ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


POLKOVNİK RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ŞIXLİNSKİ -



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

POLKOVNİK RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ŞIXLİNSKİ - 
Topçu hissəsinin və 1918-ci ildə Ağdamdakı pulemyot məktəbinin rəisi. 1919-cu il 
fevralın 5-dən Əlahiddə Ağır Top divizionunun komandanı. 1920-ci ilin aprelində 
bolşeviklər tərəfindən Bakıda güllələnmişdir. Məşhur generalımız Əliağa 
Şıxlinskinin qardaşı oğludur. 1878-ci ildə Qazaxda anadan olub. Tiflisdəki kadet 
korpusunu və Peterburqda Mixaylov topçuluq məktəbini bitirib. Birinci Dünya 
müharibəsində iştirak edib. 
POLKOVNİK ŞAHZADƏ XOSROV MİRZƏ QACAR - Birinci Dünya 
müharibəsində Şimal draqun polkunun komandiri, 1918-ci ildən isə Milli Orduda 
üçünçü Ləzgi polkunun komandiri olmuşdur. 1920-ci ildə Gəncə üsyanından sonra 
Türkiyəyə mühacirətə getmişdir. 
  
POLKOVNİK ƏHMƏD BƏY MƏHƏMMƏD BƏY OĞLU DİBİROV – 
İkinci piyada Zaqatala alayının komandiri. 1860-cı ildə Balakən rayonunun 
Mahmalar kəndində anadan olub. Musavat zabiti olduğuna görə iyirminci ildə həbs 
edilib. Şəki qalasında bir neçə il saxlanıb. 1930-cu ildə yenidən həbs edilib. İki ay 
sonra həbsxanada ürək partlamasından vəfat edib. 
POLKOVNİK GƏRAY BƏY ABBASQULU BƏY OĞLU VƏKİLOV - 
1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub. Birinci süvari 
alayının komandiri kimi Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci ilin 
əvvəllərində isə Bakıda birinci kadet korpusunda hərbi təhsil hissəsinin rəisi idi. 
Polkovnik Gəray bəy 1884-cü ildə Qars şəhərində polkovnik Abbasqulu bəy 
Vəkilovun ailəsindo anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və 
Birinci Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə 
“Müqəddəs Georgi” ordeni ilə təltif olunub. İyirminci ildən sonra Şəkidə yerləşən 
ikinci qırmızı kadet korpusunda işləyib. 1924-cü ildə ordudan tərxis olunub. 1952-
ci il martın 14-də Bakıda vəfat edib. 
POLKOVNİK CAHANGİR BƏY KAZIMBƏYOV -  Gəncə alayının 
komandiri. 1920-ci il mayın 22-dən 30-dək bolşeviklərə qarşı Gəncə üsyanının fəal 
iştirakçısı. 1888-ci ildə Gəncədə anadan olub. Hərbi təhsilini Peterburqda alıb. 
Birinci Dünya müharibəsində iştirak edib. 1918-ci ildə Gəncədə Milli Azərbaycan 
Ordusunun yaradılmasında çalışıb. İyirminci ildə Gəncə üsyanı yatırıldıqdan sonra 
İstanbula mühacirətə gedib. Az sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə 
Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub. “Prometey” 
cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Vəliyə xanım 

Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edir, 
“Azəri-türk” dərnəyini yaradırlar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal 
olunanda əsir düşür. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə 
İtaliyada yaşayır. Əllinci ildə yenidən İstanbula gəlir, ağır güzəran keçirdiyindən 
Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunda əməkdaşlıq edir. 
1953-cü ildə Amerikada nəşr edilən “Azərbaycan” milli yurnalının 12-ci 
nömrəsində polkovnik Cahangir bəy Kazımbəyovun “Gəncə üsyanı haqqında 
xatirələr” adlı sanballı yazısı dərc olunmuşdur. 
POLKOVNİK MEHDİ BƏY EYNALI OĞLU SULTANOV - 1880-ci 
ildə Gəncədə anadan olub. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləşirdi -
Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında 
üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən 
musavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs 
düşərgəsinə sürgün edilmişdir. 
1937-ci il aprelin 20-də Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi 
üçlüyünün qərarı ilə güllələnmişdir. 
POLKOVNİK HÜSEYNQULU XAN İSGƏNDƏR XAN OĞLU 
XOYSKİ - 1917-ci ildə Gəncədə cavanlardan ibarət “Zelyonaya qvardiya” adında 
əsgəri təşkilat yaratmışdı. 1919-20-ci illərdə Gəncə şəhər qubernatorunun müavini 
olub. İyirminci ildə bolşevik-daşnak təzyiqindən mühacirətə getmişdir. 1955-ci 
ildə İstanbul şəhərində vəfat etmişdir. Atası İsgəndər xan Xoyski imperiya 
ordusunda general-mayor rütbəsində xidmət etmişdir. İsgəndər xan 1820-ci ildə 
anadan olmuşdur. 
POLKOVNİK ŞAHZADƏ SƏDRƏDDİN BƏHMƏN MİRZƏ OĞLU 
QACAR-1918-19-çu illərdə Bakı qəzasının hərbi rəisi, 1919-cu ilin sonlarından 
bolşevik çevrilişinə qədər Nazirliyin dəftərxana rəisi olub. 1920-ci ilin aprelində 
bolşeviklər güllələyib. 
Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır. 
Sürəyya xanım atasını belə xatırlayır: “Atam Sədrəddin Qaçar hərbi qulluqçu olsa 
da, yaxşı skripka çalırdı. Peterburqda təhsil alanda öyrənmişdi. Notları hələ də 
qalır. Pəsdən zümzümə etməyi də yadıma gəlir. Anam Günəş xanım 
Tağıbəyovanın da hərdən bir oxumağı vardı. Ev işləri görəndə zümzüməsi 
kəsməzdi... Atam güllələnəndən sonra ailəmiz Şuşadan Bakıya köçdü...” 
 
* * * 
 
1993-cü ilin iyun ayında Çingiz xanın və sonuncu Krım xanı Şahin Gərayın 
nəslinin davamçısı əlahəzrət şahzadə Cezar Gəray dədə-baba vətəni Krımda olanda 
“Moskovskiye novosti” qəzetinin müxbirinə verdiyi müsahibəsində demişdir: 
“...Sülaləmizin Rusiyada qalan hissəsinə gəldikdə isə, vətəndaş müharibəsi 
və inqilab zamanı bolşeviklər bizim ailənin bir neçə üzvünü öldürmüşdülər. 
Qvardiya zabiti, Qafqaz canişininin müavini, senator, sultan şahzadə Krim Gəray 
Nikolay Aleksandroviç (1886-1921) ingilis qızı ilə evlənmişdi. Vətəndaş 
müharibəsi vaxtı o, Petroqradda acından öldü. Ailəmizin digər üzvü, inqilabdan 
əvvəl imperiya ordusunun generalı, Birinci Dünya müharibəsində “Dikaya 

diviziya”nın komandirlərindən biri sultan şahzadə Klıç Gəray (1893-1947) 
bolşeviklərə qarşı vuruşmuş, sonra mühacirətə getmişdi.İkinci Dünya 
Müharibəsində o, kazak qoşunlarının komandiri olmuş, generalla birlikdə 
bolşeviklərə qarşı vuruşmuşdu. Sonra tutularaq Avstriyaya gətirilmiş və SMERŞ-ə 
verilmişdi. Moskvada isə gizli məhkəmə tərəfindən mühakimə edilmiş və 1947-ci 
il yanvarın on yeddisində edam olunmuşdu. 
  
PODPOLKOVNİK LƏTİF BƏY MƏMMƏDƏLİ OĞLU 
İBRAHİMBƏYLİ - Bakı realnı və Tiflis üç illik hərbi məktəblərini bitirib. Birinci 
Dünya müharibəsində yüz əlli üç saylı Bakı alayının tərkibində zabit kimi vuruşub. 
Kapitan rütbəsində Qars vilayətinin komendantı olub. Döyüş xidmətlərinə görə 
orden və medallarla təltif olunub. 1884-cü il dekabrın iyirmi doqquzunda Salyanda 
anadan olub. Musavat ordusunda Bakı Qala batalyonunun komandiri idi. 
PODPOLKOVNİK FUAD XAN HƏSƏN XAN OĞLU TALIŞXANOV - 
1896-cı ildə Lənkəranda zadəgan ailəsində anadan olub. Tiflis kadet korpusunu 
bitirib. Çar ordusunda rotmistr rütbəsinə qədər yüksəlib. 1918-1920-ci illərdə 
Birinci Cavanşir piyada alayının yavəri olub. Sovetlər vaxtı Qızıl Orduda müxtəlif 
komandir vəzifələrində çalışıb, podpolkovnik rütbəsinə qədər yüksəlib. 1930-cu 
ildə Gəncədə hərbi müfəttişlikdə işləyəndə həbs edilib. 
POLKOVNİK FİKRƏT ƏBÜLFƏT OĞLU AĞALAROV - 1868-ci il 
noyabrın 10-da Tiflisdə anadan olub. Şuşa realnı məktəbində və 1885-ci ildən 
1888-ci ilədək Nikolayev şəhərindəki hərbi məktəbdə təhsil alıb. Birinci Dünya 
müharibəsində iştirak edib. Milli Orduda birinci Azərbaycan süvari alayının 
komandiri idi. 
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd 
iyul tarixli teleqramı: 
 
“Cənab Hərb Naziri Zati-alilərinə! 
 
Qarabağın xalq milisi sıralarında Moskva İnstitutunun tələbələri İsgəndər bəy 
Sultanov və keçmiş Qarabağ süvari alayının əsgəri Xankişi Nuru oğlu xidmət 
edirlər. Onlardan birinə - ləzgi alayı ilə birlikdə bolşöviklərə qarşı döyuşlərdə 
iştirak etmiş Sultanova Türk hərbi ordeni “əcidiyyə” ikincisinə - Xankişi Nuru 
oğluna axırıncı müharibənin (Birinci Dünya müharibəsinin - Ş.N.) Georgi 
Kavaleri ordeni verilmişdir. 
Axırıncı Qarabağ hadisələri (1918-ci il-Ş.N.) zamanı onlar böyük bacarıq və 
şücaət göstərmişlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək xahiş edirəm ki
onların birinci zabit rütbəsinə təqdim olunmaları haqqında sərəncam verəsiniz". 
ŞTAB - ROTMİSTRİ ALLAHYAR MÖVSÜM OĞLU ƏMİRCANOV - 
1897-ci il mayın on birində Nuxada (Şəki) bəy ailəsində anadan olub. 1907-ci ildən 
1914-cü ilədək Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb. Birinci Cahan 
müharibəsində “Dikaya diviziya”a qulluq edib. Göstərdiyi hərbi şücaətlərə görə 
dördüncü dərəcəli “müqəddəs Georgi”xaçı ilə təltif olunub. 
ROTMİSTR HACIAĞA MƏMMƏDƏLİ OĞLU İBRAHİMBƏYLİ - 
1890-cı il dekabrın səkkizində Salyanda məmur ailəsində anadan olub. Bakıda 

kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1914-15-ci 
illərdə Birinci Dünya müharibəsində iştirak edib. 
1946-cı ildə nəşr olunmuş “Səməd bəy Mehmandarov” kitabçasının müəllifi. 
Həmin kitabçasında Mehmandarovla ilk görüşünü belə xatırlayır: 
“Mehmandarov mənə yaxınlaşıb çox nəzakətlə soruşdu; “Rotmistr, görünür, 
Siz vaqonda yer tapa bilməmisiniz... Mənim kupemdə bir boş yer vardır” 
  
Mən generala rəsmi təzim edib cavab verdim: “Yox, general həzrətləri, 
mənim yerim vardır, özü də Sizin kupenizdədir”. O, cavabında “Aha, yaxşı oldu, 
mən çox şadam” - dedi. Bu zaman ikinci zəng vuruldu. General Səməd bəy 
Mehmandarovla vaqona daxil olduq. 
Səməd bəy çox söhbətcil və çox yaxşı yol yoldaşı imiş. O, mənimlə bəzən 
rusca, bəzən də azərbaycanca danışırdı. O, ahəstə-ahəstə danışırdı, hər sözünü 
ölçüb-biçirdi, fikrini sadə və düzgün ifadə edirdi. Onun danışıq tərzi, səsi, sakit və 
qəti tonu, özünü sərbəst hiss etməsi göstərirdi ki, bu adam uzun və maraqlı həyat 
sürmüş, böyük vəzifə sahibi olmuş, şanlı igid əsgər həyatı keçirmişdir. Səməd bəy 
Mehmandarov yolda mənə bir çox maraqlı və faydalı şeylər danışdı”. 
ŞTAB-ROTMİSTRİ ŞAHZADƏ FİRİDUN ALLAHVERDİ OĞLU 
QACAR -Tiflisdəki Klassik Gimnaziyanı və Müəllimlər İnstitutunu, 1916-cı ildə 
isə Tiflis kadet korpusunu bitirib. 1892-ci ildə məşhur Qacarlar ailəsində anadan 
olub. Musavat ordusunda ikinci artilleriya briqadasında birinci batareyanın zabiti. 
ŞTAB-ROTMİSTRİ ZEYNAL BƏY SADIQOV - İkinci Qarabağ süvari 
alayında dördüncü bölüyün komandiri. 1917-ci il iyunun 30-dan “Qafqazın yerli 
əhalisindən təşkil olunmuş diviziya”nın Azərbaycan alayında hərbi xidmətə 
başlayıb. Birinci Dünya müharibəsində Qərb cəbhəsində vuruşub. Əla döyüş 
xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli Müqəddəs Stanislav 
(qılınc və bantla birgə), iyunun 28-də Buludniki kəndi uğrunda gedən döyüşlərdə 
ikinci, üçüncü, dördüncü dərəcəli “Müqəddəs Georki” medalı avqustun 30-da 
üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) ilə təltif olunmuşdur. 
Ştab-rotmistri rütbəsini 23 mart 1918-ci ildə Milli Azərbaycan Ordusunda almışdır. 
ŞTAB-ROTMİSTRİ ZÜLFÜQAR NƏZƏR OĞLU SULTANOV -1894-
cü ildə Zəngəzurun Pircəvan gəndində anadan olub. İkinci Tiflis kişi gimnaziyasını 
və Petroqrad Hərbi Tibb Akademiyasını bitirib. Musavat ordusunda əvvəl poruçik, 
sonra isə ştab-rotmistri kimi xidmət edib. 
         ROTMİSTR SƏLİM BƏY SULTANOV - Kürd süvari divizionunun 
komandanı. 
ŞTABS-KAPİTAN YUNİS ŞƏKƏROV - kürd atıcı batalyonunun 
komandiri. 
ŞTABS KAPİTAN NƏSİB AĞA ƏSƏD AĞA OĞLU VƏKİLOV - 1899-
cu ildə Qazaxda anadan olub. Gəncədə praporşiklər məktəbini bitirib. Musavat 
zabiti olduğuna görə 1940-cı ildən 1955-ci ilə qədər Maqadan və Norilskiyə sürgün 
edilib, Həmin ili Vətənə qayıdan Nəsib ağa 1963-cü ildə Bakıda vəfat edib. 
PORUÇİK OSMAN AĞA GÜLMƏMMƏDOV - 1914-cü il sentyabrın 
birindən 1917-ci ilin avqustunadək Birinci Dünya müharibəsi illərində süvari 
alayında döyüşüb. Döyüş yolu Avstriya və Rumın cəbhələrində olub. Sıravi əsgər 
kimi xidmətə başlayan Osman ağaya 1915-ci ilin avqustunda kiçik uryadnik 

rütbəsi verilib. Həmin il Avstriya cəbhəsində Briqen şəhəri uğrunda gedən 
döyüşlərdə yaralanıb. 1916-cı ilin mart ayında baş uryadnik və 1917-ci ilin 
iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub. 
1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində bolşeviklərə qarşı 
vuruşub. Onun süvari dəstəsi düşməndən yüz altı nəfər aşağı rütbəli əsgər, üç zabit, 
bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb. 
Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın on beşində Bakı 
döyüşlərinin ən fəal iştirakçısı olub. 
Avqustun on yeddisində Bakıya hücum zamanı bolşeviklərlə döyüşlərdə 
kornet Osman ağa Gülməmmədov süvari kəşfiyyat dəstəsində olarkən Balaxanı 
kəndinin şimal-qərb hündürlüyündən rəqibin arxasına keçərək onu Bakı şəhəri 
istiqamətində geri çəkilməyə məcbur etmişdi. Bu zaman özünü çatdırmış bölük 
Nobel çənləri yanında mövqe tutmuş və düşmən bölüyünə həmlə etməyə 
başlamışdı. Düşmən bölüyünün cinahında olan kornet Osman ağa Gülməmmədov 
pülemyot və tüfəng atəşi ilə qarşılandı. O, yaralıları itirsə də, nadir şücaət və 
mərdliklə, fədakarcasına igidlik nümunəsi göstərərək rəqibin güclü və sayca çox 
olmasına baxmayaraq, əlbəyaxa döyüşdə onun müqavimətini qırdı. Həmlə zamanı 
cəsur kornetin mindiyi at yaralandı, buna baxmayaraq o, düşməni qıra-qıra onun 
sıralarını məhv etdi. Bu hücuma davam gətirməyən düşmən bir zabit, bir həkim, 
qırx doqquz əsgər itirdi və üç pulemyotu qoyub qaçdı. 
Bakı cəbhəsində bu həmlə qətedici rol oynadı, çünki rəqib qüvvələri sındı. 
Bizim piyada isə bundan müvəffəqiyyətlə istifadə edə bildi. 
Döyüşlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet-
süvari qoşununda birinci zabit rütbəsi verildi və o, general Nuru paşanın əmrilə 
Türkiyənin beş qılınclı “Məcidiyyə” ordeni ilə təltif olundu. 
Arxiv sənədlərində yazılır ki, təsvir edilmiş döyüşdə adını çəkdiyimiz kornet 
Osman ağa Gülməmmədovun komandası altında vuruşan süvarilər öz imzaları ilə 
onun qəhrəmanlığını şəhadət edirlər: Həmzə İsmayıloğlu, milis yunkeri Kərim 
Yaqubov, praporşik Paşa bəy Rüstəmov, milis yunkeri Dəmir Paşa oğlu və 
başqaları. 
Poruçik Osman ağa Gülməmmədovun 1919-cu il martın altısında tərtib 
olunmuş şəxsi işindən öyrənmək olur ki, o, 1892-ci il avqustun on altısında Gəncə 
quberniyasının Qazax qəzasındakı Salahlı kəndində bəy ailəsində anadan 
olmuşdur. 
Birinci Dünya müharibəsi illərində cəbhədə göstərdiyi qəhrəmanlığa görə 
ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı, ikinci, üçüncü və 
dördüncü dərəcəli “Müqəddəs Georgi” medalı ilə təltif olunmuşdur. 
Azərbaycan Respublikası hökumətinin hərbi rütbələr haqqında 16 may 1918-
ci il tarixli 26 saylı əmri ilə birinci süvari Azərbaycan taburunun korneti Osman 
ağa Gülməmmədova hərbi şücaətlərinə görə starşinalıq imtiyazı ilə poruçik rütbəsi 
verildi, vəzifəsi yüksəldilərək üçüncü bölüyün komandiri təyin olundu. Əmrin 
ikisini də Hərbi Nazir vəzifəsini müvəqqəti icra edən general-leytenant Əliağa 
Şıxlinski imzalamışdı. 
Osman ağa Gülməmmədov həmin ilin iyul ayında xidmət üçün bölüyü ilə 
birgə Qusara göndərilir. Şimal sərhədlərimizin qorunmasında general Denikinə 

qarşı mübarizə aparan poruçik Osman ağa Gülməmmədov nümunəvi 
qəhrəmanlıqlar göstərir. 1919-cu ilin yanvar ayında keçirilən baxış-yoxlamasında 
onun sıralarında döyüşdüyü birinci Azərbaycan  süvari   alayı   Hərbi   Nazirin   
şəxsi təşəkkürünü alır. 
1920-ci ilin martında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi kəskin 
surətdə artır. Erməni-daşnak qoşun birləşmələri martın iyirmi birindən iyirmi 
ikisinə keçən gecə Xankəndində yerləşən birinci Cavanşir piyada alayının 
kazarmalarına qəfil basqın edir. Novruz bayramı axşamı Xankəndinə hücum edib 
Əsgəran yolunu bağlayırlar. Poruçik Osman ağa Gülməmmədov həmin döyüşlərin 
fəal iştirakçısı olur. Aprelin ikisində onun bölüyü daşnakların Əsgərandan 
qovulmasında mərdliklə vuruşur. 
İyirmi səkkiz aprel istilasından sonra musavat zabiti Osman ağa 
Gülməmmədov Türkiyəyə mühacirətə getməyə məcbur olmuşdur. 
“1937-Cİ İL FEVRALIN YEDDİSİNDƏ MAARİFÇİ-QADIN MƏDİNƏ 
XANIM QİYASBƏYLİNİN ALTINCI DİNDİRİLMƏSİNDƏN: 
SUAL : - Osman ağa Gülməmmədov sizə tanışdır? 
CAVAB: - Osman ağa mənim həmkəndlimdir. Mən onu 1919-1920-ci 
illərdə görüşmüşəm. Azərbaycanın sovetləşməsindən sonra o, Azərbaycan alayı ilə 
Türkiyəyə getdi. 
SUAL: - Sizi musavatçılarla nə bağlayırdı? 
  
CAVAB: - Bizim millətçi nəzərimiz, qohumluğumuz və bu adamların 
mədəniyyəti”. 
 
* * * 
 
1919-cu il fevralın on dördündə praporşik Lütvəli bəy Abbasqulu bəy oğlu 
Vəkilov Azərbaycan suvari alayının komandirinə belə bir məlumat göndərmişdir: 
“Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyulun on səkkizində dördüncü 
Borçalı alayının polkovniki Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş 
nömrəli əmrlə məni “Müqəddəs Georgi” xaçı ordeninin bütün dörd dərəcəsi ilə 
təltif olunmağa təqdim etmişdi və buna əsasən mənə birinci Mozdok Dağ 
Kazakları alayının min yüz qırx altı nömrəli attestatı da verilmişdir. Orada 
ordenlərimin hər birinin nömrəsi yazılıb, həmin döyüşlərdə mən dörd dəfə 
yaralanmışam və kontuziya olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi 
işimdə göstərilib” 
Vərəqin o biri üzündə praporşik Lütvəli bəy Vəkilovun dəsti-xətti ilə 
yazılmış qeydi də var: “Mənim şücaətlərimin və təltifatlarımın cəbhədə şahidi olan 
rotmistr Çayevski idi. O, hazırda Hərbi Nazirliyin Baş Qərargahında baş zabit kimi 
xidmətdədir”. 
Əlbəttə, praporşik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi 
ərizə kimi görünə bilər. Lakin günümüzün oxucusu onu da unutmamalıdır ki, o 
dövrdə belə bir yüksək ordenlə əsgər və zabitlər çox nadir hallarda təltif olunurdu. 
Qeyri-adi ikidlik göstərən, “Müqəddəs Georgi” ordeninin bütün dörd dərəcəsinə 
layiq görülən oğullarımızı barmaqla saymaq olar: onlar rotmistr Teymur bəy 
Novruzov, praporşik Sayad bəy Zeynalov, poruçik Osman ağa Gülməmmədovdur. 

Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaşı Çayevskinin Baş Qərargaha 
təqdimatı saxlanılır. O yazır ki, dördüncü Borçalı süvari alayının praporşiki Lütvəli 
bəy Vəkilovla Birinci Dünya müharibəsinin ilk günlərindən 1918-ci ilin 
sentyabrınadək döyüşlərdə birgə olub. Onun bütün qəhrəmanlıqlarının canlı 
şahididir. Qazaxda, Lori dərəsində, Borçalıda erməni daşnaklarına qarşı 
döyüşlərdə, Bakı, Qarayazı və Şamxorda bolşeviklərlə vuruşlarda onun cəsur 
süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək rütbəyə 
layiq olduğunu tamamilə qanuni hesab edir. 
Rotmistr Çayevskinin Baş Qərargaha iftixarla yazdığı təqdimatı iki general 
məmnuniyyətlə təsdiq edib, dərkənar qoruyublar: süvari diviziyasının rəisi general-
mayor Şahzadə Əmir Kazım Qacar və Qərargah rəisi general Zaxar Amaşukeli. 
Çox təəssüf ki, elə buradaca sənədlərin izi itir. 1890-cı il təvəllüdlü 
praporşik Lütvəli bəy Vəkilovun bundan sonra hansı rütbəyə layiq görüldüyü 
məlum olmur. 
PORUÇİK MƏHƏMMƏD BƏY ASLANBƏYOV - Birinci Azərbaycan 
süvari alayının zabiti, 1894-cü il martın on altısında Dağıstan vilayətinin Kürə 
nahiyəsində bəy ailəsində anadan olub. Teymurxan - Şura şəhər ədadiyyə 
məktəbində və Tiflisdəki böyük knyaz Mixail Nikolayeviç adına hərbi məktəbdə 
təhsil alıb. 
Hərbi xidmətə 1914-cü il oktyabrın birində başlayıb. 1915-ci il fevralın 
birində Qafqaz cəbhəsindəki döyüşən orduda əla xidmətinə görə praporşik rütbəsi 
verilib. Həmin il fevralın yeddisində, yüz əlli beşinci Quba piyada alayına 
keçirilib. Noyabrın birində podporuçik, 1916-cı il dekabrın on ikisində isə poruçik 
rütbəsi alıb. 1918-ci il martın on dördündə birinci Azərbaycan süvari alayında 
birinci bölüyün komandiri təyin olunub. Həmin il avqustun iyirmi doqquzunda 
1207 nömrəli əmrlə ştab-rotmistri rütbəsilə təltif olunub. Bakı cəbhəsində daşnak-
bolşeviklərə qarşı döyüşlərdə igidliklə vuruşub. Poruçik Məhəmməd bəyin 
qəhrəmanlığını general Nuru paşa Türkiyənin “Hərb medalı” ilə qiymətləndirib. 
1918-ci il iyulun səkkizində Baş Qərargah rəisi, polkovnik Həbib bəy 
Səlimov Birinci Azərbaycan alayının komandirinə belə bir məlumatla müraciət 
etmişdir: 
“Poruçik Məhəmməd bəy Aslanbəyov özünü alayda yararlı zabit kimi, 
süvari Azərbaycan alayının bir çox zabitlərindən xeyli yaxşı göstərmişdir. Ona 
görə də, onun təminat almaq üçün alaylardan birinə qəbul edilməsi yaxşı olardı. 
Alayın bir çox zabitləri Tiflisdə eyş-işrətlə məşğul olduqları halda, o, dəstədə 
yorulmadan çalışır. 
Əla və çalışqan zabit olduğuna görə mən poruçik Məhəmməd bəy 
Aslanbəyovu dəstədən buraxa bilmərəm. Çox təəssüflər olsun gi, işə can yandıran 
belə zabitlər çox azdır. Dəstədəki xidmətdən - kimin işə sadiq olduğu, kiminsə 
paqon və pul üçün xidmət etdiyi aydın oldu. 
Namusla xidmət edən zabiti cəzalandırmaq çox acı hal olardı”. 
Arxiv sənədlərindən məlum olur ki, poruçik Məhəmməd bəy Aslanbəyov 
Birinci Dünya müharibəsi illərində Azərbaycan süvari alayında da namus və 
qeyrətlə vuruşmuşdur. O, “İgidliyə görə” medalı ilə və “Müqəddəs Anna” 
ordeninin dördüncü dərəcəsilə (1915-ci il iyulun 25-də), “Müqəddəs Stanislav” 

ordeninin üçüncü dərəcəsilə (bant və qılıncla birgə) 1915-ci il dekabrın 20-də, 
“Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə (bant və qılıncla), 1916-cı il iyulun 
on yeddisində, 1918-ci ildə Bakı uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə 
Türkiyənin “Hərbi medalı” ilə təltif olunmuşdur. 
PORUÇİK SAYAD ZEYNALABDİN OĞLU ZEYNALOV - 1918-ci ilin 
noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci Dünya 
müharibəsində “Dikaya diviziya”nın Tatar-Azərbaycan alayında xidmət edib. 
1975-ci ildə SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindən əldə etdiyim sənəd bir daha 
bunu təsdiq edir: 
“Sizin sorğunuza cavab olaraq bildiririk ki, arxiv materiallarında Tatar 
süvari alayının yunkeri, praporşik Sayad Zeynalovun xidmət dəftərçəsi saxlanılır. 
Sənəddə deyilir ki, o, 30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol 
quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar 
süvari alayına daxil olub. 1915-ci ildə praporşik, sonra isə yunker rütbəsi alıb. 
1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniya 
döyüşlərinin iştirakçısı olub. “Müqəddəs Georgi” ordeninin bütün dörd dərəcəsilə 
təltif edilib. 
“Müqəddəs Georgi” ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi 
vardı. Birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: 
“Əla xidmət və cəsurluğa görə”. Odur ki, “Müqəddəs Georgi” ordeninin bütün 
dörd dərəcəsinə yalnız fövqəladə dərəcədə fərqlənən, xüsusi igidlik, mərdlik, əla 
əsgəri rəşadət göstərən hərbi qulluqçular layiq görülürdülər”. 
  
Həmkəndliləri, Ağköynəkli ağsaqqalların yaddaşında poruçik Sayad 
Zeynalovun 1915-ci ildə Sarıqamış cəbhəsindən yazdığı şerdən bir bənd yadigar 
qalıb: 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin