1. kurikulumun əsaslari


 MÜƏLLİMİN PEDAQOJİ FƏALİYYƏTİ



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə69/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   65   66   67   68   69   70   71   72   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

23. MÜƏLLİMİN PEDAQOJİ FƏALİYYƏTİ 
PLAN
 
1. Pedaqoji peşənin prinsipləri 
2. Müəllimlik peşəsinə verilən tələblər 
3. Müəllim- şagird münasibətinin formaları 
4. Müəllim – şagird münasibətlərində əməkdaşlıq növləri 
Pedaqoji fəaliyyət dedikdə gənc nəslin tərbiyə olunmasına yönələn fəaliyyət 
başa düşülür. Başqa sözlə desək, təlim-tərbiyə, inkişaf prosesinin həyata 
keçirilməsinə, o cümlədən şagird şəxsiyyətinin formalaşmasına yönəldilən peşə 
fəallığı başa düşülür.Pedaqoji fəaliyyətin strukturunu aşağıdakı cəhətlər təşkil edir. 
1. Pedaqoji fəaliyyətin məqsədi bu cəmiyyət üçün yararlı, hərtərəfli, ahəngdar 
inkişaf etmiş vətəndaşlar tərbiyə etməkdən ibarətdir. 
2. Pedaqoji fəaliyyətin subyekti bilik verən, tərbiyə edən, istiqamət verən 
hesab olunur. 
3. Pedaqoji fəaliyyətin obyekti və subyekti isə bilik, bacarıqlara yiyələnən, 
araşdıran, tədqiqat aparan, tərbiyə olunan hesab edilir. 
4. Pedaqoji fəaliyyətin vasitələri dedikdə, təlim-tərbiyənin formaları, istifadə 
olunan metodları, qaydaları və s. nəzərdə tutulur. 
5. Pedaqoji fəaliyyətin şərtləri sırasına böyüyən nəslin tərbiyəsinə cəmiyyətin 
qayğısı, təlim-tərbiyənin səmərəliliyini şərtləndirən amillərin 
olması(məktəblərin vaxlı- vaxtında təmir olunması, avadanlıqların 


səliqəliliyi), kollektivin həmrəyliyi, məktəb müəllimlərinin bilik və 
bacarıqlarının yüksək olması və s . daxildir. 
6. Pedaqoji fəaliyyətin nəticələri nisbətən gec görünən prosesdir.Tədris ilinin 
sonunda müxtəlif yoxlamalar, müqayiələr aparmaqla bunu ayırd etmək 
olar.Şagirdlərdə yüksək keyfiyyətlərin formalaşdırılması buna aiddir.Qeyd 
edək ki, pedaqoji fəaliyyətin subyekti müəllimdir, yəni öyrədən, bilik 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin