Təhsilalanların və Təhsilverənlərin hüquq və vəzifələri:
Təhsilalanların Hüquqları aşağıdakılardır:
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul
olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma
formasını və təhsil dilini sərbəst seçmək;
- Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; müvafiq qaydada
təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti
seçmək;
- Ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini,
semestrlər üzrə kreditlərin miqdarını, təhsiverənləri və tyutorları sərbəst
seçmək;
- Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin
olunmaq; və s.
Təhsilalanların Vəzifələri aşağıdakılardır:
- Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
- Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
- Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
- Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-
tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.
Dostları ilə paylaş: