1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə57/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   53   54   55   56   57   58   59   60   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

yenidəntərbiyədir. 
ÖZÜNÜTƏRBİYƏ.Tərbiyə də yenidəntərbiyə də özünütərbiyə ilə nəticələnməlidir. 
Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidir.Tərbiyə və yenidəntərbiyə zamanı uşağa 
özünütərbiyə bacarığı verilməlidir.Bəzi uşaqlar və yeniyetmələr 
valideyinlərin,müəllimlərin və digər tərbiyəçilərin bilavasitə nəzarəti olmayan 


şəraitdə düzgün düşünə və düzgün hərəkət edə bilmirlər.Valideyinlərin, 
müəllimlərin, digər tərbiyəçilərin nəzarəti olmadığı şəraitdə onların verdiyi 
istiqamətə uyğun düşünməyə və davranmağa uşaqların alışması prosesi 
özünütərbiyədir. 
TƏHSİL ANLAYIŞI.Pedaqogika elminin başlıca anlayışlarından olan “təhsil” sözü 
ərəb dilində “hasil”, “məhsul” mənalarını verən “həsələ” kökündən əmələ 
gəlmişdir.Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda yazılmışdır: 
Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi 
prosesi və onun nəticəsidir”.Təlim və tərbiyənin nəticəsində təhsil meydana gəlir. 
Elm və məlumat əldə etmə, müntəzəm surətdə oxuyub – öyrənmək sayəsində 
əldə edilmiş bilik, bacarıq və təcrübənin məcmusudur. Hər bir dövlətin və millətin 
inkişafında onun təhsilinin müstəsna rolu var. Təhsil cəmiyyətin və dövlətin 
mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf 
etdirmək,onun həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq 
və vərdişlərin mənimsənilməsi və onun nəticəsidir. 
-İNKİŞAF –insanın orqanizmində kəmiyyət (bioloji inkişaf) və keyfiyyət( cəmiyyət 
üçün yararlı insan) dəyişiklikləri prosesi və onun nəticəsidir.Şəxsiyyətin inkişafı
obyektiv aləmin mürəkkəb prosesidir.Müasir elm bu prosesi dərindən öyrənmək 
üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini 
(tərəflərini) göstərmişdir.Ona görədə elmdə insanın bioloji, psixoloji və sosial 
inkişafı anlayışları işlədilir.Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri 
ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir. Pedaqogika 
elmində şəxsiyyətin inkişafı dedikdə onun daha çox psixi, mənəvi inkişafı başa 
düşülür.Yəni, iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, 
diqqət, məsuliyyət və s. psixoloji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf 
edir.Şəxsin malik olduğu psixoloji xüsusiyyətlər pedaqoji prosesdə istər-istəməz, 
obyektiv şəkildə müəyyən dərəcədə inkişaf edir.Pedaqoji prosesin bu imkanını 
bilən və onu öz işində nəzərə alan müəllimlər və digər tərbiyəçilər həmin inkişafın 
səviyyəsini xeyli yüksəldə bilirlər.Bu mənada inkişaf pedaqoji prosesin həm zəmini 
olur, həm də nəticəsinə çevrilir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin