AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT
Avropa üzrə Hesabat N°191 – 25 mart 2008
MÜNDƏRİCAT
QISA İCMAL............................................................................................................................ i
I.
GİRİŞ
.................................................................................................................................. 1
A.
D
ÜNYAV
İ
L
İ
K
Ə
NƏNƏS
İ
................................................................................................................1
B.
T
ERRORÇULUQ
İ
TTIHAMLARI
.......................................................................................................2
II.
XARİCİ TƏSİRLƏR......................................................................................................... 5
A. Y
AXIN
Ş
ƏRQ
................................................................................................................................5
B. D
AĞISTAN VƏ
Ç
EÇEN
İ
STAN
.........................................................................................................6
C. İ
RAN
............................................................................................................................................8
D. T
ÜRK
İ
YƏ
.....................................................................................................................................9
III.
MÜSTƏQİL MÜSƏLMAN İCMALARI ...................................................................... 11
A. S
ƏLƏF
İ
Q
RUPLAR
......................................................................................................................11
1.
Bakı......................................................................................................................................11
2.
Azərbaycanın şimalı ............................................................................................................12
3. Xəvariclər ............................................................................................................................12
B. M
ÜSTƏQ
İ
L
Şİ
Ə
Q
RUPLARI
.........................................................................................................13
1. Müstəqil icmalar ..................................................................................................................13
2. Digər müstəqil qruplar.........................................................................................................15
3. Nardaran misalı....................................................................................................................16
IV.
DÖVLƏTİN REAKSİYASI............................................................................................ 17
A. D
ÖVLƏTIN
D
IN
Ü
ZƏRINDƏ
N
ƏZARƏTI
.......................................................................................17
1. Hüquqi çərçivə.....................................................................................................................17
2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ...........................................................................18
3. Qafqaz Müsəlmanlar İdarəsinin İslahatı..............................................................................19
B. D
ÖVLƏT
T
ƏRƏFINDƏN
S
IXIŞDIRMALAR
.....................................................................................20
V.
YEKUN SÖZ
..................................................................................................................... 22
ƏLAVƏLƏR
A.
B
EYNƏLXALQ
B
ÖHRAN
Q
RUPU
H
AQQINDA
...............................................................................23
Avropa üzrə Hesabat N°191
25 mart 2008
AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT
QISA İCMAL
2007-ci ilin sonunda Azərbaycanda iri terror aktının
qarşısının alınması haqqında iddialar neftlə zəngin bu
ölkədə İslam ekstremizminin nə dərəcədə təhlükə
doğurduğu haqqında müzakirələrə yol açdı.
Azərbaycan əksərən mötədil (əsasən şiə) müsəlman
əhalisi olan dünyavi dövlətdir. 1991-ci ildə Sovet
İttifaqının dağılmasından sonra, rəsmi dini qurumların
hakimiyyətini rədd edən müstəqil sünni və şiə
icmaları yaranmışdır. Onlardan bəziləri siyasi
yönümlüdür, ancaq hakimiyyəti devirmək niyyətilə
zorakılığa əl atmağa meylli olanlar ya çox cüzi, ya da
yox dərəcəsindədirlər. Bununla belə, hökumət bu
“müstəqil icmalar” ilə bağlı narahatlığını bildirir və
onları nəzarətdə saxlamağa, o cümlədən sıxışdırmağa
cəhd edir. Bu cür yanaşma dinc dindarları
radikallaşdırmaq təhlükəsi yaradır.
Müstəqillikdən sonra və öz coğrafi yerləşməsindən
irəli gələrək, ölkə öz nüfuzunu yaymağa çalışan
müxtəlif dini cərəyanların hədəfinə çevrildi. İrandan,
Yaxın Şərqdən və Türkiyədən missionerlər və
xeyriyyə cəmiyyətləri, eləcə də Rusiyanın şimali
Qafqaz bölgəsindən olan şəxslər dini yaymaq üçün
gəldilər. Onlardan bəziləri, deyilənə görə, radikal
İslamçı şəbəkələrlə, o cümlədən əl-Qaidə ilə əlaqəli
idilər.Hazırda bu qrupların çoxu ölkədən xaric
edilmişdir və yalnız Türkiyə mənşəli qruplar nisbətən
dövlət tərəfindən sıxışdırılmadan fəaliyyət göstərirlər.
Xeyli dərəcədə xarici qruplar tərəfindən yetişdirilən
və maliyyələşdirilən müstəqil dini icmalar rəsmi
məscidlərdən daha sürətlə artmışlar. Hələ iyirmi il
əvvəl Azərbaycanda demək olar ki eşidilməmiş təriqət
olan Sələfilik əsasən Bakıda və şimal rayonlarında
özünə yer etmişdir. Dövlət tərəfindən dəstəklənən
rəsmi ruhanilərin hakimiyyətini rədd edən şiə qrupları
da artmışdır, ancaq onlardan da ancaq cüzi bir hissəsi
siyasi meylli, və daha az hissəsi radikal adlandırıla
bilər. Bununla belə, hökumət bütün növ müstəqil
İslami qruplara şübhə ilə yanaşır. O, bu qrupları Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) vasitəsilə nəzarət
etməyə çalışır və adətən müstəqil fəaliyyəti sıxışdırır.
QMİ-in nəzarətindən kənarda olan dinc icmaların
üzvləri mütəmadi olaraq sıxışdırılır, tutulur və öz
dediklərinə görə onlarla pis rəftar olunur.
Hökumət öz sərt rəftarını ekstremizmlə mübarizə
aparmaq və terrorizmin qarşısını almaq ehtiyacı ilə
izah edir. 1990-cı illərin əvvəllərində hakimiyyət
nisbətən zəif idi və bəzi ekstremist qruplar fəal idi.
Hal-hazırda qarşıda duran vəzifə hər-hansı bir qrupun
zorakılığa əl atmasının qarşısını almaqla yanaşı, dini
azadlıqların təmin edilməsidir. Dövlət gücləndikcə
iddia edir ki, ekstremistlərin tutulub məhkum
edilməsində daha bacarıqlı olmuşdur. Bu tutulanların
hamısının ekstremistlərlə fəal əlaqəsinin olmasını
demək isə çətindir.
Görünən isə odur ki, hökumət dinc dini fəaliyyəti
nəzarətdə saxlamaq üçün həddindən artıq səy
göstərmişdir və ekstremist olması iddia olunanların
məhkəmələri bağlı qapılar arxasında təzyiqlər altında
alınan etiraflara söykənərək aparılır. Müstəqil dini
qurumlar və eləcə də siyasi müxalifət hakimiyyətin
İslamçı terrorist təhlükəsindən Qərbin simpatiyasını
qazanmaq və öz qeyri-demokratik fəaliyyətlərinə
haqq qazandırmaq üçün istifadə etdiyini bildirirlər.
Hökumətin bu taktikası ən azından dinc qrupları
cihada sövq etmək riskini artırır; açıq zorakılıq
olmasa da, radikallıq Sələfi qrupların az bir hissəsində
artıq görünür.
Hökumət dindarlarla əməkdaşlığı gücləndirmək üçün
gənc ruhanilərin dini təhsilinin təkmilləşdirilməsi və
QMİ-də islahatların aparılması kimi bir sıra addımlar
atmışdır. Hökumət yerli dəyərlərə və ənənələrə
söykənən İslamın yaranmasına və kənar inancların
sıxışdırılmasının qarşısını almağa çalışır ancaq o, öz
səylərini artırmalı və QHT-ləri və müstəqil dini
icmaları dövlət və din haqqında müzakirələrə cəlb
etməlidir. Ən əsası isə, hökumət müstəqil dini
icmalarla onları kriminallaşdırmadan ünsiyyətdə ola
bilən və dini azadlıqlara daha çox hörmət edən bir
yanaşma qəbul etməlidir.
Bakı/Tbilisi/Brüssel, 25 mart 2008
Avropa üzrə Hesabat N°191
25 mart 2008
AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT
I.
GİRİŞ
Son on il ərzində İslamçı qruplara qarşı zərbələr
radikal İslamın Azərbaycanda artmaqda olması
ehtimalını gücləndirib. Hökümət zorakılıq aktları
planlaşdırmaqda iddia edilən fəalları həbs etmişdir.
Mətbuat xarici təşkilatlara qarşı terror hücumları
haqda məlumlatlar yaymışdır. Əsl vəziyyət isə bu
qədər birmənalı deyil.
Öz mədəni modellərini ixrac etmək istəyən ölkələrə
(İran, Türkiyə və Yaxın Şərqə) qonşu olan
Azərbaycana 2001-ci ilə qədər missioner və xeyriyyə
təşkilatlarının davamlı axını müşahidə olunurdu.
Onların təsiri nəticəsində həm şiə, həmçinin də sünni
qruplar yaranmışdır. Bu qrupları dünyavi quruluşa
təhlükə sayan dövlət onlarla münasibət qurmaq
üzərində baş sındırmaqda idi.
Azərbaycanda bir sıra müsəlman icmalar, xüsusilə
sələfilər, rəsmi dini idarə olan Qafqaz Müsəlman
İdarəsinin (QMİ) dini hakimiyyətini tanımaqdan
imtina edir. Hökümətin narahatçılığına səbəb bu
məscidlərə dindarların artan axınıdır. Əksər sələfilər
İslama puritan yanaşan və siyasətə can atmayan
mömin müsəlmanlardır. Yalnız az bir hissəsi
hökümətə açıq müxalif fikirlər söyləyir, lakin
hökümətin QMİ və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi (DQİDK) vasitəsilə dini fəaliyyətə tətbiq
etdiyi sərt nəzarət bəzi müstəqil qrupları ixtilafa vadar
edib.
1
Xüsusilə bəzi kiçik və müstəqil şiə icmaların
adlarını çəkmək olar ki, onlar dini azadlıqları naminə
mübarizə aparır və artıq siyasi müxalifətlə əlaqələr
qurmağa nail olub.
1
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi (DQİDK) dini həyatı izləyən və ona
nəzarət edən dövlət qurumlarıdır. QMİ Sovet dövründə
yaradılıb və (1980-ci ildən) Allahşükür Paşazadə tərəfindən
idarə olunur. Bu qurum ruhaniləri təyin edir, moizələrə
nəzarət edir və Məkkəyə ziyarəti təşkil edir. 2001-ci ildə
yaradılan DQİDK dini icmaların qeydiyyatına və
fəaliyyətinə nəzarət edir. Bu təşkilatlarla əlaqədar daha
ətraflı məlumat üçün bax aşağıda Bölmə IV.A.
Müsəlman icmaların dövlətin təhlükəsizliyinə nə
dərəcədə təhlükə təşkil edib-etməməsi və cihadçı
ekstremizmə qarşı nə kimi səmərəli üsullar qəbul
olunmalıdır suallarına cavab tapmaq məqsədilə bu
hesabat diqqəti müstəqil müsəlman icmalarla
Azərbaycan dövləti arasında münasibətlərə yönəldir.
A.
DÜNYAVİLİK
ƏNƏNƏSİ
İslamın şiə məzhəbi müasir Azərbaycanın ərazisində
on altıncı əsrdən sonra aparıcı təriqətə çevrilmişdir,
lakin İranın təsiri zəif olan şimal bölgələrində əksər
əhali sünnilərdir. Rusiya ilə İran arasında 1828-ci ildə
imzalanmış Türkmənçay müqaviləsindən sonra
Azərbaycan Respublikasında və İranda yaşayan
azərbaycanlılar bir-birindən ayrılmışlar.
2
Azərbaycanda
yaşayanlar Çar Rusiyasının İslamı tədricən
marginallaşdıran ruslaşdırma siyasətinin təsirinə
məruz qalmışdır,
3
sonra isə, Sovet höküməti cəmiyyətin
dünyaviləşməsini daha da dərinləşdirmişdir. 1930-cu
illər əksər məscidlərin bağlanması və dinə qarşı ən
sərt təzyiqlərlə yadda qalmışdır. 1940-cı illərdə
müsəlmanları və onların dini fəaliyyətini idarə etmək
üçün Moskva yeni qurum yaratdı.
4
Qafqaz və Orta
Asiya müsəlmanların bir qismi gizli və dövlətin
nəzarətindən kənar etiqad qrupları yaratmağa nail
oldular,
5
lakin 1991-ci ildə müstəqillik əldə etdiyi bir
2
Saziş Yerevan, Naxçıvan və Talış xanlığının qalıqları
üzərində Rusiyanın suverenliyini tanımış və imperiyalar
arasında Araz çayını sərhəd kimi müəyyən etmişdir.
3
Böhran Qrupunun telefon müsahibəsi, Bayram Balcı,
direktor, Fransanın Mərkəzi Asiyaşunaslıq İnstitutu,
Daşkənd, avqust 2007; və S. Kornel, “Azərbaycanda islamın
siyasiləşməsi”, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu
Araşdırmalar Proqramı, Vaşinqton və Uppsala, 2006.
4
Üç yeni Müsəlman İdarələri – Mərkəzi Asiya və
Qazaxıstan (Daşkənd), Şimalı Qafqaz (Maxaçkala) və
Cənubi Qafqaz (Bakı) – sonradan Rusiya Müsəlmanları
İdarəsinə çevrilən “SSRİ-nın Avropa hissəsinin
Müsəlmanlarının Mərkəzi İdarəsinə” 1943-ci ildə əlavə
edilmişdir.
5
Bu hesabat qeyri-rəsmi İslamı (İslam icmalarını)
“müstəqil” adlandırır. Digərləri “qeyri-rəsmi İslam”
terminini istifadə edirlər – C. Qlen, Mərkəzi Asiyada Sovet
Mirası (Cippenham, 1999) bax, səh. 91 – və ya “parallel
İslam” – bax A.Benniqsen, Unudulmuş Müsəlmanlar (Paris,
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 2
zaman, əksər azərbaycanlılar təşkilatlanmış dini
qruplarla əlaqələri itirmişdirlər.
Muasir Azərbaycan əhalisinin yalnız kiçik hissəsinin
İslamın əsas şərtlərinə əməl edən dünyavi bir ölkədir.
6
2006-ci ilin tədqiqatı göstərir ki, “siz özünüzü bütün
dini mərasimləri (adətləri) bilən və onlara riayət edən
əsl inanclı hesab edirsiniz” sualına yalnız 7.2%
respondent müsbət cavab vermişdir; 49.7% faiz insan
isə özlərini “dinə inanan, lakin dini məsələlərdən
bilikli olmayan və dini şərtlərə riayət etməyən”
adlandırıblar.
7
Müsəlman olmaq dindən çox mədəni
və etnik anlam daşıyır. Əhalinin təxminən üçdə ikisi
şiə, üçdə biri isə sünnidir. Konstitusiya dini etiqad
azadlığını təmin edir və müxtəlif dinlər arasında
münasibətlər adətən yaxşıdır.
8
Demək olar ki, bütün
dini icmalar sülhsevərdir, hökümətlə sıx əməkdaşlıq
edir və dövlətin dəstəklədiyi QMİ-nin dini hakimiyyətini
tanıyır. Yalnız kiçik sayda icmalar hökümətdən
muxtariyyət naminə səy göstərdiyinə görə “müstəqil”,
hətta ondan da az sayda icma isə radikal adlandırıla bilər.
Məscidlərə gedənlərin sayı nəzərəçarpan qədər
artmasa belə, şimal və cənub regionlarda yaşayanlar,
ənənəvi olaraq, bütün ölkə ilə müqayisədə daha
dindar olmuşdurlar. Bakıda əksər məscidləri ziyarət
edənlərin sayı azdır (istisnalar aşağıda müzakirə
olunur).
9
Bununla belə, Bakı və digər şəhərlərdə öz
mənsubiyyətinin axtarışında olan cavanlar dinə üz
tutmaqda yaşlılardan daha fəaldırlar.
10
Adətən bu orta
məktəb və ya universitet səviyyəsində baş verir. Din
1981) və T.Svyatoxovski, “Azərbaycan: İslamın Gizli
Simaları”, Dünya Siyasəti Jurnalı, cild. 19, # 3 (2002 payız),
səh. 73.
6
2004-ci ildəki sorğuda respondentlərin 63.6 faizi heç vaxt
ibadət etmədiklərini deyiblər; 13.2 faiz isə bəzən ibadət
etdiklərini etiraf ediblər. Bax: H. Hacızadə, “Sentyabrın 11-
dən sonra Azərbaycanda Din və Dini Etiqad Azadlığı”, III
Era, # 6 (2005), səh. 38.
7
Digər 40.1 faiz dinə inandıqlararını, dini ənənələr haqqında
anlayışa malik olduqlarını, lakin bu ənənələrdən ancaq
bəzilərinə riayət etdiklərini bildiriblər. Bu sorğu sosioloji
xidmət təşkilatı olan Puls tərəfindən 2004, 2005 və 2006-ci
illərdə təkrarən keçirilmiş və belə bir nəticəyə gəlmişdir ki,
dini şərtlərə riayət edən respondentlərin sayı dəyişməz olaraq
qalır və 50 faizdən aşağıdır. “Azərbaycan 2006-ci ildə,
sosioloji monitorinq”, Puls/Fridrix Ebert Fondu, Bakı, 2007.
8
Azərbaycan kiçik xristian və yəhudi icmasına malikdir.
9
Bakı Şəhidlər Məscidi 3000-nə gədər dindarın ibadət
mərkəzidir. Əbu Bəkr məscidi ən yüskək göstəricilərə
malikdir: malumatlara əsasən həftədə 7000-nə gədər
dindarın ibadət yeridir. (daha ətraflı məlumat aşağıda təqdim
olunub). İçəri Şəhərdəki Ləzqi Məscidində cümə namazına
800 nəfər gəlir. Digər müstəqil şiə məscidləri, xüsusilə
Dadaş Məscidi, həmçinin yüzlərlə inanclının ibadət yeridir.
10
Böhran Qrupunun müsahibəsi, Dr. Kristin Hunner-Krizel,
Bakı, sentyabr 2007; və yazışmalar, oktyabr 2007.
şəhərdə yaşayan bu qruplara “saflıq” və “azadlıq”
təklif edir, lakin bu siyasi məyusluğun nümayişi
deyil.
11
Siyasi və ya iqtisadi inciklik səbəbindən dinə
dönən gənclərin əksəriyyəti şimalda və ya, Nardaranın
ətrafında, Bakı kəndləri adlanan məkanda yaşayır.
12
B.
T
ERRORÇULUQ
İ
TTIHAMLARI
Ümumiyyətlə Azərbaycanın dünyavilik xüsusiyyətinə
baxmayaraq, İranla Türkiyə arasında strateji yerləşməsi
və Rusiyanın qaynar nöqtəsi sayılan Dağıstan
respublikası ilə ümumi sərhədi bu ölkəni həm dinc,
həm də radikal xarici İslam təsir dairələrinin rəqabət
meydanına çevirir. Hökümət iddia edir ki, Qərblə
iqtisadi və siyasi əlaqələri ölkənin xaricdən gələn
İslam ekstremistlərinin hədəfinə çevirir.
Hökümət 1990-cı illərdən etibarən radikal İslamçı
cərəyanlarla uğurlu mübarizə apardığını iddia
etmişdir. Deyilənə görə, Azərbaycanda ilk beynəlxalq
terrorçu təşkilat əl-Cihad olmuşdur ki, o da sonradan
əl-Qaidə ilə birləşmişdir.
13
Təşkilatın Azərbaycan
bölməsini İbrahim Eydaruz 1995-ci ildə yaratmış, ona
1997-ci ilə gədər rəhbərlik etmiş, sonra Londona
köçmüş və iki ildən sonra orada həbs olunmuşdur.
14
1998-ci ildə əl-Qaidə tərəfindən Dar-es-Salam və
Nayrobidəki ABŞ səfirliklərində partlayışlardan bir
saat əvvəl əməliyyata görə məsuliyyəti öz üzərinə
götürmək haqqında məlumatı əks etdirən faks Bakıda
yerləşən telefon nömrəsindən təşkilatın London
bölməsinə göndərilmişdir.
15
Bir müddət sonra, ABŞ-
ın Mərkəzi Kəşviyyat İdarəsi (MKİ) ilə birlikdə
Azərbaycan təhlükəsizlik orqanları əl-Cihadın hərbi
əməliyyatlar üzrə rəhbərini Əhməd Salaam Mabrukun
həbsinə nail olmuş və Azərbaycan tərəfi onu Misirə
ekstradisiya etmişdir. Deyilənə görə, bu əməliyyatı
keçirilərkən ABŞ və İsraildə 100-dən çox hədəfə qarşı
hücum planlarını əks etdirən disk aşkar olunmuşdur.
16
11
“İnsanlara gözəllik və saflıq lazımdır. Bundan başqa burda
gənclərə daha nə təklif etmək olar”, müstəqil şiə icmasının
üzvü belə düşünür. Böhran Qrupunun müsahibəsi, İlham (əsl
adı deyil), Bakı, sentyabr 2007.
12
Böhran Qrupunun müsahibəsi, Azərbaycanın regionları,
oktyabr-noyabr 2007.
13
Əl-Cihad, və ya İslami Cihad, 1970-cı ildə Misirdə
yaranan İslamçı radikal qrupdur. Əl-Qaidə ilə sıx əlaqələrə
məxsus idi və 2001-ci ilin iyununda onunla birləşmişdir.
Bax: www.globalsecurity.org/military/world/para/aljihad.htm
14
İttiham akti, ABŞ Üsəma Bin Ladenə qarşı, et. al, bax:
http://cns.miis.edu/pubs/reports/pdfs/binladen/indict.pdf.
15
S. Kornel, eyni mənbədən, səh. 48.
16
“İslamçı qruplar kimyavi-bioloji silahdan istifadə etmək
planını daşıyırdı”, World Tribune.com, 21 aprel 1999.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 3
1999-cu ildə təhlükəsizlik orqanları bir sıra ağır
cinayətlər törətdiyinə görə Ceyşullah (Allahın
ordusu)
17
təşkilatının on dörd üzvünü həbs etdi. Bu
qrup Azərbaycan Ekstrasenslər Birliyinin sədri Etibar
Erkini və onun iki oğlunu qətlə yetirmiş, Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB) ofisini
qarət etmiş və Krişna icmasının Bakı qərarqahını
partlatmaq cəhdi etmişdir.
18
Hizb-ut-Təhririn ilk fəalları, deyilənə görə,
Azərbaycana 2000-ci ildə Şimali Qafqazdan gəlmiş
və Özbəkistan vətəndaşı olan Abdurəsul Abdukərimov
(Abdulla) 2001-ci ilin avqustundan etibarən təşkilatın
Azərbaycan bölməsini yaratmışdır. Məhz həmin il, bir
müddət sonra, təşkilat qeyri-qanuni elan olunmuş və
onun altı üzvü (beş Azərbaycan və bir Ukrayna
vətəndaşı) “dövlətin dünyavi quruluşunu dəyişmək və
xarici səfirliklərə, və ümumiyyətlə əhaliyə qarşı iri
miqyaslı terror hücumları təşkil etmək” cəhdinə görə
həbs olunmuşdur.
19
ABŞ-da 2001-ci ilin 11 sentaybr terror hücumlarından
sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkib
hissəsi olaraq, Azərbaycan öz taburunu Əfqanıstana
yolladı və ABŞ və NATO uçuşları üçün öz hava
məkanını açıq elan etdi. Əl-Qaidə rəhbərinin müavini
Ayman əl-Zavahiri “özlərini Allahsızlarla bağladığına”
20
17
Sələfi qrup olmasına baxmayaraq, Ceyşullahın İranla
əlaqəli olması deyilir. Bax S. Kornel, eyni mənbədən, səh.
43; həmçinin “Azərbaycanın əsas problemi”, 525-ci qazet,
15 avqust 2003.
18
“Xütbələrdə gizlənən siyasi İslam”, Ayna, 17 iyun 2006.
Təşkilat üzvləri dörd ildən on üç ilədək azadlıqdan məhrum
ediliblər; Bu qrupu 1995-ci ildə 32 yaşlı daxili işlər
nazirliyinin cəsus əməkdaşı Mübariz Əliyev yaradıb ki, o da
ömürlük azadlıqdan məhrum edildi və, adı çox mənfi
hallanan, Qobustan həbsxanasına yerləşdirildi. Böhran
Qrupunun müsahibəsi, Elchin Behbudov, İşgəncələr
Əleyhinə Komitənin sədri, yanvar 2008. Məlumatlara
əsasən, həbsxananın müdiri Əliyevi dəfələrlə döymüş, və o,
dişlərini itirmişdir. “Həbsxananın tibbi personalının
etinasızlığı”, Prison-Watch İctimai Birliyi, 12 dekabr 2007.
19
Hizb-ut-Təhrir, Sünni, pan-İslamist siyasi meyilli və
dünyanın ən azından 40 ölkəsində fəal olan təşkilatdır ki,
dinc yollarla İslam xilafəti qurmaq istəyir və bir çox ölkədə,
xüsusilə gizli fəaliyyət göstərdiyi Orta Asiyada, qadağandır.
Bax Böhran Qrupunun Asiya Hesabatı N°58, Mərkəzi
Asiyada Radikal İslam: Hizb-ut-Təhrirə cavab, 30 iyun
2003. O, zor işlətməməyə çağırırı, lakin bəzi hallarda,
digərlərinə zordan istifadə etməyi, həvalə edib,
www.hizbuttahrir.org/. Abdulla ölkəni tərk etdi, “Hizb-ut-
Təhrir üzrə istintaq yekunlaşdı”, Bizim Əsr, yanvar 2002,
http://bizimasr.mediaaz.com/arxiv_2002/yanvar01/xeber.htm
l internet səhifəsinə bax.
20
C. Nikol, “Ermənistan, Azərbaycan və Gürcüstan:
Təhlükəsizlik məsələsi və ABŞ Maraqlarına təsiri”,
Konqresin Araşdırma Xidməti, 1 fevral 2007, səh. 14.
görə azərbaycanlıları cəzaya layiq adlandırmışdır.
2004-ci ildə Milli Təhlükəsizlik Naziri Namiq
Abbasov əl-Qaidənin BTC neft boru kəmərində
təxribat planlaşdırdığını iddia etmişdir.
21
Həmin il, əl-
Qaidənin Qafqaz üzrə əlaqələndiricisi Əbu Həfsdən
təlimat aldıqları güman edilən doqquz xarici vətəndaş
(Əfqan, Britaniyalı, İordaniyalı və Rus) terror
aksiyasıyaları planlaşdırmaqda ittiham edilərək həbs
olunmuşdur.
22
2005-ci ilin martında Əmiraslan İsgəndərovun
rəhbərliyi altında altı Azərbaycan vətəndaşı terror
aksiyası planlaşdırdıqlarına və Bakıda partlayış təşkil
olunması təhlükəsi haqda əl-Qaidənin adından
bəyanat tərtib etdiklərinə görə məhkum olunmuşlar.
Milli Təhlükəsizlik Nazirliyinin məlumatına əsasən,
qrupun əsas məqsədi hökümətin “dünyavi, demokratik
və terrorçuluq əleyhinə siyasətini”
23
dəyişdirməyə
məcbur etmək idi. Bununla belə, “ictimaiyyət üçün
bağlı məhkəmədən sonra…ittihamı təsdiqləmək üçün
əsaslı dəlillərin tapılıb-tapılmaması müəmmalı
qalır”.
24
Müdafiə tərəfinin vəkili deyir ki,
təqsirləndirilən şəxslərdən bir neçəsi Əmiraslan
İsgəndərovu sadəcə tanıdıqlarına görə həbs olunmuşdur.
25
Həmin ay Nazirlik belə bir bəyanatla çıxış etmişdir:
Beynəlxalq terrorçuluğa qarşı mübarizənin
nəticəsində əl-Cihad, Qafqazın İslam Ordusu,
Hizb-ut-Təhrir, [və] Ceyşuallah kimi təşkilatların
fəaliyyəti neytrallaşdırılmış, beynəlxalq terrorçuluq
təşkilatlarla sıx münasibətlərdə şübhəli bilinən yeddi
humanitar təşkilat bağlanmış, 43 şəxs ekstradisiya
edilmiş və onlarla terrorçu tərəfdar ölkələrin
müvafiq qurumlarına təhvil verilmişdir.
26
2006-cı ilin aprel ayında, ictimiyyət üçün bağlı olan
digər məhkəmədə, Camaat əl-Müvahiddun adlanan
21
Bax C. Laft, “Bakı-Tbilisi-Ceyhan: başa çatmayıb və artıq
hədəfə çevrilib”, Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu, 4
noyabr 2004, www.iags.org/n1104041.htm.
22
Milli təhlükəsizlik nazirliyinin bəyanatı, 5 iyul 2005,
www.mns.gov.az/news/05.07.2005.19.05_ru.html veb-
səhifədə dərc olunub. 2005-ci iyununda ittiham olunanlar üç
ildən on beş ilədək məhkum olunmuşlar.
23
Milli təhlükəsizlik nazirliyinin bəyanatı, 17 mart 2005,
www.mns.gov.az/news/17.03.2005.16.14_en.html veb-
səhifədə dərc olunub. Məlumatlara görə, Isgəndərov 1999-cı
ildən 2003-ci ilədək əl-Qaidə ilə Əfqənistanda təlim keçmiş
və döyüşmüşdür.
24
Azərbaycan üzrə Ölkə Hesabatı, Freedom House, 2006,
www.freedomhouse.org/template.cfm?page=47&nit=390&y
ear=2006.
25
Böhran Qrupunun müsahibəsi, Elman Osmanov, müdafiə
vəkili, fevral 2008.
26
“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları öz peşə bayramlarını qeyd
etmişlər”, Azərbaycan, 29 mart 2005.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 4
qrupun altı üzvü qeyri-qanuni silah alınması, silahlı
qarət, sərhədi qeyri-qanuni keçmə, sənədlərin
saxtalaşdırılması və həbsə müqavimət ittihamları ilə
on ildən on beş ilədək azadlıqdan məhrum edilmişdir.
Nazirliyin verdiyi məlumata əsasən, bu şəxslər ABŞ,
İsrail və Rusiya səfirliklərini, Dövlət Neft Şirkətininin
(ARDNŞ) və Azərbaycan Milli Bankının binasını
partlatmağı planlaşdırıdılar.
27
Əlavə olaraq, keçən ay
sıralarında azərbaycanlı, türk, rusiyalı və yəmən
vətəndaşı olan on altı nəfər, bağlı keçən məhkəmənin
hökmü ilə odlu silahların qeyri-qanuni alınması və
daşınması, və 2005-ci ilin iyulunda daxili işlər
nazirliyinin zabitini qətlə yetirdiklərinə görə ömürlük
azadlıqdan məhrum olunmuşdular. Deyilənə görə bu
şəxslər əl-Qaidə üzvü olmuş və Çeçenistanda
döyüşmək üçün Gürcüstanın Pankisi dərəsində təlim
keçmişlər.
28
Məhkəmə dinləmələri zamanı müdafiə
tərəfinin vəkilləri və qohumlar ittiham olunanların
bəzilərinin bir-birini tanımadığını iddia edirdi.
29
Rəsmi
mənbələrə istinad edərək əl-Qaidə ilə bağlılığı iddia
edən çoxsaylı mıtbuat məlumatlarına baxmayaraq,
rəsmi ittihamnamədə əl-Qaidə ilə əlaqə qeyd edilmirdi.
30
Bu yaxınlarda, 2007-ci ilin oktyabrın 29-da milli
təhlükəsizlik nazirliyi “radikal vəhhabi qrupu”
tərəfindən “Bakıda bir sıra dövlət əhəmiyyətli
binalara və beynəlxalq anti-terror koalisiyasının üzvü
olan ölkələrin səfirlik və missiyalarına qarşı” “böyük
və dəhşətli aksiyanın” qarşısının alındığını bəyan
etdi.
31
29-31 oktyabr tarixlərində ABŞ Səfirliyi
konsulluq xidmətini dayandırdı.
32
Norvecin Statoyl
neft şirkətinin, Britiş Petroleumun, Böyük Britaniya
və ABŞ səfirliklərinin xidməti personalının yerləşdiyi
Landmark biznes mərkəzi iki günlük bağlandı.
33
27
Milli Təhlükəsizlik Nazirliyinin bəyanatını tapmaq üçün
bax www.mns.gov.az/news/17.04.2006.15.33_en.html.
28
“Azərbaycan Şübhəli sayılan əl-Qaidə yaraqlılarını həbs
etdi”, RFE/RL, 19 aprel 2006.
29
Böhran Qrupunun müsahibəsi, Elman Osmanov, ittiham
olunan tərəfin vəkili, fevral 2008; və “Azərbaycanda İslam
radikallarına hökm oxundu”, BBC Azeri.com, 19 aprel 2006.
30
Böhran Qrupunun müsahibəsi, Elman Osmanov, ittiham
olunan tərəfin vəkili, fevral 2008.
31
“Azərbaycan terror aksiyasının qarşısını aldığını deyir”,
International Herald Tribune, 29 oktyabr 2007; və
“Azərbaycan: Bakıda terror aksiyası pozulmuşdur,”
EurasiaNet, 29 oktyabr 2007.
32
“ABŞ Səfirliyi fəaliyyətini təmamilə bərpa edib”, Day.az,
31 oktyabr 2007.
33
F. İsmayılzadə, “Azərbaycan rəhbərliyi radikal İslamın,
xüsusilə orduda yayılmasından ehtiyyatlanır”, Ceymstoun
Fondu, 7 noyabr 2007; və “Statoyl şirkəti Azərbaycandakı
fəaliyyətini müvəqqəti dayandırıb”, Day.az, 29 oktyabr 2007.
Hadisədən sonrakı bir neçə həftə ərzində terror aktları
planlaşdırmaqda ittiham olunan onlarla “vəhhabi”,
34
o
cümlədən hissədən qaçmış ordu zabiti
35
və əl-Qaidə
və əl-Cihadla əlaqədə olması güman olunan ərəb əsilli
Əbu Cəfər adlı şəxs və onların bir neçə tərəfdaşı həbs
olunmuşdur. Təşkilatçı kimi təqdim olunan cavan
“vəhhabi” həbsə müqavimət göstərərkən öldürülmüş,
36
və 100-ə yaxın sələfi müvəqqəti saxlanılmışdır.
37
Lakin bəzi rəsmilər təhlükənin həqiqətdə daha az
miqyasda olmasını qeyd etdilər. Müdafiə nazirliyi
orduda “vəhhabilərin” olmadığını bəyan etdi.
38
Daxili
İşlər Naziri bəyan etdi ki, “Azərbaycanda dini ekstremizm
təhlükəsi yoxdur” və söz verdi ki, hüquq-mühafizə
orqanları heç kimə “terror fəaliyyətini dinlə ört-basdır
etməyə” imkan verməyəcək.
39
34
Sələfilərdən fərqli olaraq, Vəhhabilər əsas kimi Hənbəli
məktəbinin qanunlarından istifadə edir, bax Böhran
Qrupunun Yaxın Şərq üzrə Hesabatı N°37, İslamı Dərk
Edərək, 2 mart 2005. “Vəhhabi” sözü keçmiş Sovet
İttifaqında dissident İslam hərəkatlarını təsvir etmək üçün
istifadə olunurdu, və eyni zamanda, səhvən, bütün sələfilərə
şamil olunur. Bakı sələfi icmasının üzvləri İslama daha
puritan yanaşmaya malikdirlər, lakin özlərini vəhhabi
saymırlar. Bax: Əbu Bəkr icmasının rəhbəri Qamət
Süleymanov haqqında, “Mən vəhhabi deyiləm”, Today.az,
30 avqust 2006.
35
“Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi radikal vəhhabi
qrupunun üzvləri olan baş leytenant Kamran Əsədov və
Fərid Cabbarovu həbs edib”, APA xəbərlər agentliyi, 10
noyabr 2007; və “ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı
terrorçuluq aksiyası keçirmək istəyən qrupun son üzvü Milli
Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edildi”, APA
xəbərlər agentliyi, 21 noyabr 2007.
36
Böhran Qrupunun müsahibəsi, yerli sakinlər, Məştağa,
noyabr 2007; Rövşən İsmayılov, “Azərbaycan terror
aksiyasının qarşısını aldığını deyir,” EurasiaNet, 29 oktyabr
2007; və Teymur Hüseynov, “Bakıda polislə vəhhabilər
arasında atışma olub – bir nəfər ölüb”, Day.az, 27 oktyabr
2007.
37
“Vəhhabi müharibəsi başladı”, Azadlıq, 30 oktyabr 2007.
Əksəriyyəti polisə müqavimət ittihamı ilə cəzalandırılıb,
Böhran Qrupunun müsahibəsi, Abu Bəkr icmasının üzvü,
Bakı, yanvar 2008.
38
DQİDK-nın sədri zabiti vəhhabi adlandırdı, “Hidayət
Orucov: Xanlar rayonundakı hərbi hissənin zabiti leytenant
Kamran Əsədov dini etiqad baxımından vəhhabi olub”, APA
xəbərlər agentliyi, 29 oktyabr 2007. Müdafiə Nazirliyi bunu
təkzib edir “Azərbaycan Müdafiə Naziri: ordu sıralarında …
vəhhabi yoxdur”, Day.az, 29 oktyabr 2007.
39
“Daxili İşlər Nazirliyi: dini radiklizmin təşviqi Azərbaycan
üçün çox təhlükəlidir”, Day.az, 29 oktyabr 2007; və
“Tarixşçə: Azərbaycanda İslam”, BBC Monitoring, 30
oktyabr 2007, bax: http://acturca.wordpress.com/2007/11/04/
backgrounder-islam-in-Azerbaijn/. Xarici işlər nazirliyi
terrorçuluq təhlükəsinin olmamasını deyir, həmin yerdə.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 5
Azərbaycanda insan haqqlarının zəif inkişaf etməsi,
40
təhlükəsizlik orqanlarında zorakılıq və müstəqil
olmayan məhkəmə sistemini nəzərə alaraq, İslamçı
terrorçu olmaqda ittiham edilən şəxslərin məhkəmələrinin
ictimaiyyət üçün bağlı keçirilməsi yerli və beynəlxalq
müşahidəçilərdə ekstremizm təhlükəsinin real miqyasları
ilə bağlı suallar doğurmuşdur. Yerli cinayətkar
qrupları əl-Qaidə ilə əlaqədə olmaqda iddia etməklə,
ola bilsin ki, hakimiyyət terroçuluğa qarşı beynəlxalq
mübarizəni bəhanə gətirərək dini sıxışdırmalara
müəyyən dərəcədə qanuni don geyindirir.
41
Hər halda,
yuxarıda sözügedən hadisələr haqlı təhlükəsizlik
maraqları və ümumi insan haqları, o cümlədən dini
azadlıqlar arasında incə bir tarazlığa ehtiyac olduğunu
nümayiş etdirir.
40
“Azərbaycana dair İnsan Haqqları Hesabatı 2007:
Azərbaycan”, ABŞ Dövlət Departamenti, 2008; və Böhran
Qrupunun Avropa Brifinqi N°40, Azərbaycanın 2005
Seçkiləri: Əldən verilmiş İmkan, 21 noyabr 2005.
41
Böhran Qrupunun müsahibəsi, yerli mütəxəssislər və
fəallar, yanvar-fevral 2008. Bax A. Vəliyev, “Əl-Qaidə
Azərbaycanda: Əfsanələr və Reallıqlar”, Qlobal Terrorçuluğun
Təhlili, cild 4, # 10 (18 may 2006) və “Sələfiliyin
Azərbaycanda İki Siması”, Qlobal Terrorçuluq, cild 4, # 40
(5 dekabr 2007); “Zərduşt Əlizadə: Mən Azərbaycanda heç
bir terror təhlükəsi görmürəm”, Day.az, 30 oktyabr 2007; A.
Yunusov, Azərbaycan 21-ci əsrin birinci yarısında:
Münaqişələr və Potensial Təhlükələr (Bakı, 2007), səh. 119-
148; və H. Koteça, “Azərbaycanda İslam və Etnik
Mənsubiyyəti: Üzə çıxan icmalar və gərginlik”, iyul 2006,
bax: www.esiweb.org/pdf/Azerbaijan_osceislamic_and_
ethnic_identities_in_Azerbaijan_Jul2006_23087_en.pdf.
Dostları ilə paylaş: |