hər fənnə verilən saatların miqdarını, təhsilin müddətini, şagirdlərin
fəaliyyət növlərini əks etdirən sənədə TƏDRİS PLANI deyilir.
TƏDRİS PROQRQMLARI (müəllimdə olur).Tədris planı əsasında bütün fənlər
üzrə tədris proqramları tərtib olunur.Tədris proqramlarında aşağıda- kılar öz
əksini tapır:
1. Fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi,
şagirdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan
forma və metodları; 2. Öyrənilən materialın tematik məzmunu; 3.fənnin
ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların
təxmini miqdarı; 4. Fənlərarsı və kurslararası əlaqələri yaratmaq üçün
göstərişlər; 5. Tədris avadanlığının və əyani vəsaitlərin siyahısı; 6.Tövsiyyə
edilən ədəbiyyat.
Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı
inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris
proqramında nəzərdə tutulur. Deməli,
tədris planına əsasən fənnin
hissələrini və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri
göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və
izahat vərəqinə malik olan sənədə TƏDRİS PROQRAMI deyilir.(yəni,
burada hər mövzuya verilən saat, saatların miqdarı göstərilir və tədris
planına əsasən hazırlanır).
DƏRSLİK KOMPLEKTİ : metodik vəsait, dərslik və iş dəftəri.
Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli
resuslardan biridir.Şagird şəxsiyyətinin formalaşmasında dərsliklər mühüm
rol oynayır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas
üsullarını formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait kimi
dəyərləndirilir. Dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə
hazırlamaq üçün bir sıra mühüm
pedaqoji prinsiplərin gözlənilməsi
zəruri
hesab edilir.Bunların sırasında aşağıdakılar vardır.(Dərslikdə
şüurluluq,
Dostları ilə paylaş: