4. Etik davranış prinsipləri Müəllimin pedaqoji fəaliyyətində yaradıcılığı onun xüsusi pedaqoji qabiliyyətlərə malik olmasını tələb edir.Pedaqoji qabiliyyətlər müəllim – şagird
münasibətlərində müəllimin əqli, emosional – iradi cəhətlərini xarakterizə edir.
Pedaqoji qabiliyyətləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Şəxsi qabiliyyətlər dedikdə, adətən, şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Burada uşaqlara
rəğbət bəsləmək, hörmət və ehtiyatla yanaşmaq, təmkinlilik, ozünə sahob
olmaq(özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq
üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətini aid etmək olar. 2. Didaktik (öyrətmək) qabiliyyətlər isə müəllimin zəruri məlumatlarını
şagirdlərə çatdıra bilmək, materialı uşaqların səviyyələrinə uyğunlaşdır-
maqla onlara çatdırmaq, material və problemi aydın və anlayışlı şəkildə
şagirdlərə təqdim etmək, fənnə qarşı maraq oyatmaq, şagirdlərdə fəal
müstəqil fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir.Buraya konkret
olaraq müəllimin izah edə bilmək qabiliyyətini və ekspressiv- nitq qabiliyyətini (müəllimin natiqlik qabiliyyətidir yəni münasibətdə olduğu şəxsə ifadəli, anlaşıqlı təsir edə bilməsi deməkdir) aid etmək olar 3. Təşkilatçılıq qabiliyyəti.Müəllim – şagird münasibətləri üçün çox
əhəmiyyətlidir.Bu cür qabiliyyətlərə malik olan müəllim – şagird kollektivini
təşkil etməyi, onu möhkəmləndirməyi, istiqamətləndirməyi bacarır.Belə
müəllim icra edəcəyi bi işdə öz təşkilatçılığını göstərir, öz işlərini
planlaşdırmağı, ona nəzarət etməyi bacarır, vaxtı düzgün hiss edir, düzgün
bölür, artıq vaxt itirmir.Ona görə də bu cür qabiliyyətə malik olan
müəllimlər gözəl təşkilatçılıq nümunəsi göstərməklə vaxtdan səmərəli
istifadə edə bilirlər.