1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə74/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   70   71   72   73   74   75   76   77   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

4. Etinasız əməkdaşlıq. Belə əməkdaşlıq növündə müəllim şagirdlərin 
fəaliyyəti, problemləri ilə maraqlanmır, kollektivin ətrafdakı həyatına 
laqeyid münasibət bəsləyir.Belələri bəzən cəmiyyətdə baş verən hadisələrə, 
biganədir.Belə müəllimləri uşaqlar sevmir, onların dərslərinə də laqeyid 
münasibət göstərirlər. 
5. Qeyri müəyyən əməkdaşlıq. Belə əməkdaşlıq növündə müəllim şagirdlərlə
həmişə eyni cür münasibətdə olmur.Bir müddət həlim, xöş ünsiyyət 
münasibətində olur, sonra isə dəyişilərək sərt, inzibatçı bir müəllimə 
çevrilir.Yaxud müəllim əhval- ruhiyyəsindən asılı olaraq uşaqlarla ünsiyyət 
və münasibəti dəyişir.Belə ki, əhvalı yaxşı olanda yaxşı münasibətdə olur, 
əhvalı pis olanda isə uşaqlarla pis münasibətdə olur.Belə əməkdaşlıqda hər 
cür yeni fikirdən uzaqdır. 
6. Demokratik əməkdaşlıq. Belə əməkdaşlıq yeni pedaqoji təfəkkürün 
məhsuludur.Bu ən düzgün, ən humanist əməkdaşlıq hesab edilir. Belə 
əməkdaşlıqda müəllim şagirdlərlə işgüzar münasibətdədir.Müəllim uşaqlarn 
arzu və maraqlarını, fərdi psixoloji xüsusiyyətlərini ciddi nəzərə alır. O, uşaq- 
ların səviyyəsinə enməyi bacarır, “onların dilində” danışa bilir.Belə müəllim, 
öz fəaliyyətində kollektivə arxalanır, onlarla məsləhətləşərək, uşaqların 
tənqidi qeydlərinə qulaq asır, onların fəallıq və təşəbbüskarlığını inkişaf 
etdirir.Belə əməkdaşlığa malik olan müəllimin hörmət və nüfuzu yüksəkdir. 
O uşaqların təlim və tərbiyəsini daha yaxşı təşkil edə bilir. 
 
24. MÜƏLLİMİN PEDAQOJİ QABİLİYYƏTİ, PEDAQOJİ USTALIĞI VƏ
DAVRANIŞ PRİNSİPLƏRİ. 
PLAN: 
1. Xüsusi pedaqoji qabiliyyətlər 
2. Müəllimin pedaqoji taktı 


3. Ekspressiv -mənalı hərəkətlər, Prosodika və ekstralinqvistika, Takesik
ünsiyyət vasitələri, Proksemik vasitələr. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin