biogenetik, sosiogenetik və psixigenetik elementlərin məcmusu hesab edilir.Şəxsiyyətin aşağıdakı əlamətləri vardır:1) Şəxsiyyət şüura malıik olmalıdır;
2) Şəxsiyyət nitqə malik olmalıdır; 3) Şəxsiyyət ictima- tarixi təcrübəni mənimsəyə
bilməlidir; 4) Şəxsiyyət əmək alətlərindən istifadə etməyi bacarmalıdır;
5) Şəxsiyyət əməyi və əmək alətlərini qoruya bilməlidir; 6) Şəxsiyyət ictimai- tarixi
təcrübəni başqalarına ötürə bilməlidir; 7) Şəxsiyyət ətrafb aləmi yaxşılaşdırmaq
haqqında düşünməli və fəaliyyət göstərməlidir.
Şəxsiyyətin pedaqoji- psixoloji xüsusiyyətləri.Şəxsiyyət – biogenetik,
sosiogenetik və psixogenetik elementlərin inteqral vəhdətidir.
Şəxsiyyət – içərisində yaşadığı dövrün, ictimai-siyasi quruluşun, sosial mühitin
məhsuludur.Şəxsiyyət –fiziki cəhətdən normal olub, fərdi psixoloji xassələri
(temperament,xarakter, qabiliyyət) olan və ictimai vəzivələri(real varlığa,adamlara
əictimai- tarixi dövrdə ( zaman kəsiyində)yaşayan konkret insandır.Şəxsiyyət ətraf
mühitin obyektivqanunları əsasında formalaşır.Bunun da nəticəsində onun sosial
davranışı müəyyən məzmun kəsb edir.İnsanın onu əhatə edən fiziki və sosial
mühiti öyrənməsiuzun çəkən bir prosesdir.Bu öyrənmə prosesi onun həyatının
sonunadək davam edir.Uşaq bir yaş yarımdan sonra “mən” anlayışını başa düşür.
Uşaq daim özünü başqaları ilə müqayisə edir.Nəticədə o, ətraf mühitin sisial
təcrübəsini qəbul edir, özü də sosiallaşır və formalaşır.Şəxsiyyəti başqa
şəxsiyyətlərlə əlaqəsi olmasa, o, özünü dərk edə bilməz.Belə ilkin əlaqələr sosial
qrup daxilində yaranır.Şosial mühit insanın formalaşmasında güzgü rolunu oynayır.
Şəxsiyyətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat tərzi, normal məişət,
xoş ailə münasibətləri, yoldaşlar, bilikli müəllimlər, onu əhatə insanların ona
qayğısı və s. müsbət rol oynayır.