3. Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirilməsi – (təlim,
tərbiyə + tərbiyə olmalıdır).Bu prinsip pedaqoji qanunauyğunluqlardan
biridir. Belə ki, öyrənənlər təlim prosesində biliklərə yiyələnməklə
yanaşı həm də tərbiyə olunurlar.Təlim materiallarının məzmunu elə
qurulur, tərtib edilir ki, o, həm də mövcud əxlaq normaları baxımından
tərbiyə edir.
4. Təlimdə müvafiqlik prinsipi –Bu prinsip təlimi öyrənənlərin inkişaf
səviyyəsinə - psixoloji, fizioloji və intellektual – uyğun şəkildə qurmağı
tələb edir.Məlumdur ki, təlim- tərbiyə praktikasında iki mühüm tələb
gözlənilir: 1) şagirdlərin yaş inkişafının qanunauyğunluqları nəzərə almaq,
2) təlim- tərbiyə prosesini şagirdlərin inkişaf səviyyəsinə uyğun olaraq
təşkil etmək və həyata keçirmək.Təlimin müvafiqlik prinsipi bu
tələblərdən formalaşmışdır.Təlimin müvafiqliyi məktəblilərin yaş
xüsusiyyətləri ilə müəyyən olunur və onların fərdi xüsusiyyətlərindən
asılıdır.
5. Fərdi yanaşma – Təlim prosesində məhz fərdi xüsusiyyətlər nəzərə
alınmalı, hər kəsə bu fərdi imkanlara uyğun olaraq yanaşılmalıdır.
6. Əməkdaşlıq prinsipi – Təlimdə müəllim və fəaliyyəti bir- birini
şərtləndirir
7. Əyanilik - Təhsilalanların duyğu orqanlarını hərəkətə gətirən təlim
prinsipidir. Bu prinsip dərk etməni real əşya və ya hadisələr, faktlar
üzərində qurmağa deyilir.Yəni təlim zamanı müəllim şagirdlərə yalnız
danışaraq məlumat vermir, şagirdlərə əyani vəsaitlərlə, real görüntülərlə
və ya mövzuya aid ekskursiyalar təşkil etməklə daha səmərəli təlim təşkil
edir.
8. Şüurluluq və fəallılıq – Yeni materialı dəlil və sübutlarla, isbatlarla
öyrənməyə fəal surətdə bilik əldə etmə, biliklərini tətbiq etməyə
şüurluluq və fəallıq deyilir.
9. Sistematiklik və ardıcıllıq – Bu prinsip elmlərin əsaslarına yiyələnən
zaman elmin sistemini mühafizə etmək, bilik bacarıq və vərdişləri
aşılayarkən müəyyən ardıcıllığa riayət etmədir.