1. kurikulumun əsaslari


irsiyyət, mühit və tərbiyənin qarşılıqlı təsiri ilə həyata



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə66/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   62   63   64   65   66   67   68   69   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

irsiyyət, mühit və tərbiyənin qarşılıqlı təsiri ilə həyata 
keçirilir.İRSİYYƏTdedikdə, valideynlərdən uşaqlara müəyyən keyfiyyət və 
xüsusiyyətlərin irsən keçməsi başa düşülür.Pedaqogika elmində şəxsiyyətin 
formalaşması, inkişafı və tərbiyəsi məsələsində irsiyyətin mövcudluğu 
nəzərə alınmaqdadır. Təlim, tərbiyə,təhsil və inkişaf üçün əhəmiyyət kəsb 
edən fiziki əlamətlər deyil, fizioloji əlamətlərdir.Məlumdur ki, həm fiziki 
əlamətlər, həm də fizioloji əlamətlər irsən nəsildən nəslə keçir.(məsələn 
saçın, gözün rəngi) şəxsiyyətin necəliyinə, yəni onun mənəvi, əxlaqi, estetik 


inkişafına təsir göstərmir.Nəsildən- nəslə keçən fizioloji əlamətlərin(baş 
beyin qabığındakı hüceyrələrin sayı, temperament, ali sinir sisteminə 
məxsus digər xüsusiyyətlər)şüura, davranışa, təlim-tərbiyə işinə, şəxsiyyətin 
inkişafına təsiri vardır.İnsan şəxsiyyət kimi döğulmur.İnsanın fərdi inkişafı, 
onun şəxsiyyətinin formalaşması ictimai həyat şəraitindən, ictimai 
münasibətlərin sistemindən, istehsal münasibətlərindən asılı olur.İnsan 
ancaq sosiallaşma prosesində, yəni ünsiyyət prosesində, başqa insanlarla 
qarşılıqlı əlaqədə şəxsiyyət olur.MÜHİT dedikdə, başlıca olaraq, ictimai, 
qismən isə təbii – coğrafi mühit nəzərdə tutulur.Şəxsiyyətin inkişafında 
ictimai mühit, içtimai münasibətlər əsas yer tutur.İctimai mühit özü də iki 
yerə bölünür. 
1. Makromühit(kollektiv, küçə, ictimai yerlər); 
2. Mikromühit(ailə mühiti,şagirdin kiminlə oturub – durması və 
s.)Aparılmış tədqiqatlardan belə bir nəticə çıxır ki, sosial mühit 
şəxsiyyətin inkişafına birbaşa deyil, həyat tərzi vasitəsilə təsir 
göstərir.İnsan şəxsiyyətinin inkişafına sosial mühit və təbii mühit 
quvvətli təsir göstərir.Sosial mühit dedikdə, insanın həyat fəaliyyətini, 
inkişafını əhatə edən xarici şəraiti nəzərdə tutulur.Sosial mühit anlayışı 
ictimai quruluşu, istehsal münasibətləri sistemini, maddi həyat şəraitini, 
istehsal və sosial proseslərin baş vermə xarakterini əhatə edir.Sosial 
mühit daim dəyişir və yeniləşir.Bu mühitdə insan passiv deyil, 
fəaliyyətdədir və fəaliyyət prosesində o, öz mühitini dəyişdirir.Sosial 
mühit əlverişli olduqda, tənzim edildikdə şəxsiyyətin təbii imkanlarının 
açılmasına, inkişaf etməsinə şərait yaranır. – Şəxsiyyətin inkişafına, 
xüsusilə kiçik və məktəb yaşlı uşaqlara təbii mühit – ailə mühiti güclu 
təsir göstərir.Ailə onların maraq və tələbatlarının həyata keçməsi üçün 
əlverişli şərait yaradır. Şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin də 
əsası ailədə qoyulur. 
Şəxsiyyətin inkişafında  tərbiyə amili mühüm əhəmiyyət kəsb 
etməkdədir.(Övlad öz həyatının birinci 7 ilində şah, ikinci 7 ilində (7-14) ,
nökər, üçüncü 7 ilində məsləhətçi və məsuı şəxs hesab olunur).Beləliklə, 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin