1. Problemli təlim – dedikdə təlim prosesində problemli vəziyyət yaradıb
şagirdlərin təfəkkürünü, düşüncə tərzini inkişaf etdirmək nəzərdə tutur. 2. Proqramlaşdırılmış təlim – öyrədilən materialın məzmunu hissələrə ayırır,
hər hissənin icrası üzrə öyrənən (şagird və tələbə, işçi) xüsusi tapşırıq alır,
yerinə yetirilən tapşırıq möhkəmlənirilir, sonra digər hissə yerinə yetirilir,
səhvə yol verildikdə yeni izahat verilir və səhv edilən hissə yenidən yerinə
yetirilir. 3. Alqoritmləşdirilmiş təlim – müasir pedaqogikada xüsusi əhəmiyyətə
malikdir.Alqoritm müəyyən tipə aid idraki və əməli vəzifələrin məntiqi
ardıcıllıqla yerinə yetirilməsidir.Alqoritm prosesində bir və ya silsilə
məsələlərin həlli ən sadə addımlarla icra edilir və hökmən düzgün nəticəyə
gətirilir. 4. Differensial təlim – Təhsilalanın şəxsiyyətinə yönəlmiş təlimdir.Differensial
təlim – təlimi fərdiləşdirməyə imkan verir.Şagirdin maraqları nəzərə alınır. Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər: 1. Təhsilalanların
Qabiliyyətinə görə(ümumi qabiliyyətlər xüsusi qabiliyyətlər). 2. Təhsilalan-
ların Miqdarına görə.3.Təhsilalanların İxtisasına görə. Təlimin mötivləri: İdrak və sosial motivlər. TƏLİMİN PRİNSİPLƏRİ. Təlimin aşağıdakı prinsipləri vardır : (nikbinlik, hörmət və tələbkarlıq,
varislik, şagidin fəallığı prinsipi yoxdur).(testlərə ən çox bu prinsiplərlə
qarışıq formada düşür).
1. Elmilik prinsipi xüsusi bir əhəmiyyət kəsb edir.Bu prinsip hər bir fənnin
məzmununda elmin əsas, inkişaf meyillərini əks etdirən və eyni zamanda
müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ideyaları
müəyyənləşdirməyi tələb etmişdir.
2. Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi – Yeni təlim işi
bilavasitə həyatın tələbləri ilə əlaqələndirilməli, həyatla bağlanmalıdır.
Orta ümumtəhsil məktəblərində tədris edilən hər bir elmin həyati
əhəmiyyəti şüurlu surətdə dərk edilməlidir.