başqa elm sahələrindən fərqləndirən birinci əlamət onun özünəməxsus tədqiqat
obyektinə malik olmasıdır.Bu obyekt bəşəriyyətin əldə etmiş olduğu təcrübəni
yeni nəsillərə verməyin spesifik xüsusiyyətləri ilə xarakterizə olunur.Bu obyekt
bəşəriyyətin əldə etmiş olduğu təcrübəni yeni nəsillərə verməyin spesifik
xüsusiyyətləri ilə xarakterizə olunur.Təcrübənin verilməsinin qanunauyğunluqları-
nı, prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir elm özü üçün
spesifik obyekt hesab edə bilməz.Həmin obyektdə(yəni təcrübənin verilməsi
prosesində) fəaliyyət göstərən qanunauyğunluqlar, prinsiplər, metodlar və s.məhz
pedaqogikanın anlayışlar sistemini təşkil edir.Pedaqogika öz
obyektini öyrənmək
üçün pedaqoji müşahidə, pedaqoji müsahibə, pedaqoji eksperiment kimi tədqiqat
metodlarından istifadə edir ki, başqa elmlərdə həmin metodlar özünü
pedaqogikada olduğu kimi biruzə vermir.Pedaqogika özünün tətbiqi hissəsi üçün
baza elmidir.Nəzəri pedaqogika pedaqoji elmlər sisteminə daxil olan bütün elm
sahələri üçün baza elmidir.Onların hamısının elmi- nəzəri əsasını müasir nəzəri
pedaqogika təşkil edir.Pedaqogika hər şeydən əvvəl umumi psixologiya, uşaq
psixologiyası, pedaqoji psixologiya və sosial psixologiya ilə əlaqədardır.Bioloji
elmlər, fiziologiya, gigiyena ilə pedaqogikanın əlaqəsi qaçılmazdır.İnsanın təlim və
tərbiyə prosesi pedaqogikanın obyektini təşkil edir.Bu proseslə bağlı nəticəyə
yönələn müxtəlif pedaqoji əməliyyatlar isə ümumilikdə təhsil pedaqogikasının
predmetidir.Obyekt və predmet anlayışı bir-biri ilə sıx bağlıdır və bunların arasında
oxşar cəhətlər olsa da, bir-birlərindən fərqlidirlər.Yadda saxlamaq lazımdır ki,
Dostları ilə paylaş: