaya görə hesablayırlar. Bu təxminən b.e.ə. 1500-1200, yaxud b.e.ə. 
1000-600-cü illər arasına düşür. 
Hələ yoxsul bir uşaq ikən, görünür, onu ruhani (din xadimi) olmağa hazırlayırdılar. 
Artıq 15 yaşında Zərdüşt ruhani olur. 20 yaşından 30 yaşadək o, tərki-dünya həyat tərzi 
keçirərək bütünlüklə öz hisslərinə, duyğularına qapılır. Saatlarla daldığı düşüncələrini və 
bunun nəticəsində əldə olunan özünüdərkin nəticələrini gil lövhəciklər üzərində yazır. 
O özü qatlarda başlanğıcda özünü atrvan – ruhani (din xadimi), mantran –mantr 
(ovsun) yazan, sonda isə vaedemna – «ilahi ilhamlı müdrik müqəddəs» adlandırır. 
Rəvayətlərə görə, Zərdüşt həqiqət axtarışında diyar-diyar dolaşarkən dəfələrlə zorakılıqlarla, 
müharibələrlə, qarət və qətllərlə, mal-qara oğruları ilə qarşılaşmışdır. Bütün bu hallarda o 
özünün gücsüz olduğunu görürdü. Ancaq ədalətə, əxlaqi təmizliyə can atması onu tanrının – 
Ahurun güclülərə də, zəiflərə də eyni dərəcədə aid olan, təmiz ideyaların təntənəsinə 
yönələn, əmin-amanlıq və qayda-qanun yaradan, dinc həyatı təmin edən qanununu 
axtarmağa sövq edirdi. 
Bu iki başlanğıc arasındakı mübarizə son nəticədə bir ümumi, dünya miqyaslı 
münaqişəyə (konfliktə) çevrilir. Bu dünya miqyaslı böyük ümumi prosesdə insana böyük rol 
verilmişdir. Zərdüşt qatlarda deyir: «Mən varlığın başlanğıcındakı iki ruh haqqında 
danışmaq istəyirəm. Onlardan işıqlı ruh (Spenta-Manyu) şər ruha (Auhra-Manyuya, Ahra 
Manyuya) dedi: "Bizim fikirlərimiz də, təlimlərimiz də, iradəmiz də, əqidələrimiz də, 
sözlərimiz də, işlərimiz də, inancımız da (dinimiz də), canlarımız da bir-birinə uyğun 
gəlmir…" Bu iki ruhdan Druc (yalan, hərc-mərclik) ruhu şər işini, Artu (həqiqət, qayda-
qanun) isə səmanı paltar kimi geyinən ən müqəddəs ruhu və Ahura-Mazdanı (xeyir 
Allahını) öz düzgün işləri ilə razı salanları seçdi. Bu iki ən ilk ruh düşüncədə də, sözdə də, 
işdə də biri xeyirxah, o biri yaramaz olan əkizlər kimi meydana gəldilər. Onlardan yaxşısını 
bədniyyətlər yox, xoşniyyətlər düzgün seçdilər». 
Zərdüşt öz təliminin başlanğıcında hind-İran tayfa dinində sayı çox olan bütün 
allahları ataraq xeyir allahı (tanrısı, məbudu) Ahura-Mazda kainatı və bütün canlı varlıqları, 
insanları və heyvanları yaradıb onlara xeyirlə şər, həqiqətlə (doğru ilə) yalan arasında azad 
seçim imkanı vermiş vahid bir Allah araya gətirmişdi. Burada onu qeyd etmək yerinə 
düşərdi ki, dini ideologiya tarixində ilk dəfə məhz zərdüştilikdə ictimai bəla problemi irəli 
sürülmüşdü. Belə ki, zərdüştiliyə qədərki sayı çox olan xeyir və şər allahları (tanrıları) 
cürbəcür qurbanlarla razı salınırdılar: onlardan bəzilərinə ehtiram əlaməti olaraq, 
başqalarına isə dəhşət və qorxudan qurban kəsirdilər. Ancaq onlarda ümumdünya xeyir və 
şər ideyaları hələ yox idi. İnsanlar taleyə boyun əyərək onun bütün «hədiyyələrini» dinməz-
söyləməz qəbul edir, hətta, nə yollasa, ona təsir göstərməyə belə çalışmırdılar. Birinci olaraq 
Zərdüşt öz təlimində ictimai bəla ilə mübarizənin bütün imkanlarından söz açdı. Budur, 


13
burada insana böyük rol verilir, o könüllü olaraq xeyir və şər düşərgələrindən birini 
seçməklə düzgün seçim etməlidir. Bu mənəvi seçim azadlığında şəxsiyyətin əsarətdən 
qurtulması öz əksini tapmışdır. Bu peyğəmbərin təliminə görə, insan Xeyrin, Həqiqətin 
(Doğrunun) və Vicdanın Şər, Yalan və Qaranlıq üzərində qələbəsinə kömək etməlidir. 
Bəs insan iki başlanğıcın gərgin mübarizəsində nəyə müraciət etməlidir? Hər 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin