II.
XARİCİ TƏSİRLƏR
Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanandan
sonra Türkiyə, İran, Yaxın Şərq ölkələri və cənubi
Rusiyadan olan ekstremist qruplar bura öz təsirlərini
yaymağa çalışmişlar.
42
Rəsmi ruhanilər Sovet
dönəmində təhsil almış mollalardan ibarət idi ki, onlar
da əhalinin mənəvi oyanışını ödəyə bilmirdi.
Müstəqillikdən sonrakı onillikdə müsəlman ölkələri
150-ə yaxın məscid tikmiş
43
və ölkəyə müəllim,
missioner göndərmişlər. Əvvəllər tanınmayan sələfiliyi
də xarici missionerlər gətirmişlər. Xaricdən gələn
missionerlərin bir qismi siyasi məqsədlər güdürdü, və
hökümət onların bir çoxunu ölkədən xaric etmişdir,
qalanlarını isə ciddi nəzarətdə saxlayır. Bü gün, yalnız
türk mənşəli dini təşkilatlar fəaldır. Rəsmi Ankara
İrandan və Yaxın Şərqdən gələn radikal İslamı Türk
dünyasından kənar saxlamağa çalışır
44
və Türkiyənin
dünyavi modelinin Azərbaycandakına bənzəməsi
səbəbindən Türkiyə mənşəli qruplar müsbət qarşılanır.
45
Lakin, son zamanlarda, hökümət Türkiyədən gələn
bəzi qruplara daha çox şübhə ilə yanaşmağa başlayıb.
A.
Y
AXIN
Ş
ƏRQ
Sələfi İslamı Azərbaycana missionerlər, Səudiyyə
Ərəbistanında, Küveytdə və ya Misirdə təhsil almış
azərbaycanlılar və 80-ci illərin sonlarında və 90-ci
illərin əvvəlində Məkkəyə həccə getmiş zəvvarlar
gətirmişlər ki, onu da, adətən, yerli tənqidçilər “Vəhhabi”
İslam adlandırır.
46
Dini ədəbiyyat və İnternet təbliğat
42
O. Roy, “İran inqilabının Yaxın Şərqə təsiri ”; və B. Balcı,
“Post-Sovet Azərbaycanında Şiə məzhəbi: İran və daxili
dinamik təsirlər arasında”, bax S. Mervin (ed.), Dünya
Şiələri və İran (Paris, 2007).
43
R. Mehdiyev, “Qloballaşma dövründə dövlət və cəmiyyət”,
Azərbaycan, sentyabr 2007.
44
B. Balcı, “İslamla dünyavilik arasında: Asiyanın və
Qafqazın türk-dilli respublikalarında Türkiyənin regional
siyasəti”, Balçı (ed.), Qafqazda din və siyasət (Paris, 2007)
45
Türkiyə Dini İşlər üzrə Baş İdarəsi adlanmasına
baxmayaraq, yalnız Sünni İslamın rəsmi üslubuna xidmət edir.
46
Müstəqillik dövründən əvvəl Yaxın Şərq müsalmanları ilə
az sayda əlaqələr mövcud idi. Böhran Qrupunun müsahibəsi,
Azərbaycanlı dindar, Bakı, oktyabr 2007. Azərbaycanın ən
böyük Sələfi icmasının rəhbəri Qamət Süleymanov Səüdiyyə
Ərəbistanında və Sudanda təhsil alıb. 1996-cı ildə 120 tələbə
Misir, İran, Liviya və Suriyada rəsmi yolla ilahiyyəti
öyrəniblər, R. Motika, “Post-sovet Azərbaycanında İslam”,
Din üzrə Sosial Elmlər Arxivi, iyul-sentyabr 2001, səh. 115.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 6
işini və bu təriqətə qoşulmağı asanlaşdırdı.
47
Sələfilər
əsl İslama etiqad etdiklərini iddia edir və yaxşı
müsəlman necə olmasına diqqəti çəkirlər.
48
Azərbaycanda
sələfilik gənclərin mənəvi ehtiyyaclarını ödəyə bilməyən
rəsmi ruhanilərin yaratdığı boşluğu doldurur.
49
Bununla
belə, bu təriqətə qoşulanların sayı çox güman ki heç
10,000-i də keçmir.
50
Sələfiliyi təbliğ edənlər sırasında ən faəl qrup İslam
İrsinin Dirçəlişi Cəmiyyəti (İİDC) sayıla bilər.
51
Azərbaycanda bu Cəmiyyət 1994-cü ildən işləməyə
başlamış, lakin 2001-ci ildə təşkilatın Əfqanıstan və
Pakistan şöbələrinin əməkdaşlarının əl-Qaidə ilə
əlaqələrdə təqsirləndirilməsindən sonra, onun yerli
nümayəndəliyinin fəaliyyəti qadağan olunmuşdur. İİDC
əsasən mərkəzi Azərbaycanda (39), şimalda (17) və
Bakıda (4)
52
olmaqla, ölkə üzrə 62 məscidi bərpa etmiş
və bu gün, Azərbaycan sələfilərinin əsas yığıncaq nöqtəsi
olan Əbu-Bəkr məscidinin inşasını maliyyələşdirmişdir.
Dağlıq Qarabağdan köçkün düşmüş əhaliyə kömək
edən humanitar təşkilatlar da sələfiliyi təşviq etmişlər.
53
47
Böhran Qrupunun müsahibəsi, İslam üzrə azərbaycanlı
alim, Bakı, sentyabr 2007.
48
Sələfilik Peyğəmbərin, onun səhabilərinin və növbəti iki
nəslin yeddinci əsrdə təbliğ etdiyi ənənələrə qayıtmağa
çalışır. O, İslamın dörd əsas məktəbini inkar edir, geyim və
şəxsi görkəm məsələsində sərt üsluba üstünlük verir və dinə
olan sədaqətdən yayındırmasına görə rəsmi təşkilatlanmadan
kənar durur. Ətraflı, Böhran Qrupunun hesabatına baxın,
İslamçılığı Dərk Edərək, eyni mənbədən.
49
Bir çox ərəb ölkələrində sələfilik milli mənsubiyyətindən
artıq təsəlli tapmayan gənclər arasında geniş yayılıb. Bax O.
Roy, “Avropada İslam, Dinlərin sarsılması və dini
cərəyanların kəsişməsi?” K. Mixalski (ed.), Avropa
Həmrəyliyinin Şərtləri, Yeni Avropada Din, cild 2 (Nyu
York/Budapeşt, 2006).
50
Sələfilərin sayı haqqında məlumat müxtəlifdir. Qamət
Süleymanov deyir ki, Əbu Bəkr məscidini 7,000 nəfər
müntəzəm olaraq ziyarət edir. Ölkənin digər şəhərlərində
orta hesabla onlarla dindarın məsciddə ibadət etməsini
təxmin etsək, 10,000 rəqəmini ən maksimal saymaq olar.
51
İİDC bir çox ölkədə fəaliyyət göstərən Küveyt QHT-dir.
Təşkilatın Pakistan və Əfqanıstandakı bəzi üzvləri əl-Qaidə
fəalları olmaqda ittiham olunmuş və ABŞ tərəfindən
Quantanamo Bey həbsxanasında saxlanılırlar. “Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının əl-Qaidə və
Talibana qarşı Sanksiyalar Komitəsinin Ümumi Siyahısı”,
BMT Təhlqkəsizlik Şurası 1267, səh. 60, BAx:
www.un.org/sc/committees/1267/conso list.shtml.
52
A. Yunusov, Azərbaycanda İslam (Bakı, 2005), səh. 232.
53
Azərbaycandakı Soros Fondunun rəhbəri demişdir, “Təkcə
Küveyt təşkilatları 62 məscidin tikintisi maliyyələşdirmişdir
ki, bunun üçün də 30 mln avro xərclənmişdir. Maliyyələşdirmə
müəmmalı prosedurlarla, hökümətin təmamilə nəzarəti
olmadan həyata keçirilmişdir.”, F. Əsədov, “Azərbaycanda
dinə əsaslanan xeyriyyə fəaliyyəti və İslam”, Avropa Fondu
Mərkəzi, 2003.
1993-cü ildən etibarən Səudiyyə Ərəbistanından olan
Beynəlxalq İslam Xeyriyyə Təşkilatı (BİXT)
54
Qaçqın
və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsilə
birgə Bərdə və Sumqayıtda ərzaq paylamış və tibbi
yardım göstərmişdir. 1999-cı ildə Bakıdan Kanadaya
uçmuş təşkilat işçilərindən birinin terrorçuluq ittihamı
ilə həbs edilməsi, BİXT-in fəaliyyətinin araşdırma
mənbəyinə çevrilməsinə səbəb olmuşdur.
BİXT Bakıdakı ofisini və bir neçə işçisini saxlasa da,
2006-ci ildən təşkilatın fəaliyyəti dayandırılmışdır.
55
1995-ci ildən etibarən BİXT-in bir qolu olan Küveyt
Asiya Müsəlmanları Komitəsi və təşkilatın Bakı ofisi
qaçqın və köçkünlərə yardım göstərirdi və sələfi
ədəbiyyatını idxal edirdi.
56
Şübhəsiz, bu xeyriyyə
təşkilatlarının sələfiliyin yayılmasında rolu olmuşdur,
lakin bu təriqətə qoşulan şəxslərin kiçik bir hissəsinin
radikallaşmasında sözügedən təşkilatların nə dərəcədə
məsuliyyət daşıması qeyri-müəyən olaraq qalır.
B.
D
AĞISTAN VƏ
Ç
EÇENİSTAN
Çeçenistana yollanan ərəb və Yaxın Şərq yaraqlıları
Azərbaycandan
57
və sələfiliyin müstəqil inkişaf etdiyi
Dağıstandan keçməklə, sələfiliyin transformasiya edib
sələfi cihadçılığa çevrilməsinə yardım etmişlər.
58
54
1978-ci ildə təsis olumuş BİXT iyirmi ölkədə fəaliyyət
göstərir. Rəhbərlikdə olan Səüdiyyəli Abd Al Həmid
Süleyman əl-Mücil İnterpol tərəfindən axtarışdadır və ABŞ
Xəzinədarlığı tərəfindən İslamçı radikal qruplara dəstək üçün
maliyyə toplanmasına görə “bir milyon qiyməti olan adam”
adlandırılıb. Bax: www.ustreas.gov/offices/enforcement/key-
issues/protecting/charities_execorder_ 13224-i.shtml#m). Bu
məlumat “əl-Qaidəyə məxsus olan və ya onunla əlaqədə olan
təsisatlar” siyahısında təqdim edilib, BMTTŞ-ın 1267 saylı
Komitəsi, səh. 57-58.
55
Böhran Qrupunun telefon müsahibəsi, BİXT
nümayəndəsi, Bakı, yanvar 2008.
56
Küveyt şəhərində yerləşən bu təşkilat əsas diqqətini
yardım və inkişafa yönəldir, lakin həmçinin, təhsil və təlimlə
məşğul olur. Bax: www.iico.org/home-page-eng/index-eng.
htm. 2005-ci ildə təşkilat tərəfindən Qafqaz Müsəlmanlar
İdarəsinə “hadiyyə” kimi on dörd ton “vəhhabi” ədəbiyyatı
yollanmışdır ki, bu da, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) tənqidinə və QMİ-ni bu səpkili
materialların yayılmasına kömək etməkdə günahlandırmasına
səbəb olmuşdur. “Qazax və Özbək dilində kitablar
Azərbaycana humanitar yardım kimi göndərilib”, Ekspress,
3 avqust 2005.
57
S. Kornel, eyni mənbədən, səh. 46.
58
Yerli dindarlar öz düşüncələrini xarici təsir olmadan,
Sələfi ədəbiyyatı əsasında formalaşdırıb. Bax M. Qammer,
“Dağıstanda Siyasət, Millətçilik və İslam” Balcı, Din və
Siyasət, eyni mənbədən, səh. 149-161; A. Matveyeva,
“Dağıstan: Millətlərarası ziddiyətlər və Sərhədin hər iki
tərəfinə onların təsiri”, M. Qammer (ed.), Xəzər Regionu
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 7
Azərbaycanın şimalında yaşayan və Dağıstanla etnik
əlaqəsi olan milli azlıqlar (ləzgi, avar və saxurlar) və
2000-2001-ci illərdə ölkəyə gəlmiş və sonralar ölkəni
tərk etmiş 10,000-nə yaxın çeçen qaçqını Azərbaycanda
Sələfi İslamı ilk olaraq yaymışlar.
59
Bununla bərabər,
çox az sayda azərbaycanlı Dağıstan camaatlarına (radikal
qruplarına) və ya Çeçen döyüşçülərinə qoşulmuşdur.
2001-ci ilin oktyabr ayında Milli Təhlükəsizlik
Nazirliyi bəyan etmişdir ki, 300-ə yaxın azərbaycanlı
Çeçenistanın və Dağıstanın sələfi düşərgələrində təlim
keçmiş və on üç nəfər ikinci Rus-Çeçen müharibəsində
qətlə yetirilmişdir. 2002-ci ildə Çeçenistanda döyüşmək
niyyətində olan on iki nəfər azərbaycanlı həbs olunmuş
və məhkum edilmişlər.
60
Onlar 2001-ci ildə Əbu-Bəkr
məscidində Sələfi-Cihad qrupunun başçısı olan Kənan
Şabanov tərəfindən cəlb edilmişlər.
2003-ci ilin avqust ayında təhlükəsizlik orqanları
əslən Dağlıq Qarabağdan və ətraf bölgələrdən olan və
Dağlıq Qarabağda döyüşmək istəyən 23 nəfəri həbs
etmişdir. Yerli mətbuatda “Qarabağ partizanları”
ləqəbi qazanmış bu qrup deyilənə görə Gürcüstanın
Pankisi dərəsində təlim keçmiş və bir neçəsi
Çeçenistanda döyüşlərdə iştirak etmişdir.
61
2003-cü
ildə hökümət Azərbaycan vətəndaşı olan daha 70
(London, 2004); E. Suleymanov, “Çeçenistan, Vəhhabilik və
Dağıstanın müdaxiləsi”, Beynəlxalq Münasibətlərin Yaxın
Şərq İcmal, cild 9, # 4 (dekabr 2005); və R. B. Veyr, E.
Kisriyev, “Dağıstanda İslam faktoru”, Orta Asiya
Araşdırması, cild 19, # 2 (iyun 2000), səh. 235-252.
59
Böhran Qrupunun müsahibəsi, Tofiq Turkel, mütəxəssis,
Turan xəbərlər agentliyi, fevral 2008; həmçinin, bax
A.Vəliyev, “Azərbaycan tədricən daha çox Sələfilik və İran
arasında qalır”, Terrorçuluğun Monitoru, 11 oktyabr, 2007,
bax www.jamestown.org/terrorism/news/article.php?article
id=2373711. İndi Azərbaycanda yalnız 2,100-ə yaxın çeçen
yaşayır, Böhran Qrupunun telefon müsahibəsi, BMT-nin
Qaçqınlar üzrə Ali Kommissarlığın (UNHCR) rəsmisi, Bakı,
fevral 2008. 8000-dən artıq çeçen ikinci Rusiya-Çeçenistan
müharibəsindən sonra Azərbaycandan keçib gediblər,
“Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və
köçkünlər”, 6 fevral 2006, http://assembly.coe.int/Main.asp?
link=/Documents/WorkingDocs/Doc06/EDOC10835.htm. -
veb-səhifəsinə bax.
60
Yunusov, eyni mənbədən, səh. 268-269; və Vəliyev, “İki
Sima”, eyni mənbədən.
61
Üzvlər qeyri-qanuni hərbi qrup yaratmaqda və silahların
qeyri-qanuni daşınması və saxlanılmasında ittiham olunmuş
və ömürlük azadlıqdan məhrum edilmişdir. Yerli hüquq
müdafiəçilərinin dəfələrlə etdiyi müraciət əsasında
sözügedən şəxslərdən bir neçəsi əfv olunmuşdur, lakin on
nəfər hələ də həbsdədir. 2006-cı ildə Avropa Şurasına hüquq
müdafiəçiləri tərəfindən göndərilən sənəddə bu şəxslər
“siyasi məhbus sayılmayan, ancaq ədalətsiz məhkəmə
qurbanı olan şəxslər” kimi təqdim olunub. Böhran Qrupunun
müsahibəsi, Akif Nağı, sədr, Qarabağ Azadlıq Təşkilatı,
fevral 2008.
“vəhhabinin” 2001-2003-ci illərdə həbs olunmasını
bəyan etmişdir; ən azından 45 nəfər Pankisi dərəsində
çeçen qiyamçılarına qoşulmaqda ittiham olunmuşdur.
62
Rəsmi bəyanatlardan əlavə, Rusiya və Azərbaycan
mətbuatı vaxtaşırı Şimali Qafqazda Azərbaycandan
olan döyüşçülərin həbsi və ya qətli xəbərini yayır.
Məlumatlara görə, 2006-cı ilin sentyabr ayında əslən
Qusardan olan yaraqlı Süleyman Muradov Dağıstanda
həbs olunmuşdur.
63
Çeçen partizanlarının rəhbəri
Rəppani Xəlilov
64
və onun müavini, əslən Zaqataladan
olan Azərbaycan vətəndaşı Nəbi Nəbiyev, qonşu
Kızılyurt rayonunda 2007-ci ilin sentyabrın 17-də
qətlə yetirilmişdirlər. Məlumatlara görə, Xəlilovu
əslən Zaqatalalı digər Azərbaycan vətəndaşı İlqar
Mollaçıyev
65
əvəz etmişdir ki, onun da qardaşı Vüqar
2002-ci ildə Dağıstanda terror aktlarında iştirakda
təqsirli bilinmişdir.
66
Deyilənə görə, 2007-ci ilin
noyabrında Dağıstanın paytaxtı Maxaçkalada, digər
yeddi döyüşçü ilə bərabər, Azərbaycan vətəndaşı
Mehdi Qurbanov qətlə yetirilmişdir.
67
2008-ci ilin fevral ayında əslən Azərbaycanın Qusar
rayonundan olan yaraqlı Araz Balabəyov Rusiya
qoşunları tərəfindən öldürülmüşdür.
68
Məlumatlara
əsasən o, və bü günə kimi Dağıstanda gizlənən
qardaşı Babək, İslam İrsinin Dirçəliş Cəmiyyəti
tərəfindən 1990-cı illərin əvvəllərndə sələfi təriqətinə
cəlb olunmuşdur. Hər iki qardaş Dağıstanın cənubunda
və Azərbaycanın şimalında fəallıq göstərən Çeçen
müharibəsinin ərəb mənşəli veteranı Kvaze Caffonun
yaratdığı radikal Meşə Qardaşları qrupunun üzvləri idi.
69
62
Yunusov, eyni mənbədən, səh. 268-271; və “Azərbaycanın
əsas problemi”, 525-ci qazet, 15 avqust 2003.
63
“Azərbaycanlı cinayətkar Dağıstanda tutuldu”, Today.az, 4
sentyabr 2006.
64
Xəlilov Xəzərin sahilində yerləşən Kaspiysk şəhərində
2002-ci ilin mayında 43 nəfərin ölümü və 170 nəfərin
yaralanması ilə nəticələnən partlayış törədən qiyamçılar
qrupuna rəhbərlik edib. Bax “Xəlilov Rəppani”, Lenta.ru, 19
sentyabr 2007, www.lenta.ru/lib/14170687/.
65
“DİN başçısı yaraqlıların yeni rəhbərinin adını açıqladı”,
Lenta.ru, 10 yanvar 2008.
66
“Kaspiyski Terrorçuluq Aktı: Müəlliflər tapılıbmı?”,
Chernovik, 30 aprel 2004.
67
Onlar Dağıstanda hüquq-mühafizə orqanlarına qarşı bir
neçə hücuma görə ittiham olunublar və 2007-ci noyabrın 13-
də, xüsusi əməliyyat zamanı, qətlə yetiriliblər, E. Kərimov,
“Maxaçkalada qətlə yetirilən yaraqlılar arasında Azərbaycan
vətəndaşı var idi”, Exo, 13 noyabr 2007.
68
“Axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda
öldürülüb”, ANS-Press, 7 fevral 2008, bax: www.anspress.
com/print58785.html.
69
“‘Meşə Qardaşlarının’ Azərbaycanda dəstəyi var”,
Today.az, 21 fevral 2006, bax www.today.az/view.php?id
=23502
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 8
C.
İ
RAN
Baxmayaraq ki, müstəqillik qazanılandan dərhal sonra
İran mənəvi təsir mənbələrindən biri olmuşdur, bu
gün onun təsiri məhduddur.
70
Azərbaycanda şiələrin
nüfuzlu ruhani iyerarxiyası yoxdur. Mərca əl-təqlid,
yəni ki dindarlar tərəfindən mütləq tabe olacağı bir
şəxsiyyət yoxdur; Azərbaycanın Şeyxülislamı ehkamların
və müqəddəs qanunların mötəbər şərhçisi sayılmır.
71
Məhz bu əsasla İran mənşəli dini qurumlar, nəzəri
baxımdan, Azərbaycan şıələri arasında daha çox
mənəvi nüfuza malik ola bilərlər və, bu da, qismən
müstəqil dini icmaların rəsmi ruhani rəhbərliyini
qəbul etməkdən imtina etməsinin səbəblərindən biri
ola bilər. Şeyxülislamın dini statusunun mərca əl-
təqliddən aşağı olması 2000-ci ildə İrandan gələn
bütün dini missionerlərə hökümətin qadağa qoymasında
rol oynaya bilərdi.
İran ruhanilərinin daxilindəki bölünmələr, və eləcə də,
bu ali ruhanilər və Tehran rejimi arasında bölünmələr
dini fikirlərin Azərbaycana axınına təsir etmişdir.
İranın mühüm mərca əl-təqlidi ətrafında yaranmış
özəl fondlar azərbaycanlı tələbələrin İranda dini təhsil
alması üçün təqaüdlər ayırmışlar.
72
Böyük Ayətolla
Əli əl-Sistani (indi İraqda yaşayır) Azərbaycanın
özündə və Gürcüstan azərbaycanlıları arasında
(Kvemo Kartlinin sərhəd rayonlarında) humanitar
fəaliyyət və dini fikirlərin yayılmasında fəallıq
göstərən Əhli Beyt təşkilatına rəhbərlik edir. Digər
mötəbər mərca əl-təqlid Fazil Lənkaranidir ki,
73
70
Azərbaycanın Şeyxüslislamı İslam Respublikasının Ali
Dini Rəhbəri Xamneyinin dini hakimiyyətini tanıyırdı, lakin
1998-ci ildən sonra mövqeyini dəyişib və indi, İraqda
yaşayan və mötədil kimi tanınan, Böyük Ayatolla Əli əl-
Sistanini tanıyır, Böhran Qrupunun müsahibəsi, Altay
Göyuşov, Bakı, sentyabr 2007. Azərbaycanlılar indi yeni
mərca əl-təqlid seçimini edir (təqlid mənbəyi).
71
İranın Şiə ruhanilərinin siyasi və dini iyerarxiyası haqqında,
bax Böhran Qrupunun Yaxın Şərq üzrə Hesabatı N°5, İran:
İnqilabın Ruhu naminə Mübarizə, 5 avqust 2002.
72
Müstəqillik qazanılan dövrdə Azərbaycanda yalnız 70-80
işləyən imam var idi. Onların dini biliklər səviyyəsinin aşağı
olması Azərbaycanda İrana bənzər hakimlər iyerarxiyasının
yaradılmasına əngəl törətmişdir. Məhz bu səbəbdən, gənc
Azərbaycanlılar əsasən Qum və Nəcəf şəhərləri olmaqla,
İranda təhsil almağa yollanmışlar. Motika, eyni mənbədən,
səh. 111-124.
73
Əslən azərbaycanlı olan Lənkarani İranda təhsil almış və
inqilabda iştirak etmişdir 2007-ci ildə vəfatına gədər o,
Azərbaycana xüsusi diqqət ayırırdı və Azərbaycan
ziyalılarına qarşı bir neçə fətva (dini sərəncam) vermişdir. Bu
fətvalardan birini o, 2006-cı ildə Məhəmməd Peyğəmbəri
təhqir edən məqalə yazdığına görə bir Azərbaycan
jurnalistinə qarşı vermişdir. Bax: “İran ruhanisi Azərbaycanlı
jurnalistə qarşı fətva vermişdir”, RFE/RL, 30 noyabr 2006.
sonralar onun fikirlərini yayan azərbaycanlı tələbələri
İranın ilahiyyat mərkəzi sayılan Qumda oxumağa cəlb
etmişdir.
74
Bəzi fondların gündəliyində daha çox siyasi
məqsədlər var idi. İmam Xomeyni Xeyriyyə Fondu
75
Dağlıq Qarabağ münaqişəsindən sonra azərbaycanlı
köçkünlərə yardım göstərirdi, lakin eyni zamanda
ölkənin daxili işlərinə qarışmaqda ittiham edilərək
müxalifət mətbuatında tənqid olunurdu.
76
Köçkün
düşərgəsinin sakinlərindən biri xatırlayır: “Onlar düyü
ilə bərabər Xomeyninin şəkillərini, dini kitablar və
Talış mənsubiyyətinə aid kitablar gətirirdilər”.
77
Bu
Komitənin Azərbaycanın cənub bölgələrində 1991-ci
ildə təsis olunan və dini ənənələrə sadiq olan və
Nardaran kəndində yerləşən Azərbaycanın İslam
Partiyası ilə (AİP) əlaqəli olması bildirilir.
78
Əsasən
Bakı kəndlərində və nisbətən az sayda cənubda
üzvləri olan bu partiya əvvəllər çox fəal idi, lakin
sonralar, İranın bu partiyadan istifadə edərək
Azərbaycanda dünyaviliyi sarsıtmaq ehtimalından
ehtiyyatlanan hökümət onu 1995-ci ildə qadağan
etmişdir. Bu partiya qeyri-rəsmi olaraq hələ də
fəaliyyət göstərir, lakin onun artıq hökümət tərəfindən
ciddi izlənməməsi onun nə dərəcədə zəifləməsinin
bariz nümünəsidir.
79
İranın dəstəklədiyi və Azərbaycan vətəndaşı Tahir
Ramazanov tərəfindən idarə olunan, və özünü
74
İndiki dövrdə Qumda 200-250 qədər azərbaycanlı (əsasən
ölkənin cənubundan) tələbə var. Onların, nəticə etibarı ilə,
Azərbaycanda
şiə
İslamın inkiçafına necə
təsir
göstərəcəklərini indidən demək çox tezdir. Bax: Balcı,
“Azərbaycanda Şiəlik”, eyni mənbədən.
75
Bax: www.emdad.ir/Homepage.aspx?lang=en-US.
76
“Azərbaycan-İran münasibətləri”, Far Mərkəzi, Monitorinq
Qrupu, Bakı, 1996, bax www.zerbaijan.com/azeri/hhz3.htm
77
Böhran Qrupunun müsahibəsi, Lənkəran, oktyabr 2007.
Talışlar, Araz çayının hər iki tayında yaşayan və bu
səbəbdən İran və Azərbaycan arasında bölünən azsaylı
xalqdır. Deyilənə görə, İran talış faktorunu Azərbaycanda
sabitliyi pozmaq üçün istifadə etməyə cəhd etmişdir.
78
Böhran Qrupunun müsahibəsi, rəsmi molla, Lənkəran
rayonu, oktyabr 2007.
79
AİP 1992-ci ildə qeydiyyatdan keçmişdir; 1995-ci ildə
onun sədri Hacı Əlikram Əliyev həbs olunmuş və partiya
İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq üçün
istifadə edilməsi ittihamı ilə bağlanmışdır. AİP
rəhbərlərindən ən azından biri həbsxanada vəfat etmişdir.
Partiya rəhbərliyindən həbsə düşməyənlər ölkəni tərk
etmişdir. Yunusov, “İslam”, eyni mənbədən, səh. 212 (Rus
dilində). Bu yaxınlarda, 2007-ci ilin iyunun 26-da AİP
nümayəndələrinə Gəncədə görüş keçirtməyə icazə
verilməmişdir. Sabiq partiya sədri Hacıağa Nüriyevlə
bərabər beş nəfər həbs olunmuş və digər on doqquz partiya
üzvü gecəni polis məntəqəsində keçirmişlər. “Dini Bülleten”,
Turan xəbərlər agentliyi, 9 iyul 2007.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 9
HizbuAllah adlandıran İslamçı qrupun 1990-ci illərdə
cinayətkar əməllərdə iştirak etməsi iddia olunur.
2000-ci ildə bu qrup tanınmış Azərbaycan ziyalısı
Ziya Bünyadovu 1997-ci ildə qətlə yetirməkdə ittiham
olunmuş və qrupun yeddi üzvü həbs olunmuşdur.
80
Ramazanov və onun yaxın tərəfdarları İrana qaçmış
və indiya kimi orda qalırlar, lakin onlardan biri 2002-
ci ildə Azərbaycana qayıtmaq istəyərkən həbs
olunmuşdur.
81
Bünyadovun qətlinin səbəbi hələ də
müəmmalı olaraq qalır; bəzi müxalifət üzvləri iddia
edir ki, bununla dinin heç bir əlaqəsi yoxdur.
82
Bir qism rəsmi və qeyri-rəsmi şiə icmaları İran və
digər oxşar şiə mərkəzləri ilə dini əlaqələr qururlar,
lakin təsisatlar arası münasibətlər çox az sayda
mövcuddur. İran Mədəni Mərkəzi və İmam Xomeyni
Xeyriyyə Fondu hələ də fəaldır, lakin İranın dini təsiri
ciddi dərəcədə azalıb. 2001-ci ildə Azərbaycan ölkədə
mövcud olan 22 İran mədrəsəsinin hamısını
bağlamışdır.
83
İranın açıq dini təbliğatı dayandırması
iki dövlət arasında əldə olunan razılığın nəticəsi də
ola bilər.
84
Azərbaycan rəsmiləri son beş ildə
85
ölkəyə
yalnız bir neçə İran missionerinin gəldiyini iddia edir,
lakin digər məlumatlı mənbələr davamlı səfərlərdən
xəbər verir.
86
Cüzi gərginlik hələ də qalmaqdadır. İddia edilir ki,
İran Azərbaycanın cənubunda yaşayan Talış azlığı ilə
əlaqələr qurur və üstəlik, ölkənin cənubunda yayımlanan
İranın Səhər kanalı rəsmi Bakını tənqid edir və müntəzəm
olaraq Talışların etnik azlıq haqqları məsələsini qaldırır.
87
80
“Hizbu-Təxririn istintaqı başa çatdı”, Bizim Əsr, eyni
mənbədən.
81
K. Səfəroğlu, “Xütbələrdə gizlənən siyasi İslam”, Ayna, 17
iyun 2006.
82
Bəzi müxalifət üzvü və mediya nümayəndələri
Hizbollahın bu hadisə ilə əlaqəli olmasına şübhə ilə yanaşır
və güman edirlər ki, 2005-ci ildə həbs olunan və cəmiyyətdə
əks səda doğuran bir sıra insan oğurluğu və qətllər
törətməkdə təqsirini boynuna alan daxili işlər nazirliyinin
sabiq yüksək rütbəli zabiti Hacı Məmmədovun bu qətldə əli
ola bilərdi. Qənimət Zahid, “Blef”, Azadlıq, 31 oktyabr 2007.
83
DQİDK-nın cənub bölgəsi üzrə nümayəndəsi deyir ki,
bölgədə “üç mədrəsə, o cümlədən Masallıda bir və
Cəlilabadda iki mədrəsə vardır. Onlar qeyri-qanunidir və
İran rejiminin ideyalarını təbliğ etdiklərinə görə, biz onları
bağlamışıq. Müəllimlər çalışırdı ki, şagirdlər Azərbaycana
qarşı vətən sevgisini unutsun və onlar üçün İslamın yeni
mənsubiyyət olduğunu aşılayırdılar.”, Böhran Qrupunun
müsahibəsi, Azərbaycanın cənubu, oktyabr 2007.
84
Böhran Qrupunun müsahibəsi, hökümət rəsmisi, Bakı,
sentyabr 2007.
85
Böhran Qrupunun müsahibəsi, hökümət və DQİDK-nın
rəsmisi, Bakı, oktyabr-noyabr 2007.
86
Böhran Qrupunun müsahibəsi, noyabr 2007.
87
Səhər TV, www.saharirib.ir, peyk vasitəsilə yayımlanan
və İran hökümətin məliyyələsi ilə dini və siyasi proqlamlar
Yaxın gələcəkdə bunun ciddi problemlər yaratması
ehtimalı azdır,
88
lakin 2007-ci ilin dekabr ayının 10-da
İmam Mehdinin Şimal Ordusu adlanan qrupa üzv
olmaqda güman edilən 15 nəfər təxribatçılıq
fəaliyyətinə görə uzunmüddətli azadlıqdan məhrum
olumuşdurlar. Gənc şiə ruhanisi Səid Dadaşbəylinin
rəhbərlik etdiyi bu qrup İslam İnqilabını Qoruyanların
xüsusi qurumu olan İranın Qüds Ordusu adlı təşkilatından
geniş maliyyə yardımı və təlim almaqda günahlandırıldı.
Dadaşbəyli özü yalnız xeyriyyə fəaliyyəti ilə məşğul
olduğunu israr edirdi. Bu hadisə İranla Azərbaycan
arasında diplomatik küsülülüklə nəticələndi.
89
Dostları ilə paylaş: |