1. kurikulumun əsaslari


Diqqəti paylaya bilmək qabiliyyətinə



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə77/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   73   74   75   76   77   78   79   80   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

8. Diqqəti paylaya bilmək qabiliyyətinə malik olan müəllim öz diqqətini iki və 
daha artıq fəaliiyət obyekti üzərində paylaya bilir. 
 
9. Pedaqoji refleksiya qabiliyyətinə  malik olan müəllim öz vəziyyətini dərk 
etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, 
tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji 
ünsiyyətin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra, 
müqayisə edə bilir. 
10.Müəllimin aktyorluq fəaliyyəti. Aktyor və müəllimin fəaliyyətində oxşar 
cəhətlər çoxdur.Hər ikisinə tərbiyəçi demək olar.Müəllim məktəbdə, aktyor 
isə teatrda tərbiyə işi ilə məşğul olur.Aktyor səhnədən dinləyicilərə, 
damaşaçılara, onların hisslərinə və şüuruna təsir göstərir.Müəllim isə bu 
vəzifəni sinif otaqlarından yerinə yetirir.Həm aktyor, həm də müəllim 
insanlar qarşısında çıxış edir.Hər ikisinin özünəməxsus auditoriyası vardır. 
Aktyor da, müəllim də başlıca olaraq söz vasitəsilə öz dinləyicilərinin 
şüuruna, qəlbinə yol tapmağa çalışır. Müəllim də bir aktyor məharəti ilə onu 
dinləyənləri müəyyən haldan-hala sala bilir, onlara müəyyən emosional 
təsir göstərir. Beləliklə, deyə bilərik ki, müəllim aktyorluq qabiliyyətinə 
malik olmalıdır.Aktyorluq qabiliyyətinə malik olmadan uğurlu müəllimlik 


fəaliyyətini yerinə yetirmək olmaz.(Məsələn, 20 Yanvar şeiri emosiya ilə 
söyləyərək uşaqlara həmin anı təsəvvür etməyi yaşada bilər) 
11.Müəllimin tədqiqatçılıq qabiliyyəti pedaqoji situasiyaları və prosesləri dərk 
etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir. 
12.Müəllimin elmi-idraki qabiliyyətləri(akademik qabiliyyət).Seçdiyi sahə üzrə 
elmi bilikləri mənimsəmə qabiliyyətidir. 
13.Təlim qabiliyyəti. Tədris materialının əyani vasitələri, avadanlığı seçmək və 
hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı 
nəql etmək, tədris –idrak maraqlarını və onların mənəvi təlabatlarını 
stimullaşdırmaq bacarığıdır. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin