B.
M
ÜSTƏQİL
Ş
İƏ
Q
RUPLARI
QMİ-nin dini hakimiyyətini tanımayan müstəqil Şiə
icmalar Bakıda və bir sıra digər şəhərlərdə fəaldır.
124
Onların arasında üç iri müstəqil icma QHT yaradaraq,
dini etiqad azadlığı və insan haqları standarlarının
yaxşılaşdırılması naminə açıq şəkildə iş aparır.
1.
Müstəqil icmalar
1990-cı illər ərzində Cümə Məscidi Bakıda ən
nüfuzlu müstəqil Şiə icmasına çevrilmişdir. İçəri
Şəhərdə daşdan tikilmiş yaraşıqlı məscid cümə
namazında 3,000-nə yaxın dindarın toplaşdığı yer idi.
Lakin, 2004-cü ilin iyunun 30-da hökumət məscidi
bağladı və onun yerində xalça muzeyi yaratmağa və
icmaya yeni imam təyin etməyə cəhd etdi.
125
Çox
güman ki, hökümətin bu hərəkətinə səbəb icmanın
imamı Hacı İlgar İbrahimoğlunun hökumətin
tənqidçisi olması, və 2003-ci il prezident seçkilərində
müxalifətdən olan namizəd İsa Gəmbəri dəstəkləməsi
124
Məlumatlara görə, digər müstəqil şiə icmaları Gəncə,
Xaçmaz, Quba və Bakının ətraf kəndlərində mövcuddur,
Böhran Qrupunun müsahibəsi, müstəqil Şiə imamı, Bakı,
oktyabr 2007. İran dini rəhbərlərinə yaxın olan digər
müstəqil icmalar ölkənin cənub kəndlərində yerləşir, Böhran
Qrupunun müsahibəsi, Azərbaycanın cənubu, oktyabr 2007.
125
İki dəfə polis güclə yüzlərlə dindarı qovmuş və 80-nə
yaxın dindarı həbs etmişdir, “Polisin Məscidə Hücumu:
Müsəlmanların Qovulması və Döyülməsi”, Forum 18, 30
iyun 2004; və “Cümə Məscidinin iyirmi yeddi üzvü
saxlanılıb, bir çoxu cərimələnib, dörd nəfər döyülüb”, Forum
18, 7 iyul 2004. Cümə Məscidi 1996-ci ildəki qəbul edilən
dini etiqad azadlığı haqqında qanuna əsasən QMİ-nin dini
hakimiyyətini tanımaqdan imtina etmişdir.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 14
idi.
126
Seçkidən sonra etiraz aksiyası təşkil etməkdə
şübhəli bilinərək 2003-cü ilin dekabrın 1-də
İbrahimoğlu həbs olunmuşdur. 2004-cü ilin aprelin 2-
də ona beş illik şərti cəza kəsilmiş və bir neçə
səfirliyin və QHT-nin işə qarışmasından sonra o,
ertəsi gün azadlığa buraxılmışdır.
127
İcma 1992-ci ildə rəsmi dini təhsili olmayan mömin
Hacı Azər Ramizoğlu və İranda təhsil almış və imam-
camaat seçilmiş İbrahimoğlu tərəfindən təsis
edilmişdir. İcma qısa müddətdə geniş sayda tərəfdar
toplaya bilmişdir. Ramizoğlu bunun səbəbini belə
izah edir: “bizim məqsədimiz İslamın fərqli olmasını,
yəni yalnız yas üçün və rüşvətxor imamların pul
dilənməsindən ibarət olmamasını göstərmək idi.
Düşünürəm ki, məsciddə nəzir qutusunun olmaması
uğurumuzun əsəs şərtlərindən biri idi”.
128
İcma iki
QHT yaratmışdır: Azərbaycandakı dindarların
hüquqlarını qorumaq üçün DEVAMM
129
təşkilatını
(Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə
Mərkəzi) və dinlərarası dialoq və tolerantlıq üzrə
İslam-İttihad Cəmiyyətini. Bu Cəmiyyət rəsmi sənədlər
üçün hicabda (baş örtüyündə) şəkil çəkdirmək hüququn
qorunması naminə lobbiçilik həyata keçirirdi.
130
2004-cü ildə DQİDK-nin sabiq sədri Rafiq Əliyev
demişdir: “son zamanlar o, [İbrahimoğlu] dini xadimdən
çox özünü siyasətçi və insan haqları müdafiəçisi kimi
aparır… lakin o, eyni zamanda, siyasətçi və din xadimi
olmamalıdır”.
131
İbrahimoğlunun tərəfdarı deyir ki,
“[QMİ] [bizdən] çox narazı idi. Onların dini hakimiyyətini
126
“Mən İsa Qəmbəri şəxsən dəstəkləmirdim. Mən
monarxiya və hakimiyyətin ailə üzvləri arasında
otürülməsinə qarşı çıxmışdım”, Hacı İlqar İbrahimoğlu,
Cümə Məscidi İcmasının rəhbəri, Bakı, sentyabr 2007.
127
“Yarı-müstəqil İmam Şərti Cəza ilə Məhkum Olunub”,
Forum 18, 5 aprel 2004.
128
Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu,
DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007. Bütün rəsmi
məscidlərin girişində nəzir qutusu yerləşdirilib (pul toplamaq
üçün qutu). Pulların hansı məqsədlər xərclənməsi geniş
şəyalər doğurur.
129
Həmin yerdə.
130
İcma həmçinin, qan vermə, narkotik və alkoqolə qarşı
kampaniya, yetim uşaqlara kömək və İslam tədrisi kimi
fəaliyyətlə məşğul olur. Onların “Dar-ül-Hikmət” adlı
araşdırma mərkəzi də var. www.juma-az.org internet
səhifəsinə bax. Hacı İlqar İbrahimoğlunun dediyinə görə,
şəxsiyyət vasiqəsi olmayan minlərlə qadın 2003-ci
seçkilərində iştirak edə bilməmişdir. Hicabsız (baş örtüyü
olmadan) şəkil çəkdirməkdən imtina edən qadınlar yeni
şəxsiyyət vəsiqəsi ala bilməmişdilər. “Azərbaycan: Müstəqil
Müsəlman icmasının rəhbəri sağdır, lakin təzyiqlər davam
etməkdədir”, Forum 18, 22 oktyabr 2003.
131
“Azərbaycan: Köhnə Şəhərdə Üsyankar Məscid”, Hərb
və Sülh Hesabatları üzrə İnstitut (Institute for War and Peace
Reporting (IWPR), 7 iyun 2004.
tanımadığımıza görə, onlar bizi siyasi təşkilat sayırdı.
Buna da səbəb bizim korrupsiyanı tənqid
etməyimizdir”.
132
İcma 1992-ci ildə Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmişdir, lakin 1996-da yeni qanunun
tələbi ilə yenidən qeydiyyatdan keçməyə cəhd etmədi.
Ramizoğlu deyir: “1998-ci ilə gədər, yəni insan
haqqları ilə deyil, yalnız dini fəaliyyətlə məşğul
olduğumuz dövrdə, bizim heç bir problemimiz yox idi.
Lakin, insan haqqları ilə məşğul olmağa və Bakıda
yerləşən Qərb təşkilatlarından dəstək almağa başladığımız
andan problemlər yarandı. Xüsusilə mətbuat bizi
kəskin tənqid etməyə başladı”.
133
O, Azərbaycanı
2003-cü ildə tərk etmiş və bü günə kimi Gürcüstanda
mühacir kimi yaşayır.
134
Hacı İlqar İbrahimoğlu hələ də Bakıda yaşayır və
onun dediyini görə 500-dən artıq şəxs icmada qalır və
onun həftəlik olaraq keçirtdiyi dini tədbirlərdə iştirak
edir. O Cümə Məscidinə qayıtmağa nail olmayıb və
bütün tərəfdarlarını siğışdırmaq üçün kiçik olan bir
ofisdə
fəaliyyətini davam etdirir. İcmasının
məqsədləri haqqında sualımıza belə cavab verdi: “Biz
vətəndaş cəmiyyətinin inkişafında maraqlı olan dindar
insanlarıq”.
135
Din azadlığı bu gün Azərbaycanda ən çox pozulan
haqqlar sırasındadır. Hökümət tərəfindən təyin
edilən rəhbəri tanımayan dini icmanı onlar
qeydiyyata almırlar. Müstəqil icmaların başçılarına
hökümət hədə qorxu gəlir, şəxsi mənzillərə basqın
edir, dindarları döyür və həbs edir, və dini
etiqadımızı açıq şəkildə ifadə etməyimizə əngəllər
törədir. Əziyyət çəkən çoxdur: müsəlmanlar,
xristianlar və digərləri. Lakin, hökümət uzaq-görən
yanaşmaya malik deyil.
136
132
Böhran Qrupunun müsahibəsi, Fuad (əsl adı deyil), Cümə
Məscid İcmasının dissident bölməsinin üzvü, Bakı, sentyabr
2007.
133
Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu,
DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007.
134
Ramizoğlunun ekstradisiyasına çalışan Azərbaycan
tərəfinin xahişi ilə Gürcüstanda 2006-ci ilin martın 31-də
həbs olunmuşdur. 2006-ci ilin aprelin 14-dən etibarən
zaminə buraxılmışdır. Azərbaycanda o, işgəncə və pis
rəftarla üzləşə bilər. Gürcüstan İşğəncələrə qarşı
Konvensiyanı ratifikasiya edib, odur ki, vətənində işgəncəyə
məruz qalmaq ehtimalı olan şəxsi zorla ölkədən xaric edə
bilməz. Bax “Gürcüstan: Zorla qaytarma/isgəncə və ya pis
rəftar qorxusu: Azər Ramizoğlu Səmədov”, Amnesty
İnternational, 20 aprel 2006.
135
Böhran Qrupunun müsahibəsi, Hacı İlqar İbrahimoğlu,
Cümə Məscidi İcmasının imam-cammatı, Bakı, sentyabr 2007.
136
İlgar İbrahimoğlunun çıxışı, BMT-nin İnsan Haqqları
üzrə 61-ci Komissiyası, Cenevrə, 5 aprel 2005. bax:
http://www.becketfund.org /index. php/article/381.html.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 15
O, Azərbaycan mətbuatında və vebsaytlarda tez-tez
çıxış edir və Beynəlxalq Dini Azadlıq Assosiasiyası
və Forum 18 də daxil olmaqla, dini etiqad azadlığı ilə
məşğul olan beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq
edir. İcma Dəyərlər adlanan həftəlik qazet nəşr edir
və, siyasi və dini məsələləri şərh edən eyni adlı
Internet səhifəsinə malikdir.
137
Azərbaycanın dini
rəhbərləri arasında İbrahimoğlu ən tanınan və siyasi
baxımdan səsi eşidilən şəxsdir. Adətən qərb
müşahidəçiləri onu öz məqsədləri üçün Avropanın
demokratiya və insan haqqları kimi dəyərlərindən
yararlanan bir mötədil insan kimi tanıyırlar.
Cümə Məscidi bağlandıqdan sonra, Bakıda müstəqil
şiələrin ən böyük ibadət yeri Dadaş Məscidi olmuşdur.
Hacı Şahinin rəhbərlik etdiyi icma
138
1990-cı illərin
əvvələrindən mövcuddur və 2002-ci ildən şəhərin
işgüzar rayonunda öz binasına malikdir. Bu icma
yaxında yerləşən neft şirkətləri və beynəlxalq
təşkilatlarda çalışan varlı və təhsilli gəncləri daha çox
cəlb edir. Cümə namazına 800-dən artıq dindar
toplaşır ki, bunların da hamısı içəri sığışmayanda bir
hissəsi küçədə ibadət edir. İcma dini haqqların
qorunması üzrə çalışan Mənəvi Dünya İctimai Birliyi
adlı QHT-yə və Salam adlı qazetə malikdir.
Dadaş Məscidi 2007-ci ildə prosedurların daha
yumşaq olmasından yararlanaraq qeydiyyatdan keçmişdir.
Hacı Şahin deyir ki, hökumət son dövrlərdə düzgün
addımlar atmışdır. “Radikallaşma məhz dindarların
haqqları pozulanda ortaya çıxır. Deyəsən, hökümət
bunu başa düşməyə başlayıb. Radikallar İslamı dərk
etmir və müxtəlifliyə hörmət etmir”.
139
Bakıdakı Cavad Məscidi də Cümə namazına yüzlərlə
gənci qeyri-münasib şəraitdə qəbul edir. Bu Məscidin
də “Birlik” adlı öz QHT-si, qəzeti və binası var.
Məscidin iki imamından biri, Hacı Namiq Bakı İslam
Universitetində dərs deyir.
140
İki dəfə, 1992-ci və
2001-ci illərdə icmanı qeydiyyata almaqdan imtina
ediblər. Güman edilir ki, buna səbəb hölumətin İranda
təhsil almış Hacı Namiqə şübhə ilə yanaşmasıdır.
Yuxarıda qeyd edilən digər iki icmaya oxşar olaraq,
Cavad Məscidi də vətəndaş cəmiyyətinin və dini
haqqların təbliği ilə məşğul olur. “İndiki zamanda
bizim işimiz vətəndaş cəmiyyətinin inkişafıdır. Biz
sadəcə hüquqlarımıza yiyə durmaq istəyirik, lakin
bizə deyirlər ki, siz radikalsınız və inqilab istəyirsiniz.
Bunu deməklə, hökümət ictimaiyyətin bizə olan geniş
137
Bax: www.irla.org, www.forum18.org və www.deyerler.org.
138
O, ozü öyrənmiş imam olduğunu, lakin qısa müddət
ərzində İranın Qazvin şəhərində oxuduğunu iddia edir.
139
Böhran Qrupunun müsahibəsi, Hacı Şahin, Cavad
Məscidinin İcmasının imamı, Bakı, oktyabr 2007.
140
O, Qumda (İran) təhsil alıb.
dəstəyini azaltmağa çalışır”, Hacı Namiq belə
fikirdədir.
141
2.
Digər müstəqil qruplar
Bakı şəhərinin ətrafında və digər şəhərlərdə Şeyxülislamı
və QMİ-ni tanımaqdan imtina edən digər icmalar da
mövcuddur.
142
Əksəriyyəti qeydiyyatdan keçməyib və
şəxsi mənzillərdə görüşlər keçirir. Ramizoğlunun
sözlərinə görə “kiçik, qeyri-ənənəvi dini icmaların
sayı kəskin sürətlə artmaqdadır ki, onlara da nəzarət
etmək çox çətindir. Azərbaycanda vətəndaş
cəmiyyətinin olmadığına görə, bu icmalar mahiyyətcə
siyasiləşmişdir. Bu radikallaşma demokratiyanın
olmamasına və dövlət nəzarətinə cavab reaksiyasıdır”.
143
Bəziləri hökumətə açıq şəkildə tabe olmur. 2007-ci
ilin iyun ayında QMİ tərəfindən əzanın ucadan
səslənməsinə qoyulan qadağaya Hacı Əbdül riayət
etməmişdir: “şübhəsiz, biz əzanın səsləndirilməsini
davam etdirdik. Biz hətta əzanı əvvəlkindən iki dəfə
yüksək səslə ötürməyə başladıq ki, yaxınlıqda
yerləşən QMİ onu eşidə bilsin”.
144
Rəsmi ruhani nümayəndələr də DQİDK-ni və QMİ-ni
ehmalca tənqid edirlər. Əzan oxuyan bir gənc
ruhanilərlə Böhran Qrupununun söhbətindən bəlli
olub ki onlar, əzanı Azərbaycan təqvimi ilə
səsləndirsələr də, Azərbaycan şiələrinin çoxunun
İranın dini rəhbərliyinə rəğbətini nəzərə alaraq, ibadət
tərzini “daha düzgün” hesab etdikləri İran sayağı
həyata keçirirlər.
145
türk məscidlərinin tikilməsini və
Türkiyədən gələn sünni İslamın hökumət tərəfindən
bütövlükdə dəstəkləndiyini görən daha yüksək rütbəli
ruhanilər şiə məscidlərin İrandan maliyyə yardımı ala
bilməməsindən gileylərini bildirmişlər.
141
Böhran Qrupunun müsahibəsi, Hacı Namiq, Cavad
Məscidinin İcmasının başçısı, Bakı, oktyabr 2007.
142
Əhəmiyyətli sayıla bilən müstəqil icmalar Gəncə, Şəki,
Quba və cənub bölgəsində mövcuddur. Bəziləri qeydiyyatdan
keçib və Paşazadənin hakimiyyətini tanıyır; digərləri hələ də
tanımayıb, və onları qorumaq məqsədilə hesabatda onların
adları açıqlanmır.
143
Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu,
DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007.
144
Böhran Qrupunun müsahibəsi, Hacı Əbdül, Bakı, sentyabr
2007. Hacı Əbdül Bakı Hüseyn Məscidinin imamıdır və
gənclərin narkotik və alkoqol asılılığından qurtulmasına kömək
edən və keçmiş Sovet İttifaqının əksər respublikalarında təmsil
olunan Tövbə Cəmiyyətinin rəhbəridir. Tanınmış sabiq millət
vəkili olaraq o, yenidən seçkilərə qatılmaq fikrində olsa belə,
dəfələrlə namizəd kimi qeydiyyatı rədd edilmişdir. 1996-ci ildə
dini etiqad azadlığı haqqında qanuna edilən dayişikliklərdən
sonra onun məscidi qeydiyyata alınmamışdır.
145
Böhran Qrupunun müsahibəsi, rəsmi ruhani, Şiə,
sentyabr-oktyabr 2007.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 16
Cənubda ən azından iki icma, Şeyxülislamın dini
hakimiyyətini tanımır, lakin yerli əhalinin əksəriyyəti
bu icmaların məscidlərinə getməyə qorxur. “Bu indi
böyük problem deyil, lakin hökümətdə korrupsiya
olduğu kimi qalsa, insanlar təngə gələ bilər və həmin
anda bu problemə çevriləcək” – yerli QHT üzvü belə
düşünür.
146
2007-ci ilin dekabrında sözügedən icmalar,
müxalifət və insan haqqları üzrə QHT-lər təhsil
qanununa təhsil müəssisələrində hicabın və digər dini
örtüklərin geyinilməsinə qadağa qoyan əlavəni kəskin
tənqid etmişlər.
147
Şiə QHT-ləri bu zaman daha fəallıq
göstərmişlər. Mömin şiələrə qarşı ayrıseçkilik davam
edərsə, böyük ehtimalla onlar siyasi baxımdan
səfərbər olmağa, və hətta sıxışdırılmış sünni icmalarla
ya digər icmalarla birləşməyə qadirdir.
148
3.
Nardaran misalı
Xəzər dənizin sahilində və Bakıdan 25 km aralıqda
yerləşən Nardaran kəndi müqəddəs ziyarətgah sayılır
və ölkədə dini müxalifətin mərkəzinə çevrilib.
149
Bələdiyyəsi olmayan bu kənd, aqsaqqalar şurası
tərəfindən İslamın sərt şiə üslubu ilə idarə olunur.
Polis kəndə daxil ola bilmir: 2001-ci ildə “müəyyən
təxribat yaratmaq” məqsədilə kəndə girən iki polis
nəfərini yerli sakinlər öldürmüşdür.
150
2002-ci ildə
sosial narazılıqdan irəli gələn ixtişaşları polis zor
gücünə yatırmışdır.
151
Üç həftə ərzində aparılan
əməliyyat nəticəsində bir kənd sakini ölmüş və bir
neçəsi xəsarət almışdır. Hərəkatın rəhbəri Əlikram
Əliyev həbs olunub altı illik azadlıqdan məhrum
edilmişdir.
Ramizoğlu vəziyyəti belə anladır: “Nardaranda sosial
məsələlər dini zəminə keçmişdir. İlk dəfə vəziyyət
2002-ci ildə nəzarətdən çıxdı, lakin hökumət tezliklə
nəzarəti bərpa etdi”.
152
Kənddə olan sosial problemlər
dini şuarlarla ifadə edilir. “Bizə qalan tək bir İslamdır” –
146
Böhran Qrupunun QHT nümayəndəsi ilə müsahibəsi,
Lənkəran, oktyabr 2007.
147
“Parlamentinin üzvləri Azərbaycanda hicab geyinilməsinə
qadağanın qoyulması məsələsində razılığa gələ bilmirlər”,
Trend xəbərlər agentliyi, 27 dekabr 2007.
148
Hacı İlqar Azərbaycandakı bütün inanclıları, Sünni qrupları
və xristiyanları da müdafiə edir, Böhran Qrupunun müxbiri,
Hacı İlqar İbrahimoğlu, Cümə Məscidi İcmasının imam-
camaatı, Tbilisi, yanvar 2008.
149
Nardaranın hakimiyyətlə ziddiyətinin tarixi Sovet dönəmindən
başlayıb.
150
Böhran Qrupunun müsahibəsi, Əlikrəm Əliyev, ahıllar
şurasının üzvü və Azərbaycan İslam Partiyasının sabiq sədri,
Nardaran, sentyabr 2007.
151
Etiraz aksiyası hökümətin kəndə qazı kəsməsindən sonra
başladı.
152
Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu,
DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007.
yerli sakinlərdən biri 2006-cı ildə BBC jurnalistinə
demişdır. Sakinlərdən biri Böhran Qrupuna ucadan
demişdir: “onlar öz hakimiyyətini bura gətirmək
istəsələr, biz onları öldürəcəyik. Onlar kəndə daxil
olmaq istəsələr, hamını çağırmaq üçün işarəmiz var.
Kənd boyu gedən gaz borusunu döyürük. Bununla da
kəndin gəncləri mərkəzi meydana toplaşır. Onların
bura gəlməsi mümkün deyil”.
153
2006-cı ilin fevralın 7-də “karikatura əhvalatı”
154
100-
dən artıq Nardaranlını küçəyə çıxıb, etirazlarını
bildirməyə və Danimarkanın bayrağını yandırmağa
təhrik etdi. Fevralın 9-da, Aşura günü, 1000-nə yaxın
gənc Bakının mərkəzində dini şuarları səsləndirərək,
yürüş etmiş və Fransa mətbuatında karikaturaların
təkrar nəşrinə etiraz olaraq öz bəyanatlarını Fransa
səfirliyinə çatdırmışdırlar.
155
2006-cı ilin noyabrında
“Avropa və biz” məqaləsində jurnalist Rafiq Tağı
İslamın Azərbaycanın inkişafını ləngitməsini yazdı.
Nardaran sakinləri özlərini dərindən təhqir olunmuş
hiss edərək, etiraz aksiyaları təşkil etdilər və İrandan
dəstək kimi jurnalistə qarşı fətva aldılar.
156
Hökümət
Tağını və qazetin baş redaktoru Samir Sədaqətoğlunu
həbs etdi; müvafiq olaraq onlar üç və dörd il
müddətinə məhkum olundular, lakin 2007-ci ilin
dekabr ayında Prezidentin əfv fərmanı ilə azadlığa
çıxdılar. “Rafiq müxalifət jurnalisti deyildi; o ona
görə həbs edilmişdi ki, hakimiyyət ölkədəki sabitliyin
İranın əli ilə pozulmasından həqiqətən qorxmuşdu”,
həmkarlarından biri belə düşünür.
157
Xüsusilə məscidlərin bərpasını maliyyələşdirməklə
hökümət Bakının ətraf kəndlərində olan dini icmaların
rəhbərlərini öz tərəfinə çəkməyə nail olmuşdur.
158
“Biz siyasiləşmiş deyilik, odur ki mədrəsəmizi
qeydiyyatdan keçirtməkdə çətinliyimiz olmayıb”,
qonşu Buzovna kəndindəki qızlar üçün yeganə
mədrəsəyə rəhbərlik edən Ceyhunə belə deyir.
“Nardaranlılar bütövlüklə siyasiləşib. Biz onlar kimi
153
Böhran Qrupunun müsahibəsi, Bəhram (əsl adı deyil),
Nardaran sakini, Nardaran, sentyabr 20.
154
Peyğəmbər haqqında təhqiredici sayılan və 2005-ci ilin
sentyabrında Danimarka qazetində nəşr edilən karikaturalar
dünya Müləsmanları arasında hiddətlə qarşılandı, “Müsəlman
karikaturaları üzrə hadisələr ardıcıllığı”, BBC News, 19 fevral
2006.
155
Bax “Azərbaycan: Siyasi dəyişiklik deyil, Peyğəmbər
naminə etiraz”, EurasiaNet, 17 fevral 2006.
156
Müctəhid Fazil Lənkarani Rafiq Əliyevə qarşı fətva
vermiş və ona ölüm hökmü çıxarmışdır.
157
Böhran Qrupunun müsahibəsi, Rafiq Tağının həmkarı,
Bakı, sentyabr 2007.
158
Böhran Qrupunun müsahibəsi, Buzovna kəndi, sentyabr
2007.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 17
deyilik”.
159
Nardaran bir istisnadır, lakin dindarlara
qarşı ayrıseçkilik davam edərsə və iqtisadi vəziyyətdən
narazılıq artarsa, bu kəndə xas olan sosial etirazların
İslamla əlaqələndirmə meyli daha geniş yayıla bilər.
159
Böhran Qrupunun müsahibəsi, Ceyhunə (əsl adı deyil),
Buzovna, oktyabr 2007.
IV.
DÖVLƏTİN REAKSİYASI
Azərbaycan konstitusiyası dini dövlətdən ayırır, lakin
dövlətin iki qurumu – QMİ və DQİDK dini həyata
nəzarət və rəhbərlik edir. Sovet dönəmindən QMİ
ruhanilərin təyin olunması, xütbələrə nəzarət və
Məkkəyə ziyarətin təşkil olunması ilə məşğul olur.
Bütün dini icmalar DQİDK tərəfindən qeydiyyata
alınmalı və QMİ-nin sədri, Allahşükür Paşazadənin
dini hakimiyyətini tanımalıdır.
A.
Dostları ilə paylaş: |