verən, istiqamət verən, məsləhət verən, yol göstərən, tərbiyə edəndir. Məhdud mənada müəllim dedikdə, kiməsə nəyisə öyrədən, məsləhət və
istiqamət verən şəxs başa düşülür.Geniş mənada müəllim dedikdə , xüsusi
təhsil görmüş, tədris müəssisələrinin birində insanları bilik, bacarıq və
vərdişlərlə silahlandıran, onlara yol göstərən, istiqamət verən savadlı, bilikli,
mədəni, geniş və hərtərəfli dünyagörüşə malik şəxs başa düşülür.
Müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətləri aşağıdakı kimi şərh edilir. – Müəllimlik peşəsi demək olar ki, cəmiyyətimizdə kütləv peşədir.Çünki
nəsilləri öyrətmək, tərbiyə etmək çox gərəkdir.Buna görədə müəllimlik
peşəsinə həmişə ehtiyac duyulmaqdadır. – Müəllimlik peşəsi nadir peşədir. Çünki müəllim çox olsa da,yadda qalan bir-iki nəfər olur. Onlarda Çünki
müəllim insan üzərində işləyir və burada səhvə yol vermək olmaz.Bu işdə
buraxılmış səhv, nöqsan öz nəticəsini dərhal olmasa da, bir müddətdən
sonra hökman göstərəcəkdir. –Müəllimlik mürəkkəb bir peşədir.Bu
mürəkkəblik onun yaradıcı olması ilə bağlıdır.Müəllim bir anda müxtəlif
rollarda çıxış etməli olur.O, müxtəlif intonasiyalarla, müxtəlif jest və
hərəkətlərlə işləyir.Hər bir uşağın “oz dili ilə ilə” danışır. – Müəllim əməyi
yeganə səciyyəvi sənətdir ki, özü öz əməyini qiymətləndirir.Yəni uşaqlara verdiyi biliyin nəticəsini özü yoxlayır. Pedaqoji peşənin prinsipləri: 1. Vətənpərvərlik prinsipi.Müəllim öz
yetişdirmələrində vətənə böyük məhəbbəti və dərin vətən sevgisi
aşılandalıdır. Müəllim peşəsinin mühüm bir prinsipi peşə fədakarlığıdır. Yəni müəllim öz peşəsi yolunda canını, qanını qoymalı, yetişdirmələrinin
səadəti naminə fədakar olmağı bacarmalıdır.Həmrəylik prinsipi tələb edirki,
müəllim pedaqoji kollektivdə səmimi və xoşrəftar olsun.O, kollektivdə
yaranan qruppabazlığa, intriqaya, fərdçiliyə qarşı barışmaz olmalıdır.