nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü,planlı, mütəşəkkil şəkildə verilməsi, öyrənilməsidir. Demək, tərbiyə etmək həm də
öyrətmək deməkdir.Tərbiyə prosesində həm təlim prosesi, təlim prosesində də
tərbiyə prosesi mövcuddur.Tərbiyə- təlim, məlumat verməklə hər hansı bir adət,
ədəb və davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə,ərsəyə çatdırma
deməkdir.İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim nəticəsində
biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir.
Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mənalarda işlənir. Ədəb
sözü ərəb dilində “nəzakətli ,tərbiyəli, ədəbli olmaq” mənalarını verən “ ədəbə”
kökündən əmələ gəlmişdir. Əxlaq sözü isə ərəbcə “xəlq”(mənası
“yaratma,səciyyə,xarakter”) sözünün cəmi olub, insanın təbiətində olanxasiyyətlə-
ri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri və xasiyyətləri
yaratmaq,səciyyələndirmək tərbiyə etmək deməkdir.
YENİDƏNTƏRBİYƏ .Yenidəntərbiyə tərbiyəyə nisbətən çətin və mürəkkəb
pedaqoji prosesdir.Yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş
aparmalı olur.O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuolunmaz, zərərli
əxlaqi və ya digər mənəvi keyfiyyətlərin yanlışlığını isbat etməli, onu inandırmalıvə
aradan qaldırmalıdır.Digər tərəfdən də tərbiyəçi cəmiyyət üçün faydalı olan yeni
keyfiyyətləriuşağa aşılamalıdır.Yalnış və yz zərərli mənvi keyfiyyətləruşağın
şüurundan davranışına süzüldükdə tərbiyəçinin işi daha da çətinləşir. O nəinki
uşağın mənəvi aləminə, həm də əməlinə davranış tərzinə təsir göstərməli olur.
Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq zəruridir.Uşağın şüurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi, onarın əvəzində ictimaiəhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması