7. Yaxşı keyfiyyətlərə istinad etməklə qusurlarını aradan qaldırılması prinsipi. Həyatda elə uşaq yoxdur ki, o yalnız müsbət yaxud mənfi sifətlərin
təcəssümündən ibarət olsun.Hər bir uşaqda hər iki sifətin az və ya çox
dərəcədə nümunələrinə rast gəlmək mümkündür.Təcrübəli müəllimlər
həmişə nikbin olur, heç bir çətinlik önündə ruhdan düşmür, uşaqdakı yaxşı
sifətlərə istinad etməklə onların qusurlarını asanlıqla aradan qaldırırlar. 8. Tərbiyədə uşağa hörmət və tələbkarlıq prinsipi 9. Tələblərdə vahidlik prinsipi 10.Tərbiyədə sözlə əməlin birliyi prinsipi 11.Tərbiyədə aşkarlıq prinsipi 12.Tərbiyədə uşağa hərtərəfli təsir göstərmək prinsipi 13.Tərbiyədə ardıcıllıq və sistemlilik prinsipi 14.Kollektivdə kollektiv vasitəsilə tərbiyə prinsipi 15.Tərbiyədə tərbiyə edənlə, tərbiyə edilənin birgə fəaliyyəti prinsipi TƏRBİYƏ PROSESİNİN QANUNAUYĞUNLUQLARI Təlimin qanunauyğunluqları dedikdə bu anlayış sabit təkrarlanan və tərbiyə
prosesində mühüm əlaqədə olan amilləri nəzərdə tutur ki, onların yerinə
yetirilməsi şəxsiyyətin inkişafı və formalaşmasında səmərəli nəticəyə gətirib
çıxarır.Tərbiyə prosesinin qanunauyğunluqları aşağıdakı kimi müəyyənləşdirilmiş
– dir.1. Bütün tarixi mərhələlərdə tərbiyənin xarakteri istehsalın obyektiv tələbləri və cəmiyyətin aparıcı sinfinin maraqları ilə müəyyənləşir ki, bu da onun mühüm qanunauyğunluqlarını təşkil edir. 2. Mütəşəkkil tərbiyə prosesi – ictimai həyatın obyektiv və subyektiv amilləri ilə şərtlənir. 3. Tərbiyə cəmiyyətin inkişafı ilə qarşılıqlı əlaqədə, dialektik vəhdətdədir. 4. İnkişaf həm verbal proseslərlə(nitqlə,tə fəkkürlə), həm də sensor – hərəki proseslərlə bağlıdır.Verbal proseslər- şüurun, mənəviyyatın, sensor – hərəki prosesləri isə isə praktik hərəkətlərin əsasında formalaşır. 5. Tərbiyə əməli fəaliyyət və