1. kurikulumun əsaslari


 QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə42/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   38   39   40   41   42   43   44   45   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

18. QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI. 
PLAN: 
1. Ənənəvi və müasir qiymətləndirmə. 
2. Qiymətləndirmə prinsipləri. 
3. Kurikulum üzrə məktəb daxili qiymətləndirmə. 
4. Test, Kiçik(KSQ) və Böyük (BSQ) qiymətləndirmə. 
Yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil Sektorunun İnkişafı 
layihəsində prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.Təhsilin 
keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələri 


olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzrə 
çıxaran ən etibarlı mənbə hesab olunur.Qiymətləndirmə və təlim proseslərinə 
təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır.Sistemli proses olan 
qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks -əlaqə 
vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur. 
ƏNƏNƏVİ QİYMƏTLƏNDİRMƏ 
MÜASİR QİYMƏTLƏNDİRMƏ
1.Qiymətləndirmə şagirdə qiymət 
yazmaq kimi qəbul olunurdu. 
1.Qiymətləndirmə təhsilin keyfiyyətinin 
yüksəldilməsinə yönəldilir və onu idarə 
edən vacib amil kimi meydana çıxır. 
2.Cari qiymətləndirmə formalizmə 
gətirib çıxarırdı .Müəllimin subyektiv 
rəyinə əsaslanırdı. 
2.Cari qiymətləndirmənin aradan 
qaldırılması məzmun standartlarının 
bütövlükdə mənimsənilməsini və 
qiymətləndirmənin obyektivliyini təmin 
edir. 
3.Tədris prosesinin yalnız müəyyən bir 
hissəsində tətbiq edilirdi. 
3.Tədris prosesinin bütün 
mərhələlərində tətbiq edilir. 
4.Əsasən bilik səviyyəsi 
qiymətləndirilirdi. 
4.Şagirdin nailiyyəti(qazanılan dəyərlər) 
qiymətləndirilir, inkişafı sistemli şəkildə 
izlənilir. 
5.Qiymətləndirmə standartları mövcud 
deyildi. 
5. Məzmun standartlarının 
mənimsənilməsi səviyyəsini ölçmək 
üçün qiymətləndirmə standartları 
müəyyənləşdirilmişdir. 
6.Formal, qeyri-dəqiq olur.Məhdud, 
qeyri-çevik (şifahi cavab, yoxlama 
işləri,testlər)və sistemsiz idi.Movzulara 
əsaslanırdı. 
6.Sistemlidir.Standart əsasında qurulur, 
daha obyektiv dəqiq, adekvat sistemdir. 
Daha müxləlif və çevikdir.(müsahibə, 
söhbət,tapşırıqlar, valideyinlərlə və 
digər fənn müəllimləri ilə əməkdaşlıq, 
şagirdlərin yazı işlərinin təhlili, test 
tapşırıqlarının nəticələri, şagirdlərin 
şifahi cavabları) 
7.Cari və Yekun qiymətləndirmə adlı 
növləri var idi. 
7.Diaqnostik, Formativ(Holistik və 
Analitik), Summativ(BSQ, KSQ) var. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin