1. kurikulumun əsaslari


Müəyyən şəraitdə şagirdlərin təhsil- tərbiyəsi və inkişafında



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə83/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   79   80   81   82   83   84   85   86   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

1. Müəyyən şəraitdə şagirdlərin təhsil- tərbiyəsi və inkişafında 
maksimum mümkün olan nəticələr əldə etmək; 
2. Həmin yaşda olan şagirdlərin sinif və ev işinə ayrılan vaxt normalarını 
gözləmək. 
 
 
DİDAKTİKA 
TƏLİM VƏ TƏHSİL HAQQINDA ELMDİR(Tərbiyə yoxdur) 
“Didaktika” termini pedaqojika elminə XVII əsrdə daxil olmuşdur.Didaktika yunan 
sözü olub, hərfi mənası “Öyrədirəm” deməkdir.Bu termin ilk dəfə alman 


pedaqoqu Volfranq Ratke(1571-1635) və çex pedaqoqu Yan Amos 
Komenski(1592-1670) tərəfindən işlədilmişdir. Pedaqogikanın formalaşmış 
sahələrindən biri olan didaktika özü qollara şaxələnmişdir.Ümumi didaktika, 
xüsusi didaktika, məktəbəqədər təlim- tərbiyə didaktikası, məktəb didaktikası, ilk-
peşə ixtisas məktəbi didaktikası orta ixtisas məktəbi didaktikası, ali məktəb 
didaktikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili didaktikası, xüsusi məktəb 
didaktikası, ixtisasartırma didaktikası, əlahiddə didaktika və s.Ümumi didaktika 
təlim prosesinin obyektiv qanunauyğunluqlarını, onları şərtləndirən amilləri üzə 
çıxarmağa çalışır.Söhbət bu və digər fənnin, yaxud bir qrup fənnin tədrisi 
qanunauyğunluqlarından deyil, bütün fənnlərin tədrisinə xas olan ümumi 
qanunauyğunluqlardan gedir.Ümumi didaktika müəyyən etmişdir ki, məsələn, 
bütün fənnlərin tədrisində təkrar olunan səciyyəvi hallar vardır; müəllim- və şagird 
fəaliyyətinin bir-birini şətrləndirməsi, tədris vəzifələrini şagirdlərin başa 
düşməsinə müəllimin rəhbərliyi; təlim zamanı formalaşan anlayışların əməli işə 
tətbiqi; biliyin tətbiqi zamanı bacarıq və vərdişlırin formalaşması zamanı və 
s.Xüsusi didaktikaların (Hər bir fənnin özünəməxsus xüsusiyyəti var.Bunlara çox 
vaxt”metodikalar” deyirlər; bəzi ədəbiyyatda “xüsusi didaktika” əvəzinə “fənn 
didaktikası” anlayışıda işlədilir) vəzifəsi konkret fənnlərin təlimi xüsusiyyətlərini 
meydana çıxarmaqdan ibarətdir.Ümumi didaktika ayrı-ayrı fənlərin tədrisi 
metodikasına və xüsusi didaktikaya əsaslansa da, onlara xas spesifik halları özündə 
ehtiva etmir.Halbuki, konkret fənni(məsələnbotanikanı, zoologiyanı, insan 
anatomiyası və fiziologiyasını, ümumi biologiyanı) tədris edən müəllim üçün iki 
cəhəti: ümumi didaktikanın müəyyənləşdirdiyi qanunauyğunluqların konkret 
fənnin tədrisində necə təzahür etdiyini və konkret fənnin tədrisi üçün səciyyəvi 
olan qanunauyğunluqları bilməsi daha vacibdir.Xüsusi didaktika, məsələn, bioloji 
fənnlərin tədrisi problemlərini ümumiləşmiş şəkildə əhatə edən biologiyanın 
tədrisi metodikası, fizikanın ayrı-ayrı sahələrinin tədrisi məsələlərini əhatə edən 
fizikanın tədrisi metodikası və s. aiddir. Ümumi didaktika bütün xüsusi 
didaktikaları ümumiləşmiş şəkildə özündə birləşdirir və onların özəyinə çevrilir, 
fənnlərin tədrisinə vahid mövqedən yanaşılmasına imkan verir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin