1. kurikulumun əsaslari


QİYMƏTLƏNDİRMƏ PRİNSİPLƏRİ



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə43/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   39   40   41   42   43   44   45   46   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

QİYMƏTLƏNDİRMƏ PRİNSİPLƏRİ 
ETİBARLILIQ – yerinə yetirilən konkret tapşırığa görə qiymətləndirmə. 
Toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin 
edilməsi prinsipidir.Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin 
münasibliyinə təminat verir.Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə bilən 
xüsusiyyətlər qiymətləndirilir.Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində 


müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə 
qiymətləndirilir. 
RELEVANTLIQ- qiymətləndirmə məqsədilə uzlaşma.Nəzərdə tutulmuş məqsədilə
qiymətləndirmə arasında uzlaşma təmin olunur.Qiymətləndirmə əvvəlcədən 
planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir, şagird haqqında 
toplanılan zəruri məlumatların mahiyyəti, xüsusiyyətləri göstərilir, məlumatların 
toplanılması və təhlili üsulları seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir. 
PRAKTİKLİK – adından göründüyü kimi qiymətləndirmənin tətbiqi ilə bağlı 
məsələdir.Vaxt, şərait, variantların müxtəlifliyi və s. Qiymətləndirmə prosesinin 
praktikliyi şəffaf şəkildə davamlı olaraq onun tətbiqi haqqında məlumat verilir. 
Buraya aiddir: qiymətləndirmənin düzgün təşkili, qiymətləndirmə üzrə vaxtın 
müəyyən edilməsi, qiymətləndirmə materiallarının hazırlanması, testlərin 
şagirdlərin nailiyyətləri ilə uyğunluğu, testlərdəki sualların şagirdlərə müsbət təsiri, 
testləşmənin metod və formaları, keyfiyyətin ölçü prosesi, ölçü metodları, 
cavabları, növləri. 
QİYMƏTLƏNDİRMƏNİ DƏYƏRLƏNDİRMƏ – mənfi və müsbət olur.Mənfi 
qusurları aradan qaldırmağa, müsbət şagirdi həvəsləndirməyə xidmət edir. 
Qiymətləndirmədə dəyərləndirmə müsbət və ya mənfi ola bilər. Bu 
qiymətləndirmədə əsas məqsəd şagird nailiyyətlərinin müasir kurikuluma və bəzi 
təlimatlara uyğun qiymətləndirilməsidir.Müsbət rəy və dəyərləndirmə şagirdləri
daha çox çalışmağa həvəsləndirir, mənfi rəy və və təkliflər isə şagirdin nələri düz 
və səhv etdiyini, bunları aradan qaldıracağı yolları təsvir edir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin