1. kurikulumun əsaslari


yoxlayıcı.  Pedaqoji tədqiqatda riyazi üsullar



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə62/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   58   59   60   61   62   63   64   65   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

yoxlayıcı. 
Pedaqoji tədqiqatda riyazi üsullar.Pedaqoji tədqiqatda riyazi üsullar, adətən, 
digər üsulların tərkibində tətbiq edilir və bu zaman iki əsas məqsəd güdür:
a)toplanmış pedaqoji faktlarda faktlarda baş verən keyfiyyət dəyişikliklərini 
dəqiqləşdirmək; b) həmin faktlar arasındakı kəmiyyət asılılığını təyin etmək. 
Nəticə etibarilə riyazi üsullar pedaqoji qanunauyğunluqların elmi cəhətdən 
dəqiq ifadə olunmasına şərait yaradır və tədqiqatın elmiliyini 
yüksəldir.Pedaqoji tədqiqatda istifadəsi faydalı olan riyazi üsullar çoxdur.Orta 
riyazi göstəricilərin hesablanması, dispersiya əməliyyatı, variantlıq əmsalının 
tapılması və s.Təlim və tərbiyə problemlərinin öyrənilməsi zamanı daha geniş 
istifadə edilən sadə riyazi üsullar bunlardır: qeydəalma, nizamlama və 
qiymətləndirmə. 
Qeydəalma – toplanan pedaqoji faktların və ya hadisələrin hər birində 
müvafiq əlamətin olduğunu  müəyyənləşdirmək, habelə bu cür əlamətin xas 
olmadığı faktların ümumi moiqdarını təyin etmək prosesidir. 
Nizamlama- toplanmış pedaqoji faktların müəyyən ardıcıllıqla düzülməsi 
prosesidir.Bu üsuluntətbiqində iki cəhət nəzərə alınır.a) faktların eyni əlamət 
üzrə düzülməsi; b) faktların düzülməsində həmin əlamətingetdikcə 
gücləndiyinin və ya zəiflədiyinin müəyyənləşdirilməsi. 
Qiymətləndirmə- pedaqoji faktların ayrı-ayrı əlamətlərini rəqəm göstəriciləri 
ilə əvəz etməyə imkan verir. Pedaqoji faktların müvafiq əlamətləri rəqəm 
göstəriciləri ilə ifadə olunduqda diqqətdən yayına biləcəkqaninauyğunluğu 
tapmaq asandır. 
Pedaqoji test pedaqoji prosesin öyrənilən tərəfini ciddi nəzarət olunan 
şəraitdə obyektiv öyrənməyə imkan verən məqsədyönlü  hamı üçün eyni 
zamanda keçirilən yoxlamadır.Başqa yoxlama metodlarından fərqli olaraq test 
dəqiqliyi, sadəliyi, avtomatlaşdırma imkanları ilə seçilir.Pedaqogikada test, hər 


şeydən əvvəl, şagirdlərin təlim müvəffəqiyyətini yoxlamaq üçün tətbiq 
olunur.Bu məqsədlə “müvəffəqiyyət”, “ yekun”,” surət”, və şagirdlərin “əqli 
inkişaf səviyyəsini” müəyyənləşdirən testlərdən geniş istifadə edilir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin