1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə82/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   78   79   80   81   82   83   84   85   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

PEDAQOJİ İNNOVASİYALAR 
İNNOVASİYA( ingiliscə “ innovation”- sözündən götürülüb, mənası “yenilik” 
deməkdir) dedikdə geniş mənada təlim, təhsil –tərbiyə prosesinin gedişini və 
nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yenilik 
başa düşülür.Bu sistemin komponentlərindən hər biri ən kiçik elementlərlə 
parçalana bilər.Başqa sözlə, pedaqoji sistem qarşıya qoyulmuş məqsədə çatmağı 
təmin edən sabit təşkilati –texnoloji kompleksdir.Müasir pedaqoji sistem 
texnologiyasız ola bilməz.Texnologiya olan yerdə keyfiyyətdə olur.Keyfiyyət 
pedaqoji sistemin imkanlarını müəyyən edir və o, müəyyən mənada 
idarəetmədən asılıdır. İnnovasiyaların obyekti aşağıda göstərdiyimiz 
problemlərdir: - təlim və tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə, 
oxumağa olan marağı) necə yüksəltmək; - dərsdə öyrənilən materialın həcmini 
necə artırmaq; - təlimin sürətini necə artırmaq; vaxt itkisini aradan 
qaldırmaq.Təlim və tərbiyə prosesinin məhsuldarlığı həmişə pedaqoji sistemin 


təkmilləşdirilməsi ilə bağlıdır. Pedaqoji (prosesin) sistemin təkmilləşdirilməsi 
yolları bunlardır.:
1. İntensiv yol (fransız sözü “intensiv” sözündən götürülmüşdür, mənası 
“gücləndirmək”, “məhsuldarlığı artırmaq” deməkdir). İntensiv yol pedaqoji 
sistemin inkişafını daxili ehtiyatlar hesabına həyata keçirməyi nəzərdə tutur. 
2. Ekstensiv yol(latın sözü”extensivus” sözündən götürülmüşdür, mənası
“genişləndirmək” uzatmaq deməkdir)Ekstensiv yol pedaqoji prosesə əlavə
qüvvə, vaxt və vəsait cəlb olunmasını nəzərddə tutur, yəni pedaqoji 
avadanlıqların, texnologiyaların, kapital qoyuluşların və s. cəlb edilməsinə
əsaslanır. 
Pedaqoji sistemin optimallaşdırılması 
Təhsil, təlim, tərbiyə prosesinin optimallaşdırılması bütünlükdə pedaqoji 
sistemə aid edilən innovasiyadır.Optimallaşdırma( optimum - ən yaxşı) 
mümkün olan variantlardan ən yaxşısını seçib götürmək prosesidir. 
Pedaqoji sistem kimi mürəkkəb, dinamik, çoxplanlı sistemdə təlim, təhsil, 
tərbiyə prosesinin qurulmasının və təşkilinin, orada məqsədlərə nail 
olmağın minlərlə mümkün variantları mövcuddur.Konkret şəraitdə onlardan 
ancaq biri ən yaxşı ola bilər.Onu axtarıb tapmaq optimallaşdırmanın başlıca 
vəzifəsidir.Bu vəzifə mümkün variantları müqayisə etmək və alternativləri 
qiymətləndirmək yolu ilə həll edilir.Optimallaşdırma pedaqoj sistemin 
qarşıya qoyulmuş məqsədinə uyğun olmalıdır.Çünki həmin sistem o 
məqsədə nail olmaq üçün yaradılıb.Bu şəraitdə əldə edilən optimallıq digər 
şərait üçün yararlı olmaya da bilər, ona görə ki, optimallaşdırma anlayışı 
həmişə konkretdir.Optimallaşdırmanın nəzəri və praktik istiqamətləri vardır. 
Pedaqoji ədəbiyyatda təlim –tərbiyə prosesinin optimallaşdırılmasının əsas 
meyarı kimi bir-biri ilə üzvi əlaqəsi olan iki göstərici əsas götürülür: 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin