fəaliyyət sahələrinə tərbiyənin təsir gücü ilə əldə edilən nəticə arasında
mütənasiblik vardır. Tərbiyə prosesinin qanunauyğunluqları Tərbiyə, Təhsil,
Təlimin qarşılıqlı əlaqəsini təmin edir.
TƏRBİYƏNİN ÜSULLARI
Müasir pedaqogikada tərbiyənin aşağıdakı
üsulları mövcuddur.
1. İnandırma üsulu düzgün tərbiyə tələblərinin nədən ibarət olmasını izah
etmək və onların icrasının zəruriliyinə tərbiyə olunanları inandırmaq, bu
haqda onda əqidə yaratmaq üçün istifadə olunan yol və vasitələrə deyilir.
Disput inandırma üsuludur.
2. Alışdırma üsulu - əxlaqi hərəkəti dəfələrlə təkrar etdirməyə alışdırma üsulu
deyilir.
3. Rəğbətləndirmə və cəzalandırma :Rəğbətləndirmə tərbiyə olunanın
hərəkətlərinə müsbət, cəzalandırma isə mənfi qiymət vermək deməkdir.
Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu
rəğbətləndirmə növləri müəyyən
edilmişdir:
tərifləmə, təşəkkür, mükafatlandırma, tərifnamə. Cəza
tədbirləri bunlardır: danlaq, dərsdən kənar etmək, dərsdən sonra
saxlamaq – icra olunmamış tapşırığı icra etmək məqsədi güdür, şagirdi
pedaqoji şuraya çağırmaq, əmrlə töhmət, paralel sinifə köçürmə, başqa
məktəbə köçürmə, məktəbdən xaric etmək.
4. Müəllimin – tərbiyəçinin şəxsi nümunəsi.- nümunə əyani tərbiyə üsulu olub
tərbiyə olunanlara güclü təsir vasitəsidir.Tərbiyəçi və müəllimin verdiyi
tərbiyə tələbənin daşıyıcısı olması zəruri pedaqoji tələbdir.
Tərbiyə işinin əsasında dayanan ideyalar bunlardır:
1. Tərbiyə məqsədlərində realizim(reallıq olmalı yəni tərbiyə prosesində
real toxunulacaq vəziyyət, tərbiyə edən, tərbiyə olunan olmalıdır)
Dostları ilə paylaş: