-Kiçik summativ qiymətləndirmənin nəticələri
sinif jurnalında və şagirdin məktəb
kitabçasında qeyd olunur.
-Kiçik summativ qiymətləndirmənin nəticələri
yarımillik qiymətləndirmənin
hesablanmasında nəzərə alınır.
- Kiçik summativ qiymətləndirmənin aparılması prosesi
bir dərs saatı vəya dərs
saatının bir hissəsindəaparıla bilər.Bu müddəti isə fənni tədris edən müəllim
müəyyənləşdirir.
-Kiçik summativ qiymətləndirmə keçirildiyi gün
şagird dərsdə iştirak etməzsə, sinif
jurnalında şagirdin adının qarşısındakı xana diaqonalla iki yerə ayrılır, onun
surətində”q”(qaib) yazılır, məxrəci isə boş qalır.Növbəti 2 həftə ərzində müəllim
şagirdə kiçik summativ qiymətləndirməni apardıqdan sonra nəticəni məxrəcə yazır.
(Qeyd: Müəllim həmin şagirdə növbəti kiçik summativ qiymətləndirmənin
keçiriləcəyi tarixədək mütləq KSQ aparılmalıdır.
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ(BSQ)
-Böyük summativ qiymətləndirmə təlim prosesinə yekun vurmaqla şagirdin bilik
və bacarıqlarının
səviyyəsi haqqında qərar verir.
-Böyük summativ qiymətləndirmə şagirdlərin yarımil ərzində əldə etdikləri
nailiyyətləri qiymətləndirir.
-Böyük summativ qiymətləndirmə
vasitələri (test və yaxud digər nəzəri suallar)
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili
idarə edən orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin (məktəb
rəhbərliyinin) təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır və onarın
nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. BSQ-nin keçirilmə
vaxtı nəzarərçi və yoxlayıçılar cəlb edilməklə, 1-ci və 2 –ci yarımilin sonuncu
həftəsində xüsusi cədvəl əsasında müəyyənləşdirilir.Yarımil ərzində keçiriləcək
yeni mövzuların tədrisi BSQ ilə yekunlaşır.
Dostları ilə paylaş: