1. kurikulumun əsaslari


QRJİNALLIQ –(autentik qiymətləndirmə) tənqidi təfəkkürü inkişaf etdirir



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə44/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   40   41   42   43   44   45   46   47   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

QRJİNALLIQ –(autentik qiymətləndirmə) tənqidi təfəkkürü inkişaf etdirir. 
Autentik qiymətləndirmə şagirdlərin qazandığı nailiyyətlərin real həyatla əlaqəsini 
yaratmaqdır.Bu qiymətləndirmə növü tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirir, 
test tapşırıqlarının nəticələri şagirdləri real həyat hadisələri ilə tanış edir və 
problemlərin həllində onlara kömək edir. 
Qiymətləndirmənin üsul və vasitələri qiymətləndirmənin növünə və məqsədinə 
görə müəyyən olunur. Bu proses onu gostərir ki, hər hansı üsuldan və ya 
vasitədən istifadə edərək qiymətləndirməni həyata keçirə bilərik.Rəğbətləndirmə, 
Təcrübə, inşa, Yoxlama yazı işləri, Yaradıcı tapşırıqlar, müşahidə, test, müsahibə , 
Layihə, yarış, Şifahi sorğu. 
Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə: Diaqnostik, Formativ, Summativ.
Məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, 
şagird nailiyyətlərinin və irəliləyişlərinin manitorinqinə, şagirdin fəaliyyətinin təhsil 
standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə 


buraxılış imtahanlarının aparılmasına xidmət edir.Məktəbdaxili qiymətləndirmənin 
üç növü var: 1. Diaqnostik, 2. Formativ, 3. Summativ. 
Diaqnostik Qiymətləndirmə: -“Diaqnoz” sözü ilə yadda saxlayın.İlkin baxış, ilkin 
qiymətləndirmədir.Açar sözü təlimi istiqamətləndirir və təlim strategiyalarını 
müəyyənləşdirir.Yəni, müəllim ilkin qiymətləndirmədən sonra sinfi hansı istiqa -
mətdə yönəldəcəyini, sinfə necə yanaşacağını bildirir.Fənn üzrə təlimin hər hansı 
bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi 
–dir.Yəni ki, şagirdlər əsas bilik və bacaqrıqlara müəyyən dərəcədə malikdirlərmi? 
Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər? 
-Diaqnostik qiymətləndirmənin üstün cəhəti odur ki, - şəraitə görə tılim 
məqsədləri və strategiyalarında şevik dəyişikliklər aparılmasını təmin edir; -fərdi 
yanaşmaya və differensial təlimə imkan yaradılmasına imkan verir; şagirdlərin 
maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumatlar almağa imkan 
yaradır. 
Diaqnostik qiymətləndirmənin məqsədi odur ki, -Hər bir şagirdin bilik və 
bacarığının ilkin səviyyəsini müəyyən edir; -Təlim prosesinin planlaşdırılmasında 
şagirdin fərdi inkişaf xüsusiyyətlərini nəzərə alır; -Təlim strategiyalarını 
müəyyənləçdirir; - Şagirdlərin sinifdəki fəaliyyətini müqayisə edir; - Sonrakı 
inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazası yaradır. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin