1. kurikulumun əsaslari


problemin qeyri adiliyi,maraq yaratması, müstəqil düşünməyə imkan



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə31/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   27   28   29   30   31   32   33   34   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

problemin qeyri adiliyi,maraq yaratması, müstəqil düşünməyə imkan 
verməsi, motivasiyanın tədqiqat və yaradıcı imkanının olması.Motivasiya 
qurmamışdan əvvəl alt standartlar, sonra isə dərsin təlim nəticələri müəyyən 
olunmalıdır.Motivzsiya bu yollarla yaradılır: -Rəmzi simvolik materialdan 
istifadə etməklə(problemin atalar sözü, şeir parşası, foto, video, rəsm, 
qrafik,tapmaca, musiqi, melodiya və s.- Müxtəlif suallardan istifadə etməklə; 
- Problemin müxtəlif yollarla həll edilməsi.Motivasiya 2 prinsip əsasında 
qurulur.1. Problemlik – dərsin əvvəlində şagirdlərin qarşısına problem 
qoyulmalıdır. 2. Məqsədyönlülük – Əgər bu prinsip gözlənilməsə, dərsi 
qurmaq şətin olacaq.Dərs zamanı aparılan tədqiqat məqsədlə sıx bağlı 
olmalıdır.Motivasiyanın mərhələsi aşağıdakı hissələrdən ibarətdir.(ardıcıllığa 
diqqət edin “problem”ilə başlayır “fərziyyə” ilə bitir). 
 1. Problemi qoymaq üçün sual və ya tapşırıq verilir. 
 2. Yönəldici suallar təklif olunur. 
 3. Tədqiqat sualı çıxarılır. 
 4. Fərziyyələr irəli sürülür. 
 Motivasiya zamanı müəllim tərəfindən buraxılan səhvlər. 
1. Tədqiqat sualını şagirdin nəzərinə çatdırmadan birbaşa dərsin ikinci 
mərhələsinə -tədqiqat mərhələsinə keçid edir. 
2. Tədqiqat sualını tərtib edərkən dərsin əvvəlində müəyyən olunmuş təlim 
məqsədlərini, dərsin sonunda şagirdin gələcəyi nəticəsini müəyyənləşdir-
mir, nəticədə tədqiqat sualı ilə dərsin sonunda şagirdin gəldiyi yekun nəticə 
bir-biri ilə uzlaşmır. 
3. Müəllim motivassiya qismində real problem əvəzinə həvəsləndirici 
informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimat üsullarından 
(oyun, rəngarəng şəkil) istifadə edir. 
4. Açıq suallar əvəzinə qapalı suallardan istifadə edir. 
2.TƏDQİQATIN APARILMASI. 
Aparılma 
müddəti 10 dəqiqə(standart). Şərt deyil, dərsin gedişatından asılı olaraq 
daha az və ya çox da ola bilər).Fəal dərsin 2-ci mərhələsidir.Bu mərhələnin 


əsas məqsədi:  - tədqiqat sualından irəli gələn fərziyyələrin yoxlanılması 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin