Molekulyar dinamika və metadinamika
115
və soyudulması zamanı sistemin enerji dəyişməsi histerezis xarakteri
göstərir. Temperaturun dəyişmə sürətindən asılı
olaraq nümunənin
atom strukturu müxtəlif forma ala bilər. Elektron halları sıxlığının və
Fermi enerjisinin müxtəlif temperaturlar üçün hesablanması
nəticəsində müqavimətin sıçrayışla dəyişdiyi
temperatur proqnoz
edilmişdir.
[6] işində molekulyar dinamikanın əsasları nəzərdən keçiril‐
mişdir. Potensial enerjinin səthi və qüvvə sahələri təhlil edilir, trayek‐
toriyanın,
Puankare kəsiyi, avto‐ və krosskorrelyasiya funksiyalarının
təyini üsulları izah edilir.
Yüksək enerji şüalarından və radiasiyadan istifadə edərək yeni
materialların yaradılması texnikanın aktual problemlərdən biridir.
Məsələn, yüksək enerjili klasterlər ilə bərk səthin qarşılıqlı təsiri [7,8]
işlərində tədqiq edilmişdir. Klasterlər bərk maddə səthinə çırpıldıqda
səthin kiçik sahəsinə böyük enerji verilir. Bu proses ilk baxışda sadə
görünsə də, fundamental və tətbiqi elm üçün böyük maraq doğurur
[9‐13].
Klaster hissəciklərin bərk maddə ilə qarşılıqlı
təsiri kollektiv
prosesdir, adi maddə atom və molekullarının səthlə qarşılıqlı təsirində
müşahidə olunmayan nadir xassələr törədir.
Bu nadir xassələrə
aşağıdakılar aiddir:
1) nazik təbəqə alınması (yüksək sıxlıqlı enerji effekti);
2) "dayaz implantasiya" (altlıq materialın aşağı enerji
şüalanması)
3) yüksəkeffektli püskürmə (təmizləmə və səthin
hamarlanması)
Klaster–bərk cisim toqquşma proseslərinin nəzəri tədqiqinin ən
mühüm vasitələrindən biri kompüter
molekulyar modelləşmə
üsuludur. Bu üsulun tətbiqi sayəsində klasterlərin səthlə qarşılıqlı
təsirinin mexanizminin öyrənilməsində və xüsusi xassəli material‐
ların hazırlanmasında mühüm nailiyyətlər qazanılmlşdır [14‐17].
Klasterlərin materiallarla qarşılıqlı təsiri
enerjinin və səthə dəyən
Molekulyar dinamika və metadinamika
116
klasterin çox yüksək sürətlərində, çox qısa zaman müddətində – bir
neçə pikosaniyə müddətində baş verir[18,19].
Klasterlərin metal (Al)səthlə qarşılıqlı təsirinin dinamikasının
MD metodu əsasında kompüter modelləşdirilməsi [20]
işində
yerinə yetirilmişdir. Bu işin əsas detallarını nəzərinizə çatdıraq.
2.2.2‐2.2.5 şəkillərində klasterin səthlə qarşılıqlı
təsirinin
dinamikasının modelləşdirilməsinin nəticələri verilmişdir.
Dostları ilə paylaş: