1.Əşyavi mühit aşağıdakılardan ibarətdir: - Məktəb əşyavi mühiti: dərsliklər,
stendlər, vəsaitlər, məktəb avadınlığı, məktəb ləvazimatları və s.; -Təbii mühit:
canlı və cansız təbiət; - Yaşayış mühiti: maddi mədəniyyət əşyaları, ictimai və
mədəni müəssisələr, məişət mühiti.;
2. İnformasiya mühitinə təlim prosesində (həm məktəbdə, həm də ondan
kənarda) istifadə və şagirdlər tərəfindən qavranıla bilən bütün məlumat
mənbələri kompleksi – müəllim,dərslik, əyani və didaktik vəsaitlər, televiziya,
mətbuat, başqa adamlarla ünsiyyət, bədii, ensiklopedik məlumat, elmi və elmi –
kütləvi ədəbiyyat, bədii nəşrlər, kompyuter, müsahibə, müşahidə və
eksperimentlər kino, teatr, muzey, sərgi, ekskursiya, səyahətlər və s. daxildir.
3. Sosial psixoloiji mühit təlimə həvəsin formalaşmasına təsir edən aşağıdakı
tərkib hissələrindən ibarətdir: Şagirdin digər insanlar ilə əlaqəsi: müəllimlər,
valideynlər, digər şagirdlər və s.Şagirdin öz daxili aləmi ilə qarşılıqlı əlaqələrinin
bütün növləri.Öyrədici mühitin təşkilinə əsas yanaşma aşağıdakılardan ibarətdir:
-bilik prosesinə müsbət münasibət, yeni biliklərin aşkar edilməsi, mənimsənilməsi
və tətbiqi üçün münasib şəraitin yaradılması; - şagirdin bilik əldə etmək, ünsiyyət
-də, qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq etmək imkanlarını genişləndirmək;
şəxsiyyətin inkişafı üçün imkanları artırmaq.Öyrədici mühit elə təşkil edilməlidir ki,
tədrisin real həyatla əlaqəsi başa düşülsün, uşaqlar həm tədris, həm də sosial
xarakterli problemlərin müstəqil həllinə cəlb olunsun, müxtəlif informasiya
mənbələrindən istifadə edə bilsin, sistematik olaraq bilik ehtiyatını artıra
bilsin.Şagird üçün əlverişli öyrədici mühitin yaradılması o deməkdir ki, mühit ona
açıq sual verməyi, problemləri araşdırmağı, tədqiqat aparmağı və müzakirə etməyi
dəstəkləyir.
Dostları ilə paylaş: |