1. kurikulumun əsaslari


Pedaqoji prosesin YEKUN mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə81/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   77   78   79   80   81   82   83   84   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

Pedaqoji prosesin YEKUN mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. 
həm Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nəticə çıxarır, 
öyrənir və həm də inkişaf edir.Ona görə də ciddi təhlil və özünütəhlil pedaqoji 
ustalığın yüksəldilməsinin ən mühüm şərtidir.Pedaqoji prosesin gedişi və 
nəticələri proqnozlara uyğun gəlmirsə, onda səhvin harada, necə və nə üçün 
buraxıldığını müəyyən etmək lazımdır. 
Pedaqoji prosesin texnoloji əsasları 


Pedaqoji prosesin təşkili texnologiyası prosesin müvəffəqiyyətlə keçməsinin 
həlledici şərtlərindən biridir.Buraya fəaliyyətin təhlili, diaqnostikası, proqnozun 
müəyyənləşdirilməsi və layihənin işlənib hazırlanması daxildir.Pedaqoji 
prosesin təşkili texnologiyası özü bir- biri ilə vəhdətdə olan üç texnologiyadan 
ibarətdir: 
1. Məzmun yaradılması texnologiyası 
2. Maddi vasitələr texnologiyas 
3. Fəaliyyətin texnologiyası 
Bu üç texnologiya bir-birindən öz predmetlərinə görə fərqlənir.Hər üç texnologiya- 
da müəllim ardıcıl olaraq analitik, proqnozlaşdırma və lahiyələşdirmə fəaliyyətini 
həyata keçirir.Pedaqoji prosesin texnologiyası yalnız müəllim deyil, həm də şagird-
ləri nəzərə almaqla yaradılmalı və həyata keçirilməlidir.Pedaqoji prosesin 
bilavasitə həyata keçirilməsi texnologiyasını aşağıdakı kimi etmək olar: 
1. İnformasiyanı vermək texnologiyası 
2. Tədris- idrak fəaliyyətinin və digər inkişafetdirici fəaliyyət növlərinin
təşkili texnologiyası 
3. Şagirdlərin fəallığının stimullaşdırılması texnologiyası 
4. Pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası 
5. Pedaqoji prosesə cari nəzarətin həyata keçirilməsi texnologiyası 
Təhsil və tərbiyə texnologiyalarında iştirak edən bütün komponentlər – məqsəd, 
vəzifə, məzmun, metod, vasitə, forma –öz funksiyalarını daim müasirləşdirməyə
möhtacdır. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin