ŞƏXSİYYƏTİN STRUKTURU: Pedaqoji və psixoloji tədqiqatlar göstərir ki, şəxsiyyətin strukturuna daxil olan elementlər həm koordinativ(ayrı-ayrılıqda mövcud olma), həm də subordinativ ( biri digərindən asılı olma) prinsiplərə tabedir. Şəxsiyyətin strukturunda aşağıdakı üç vacib pedaqoji və psixoloji xarakteristika ayırd edilir: 1. Şəxsiyyətin sabitliyi. Bu zaman şəxsiyyətin psixi təzhürlərin dəyişkənliyi və
sabitliyi bu və ya digər məqamlarda onun davranışının qabaqcadan
müəyyənləşməsini açıq şəkildə ortaya çıxarır.Davamlı motivlər sistemi
şəxsiyyətin istiqamətini müəyyən edir.
2. Şəxsiyyətin tamlığı. Bu zaman onun bütün cəhətləri digər cəhətləri ilə sıx
əlaqədə olur və buna görə də şəxsiyyətin bütün cəhətləri onun digər
cəhətləri üçün vacib əhəmiyyət kəsb edir.Məsələn, insanın qarşıya qoyduğu
məqsədinə çatması bacarığı, çətinlikləri dəf etməsi yalnız yüksək mənəvi
keyfiyyətlərlə vəhdətdə olduqda müsbət əhəmiyyət kəsb edir.
3. Şəxsiyyətin fəallığı.Şəxsiyyətin çoxtərəfli fəaliyyətində ortaya çıxır və bu da
öz növbəsində nəyi isə dərk etmək, dəyişmək, ətraf aləmi yeniləşdirmək, öz
təbiətini, öz psixi xarakterini dəyişdirməklə özünütərbiyədə aşkarlanır.
Beləliklə, deyə bilərik ki, insan doğulandan ölənə qədər bioloji və sosial
inkişafdadır. Bioloji inkişaf üç istiqamətdə gedir: a) Morfoloji inkişaf
istiqaməti(boy,çəki, həcm); b) biokimyəvi inkişaf istiqaməti(qan,sümük,
əzələ); c)fizioloji inkişaf istiqaməti(qandövranı, həzm sistemi, cinsi inkişaf).
İnsan cəmiyyətdə özünü bir şəxsiyyət kimi hiss etdikdə şəxsiyyətin sosial statusu meydana gəlir.Sosial sistemdə məqsədyönlü və düşünülmüş təhsil-
tərbiyə yolu ilə insan şəxsiyyət kimi formalaşır və inkişaf edir.
İnsanın inkişafı və onun şəxsiyyət kimi formalaşması üç başlıca amilin –