üçün maraqlı olub- olmadığı haqda qısa məlumat verir, üzünu
yoldaşlarına tutaraq nitqinə giriş verir.Qeyd etmək lazımdır ki, şagird
çıxışına başlayan zaman kənar danışıqlara son qoyulur, yəni şagidin nitqi
kəsilmir.Bu mərhələdə müəllimin əsas vəzifəsi aşağıdakılardır: - şagirdin
fəal iştirakını təmin edir; - bütün sinfi fəal dinləməyə sövq edir; - bütün
şagirdlərə təqdimata öz münasibətini razılıqlarını və ya narazılıqlarını
bildirməyə zövq edir; - daha çox şagirdi fikir mübadiləsinə cəlb edir;
şagirdləri liderlərə sual verməyə stimullaşdırır və s.
4.İNFORMASİYANIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
Aparılma müddəti 7 dəqiqə (standart).Şərt deyil, dərsin gedişatından asılı
olaraq daha az və ya çox da ola bilər.Fəal dərsin 4-cü mərhələsidir.Bu
məhələnin məqsədi:
- yeni əldə edilmiş faktlar əsasında bilikləri
sistemləşdirmək; - tədqiqat sualının cavabını aydınlaşdırmaq; - bütün
zehni vərdişlərin, təfəkkürün müxtəlif növlərinin səfəbərliyini təmin
etmək; - şagirdlərin irəli sürdükləri ideyaların müzaakirə zamanı
fərqləndirilməsini və qeyd edilməsini müşahidə etmək; - şagirdlərin
ideyanı işləyib hazırlamasına şərit yaratmaq.Bu mərhələdə müəllimin
vəzifəsi: - bu zaman müqayisə, təhlil və sintezdən istifadə edilməsinə şərait
yaratmaq; -şagirdləri diskusiyaya təhrik edir; - şagirdlərin ideyalarını
dinləyir; - bununla yanaşı, müəllim öz nöqteyi-nəzərini şagirdlərə zorla
qəbul etdirmir; - müəllim təklif və ideyaları diqqət mərkəzində saxlayır və s.
Bu mərhələdə müəllim hansı səhvləri buraxır? - müəllim öz fikirlərini zorla
qəbul etdirir; - yönəldici suallardan istifadə edir; - şagirdi hazır cavaba
yönəldir; - düşünməyə və təhlil etməyə imkan verməyən suallardan istifadə
edir və nəticədə də şagirdlərin özlərinin həlli yolunu tapmasına imkan
vermir və s. Göründüyü kimi, bu mərhələdə tapşırıqlar pərakəndə haldan
toplu hala keçeir və nəticədə məlumatlar cəmlənmiş olur.Bu mərhələdə
müəllim qrupların işini bir- biri ilə əlaqələndirir.Müzakirələrin sonunda
hansısa əsas üzrə qruplaşdırılmış informasiya lövhədə qeyd edilir.
Dostları ilə paylaş: