1. kurikulumun əsaslari


İnduktiv və Deduktiv metodlar



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə63/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   59   60   61   62   63   64   65   66   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

İnduktiv və Deduktiv metodlar. Bunlar empirik yolla alınan məlumatları 
məntiqi ümumiləşdirmə metodlarıdır.İnduktiv (indi keçirilən dərs)metod fikrin 
inkişafının xüsusi mühakimələrdən ümumi nəticələrə doğru getməsini nəzərdə 
tutur.Deduktiv (təkrar keçirilən dərs) metodda əksinə olur, fikir ümumi 
mühakimədən xüsusi nəticəyə doğru inkişaf edir. 
Gördüyümüz kimi, tədqiqatın məntiqi və dinamikası bir sıra məsələlərin həyata 
keçirilməsini nəzərdə tutur: empirik, hipotetik(fərziyyə), eksperimental – 
nəzəri(və ya nəzəri), proqnostik.Empirik mərhələdə tədqiqatın mövzusu 
barədə təsəvvür alınır, real təhsil praktikası, elmi biliklərin səviyyəsi ilə 
hadisələrin mahiyyətini anlamaq təlabatı arasında ziddiyyət aşkara çıxarılır, 
elmi problem ifadə olunur.Empirik analizin əsas nəticəsi tədqiqatın fərziyyəsi 
hesab olunur.Hipotetik mərhələ tədqiqatın mövzusu haqqında faktiki 
təsəvvürlər ilə onun mahiyyətini başa düşmək zərurəti arasında ziddiyyəti həll 
etməyə yönəldilir.Nəzəri mərhələdə tədqiqatın mövzusu haqqında təsəvvürlər 
ilə həmin mövzu barədə sistemli təsəvvürlər almağa olan təlabat arasında 
ziddiyyətin aradan qaldırılması ilə bağlıdır.Tədqiqat nəticəsində yaranan 
nəzəriyyə proqnostik mərhələyə keçməyə imkan verir.Bu mərhələdə 
tədqiqatın mövzusu haqqında alınan təsəvvür ilə onun (mövzunun) yeni 
şəraitdə inkişafını görmək zərurəti arasında ziddiyyəti həll etmək tələb olunur. 
22 ŞƏXSİYYƏTİN İNKİŞAFI HAQQINDA 
PLAN: 
1. Şəxsiyyətin pedaqoji və psixoloji xüsusiyyətləri. 
2. Şəxsiyyətin strukturu 
3. Şəxsiyyətin inkişafına təsir edən amillər 
4. Şəxsiyyətin inkişafında müxtəlif fəaliyyət növlərinin rolu. 


Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlayaraq istər 
Azərbaycanda, istərsədə xarici ölkələrdə alimlər, xüsuilə pedaqoq və psixoloqlar 
daha ciddi və sistemli tədqiqat işləri aparmış, çoxsaylı məqalələr, elimi əsərlər 
yazıb yaratmışlar.Şəxsiyyət dedikdə, şüurlu fəaliyyət göstərən, sosial 
münasibətlərdə iştirak edən, yaxşı əməllər sahibi olan, ətraf aləmi yaxşılaşdıran və 
ya bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə tutulur.Şəxsiyyət sözü 
latən dilində “persona” deməkdir. Bu söz ilkin mənasında qədim yunan 
teatrlarında aktyorların üzünə taxdığı maskanı ifadə edirdi.Mahiyyətcə bu termin
ilkin mənasında teatr fəaliyyətində komik və ya faciəvi obrazları göstərmişdir. 
Beləliklə “şəxsiyyət”ilkin mənasında müəyyən rol oynayan sosial obraz olmuşdur. 
Şəxsiyyət ictimai – tarixi kateqoriyadır. Şəxsiyyətin inkişafı daxili və xarici amillərlə 
şərtlənir: Daxili amillərə daxildir : genetik, bioloji, fiziki, fizioloji, amillər.Bu 
cəhətdən daxili amillər insanın şəxsi fəallığını, şəxsin marağını, insanlarla ünsiyyət 
və münasibətini də özündə birləşdirir. Xarici amillərə daxildir: fərdin müəyyən 
mədəniyyətə, sosial iqtisadi sinfə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici 
amillər ictimai mühiti, kollektivi, ictimai qrupları, tərbiyəvi təsirləri də özündə 
birləşdirir.Beləliklə , şəxsiyyət müasir pedaqogika və psixologiya elmində 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin