1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə100/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   96   97   98   99   100   101   102   103   104
Kurikulumun əsasları (Mühazirələr)

1. Passiv ənənəvi təlim: Ənənəvi təlim zamanı şagirdlərin dərketmə fəallığı 
passiv, reproduktiv xarakter daşıyır.Belə dərsdə yalnız informasiyaların 
toplanmasına və yaddaşın məşq etdirilməsinə yönəlmiş, həyatın real 
təlabatlarından kənar olan təhsil şəraitində müasir dövrün şəxsiyyətinin, 
hərtərəfli inkişaf etmiş insanın formalaşdırılması çətindir. 
2. Müasir fəal təlim: Fəal təlim metodu elə təlim metodudur ki, dərs 
prosesində müəllimlə şagird arasında qarşılıqlı əlaqə, münasibət, 
ünsiyyət, müəllim- şagird əməkdaşlığı vardır.Şagirdlər passiv dinləyici 
deyillər.Onlar dərsin fəal iştirakçılarıdır, müəllimin yaxın köməkçisidir. 
Fəal təlimdə müəllim və şagird eyni səviyyədə, eyni dərəcədədirlər. 
3. Yeni interaktiv təlim: İnteraktiv təlim zamanı isə müəllimin başlıca 
vəzifəsi şagirdlərə yardımçı olmaqdan, təlim prosesində şagirdlərin 
fəaliyyətini əlaqələndirib onlara yaradıcı axtarışa həvəs yaratmaqdan, 
axtarıb araşdırmağı, nəyi harada öyrənməyi öyrətməkdən 
ibarətdir.İnterakiv təlim metodları özü də fəal təlim prosesinə daxil olan 
metodlardandır.Burada biliyin əsas qrup və çütlərlə iş formalarından
müntəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. 
İnteraktiv təlim bilik, bacarıq, təcrübə və vərdişlərə yiyəənməyə, 


cəmiyyətin vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, 
müstəqil çalışma, müstəqil düşünmə bacarıqlarının inkişafına kömək 
edən demokratik üsullarla aparılan təlim prosesidir. 
TƏLİMİN AMİLLƏRİ. 
Təlim prosesinin gedişinə və nəticələrinə çoxlu sayda müxtəlif səbəblər 
təsir göstərir; 
1. Birinci baş amil “ tədris materialı”dır.Bu amil olduqca özünəməxsus
informasiyadır.B aşqa informasiya ilə müqayisədə o, pedaqoji 
cəhətdən işlənmiş informasiyadır.Tədris informasiyası iki yerə ayrılır:
1)koqnitiv informasiya( bilik verən informasiya; yəni, kitabdan əldə 
olunan bilik- deklarativ bilik). 2) idarəedən informasiya (konqnitiv 
informasiyanı necə mənimsəmək haqqında siqnallar yəni prosedural 
bilik).Başqa informasiya ilə müqayisədə “tədis materialı” pedaqoji 
cəhətdən işlənmiş informasiyadır.Tədris prosesi üçün informasiyanın 
yararlılığı, onun gücə müvafiqliyi, təlimdə qazanılan nəticələr məhz 
həmin informasiyanın pedaqoji cəhətdən işlənilmə səviyyəsindən, 
keyfiyyətindən asılıdır.Baş amil kimi “tədris materialı”nın tərkibində 
iki kompleks amil bir – birindən məntiqi surətdə fərqlənir: 1) obyektiv 
informasiya kompleksi; 2)pedaqoji cəhətdən işlənmiş informasiya 
kompleksi.Birinci kompleksə tədris materialının məzmunu, kəmiyyəti, 
keyfiyyəti, forması, strukturu kimi ümumi amillər aiddir.İkinci 
kompleksə tədris materialının öyrənilmə ardıcıllığı, ona ayrılan vaxt 
və s. daxildir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin