V.
YEKUN SÖZ
Bu hesabatda sözügedən müstəqil icmalar hökumətə
və ya dünyavi həyat tərzinə demək olar ki, əsl təhlükə
kəsb etmir. Demək olar ki, ölkədəki heç bir icma
cihada meylli hesab oluna bilməz. İslam dövləti
qurmaq fikrini açıq bildirən az sayda icmanın ciddi
tərəfdarları yoxdur və onlar məqsədlərinə çatmaq
üçün strateji baxışa malik deyirlər. Bununla belə, İslam
təhlükəsinin şişirdirilməsi insanların sıxışdırılması və
dini həyatı nəzarətdə saxlamaq üçün bir bəhanə kimi
istifadə olunmuşdur ki, bu da, polisin qəddarlığı ilə
üzləşmiş qrupların siyasiləşməsi və hətta radikallaşması
riskini artırır, baxmayaraq ki, ilkin vəziyyətdə bu
qruplar qeyri-siyasi və sirf dini xarakter daşıyırdılar.
Hökümət dini dairələrdə hörmətə malik olan mötədil
səsləri gücləndirməyə başlamışdır, lakin o daha çox iş
görməlidir, xüsusilə sıravi vətəndaşların və ruhani
olmaq istəyənlərin dini təhsilinin artırılmasına fikir
verməlidir. İslamla, o cümlədən müstəqil İslami
icmalarla, dövlət arasında dini azadlığı daha səmərəli
təmin etmək üçün daha optimal münasibəti müəyyən
etmək üçün müstəqil və rəsmi ruhaniləri, tədqiqatçıları
və QHT-ləri cəlb etməklə, ictimai müzakirələr təşkil
olunmalıdır. Müstəqil dini icmalar isə, xüsusilə sələfilər,
öz növbəsində, üzvlərini terrorçuluğun və radikallaşmanın
risklərindən agah etməlidir, və rəsmi ruhanilər və
Azərbaycan höküməti ilə həqiqi dialoqa başlamağa
sövq etməlidir.
Bakı/Tbilisi/Brüssel, 25 mart 2008
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 23
ƏLAVƏ A
BEYNƏLXALQ BÖHRAN QRUPU HAQQINDA
Beynəlxalq Böhran Qrupu (Böhran Qrupu) müstəqil,
qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır və onun
110-dan çox əməkdaşı düyünə düşmüş münaqişələrin
qarşısını almaq və onları həll etmək məqsədilə beş
qitədə yerlərdə aparılan təhlillər və yüksək səviyyəli
məsləhətlərlə işləyirlər.
Böhran Qrupunun yanaşması yerlərdə aparılan
araşdırmalara əsaslanır. Siyasi təhlilçilər qrupu zorakı
münaqişənin qopması, güclənməsi və ya yenidən baş
verməsi təhlükəsi olan ölkələrdə və ya həmin ölkələrin
qonşuluğunda yerləşdirilir. Yerlərdən gələn məlumat və
dəyərləndirmələrə əsasən o, hədəfi beynəlxalq səviyyədə
əsas qərar qəbul edənlər olan və praktiki tövsiyələr təklif
edən analitik hesabatlar hazırlayır. Böhran Qrupu
həmçinin bütün dünyada ən mühüm münaqişə
vəziyyətləri və potensial münaqişələrlə əlaqədar
durumla bağlı qısa müntəzəm yeniliklər təmin edən
CrisisWatch 12 səhifəlik aylıq bulleteni nəşr edir.
Böhran Qrupunun hesabatları və brifinq sənədləri xarici
nazirliklərə və beynəlxalq təşkilatlara elektron poçtu
vasitəsilə və ya çap formasında göndərilir və eynu
zamanda qrupun İnternet saytında, www.crisisgroup.org.
ünvanında, yerləşdirilir. Böhran Qrupu öz böhranla bağlı
təhlillərini ön plana keçirmək və özünün siyasətlə bağlı
tövsiyələrinə dəstək qazanmaq məqsədilə hökumətlərlə
və onlara təsir edən qurumlarla, o cümlədən KİV-lər ilə
yaxından əməkdaşlıq edir.
Böhran Qrupunun siyasət, diplomatiya, biznes və KİV
sahəsində tanınmış şəxsıləri özündə birləşdirən idarə
heyəti bu hesabat və tövsiyələrin dünyada əsas siyasət
hazırlayan şəxslərin diqqətinə çatdırılması işində birbaşa
iştirak edir. Böhran Qrupunun sədri Avropa Xarici
Əlaqələr Komissiyasının keçmiş üzvü, Barnslı Lord
Pattendir. 2000-ci ilin yanvarından qurumun prezidenti
və başçısı Avstraliyanın keçmiş Xarici İşlər Naziri Qaret
Evansdır.
Böhran Qrupunun beynəlxalq qərərgahı Brüsseldədir və
Vaşinqton (hüquq şəxs kimi), Nyu-York, London və
Moskvada təbliğatçı ofisləri yerləşir. Hazırda təşkilatın
yerlərdə 15 ofisi var (Əmman, Belqrad, Bişkek, Dakar,
Düşənbə, İslamabad, Cakarta, Kabul, Nayrobi, Pretoriya,
Priştina, Kvito, Seul, Skopye və Tiflisdə) və onun
təhlilçiləri dörd qitədə böhrana məruz qalmış 50-dən çox
ölkədə və ərazidə fəaliyyət göstərirlər. Afrikada bura
Anqola, Burundi, Fil Dişi Sahili, Konqo Demokratik
Respublikası, Eritreya, Efiopiya, Qvineya,
Liberiya, Ruanda, Sahel bölgəsi, Syerra Leone, Somali,
Sudan, Uqanda və Zimbabve; Asiyada Əfqanıstan,
İndoneziya, Kəşmir, Qazaxıstan, Qırxızıstan,
Myanmar/Birma, Nepal, Şimali Koreya, Pakistan,
Tacikistan, Türkmənistan və Özbəkistan; Avropada
Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və
Hersoqovina, Gürcüstan, Kosovo, Makedoniya,
Moldova, Serbiya və Çernoqoriya; Yaxın Şərqdə Şimali
Afrikadan İranadək bütün bölgə və Latın Amerikasında
Kolumbiya, And bölgəsi və Haiti.
Böhran Qrupu hökumətlərdən, xeyriyyə fondlarından,
şirkətlərdən və fərdi donorlardan vəsait toplayır.
Aşağıdakı hökumət idarələri və təşkilatları hazırda
maliyyələşmə təmin edir: Frankofon Hökumətlərarası
Agentlik, Avstraliya Beynəlxalq İnkişaf Agentliyi,
Avstraliya Federal Xarici İşlər Nazirliyi, Belçika Xarici
İşlər Nazirliyi, Kanadanın Xarici İşlər və Beynəlxalq
Ticarət Departamenti, Kanada Beynəlxalq İnkişaf
Agentliyi, Kanada Beynəlxalq İnkişaf Araşdırma
Mərkəzi, Çexiya Xarici İşlər Nazirliyi, Hollandiya
Xarici İşlər Nazirliyi, Finlandiya Xarici İşlər Nazirliyi,
Fransa Xarici İşlər Nazirliyi, Almaniya Xarici İşlər
Nazirliyi, İrlandiya Xarici İşlər Departamenti, Yaponiya
Beynəlxalq
Əməkdaşlıq Agentliyi, Lixtenşteyn
Knyazlığının Xarici İşlər Nazirliyi, Leksemburqun
Xarici İşlər Nazirliyi, Yeni Zellandiyanın Beynəlxalq
İnkişaf Agentliyi, Çin Respublikası (Tayvan) Xarici
İşlər Nazirliyi, Danimarka Krallığının Xarici İşlər
Nazirliyi, Norveç Krallığının Xarici İşlər Nazirliyi,
İsveç Xarici İşlər Nazirliyi, İsveçrə Federal Xarici İşlər
Departamenti, Türkiyə Xarici İşlər Nazirliyi, Böyük
Britaniya Xarici İşlər Nazirliyi, Böyük Britaniyanın
Beynəlxalq İnkişaf Departamenti və ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyi.
Fondlara və özəl sektor donorlarına isə aşağıdakılar
daxildir: Atlantik Filantrofiz təşkilatı, Nyu-Yorkun
Karneqi Korporasiyası, Kompton Fondu, Ford Fondu,
Fundaçano Oriente, Beynəlxalq DARA Fondu, Bill &
Melinda Qeyts Fondu, Uilyam və Flora Hyulet Fondu,
Hant Alternativz Fondu, Koreya Fondu, Con D. və
Katerin T. Mak Artur Fondu, Moriah Fondu, Çarlz
Styuart Mott Fondu, Açıq Cəmiyyət İnstitutu, Pyer və
Pamela Omidyar Fondu, David və Lusil Pakard Fondu,
Plauşearz Fondu, Siqrid Rozinq Trast, Rokfeller Fondu,
Rokfeller Filantrofi Advayzers və Yəhudi İcmasının
İanə Fondu olan Sarlo Fondu.
Böhran Qrupu haqqında əlavə məlumatı bizim internet səhifəmizdən əldə edə bilərsiniz:
www.crisisgroup.org