1. kurikulumun əsaslari


Müəllimin etik davranış prinsipləri



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə79/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   75   76   77   78   79   80   81   82   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

Müəllimin etik davranış prinsipləri. 
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və 
müvafiq tələblərə ciddi şəkildə əməl edilməlidir. 
1. Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan 
Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, 
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrin tələblərinə, insan hüquqları və demokratik prinsiplərə əməl 
etməyə borcludur. 
2. Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə 
fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur.Müəllim 
bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 
3. Peşəkarlıq və fərdi məsuliyyət– müəllim öz fəaliyyətini Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər 
çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə 
funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. 
4. Loyallıq –müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və 
digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin 
fəaliyyəti ilə əlaqədar(qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai 
mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət 
verilməsindən çəkinməlidir.Müəllim peşə fəaliyyəti zamanı müəllim adına 
və nüfuzuna, habelə təhsil təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə 
biləcək hərəkətlərə yol verilməməlidir. 
5. Mədəni davranış –müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə 
davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.Müəllim peşə 
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirmə 
-li və onlardan düzgün nəticə çıxarılmalıdır. 
6. Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin