qaydalarını pozduğu halda pozuntu tez bir zamanda aradan qaldırmalı,
ictimai etimadın bərpasına çalışmalıdır.
9. Konfidensiallıq – qanunvericiklə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların
valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan
məlumat olan məlumatların konfidensiallığını təmin etməlidir.
25. PEDAQOJİ PROSESİN MƏRHƏLƏLƏRİ
PLAN :
1. Pedaqoji prosesin texnoloji əsaslar
2. Pedaqoji innovasiyalar
3. Pedaqoji sistemin optimallaşdırılması
4. Didaktika.
Pedaqoji prosesin mərhələləri aşağıdakılardır:
Hazırlıq, Əsas, Yekun.
Pedaqoji prosesin HAZIRLIQ mərhələsində prosesin nəzərdə tutulmuş
istiqamətdə və surətlə baş verməsi üçün zəruri şərait yaradılır.Bu mərhələdə
aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məqsədin qoyulması, şəraitin
diaqnostikası, nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının
planlaşdırılması və s. Məsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil
sisteminin qarşısında duran ümumi pedaqoji məsədi konkret vəzifələrə
çevirmək deməkdir.Məqsəd pedaqoji prosesin konkret sistemi ilə bağlıdır.
Pedaqoji prosesin ƏSAS mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri
özündə birləşdirir.Bu mərhələ özlüyündə digər sistemlərdən nisbi təcrid
olunmuş bir sistemdir.Onun aşağıdakı elementləri vardır: qarşıdakı fəaliyyətin
məqsəd və vəzifələrinin müəyyən olunması və izah edilməsi; pedaqoqlarla
şagirdlərin qarşılıqlı təsiri; pedaqoji prosesin nəzərdə tutulmuş metodları;
vəzifələri və formaları; əlverişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini
stimullaşdırmaq üçün müxtəlif tədbirləri həyata keçeirmək; pedaqoji prosesin
digər proseslərlə əlaqəsini təmin etmək.
Dostları ilə paylaş: