1. kurikulumun əsaslari


Test mühüm anlayışların, tədris materialının(məzmununun) mənimsənilmə  səviyyəsini (dəqiq ölçüsünü) təyin edir



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə46/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   42   43   44   45   46   47   48   49   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

2. Test mühüm anlayışların, tədris materialının(məzmununun) mənimsənilmə 
səviyyəsini (dəqiq ölçüsünü) təyin edir. 
3. Test aparılma məqsədlərindən asılı olaraq standartlaşdırılmış bir vasitə olub 
müəyyən standart üzrə şagirdin nailiyyətlərinin ölçülməsini həyata keçirir. 
Testlər bir- birindən səviyyəcə fərqlənməklə 4(dörd) səviyyə üzrə - asan,orta, 
çətin və (istedadlı şagirdlər üçün) nisbətən çətin səviyyədə tərtib edilir. 
SUMMATİV QİYMƏTLƏNDİRMƏ – təhsilin hər hansı mərhələsində( tədris 
vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin 
qiymətləndirməsidir.Summativ qiymətləndirmə məzmun standartlarının 
mənimsəmə səviyyəsinin etibarlıgöstəricisidir.Summativ qiymətləndirmənin üç 
növü var: şifahi təqdimatlar, testlər və nailiyyətlərin nümayişi.Summativ 
qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif 
jurnalında qeyd olunur. Summativ qiymətləndirmə şagirdlərin məzmun 
standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış bacarıqlar üzrə 
yekun(summativ) qiymətləndirmələr aparmağa xidmət edir.Summativ 
qiymətləndirmə dəqiqdir, geriyə dönmə xüsusiyyətinə malik deyil.Yəni şagirdin 
uğur qazana bilməməsinin səbəblərini araşdırmır.Bu səbəbləri araşdıran 
diaqnostik və formativ qiymətləndirmədir. 
Qiymətləndirmə standartları şagirdin nailiyyət səviyyəsinə qoyulmuş dövlət 
tələbidir, məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş 
vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.Təhsilin hər hansı bir mərhələsində 
müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların  
kəmiyyət və keyfiyyət göstəricisidir.Yekun (summativ) qiymətləndirmə
Şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və 
bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər.Kiçik 
və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə(bəhs 
və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun 


standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə 
şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. 
Summativ qiymətləndirmənin üsulları müxtəlifdir: -yoxlama yazı işləri,layihə, 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin