Müəllimlik peşəsinə verilən pedaqoji tələblər :
1.
Müəllimin peşəsinə sevgisi.
2.
Müəllimin ixtisasına uyğun biliklər sisteminə yiyələnməsi
3.
Müəllimin öyrətmə metodikası
Müəllim- Şagird münasibətlərinin formaları
Müəllim- şagird münasibətlərinin müvəffəqiyyətlə qurulması üçün müəllimin
rəhbərlik mövqeyi çox əhəmiyyətlidir.Müəllimin rəhbərlik mövqeyi aşağıdakı
formalarda özünü göstərə bilir:
1. Lokator mövqeyi. Belə müəllimlər şagirdlərə seçici münasibət bəsləyir.Yəni
müəllim ya şagirdin imkanları, ya təlimə münasibəti, ya ailə imkanları və ya
sinifdə tutduğu möve baxımdan şagirdlə ünsiyyət yaradır.Demək, müəllim
bütün şagirdlərə eyni formada ünsiyyət yaratmır.
2. Çin səddi mövqeyi.Bu mövqeyə
malik olan müəllim,şagirdlə və ya tələbə ilə
öz arasında böyük və keçilməz bir sədd yaradır.O sədd şagirdin müəllimlə
ünsiyyətinə mane olur və onu çətinləşdirir.Belə mövqedə müəllimlər,
şagirdlərə müəllimə yaxın olmağa, ona sual verməyə, ondan məsləhət
almağa imkan vermir.Belə mövqeyə malik olan müəllim yalnız dərsi
deməklə öz vəzifəsini hesab etmiş olur.Halbuki müəllimin işinə verilən
tələblərdən biri onun qayğıkeş olması və şagirdlərlə düzgün ünsiyyət
yaratması təmin edilməlidir.
3. Robot mövqeyi. Bu o deməkdir ki, şəraitin, vəziyyətin dəyişməsinə
baxmayaraq müəllim ünsiyyət və münasibətini də dəyişmir.Əvvəlki qaydada,
yəni əvvəllər planlaşdırdığı formada aparır.
Dostları ilə paylaş: