1. kurikulumun əsaslari


 TƏHSİL. TƏHSİLİN MƏZMUNU



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə84/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   80   81   82   83   84   85   86   87   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

26. TƏHSİL. TƏHSİLİN MƏZMUNU 
PLAN:
1. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri 
2. Təhsil alanların və təhsil verənlərin hüquq və vəzifələri 


3. Tədris planı və Tədris proqramı 
4. Dərslik komplekti: metodik vəsait, dərslik və iş dəftərləri 
Təlim və tərbiyənin nəticəsində Təhsil meydana gəlir.Təhsil inkişafı təmin etmək 
üçün lazımdır. Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vəardişlərin mənimsənil- 
məsi prosesi və onun nəticəsidir.” Təhsil cəmiyyətin və dövlətin mənafeyi 
naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etdirilməsi və 
həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və 
vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir” 
Humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan 
hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və 
insanlara qayğı hörmətin, tolerantlıq və dözümlülüyün, prioritet kimi qəbul 
olunması; 
Demokratiklik - təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, dövlət- 
ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların 
genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması; 
Bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında həhsil almasına 
imkanlar yaradılması və təhsil hüququnun təmin olunması 
Millilik və Dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların 
dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması 
və inkişaf etdirilməsi 
Keyfiyyətlilik – təhsilin mövcud standartlara, normalara, sosial iqtisadi tələblərə, 
şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu 
Səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son 
nəticəyə istiqamətlənən müasir metodlarla təşkili. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin