1. kurikulumun əsaslari


Kommunukativ qabiliyyətlər müəllimin şagirdlərə düzgün ünsiyyət və



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə76/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   72   73   74   75   76   77   78   79   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

4. Kommunukativ qabiliyyətlər müəllimin şagirdlərə düzgün ünsiyyət və 
münasibətini rəftarını nəzərdə tutur.Pedaqoji cəhətdən əsaslı kommunuka- 
tiv qabiliyyətlər uşaqlarla düzgün əlaqə və münasibət yaranmasına imkan 
verir.Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş 
və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərə pedaqoji nöqteyi- 
nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı
aiddir.Lakin burada iki cür qüsurun qarşısını almaq lazımdır.Birincisi, 
şagirdlərə qarşı yad münasibət bəsləmək, daima vəziyyətlər arasında fərqi 
nəzərə çatdırmaq, şagirdlərlə özü arasında “məsafə” yaratmaq; İkincisi, 
yalançı dostluğa, formal münasibətlərə yol vermək, özü ilə şagirdlər 


arasında hər cür sərhəddi silmək.Bu cür yanaşma tərzlərinin hər ikisi eyni 
dərəcədə zərərlidir. 
5. Perseptiv qabiliyyətlər  isə şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird 
şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətinin incəliklərinə qədər başa
düşməklə bağlı olan qabiliyyətlərdir.Bu cür qabiliyyətə malik olan müəllim 
hazırki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və 
eləcədə anlayır. 
6. Suqqestiv qabiliyyət; (latınca”təlqin”deməkdir).Müəllimin şagirdlərə iradi- 
emosional təsir göstərmək qabiliyyətidir.Belə qabiliyyət nəticəsində 
müəllim şagirdə verdiyi hər hansı bir tələbin yerinə yetirilməsinə nail olur. 
Suqqestiv qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin 
inamından asılıdır.Burada söhbət müəllimin, sakit, şagirdləri kobudcasına 
sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələb və tapşırığını 
irəli sürməsi və ona nail olmasından gedir. 
7. Pedaqoji təxəyyül qabiliyyətində olan müəllim şagirdlərlə daim ünsiyyət və 
münasibətdə olarkən öz təlim və tərbiyə işinin nəticəsini əvvəlcədən 
görməyi, təsəvvür etməyi bacarır.Burada pedaqoji təxəyyül mühüm rol 
oynayır.Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini 
qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb, onu 
istiqamətləndirməyi bacarır, onda, hansı keyfiyyətləri inkişaf etdirməyin 
mümkün olduğunu görür. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin