AZƏrbaycan miLLİ elmlər akademiyasi z. M. BÜnyadov adına ŞƏRQŞÜnasliq institutu



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix31.01.2017
ölçüsü8,69 Mb.
#7108
1   ...   6   7   8   9   10   11   12   13   14

İrəvan müsəlmanlarının soyqırımı 
 
“Böyük Ermənistan” röyası ilə yaşayan ermənilər 
1918-ci ilə qədər Qafqazın heç bir bölgəsində əksəriy-
yət təşkil etmirdilər.  Ter Minasyan yazır: "Tiflis kon-
fransının  əsas nigarançılıqlarından biri Qafqazda  er-
məni əhalisinin sayca az olması idi. Onlar muxtariyyət 
əldə etmək istəyir və belə bir xahişlə konfransa müra-
ciət etmişdilər. Pərakəndə erməni cəmiyyətlərini əhatə 
etmək üçün əyalət vahidlərindən məhdud bir miqyasda 
zemstvolar təsis etmək planı  ətrafında fikirlər səs-
ləndi".
1
 
Daşnak partiyası milli tərkib problemini istismarçı 
dövlətlərin,  əsasən də ingilis müstəmləkəçilərinin kö-
məyi ilə cinayətkarcasına həll etdi. Yeri gəlmişkən, sö-
zü "Mərkəzi Asiyada və Qafqazda dəyişikliklərin ma-
hiyyəti" kitabının müəlliflərinə verək və görək onlar bu 
barədə nə deyirlər: "Müttəfiqlərin strateji məqsədlərin-
dən biri böyük Osmanlı dövlətini parçalamaq idi. Bu 
məqsədlə onlar Osmanlı  ərazisi daxilində yaşayan 
millətləri  və islam əleyhinə qüvvələri qızışdırmağa ça-
lışırdılar. Bu zaman qərb ölkələrinin, xüsusilə də Fran-
sanın siyasi və  mənəvi dəstəyini qazanan, Rusiyanın 
hərbi himayəsi altında fəaliyyət göstərən daşnaklar 
ifrat millətçilik və  işğalçılıq hisslərinə qapılmışdılar. 
Onlar Rusiya Ermənistanını, Gəncə-Qarabağ bölgəsini, 
Şərqi Türkiyənin 6 vilayəti, Güney Azərpbaycanın bir 
hissəsini  qəsb edərək "Böyük Ermənistan" yaratmaq 
xülyası  uğrunda mübarizəyə başlamışlar. Formalaş-
                                                 
1
 Anahid Ter Minasyan. Enqelab-e 1905dər Qəfqaz. Tərcümə 
edən: Kavə Bayat, səh. 63 

 
 
143
maqda olan ölkədə ermənilər  tədricən üstünlük təşkil 
edirdilər. 
Rus casusları hələ xeyli əvvəl ermənilərə pul və si-
lah verərək onları Türkiyə əleyhinə müharibəyə təhrik 
etmişdilər. Nəhayət, Osmanlı dövlətinin rəsmiləri er-
mənilərin xəyanətlərini görüb onları  sərhəd bölgələr-
dən köçürmək qərarına gəldi. Əks halda, ölkənin  şərq 
sərhədlərini qorumaq mümkün olmayacaqdı. Çünki er-
mənilər Osmanlı dövlətinə qarşı üsyana qalxmış, xarici 
ölkələrlə  əlaqəyə girmişdilər. Onların bu xəyanətkar 
addımları XX əsrin astanasında bir milyona yaxın 
insanın fəlakətinə və  səbəb oldu.  
Daşnaklar, eyni zamanda, Urmiya və Salmasda da 
xristianların köməyi ilə bir neçə dəfə türklərin ümumi 
qətli barədə  fərman vermiş  və görünməmiş cinayətlər 
törətmişdilər.   
 
 
 
Urmiyada soyqırım 
 
Arazın o biri tayında da həmin hadisələr baş verdi. 
Daşnaklar  İrəvan və Qars əhalisini qətliama məruz 
qoydular, onların mülklərini qarət etdilər.  Ərdəhanda, 
Axsada, Borçalıda da azərbaycanlılar təzyiq altında 
idilər. 1917-ci il inqilabı  və  vətəndaş müharibəsi bu 
ölkənin hər yerində olduğu kimi Qafqazda da fəlakət 
və qanların tökülməsinə  səbəb oldu. Gürcü, azəri və 
erməni siyasətçiləri Tiflisdə bir hökumət təşkil edib, 

 
 
144
müstəqil  şəkildə idarəçilik işlərinə başladılar. Bu za-
man Dağıstan da menşeviklərlə  ağqvardiyaçılar ara-
sında çəkişmə meydanı idi. İmam Nəcməddin və Uzun 
Hacı da dini ideyalara söykənərək mübarizəyə 
qalxmışdı. Bakı şəhəri bolşeviklərin əlində idi.  
Daşnaklar hakimiyyətsizlikdən istifadə edib, İrəvan 
bölgəsindəki azərbaycan kəndlərini yerlə-yeksan etdi-
lər. İrəvan hadisələri Zaqafqaziya Seymində fevralın 5-
dən–20-dək müzakirə edildi. Seym məsələni araşdır-
maq üçün İrəvana nümayəndə heyəti göndərdi. Təhqi-
qatın nəticəsi belə olmuşdu:  İrəvan vilayətində 211 
Azərbaycan kəndi dağıdılmış  və yüz minlərlə insan 
qətliam olunmuşdur. 300 minə yaxın  İrəvan azərbay-
canlısı  qətlə yetirilib və qalanları özlərini bir təhər 
Gəncə  və digər  şəhərlərə çatdırmışlar. Yalnız az bir 
hissə dədə-baba torpağında qalmışdır.  
Qafqazda ikinci erməni-azərbaycanlı  qırğınına 
çevrilən bu hadisələr iki xalq arasında münasibətləri o 
qədər kəskinləşdirib ki, daha onların üçtərəfli Qafqaz 
Federal Hökuməti  İttifaqında bir yerdə qalması 
mümkün deyil.  
Buna görə 1918-ci il mayın 26-da Federasiya par-
çalandı. Bundan sonra üç müstəqil cümhuriyyət – 
Azərbaycan, Ermənistan, Gürcüstan təşkil olundu".
1
  
Bu hadisədən sonra minlərlə  İrəvanlı müsəlman 
evini, mülkünü atıb, dağlara və biyabanlara qaçdı. Hə-
min qaçqınlardan biri də maarifçi xadim Mirzə Cabbar 
Baxçaban oldu. O, bir kəndə gəlib çıxaraq xeyli ağır və 
məşəqqətli günlər yaşadı. Sonradan Vətənə – Təbrizə 
köçərək burada öz sevdiyi peşəsi ilə  məşğul olmaq 
                                                 
1
 Mənije Turabzadə  və başqaları. Mahiyyət-e təhəvvolat dər  
Asiya-ye Mərkəzi və Qəfqaz, səh.71 

 
 
145
qərarına gəlir. Cabbar Baxçaban əvvəl Təbrizdə, sonra 
isə Tehranda kar və lallar üçün bir mədrəsə açır.  
Mirzə Cabbar Baxçabanın keçirdiyi ağır və dözül-
məz günlər barədə onun ürəkparçalayan xatirələrindən 
bir hissəni burada vermək yerinə düşər. Bu xatirələr o 
qanlı-qadalı illərin mənzərəsini düzgün təsəvvür et-
məyə imkan verir. O yazır: "Dünyanı oda calayan Bi-
rinci Dünya müharibəsinin axırlarında mən yarımcan 
halda bir kəndə  gəlib çıxdım. Taqətdən düşmüşdüm. 
Bütün ailəm qarın yatalağı  xəstəliyinə tutulmuşdu. 
Mən özüm də 25 gün cəhənnəm əzabı çəkmişdim. Qız-
dırma içində qovrulurdum.  Bizə nəinki dava-dərman, 
heç bir qaşıq su verən də yox idi. Bir gün qızdırmanın 
atəşindən evdən çıxıb qaçdım. Özümü Araz çayına 
atmaq istəyirdim. Lakin adamlar yetişib, məni birtəhər 
sakitləşdirdilər. Nəhayət, 25 gündən sonra özümə gəl-
dim. Bu vaxt gördüm ki, ermənilərin əlindən qaçarkən 
özümüzlə götürdüyümüz xırda-para  şeyləri də 
oğurlayıblar.  
Rəbiyə adlı 6 yaşlı bir qız bizə xidmət edirdi. Öz 
arıq vücudu ilə səhra adamını xatırladan bu qız bütün 
günü bizim üçün çöllərdən bitki toplayırdı. On gün 
müddətində yalnız həmin otlarla qidalandım.  Qazaya-
ğı adlanan bitkinin gövdəsini çeynəyir, suyunu udur-
duq. Təbii ki, həmin günlərin məşəqqətlərini adi 
sözlərlə ifadə etmək mümkün deyil. Sadəcə olaraq, 
həmin məşəqqətli günlərdə biz beş  nəfərin salamat 
qalması Allah möcüzəsi idi... 
Özümə  gələndən sonra hər iki ayağımın topuqdan 
aşağı qaraldığını gördüm. Bir neçə gündən sonra məni 
dəvənin belinə bağlayıb bir kəndə  gətirdilər. Ayaq 
barmaqlarım suluqlamışdı. Deyilənə görə, bu, yeyici su 
idi. 

 
 
146
...Doğrusu, insan gözləmədiyi anda həyat özünün 
bütün sifətlərini göstərir. Bu hadisədən bir il əvvəl mən 
öz doğma yurdumda vəzifə sahibi idim. Evsiz-eşik-
sizlərə yer-yurd vermək işinə baxır,  əhaliyə taxıl bö-
lürdüm. Amma indi məni nə bir tanıyan var, nə  də 
özüm və ailəm üçün çörək qazana bilirdim. Bütün mə-
nalarda fəlakətə məhkum olmuş bir insan idim. Həmin 
kəndə çatanda gördüm ki, bütün evlər qaçqın və köç-
künlərlə doludur. Çətinliklə bir boş tövlə tapıb orada 
məskunlaşdıq. 
Ədalətsizlik və  mərhəmətsizlikdən məyus olmuş-
dum. Ayaqqabı və papağımı satandan sonra nə edəcə-
yimi bilmirdim. Qara fikirlər məni gecələr səhərəcən  
yatmağa qoymurdu. Qan azlığı  və halsızlıq da bir 
yandan sıxırdı. O qara üfunətli tövlənin təndir istisində 
boğulur və  təngnəfəs olurdum. Ağcaqanadlar, bit və 
birələr bədənimi lalə kimi qıpqırmızı eləmişdi. Kirpik-
lərim ağırlaşıb qapananda və  məni yuxu aparanda 
dəhşətli yuxular görürdüm. Həmin yuxuların bəzisini 
50 ildən sonra da xatırlayıram. 
...Bir vaxt kəndin  əhalisi məndən qaçdığı halda, 
indi başıma toplaşır, məndən aralanmırdı. Onlar da 
qaçqın və köçkünlər idilər. Mən onlara təsəlli və ümid 
verməyə çalışırdım. Qəribə idi ki, bu adamlar mənim 
nağıllarıma qulaq asır və inanırdılar. Bəzən mənə elə 
gəlirdi ki, elə bu mehriban və arıq adamlardan biri 
mənim pal-paltarımı oğurlayıb. 
...Noraşen kəndində bir köynək və dizdikdə (alt 
paltarı) qaldığım, hər iki ayağımın qanqrena olduğunu 
və meyidimin bir xəndəyə atılacağını düşündüym 
həmin günlərdə  təsadüfən bir xeyirxah insana rast 
gəldim. Onun köməyi ilə  məni qəsəbənin yeganə 
həkimi olan doktor Səfizadənin yanına gətirdilər. O, 

 
 
147
mənim müəllim olduğumu biləndə çox sevindi. Çünki 
həmin ağır zamanlarda müəllimlər hərəsi bir tərəfə 
qaçmış, qəsəbədə  dərs verən bir adam qalmamışdı. 
Tanrı məni sanki nemət göndərmişdi. Üstəlik, həkimin 
uşaqları təhsil baxımından geri qaldığından, mən onun 
üçün göydəndüşmə idim. Doktor yubanmadan mənim 
ayağım üçün dərman hazırlamağa başladı. Asissenti 
olmadığından o, əməliyyatı  təkbaşına etməli oldu. 
Doktor ayaq barmaqlarımın arasını  kəsib, məlhəm 
qoyaraq yaranı bağladı. Bir qədər keçəndən sonra 
mənim rəhbərliyim altında məktəb fəaliyyətə başladı...  
Təsis etdiyim bu qarışıq məktəbdə yerli uşaqların 
tərbiyə  və  təlimi ilə  məşğul olurdum. Doktorun dörd 
oğlu, üstəgəl digər iki oğlan və bir qıza dərs deyirdim.  
Nəhayət, tarixin bir vərəqi də çevrildi və ermənilər 
həmin kəndə hücum edəndə mən doktorla birgə öz ata-
baba yurduma – İrana qaçdım. Makuya tabe olan 
Ərəblər kəndinə gəlib çıxdım".
1
   
 
 
Qafqaz müsəlmanlarının beynəlxalq 
təşkilatlara müraciətləri 
 
Daşnaklar müsəlmanlara qarşı davamlı soyqırım 
aktları, istismarçı dövlətlərin cinayətkarları himayə 
etmələri Qafqaz müsəlmanlarını Qacarlar dövlətinə 
müraciət etməyə vadar etdi. Mənşur Gürgani bu barədə 
yazır: "1298-ci ilin ordubehişt ayının 10-da xeyli mü-
səlmanın diri-diri torpağa basdırılması ilə  nəticələnən 
erməni qətliamından sonra Naxçıvan  əhalisi Qacarlar 
dövlətinin  oradakı konsulluğu qarşısında toplaşıb, 
                                                 
1
 Cabbar Baxçabanın öz əli ilə yazdığı tərcümeyi-haldan, səh. 34  

 
 
148
dövləti  şüarlarla öz qüvvələrindən istifadə etməyə 
çağırdılar. Bu nümayişlər  bir neçə gün davam etdi. 
Ermənilərlə müsəlmanlar arasında sülh bağlanan-
dan sonra ingilislər  İrəvanı, Naxçıvanı, Ordubadı, 
Şəruru və daha bir neçə məntəqəni Ermənistana birləş-
dirməyi qərara almışdılar. Lakin həmin məntəqələrin 
müsəlman  əhalisi qəti  şəkildə bunun əleyhinə  çıxdı. 
Ancaq sonda  ingilislərin köməyi ilə ermənilər həmin 
yerləri də işğal etdilər. 
Naxçıvan əhalisi tərəfindən yerli hökumətlərə, yerli 
qoşun komandirlərinə, o cümlədən bölgənin məsul 
şəxslərinə 12 teleqram ünvanladı. Tanınmış və nüfuzlu 
şəxslər isə Qacarlar dövlətinə, şaha, xarici ölkələrin sə-
firlərinə, Amerika prezidentinə, Beynəlxalq Sülh Təş-
kilatına və s. teleqramlar göndərərək, qonşu müsəlman 
dövlətinə birləşmək istədiklərini bəyan etdilər. Onlar 
bu teleqramlarda müsəlman olduqlarını, 92 il öncə 
zorla Rusiyaya birləşdiklərini yazırdılar. Bu zaman 
qoşun komandiri Kəlbəli xandan, hökumət başçısı 
Sultanovdan, qərargah rəisi Hacı Hüseynəli Qurbanov-
dan  və Milli Şuranın  nüfuzlu üzvlərindən ibarət Nax-
çıvanda Müvəqqəti Hökumətin təşkil olunmasını xahiş 
etdilər.  Təşgil olunmuş hökumət dərhal bir qətnamə 
qəbul etdi. Qətnamədə Naxçıvanda təşkil olunmuş 
Müvəqqəti Hökumətin Qacarlar dövlətinə tabe olduğu 
bildirilir və yerli əhali həmin dövlətin təbəəsi kimi 
təqdim olunurdu. Adı  çəkilən  hökumət tezliklə  Şeyx 
Əbdülcabbar Bektaşdan, Mehdiqulu xan Diyarbəkri-
dən, Hacı Seyid Bağır Heydərzadədən və Hüseynağa 
Novruzzadədən ibarət heyət yaradıb, Təbrizə ezam 
etdi. Heyət üzvlərinin səlahiyyətləri onlara verilmiş 
etibarnamə ilə müəyyən olunmuşdu.  Nümayəndə he-
yəti çox təmtəraqlı üslubda yazılmış  məktubu vəliəhdə 

 
 
149
çatdırmalı idi. Həmin məktubda deyilirdi ki, biz türklər 
92 il öncə zorla Arazın o sahilindəki qan qardaşları-
mızdan ayrı salınmışıq. Xahiş edirik ki, bizim  çoxdan-
kı arzumuza – birləşmək istəyimizə diqqətlə yanaşası-
nız.  
Nümayəndə heyəti ordubehişt ayının  əvvəllərində 
Təbrizə  gəlib çıxdı. Onlar buradakı ingilis nümayən-
dəliyinə belə bir tələbnamə ilə müraciət etdilər: "Əgər 
ingilislər ermənilər üçün dövlət yaratmaq istəyirlərsə, 
bunu ermənilər yaşayan  ərazilərdə yaratsınlar. Hətta 
bir nəfər belə erməni yaşamayan müsəlman torpaq-
larında erməni dövləti qurula bilməz.  
İngilis dövləti naxçıvanlıların bu tələbini Sülh 
Konfransının  gündəliyinə    saldı. Təbrizdə isə  qısa 
danışıqlardan sonra Qacarlar dövləti Naxçıvana gön-
dərmək üçün bir nümayəndə heyəti hazırladı.  Əli 
Heyət həmin heyətin başçısı  təyin olundu. Üstəlik, 
Müsəddiq Divan adlı bir şəxs də  Naxçıvanda Qacarlar 
dövlətinin rəsmi nümayəndəsi idi. Lakin ingilislər bu 
torpaqların İrana qaytarılmasının əleyhinə idilər. Onlar 
İranın bu məsələdə  təkid edəcəyi halda, mübahisəli 
Bəlucistan məsələsini qaldıracaqlarını  bildirdilər. 
Təbrizdə ermənilərin nümayəndəsi olan Nersin adlı 
şəxs də prosesləri pozmağa çalışırdı.  
Nəhayət, Sülh Konfransında Naxçıvanın İrana bir-
ləşməsinə imkan verilmədi".
1
 
Vəliəhdin dəftərxana müdiri Mokərrəmülmülk 
Naxçıvan camaatının vəliəhdə göndərdiyi teleqrafı Da-
xili  İşlər Nazirliyinin adından yaydı. Bu informasi-
yadan sonra Xoy əhli ayağa qalxaraq  Naxçıvana kö-
mək etmək və  təcavüzkar erməniləri cəzalandırmaq 
                                                 
1
 Mənşur Gürgani. Rusiya və İngiltərənin İranda rəqabəti, səh. 80 

 
 
150
üçün hazırlığa başladı. Lakin onların qarşısı alındı. 
Dövlət nümayəndələri tezliklə Naxçıvana kömək et-
mək barədə rəsmi qərar qəbul edəcəklərini vəd etdilər.  
Naxçıvan camaatı adından Təbrizdən Tehrana 
göndərilən teleqrafın mətnini qısa ixtisarla dərc edirik: 
"316 nömrəli teleqraf. Təbrizdən Tehrana. Göndərilmə 
tarixi 23, çatma tarixi 24 qaus. Təcili və dövlət 
əhəmiyyətli.  
Daxili  İşlər Nazirliyinin yüksək məqam sahibinin 
mübarək hüzuruna (Allah onun ömrünü uzun etsin!) 
Naxçıvan əhalisindən. Erməni əsgərləri məskunlaşdır-
ma adı ilə öz mühacirlərini  İrəvandan bizim tərəflərə 
və yaxın məntəqələrə  gətirirlər. Onlar müsəlmanlar 
yaşayan məntəqələrə çatan kimi  qətl-qarət törədir və 
azərbaycanlıları  tərk-silah edirlər. Müsəlmanların 
əleyhinə olan bu əməllər onları özlərini müdafiə etmə-
yə  və müqavimət göstərməyə  məcbur edir. Biz Naxçı-
van müsəlmanlarının həzrəti-valadan xahişi budur ki, 
bizim məmləkətin siyasi müqəddəratını tezliklə  həll 
etsin və bizlərə öz təbəəliyimizə qayıtmaq vaxtını  mə-
lum eləsin. Əgər üç gün müddətində bizlərin siyasi mü-
qəddəratı müəyyən olunmasa və böyük dövlətlərdən 
[?] nümayəndə heyəti gəlib çatmasa, bu yerlərin müsə-
lmanları tamamilə məhv olacaq və sonda bu məsələnin 
təhlükəli və pis nəticəsi  İran məmləkətinə  də sirayət 
edəcək. İnanırıq ki, bu yerin məzlum müsəlmanlarının 
halından böyük dövlətlər ittifaqını  [Antanta nəzərdə 
tutulur] məlumatlandıracaq və nəticəsini bizlərə bildi-
rəcəksiniz.  Əgər həqiqətən rəyasət aləmində bu yerin 
müsəlmanları edama məhkumdurlarsa, onda heç bir 
sözümüz yoxdur. Yox, əgər  bizlərin həyat və yaşamaq 
haqqımız varsa, onda açıq-aydın ərz edirik ki, Amerika 

 
 
151
prezidenti cənab Vilsonun "hər millətin öz müqəddəra-
tını həll etmək hüququ vardır"  fikrinə əsaslanacağıq.  
Naxçıvanın müsəlman vəkilləri: Cəfərqulu xan, 
Bəhram xan, Mehdiqulu xan, Mirzə  Həsrullah,  şeyx 
Cabbar”. 
Naxçıvan  əhalisi bu teleqrafdan əlavə, Xoy cama-
atına da yardım xahişi ilə müraciət etmişdi. Xoy əhalisi 
də öz növbəsində kömək üçün hər an hazır olduğunu 
bildirmişdi. Mükərrəmül Mülkün bu barədəki 
məktubunda deyilir: “Sizin bəndəniz Xoy əhalisinin 
hazırlığı barədə xəbər tutan kimi onların qarşısını aldı. 
Xoylulara açıq şəkildə yazdım ki, onların atdığı addım 
dövlət əleyhinədir. Əgər sizlər hər hansı bir tədbirə əl 
atsanız, dövlət qarşısında məsuliyyət daşıyacaqsınız.  
Naxçıvan  əhalisinə  də teleqrafla bildirdim ki, onlara 
rəsmi cavab verilənə  qədər sakit oturub, gözləsinlər. 
İndi tədbir görmək üçün tezliklə qərar qəbul etməyinizi 
xahiş edirik. Rəbiüləvvəl ayının 11-i. 9926 nömrəli 
məktub. Mükərrəmül Mülk. Azərbaycan əyaləti". 
Naxçıvan camaatına qarşı erməni silahlı qüvvələri-
nin təcavüzləri ilə bağlı Nazirlər Kabinetinin dəftərxa-
nasından Təbrizdəki vəliəhd aparatının  əməkdaşlarına 
müraciətlə bir məktub göndərilib. Həmin məktubda de-
yilir:  “Qüdrətli sərhədçilərdən sayılan Maku sərdarı 
İqbalüs-səltənədən və başqa xanlardan öz könüllü dəs-
tələrindən istifadə etməklə erməni təcavüzkarlarının 
qarşısını almağı və ermənilərdən Naxçıvan camaatına 
qarşı təcavüzdən əl çəkməyi tələb etməliyik. Əks halda, 
İran daxilində xalq ermənilərlə pis rəftar edəcək və 
intiqama  əl atacaq. Bu barədə erməni rəhbərləri ilə 
müzakirələr aparmaq üçün Təbrizdən də bir nüma-
yəndə heyəti göndərmək lazımdır...”. 

 
 
152
Həmin məktubun bütöv mətni belədir:  "Əzəmətli, 
şan-şöhrətli  əlahəzrət vəliəhdin kargüzarlarının mü-
barək hüzuruna!  
Əvvəlki teleqraflara və müqəddəs  əlahəzrətin son 
teleqrafına  cavab olaraq bildiririk: Əvvəla, sərdar İq-
balüs-səltənəyə, digər rəhbərlərə, xanalra əmr verilsin 
ki, tezliklə öz qüvvələrini səfərbər edib, hər hansı si-
lahlı qüvvənin  İran torpağına girməsinin qarşısını 
dərhal alsınlar.  
İkincisi, bu fərmanda göstərildiyi kimi, Təbriz və 
Tehranda möhtərəm  şəxslərdən ibarət bir heyət yara-
dılaraq xüsusi təlimatla təlimatlandırılıb döyüş və hü-
cum bölgələrinə göndərilsinlər. Onlar erməni silahlıla-
rının böyükləri və komandanları ilə görüşüb əlahəzrə-
tin və İran dövlətinin adından onlarla danışıq aparsın-
lar. Desinlər ki, İran torpaqlarında sizin çoxsaylı həm-
məzhəbləriniz məskunlaşıb və uzun illər asayiş içində 
yaşayıblar. Əgər onlar müsəlmanlara qarşı təcavüzkar  
hərəkətlərinə son qoymasalar, xüsusilə də İran təbəələ-
rinin malına və canına ziyan toxundursalar və bu 
barədə  xəbərlər  İran dövlətində yayılsa, onda dövlət 
rəhbərliyi  İranın erməni sakinlərinin təhlükəsizliyi ilə 
bağlı heç bir hadisənin məsuliyyətini üzərinə götürmə-
yəcək.  Biz dövlət olaraq sizin həmməzhəblərinizə qarşı 
müsəlmanların düşmənçilik hisslərinin qarşısını alma-
ğa qadir olmayacağıq. Bundan əlavə, İran dövləti Nax-
çıvanda öz təbəələrini mühafizə və himayə etməyə məc-
bur olacaq. Buna görə  də, intiqam hissini bir kənara 
qoyub sülhlə rəftar etmək və müsəlmanlarda canlarına, 
mallarına və öz gələcəklərinə inam yaratmaq lazımdır.  
Bütün bunlarla bərabər, qorxu və dəhşətdən qaçqı-
na çevrilərək  İran torpağına pənah gətirmiş  şəxslərlə 
imkan daxilində mehribanlıqla rəftar edilməlidir. Yerli 

 
 
153
əhalini onları yaxşı qəbul etməyə təşviq etmək lazımdır 
ki, onlar özlərinə qarşı soyuqluq hiss etməsinlər". 
Naxçıvan camaatının vəliəhdə göndərdiyi və nəticə 
görmədiyi teleqraflardan üç ay keçəndən sonra Naxçı-
van, Ordubad, Şərur camaatı  tərəfindən baş nazir Vu-
suqəddövləyə aşağıdakı məzmunda məktub göndərilir.  
Bu zaman İran dövləti gizlində ingilislərlə müqa-
vilə bağlamışdı. 1919-cu ildə bağlanan bu müqavilə ilə 
İran olan-olmaz müstəqilliyini də itirmişdi. Naxçıvan 
camaatı isə bundan xəbərsiz idi. Onların baş nazirə ün-
vanladığı məktubda deyilirdi: "Əzəmətli və şövkətli baş 
nazirin yüksək məqamına!  
Üç ay əvvəl təkrar-təkrar müqəddəs  əlahəzrətin 
mübarək hüzuruna və ali məqamına  İrana birləşmək 
barədə öz çoxdankı arzumuzu ərz etmişdik. Bildirmiş-
dik ki, Naxçıvan və  Ordubad vilayətlərinin əhalisi  rus 
imperiyasının istibdadı və qəsbkəranə istilasından son-
ra bütün vətənpərvərlik hissləri ilə ümid gözlərini Kəbə 
timsallı ali İran dövlətinə dikib. Onlar gözləyirdilər ki, 
millətlərin azadlığının bütün dünyada sülhün əsası ki-
mi qəbul olunduğu, imperializm hərisliyinin  ədalətə 
məğlub olduğu indiki zamanda yenidən ali dövlət bu 
ayrı düşmüş xalqı öz idarəçiliyi altına alaraq, üç yüz 
minlik İran müsəlmanlarının həyatını təmin edəcəkdir. 
Təəssüf ki, əhalinin bu barədə xahişi dövlət başçıları 
tərəfindən qulaqardına vurulmuş, nəticədə  İrəvandakı 
müvəqqəti erməni hökuməti bu gün bəyan etdiyi kimi 
istilaçılıq fikrinə düşmüşdür. Onlar istəyirlər ki, bütün 
ədalət və azadlıq ölçülərinin  əksinə olaraq Naxçıvanı 
işğal edib, İrəvan müsəlmanlarının başlarına gətirdik-
ləri qanlı olayları bizim də başımıza gətirsinlər. Canı-
mızı, malımızı qətl-qarət etsinlər.  

 
 
154
Naxçıvan  əhalisi  əvvəldən təkbaşına necə müdafiə 
olunubsa, ermənilərin həmlələrini necə dəf edibsə, ye-
nə də o şəkildə onların təcavüzlərinin qarşısını ala bi-
lər.  Lakin bədbəxtçilik bundadır ki, biz ingilis dövləti-
nin müsəlmanlar barədə yaxşı niyyətdə olduğunu dü-
şündüyümüz halda, gözlənti və ümidlərimizin  əksinə 
olaraq, həmin dövlətin Qafqazdakı məmurlarının açıq-
lamalarından ermənilərin Naxçıvanı  işğal etmələrin-
dən razı qaldıqlarını müşahidə edirik. İranın müqəddə-
ratına məsul olan siz həzrət-əşrəfi-alidən acizanə xahiş 
və  mərhəmət diləyirik ki, bu vilayətin nicatında daha 
fəaliyyətsiz qalmayasınız. Bu gün İran cəmiyyətinin bir 
hissəsinin həyatı təhlükədə olduğu üçün İranın bugün-
kü yüksək dövlət rəhbərləri tarixi məsuliyyət daşıya-
caqlar. Birinci növbədə ingilis dövlətinin səfirliyi ilə 
dərhal müzakirəyə başlayın ki, onların məmurları er-
mənilərin hücumlarının qarşısını almağa söz versinlər. 
İkincisi, ali dövlət tərəfindən bu vilayətin idarəçiliyi və 
nizam-intizamı üçün məmurlar ezam etməyiniz və əha-
linin asayişini təmin elməyiniz lazımdır. 
Bu arzu və xahişimizi teleqraf vasitəsilə Təbrizdəki 
konsulluqlara, böyük dövlətlərin Tehrandakı  səfirləri-
nə və Fransa səfirinin əli ilə Sülh konfransına təqdim 
etmişik.  İnanmırıq ki, Naxçıvan  əhalisinin qanuni xa-
hişi haqq və ədalət uğrunda mübarizə aparan, zəif ml-
lətlərin həris imperatorların əlindən xilas edilməsi yo-
lunda milyonlarla  qurban verən və nəticədə adı aləmi-
bəşəriyyətin azadlıq və  səadət simvoluna çevrilən bö-
yük müttəfiq dövlətlərin nigarançılığına səbəb olsun.  
Sonda İran ictimaiyyətinin və dünya müsəlmanları-
nın hamısının diqqətinə çatdırırıq ki, əgər biz Naxçı-
van sakinləri öz soydaşlarımız və  həmməzhəbimizlə 
birləşmək hüququndan məhrum olsaq və  bəşəriyyətin 

 
 
155
bütün  ədalət və hüquq normalarının  əksinə olaraq, 
qaniçən düşmənlərimiz olan ermənilərin tabeliyi altın-
da qalmağa məcbur edilsək, deməli, onlar bu vilayətin 
300 mindən yuxarı günahsız sakinlərinin malını, canı-
nı, namusunu erməni əsarəti altında fəlakət və fənaya 
məhkum edirlər. 
18 səur, Naxçıvan, Şərur, Ordubad və ətraf əhali-
nin ümumi vəkilləri və nümayəndələri: Mehdiqulu xan, 
Şeyxülislam, Əbdülcəbbar, Hacı Seyyid Bağır”. 
Ağayi Mənsur bu teleqrafı da lazımi orqanlara 
göndərir.  
Bəs bu müraciətlərin müqabilində dövlət nə  təklif 
edir? 
“19 Səur 98  
[möhür rəqəmi] Nazirlər Kabinetinin arxivi. Nöm-
rə 50. 
...İngilislər bir tərəfdən, camaata hərtərəfli təsir 
göstərirdilər ki, Naxçıvanda ermənilərin hakimiyyətini 
yaratsınlar, digər tərəfdən Naxçıvan camaatının İrana 
birləşmək xahişinin Sülh Konfransının təsdiqinə 
göndərilməsini təxirə salırdılar. Onlar bütün güc və 
qüvvələri ilə  İran nümayəndə heyətinin konfransda 
iştirakına mane oldular".
1
 
Eynulla Müddəli adlı şəxs o böhranlı illərdə Naxçı-
vanın siyasi mənzərəsini belə  təsvir edir: "1918-20-ci 
illərdə Azərbaycan Demokratik Cümhuriyyəti dövrün-
də Naxçıvanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Hələ 
1918-ci ilin baharından bu bölgədə ermənilərin təcavü-
zü başlamış, qısa fasilələrlə 1920-ci ilin aprelinə qədər 
davam etmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti 
zəif olduğundan, Naxçıvandan türk ordusu gedəndən 
                                                 
1
 Yuxarıdakı üç sənəd doktor Pərviz Caruvəndin "İran və Qafqaz" 
(səh.187-193) kitabından götürülmüşdür. 

 
 
156
sonra – 1918-ci ilin noyabrın 3-də burada Türk-Araz 
adlı müstəqil bir dövlət yarandı  və Qars İslam  Şurası 
adlı bir hökumət təşkil olundu. 1919-cu ilin yanvarın 
7-də bu ittifaq Cənubi-Qərbi Qafqaz adlı dövlətlə bir-
ləşdi və ingilislər onu ləğv edənə – 12 aprelə qədər öz 
mövcudluğunu qoruyub saxladı. Naxçıvanda ingilis 
hərbi komandanlığı yarandı. Bu zaman Naxçıvana er-
məni təcavüzləri gücləndi. İngilislər bütün imkanlarını 
işə salaraq çalışırdılar ki, Naxçıvanı daşnak Ermənis-
tanına versinlər. Buna görə də Azərbaycan Demokratik 
Cümhuriyyətinin nümayəndələrinə təzyiq edərək onları 
Naxçıvanı tərk etməyə məcbur edirdilər.  
Beləliklə, bir neçə aydan sonra – 1919-cu il mayın 
3-də ermənilər Naxçıvana hücum edə bildilər. Ancaq 
onlar orada uzun müddət qala bilmədilər. Naxçıvan 
Milli Şurasının rəhbərliyi (Cəfərqulu xan, Kəlbəli xan, 
Xəlil bəy və başqaları) Azərbaycan Demokratik Cüm-
huriyyətinə ermənilərə heç vaxt itaət etməyəcəklərini 
bildirərək, xalqı ermənilərlə qeyri-bərabər müharibəyə 
dəvət etdilər. Avqustun 30-da Naxçıvan ermənilərdən 
təmizləndi. Ermənilər qaçandan sonra Azərbaycan De-
mokratik Cümhuriyyəti Səməd bəy Cəmilinskini Nax-
çıvanın hərbi komandanı təyin etdi. Lakin bundan son-
ra da Naxçıvan ermənilərin daimi hücumlarına hədəf 
oldu.  
Belə bir şəraitdə Naxçıvan əhalisi gah Türkiyə, gah 
da İrana üz tutaraq erməni hücumlarını dəf etmək üçün 
kömək istəyirdi. Naxçıvanın bəzi dairələri, xüsusilə də 
əvvəlki xanların nəslindən olan şəxslər xarici siyasətdə 
İranın himayədarlığına üstünlük verirdilər. 
Naxçıvan  əhalisini erməni təcavüzündən qorumaq 
üçün Naxçıvan və Şərur nümayəndələrindən ibarət bir 
qrup İran dövlətindən yardım almaq məqsədi ilə Təbri-

 
 
157
zə – vəliəhd Məhəmməd Həsən Mirzə ilə görüşə yol-
landılar. Nümayəndələri qəbul edən vəliəhd Tehranla 
məsləhətləşmələrdən sonra mötəbər və rəsmi bir nüma-
yəndə heyəti təşkil edib, Naxçıvana yola saldı. Xüsusi 
fərmanla nümayəndə heyətinə Mirzə  Əli Heyət  rəh-
bərlik edirdi”.
1
   
Naxçıvanda vəziyyət ağır olsa da, o erməni cayna-
ğından xilas ola bildi. Lakin gördüyümüz kimi, əsrlər 
boyu müsəlmanların vətəni olmuş İrəvanda və onun ət-
raf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım 
törətməklə, yerli müsəlmanları didərgin salmaqla hə-
min  əraziləri qəsb edib, o torpaqların sakinlərinin cə-
sədləri üzərində Ermənistan Respublikasını yaratdılar. 
Bu proses, yəni soyqırım və bu diyarın müsəlman-
larını dərbədər salmaq siyasəti sonralar da davam etdiri-
lib. 1950-ci ildə azərbaycanlıların xeyli hissəsi zorla Er-
mənistandan xaric edildi. Ermənilər öz cinayətkar 
əməllərini gizlətmək üçün türk-azəri məntəqələrinin 
çoxunun adlarını dəyişib erməni adları ilə əvəz etdilər. 
Səbahəddin Eloğlu Zəngəzur hadisələri haqqındakı kita-
bında  (Zəngəzur hadisələri, Bakı, 1992) yazır: "Ermə-
nistanın indiki ərazisinin 82 faizi Azərbaycan torpaq-
larıdır. Bu əraziləri 1828-ci il Türkmənçay müqavilə-
sindən sonra ruslar müxtəlif vaxtlarda və müxtəlif 
yollarla Azərbaycandan ayırıb ermənilərə verib. Məsə-
lən, Zəngəzur, Dərələyəz,  İrəvan xanlığı,  Şəmsəddin 
vilayəti, Göycə azəribaycanlıların ata-baba torpaqlarıdır. 
Bu yerlərdə 15-dən artıq rayon, 10 böyük şəhər, 11 
kiçik şəhər və ya qəsəbə, yüzlərlə kənd adı dəyişdirilib. 
Onlardan bir neçəsini sadalayırıq: Allahyarlı – Tuman-
yan, Hacı Həzər - Kamo, Karvansara - İcevan, Duzkənd 
                                                 
1
 Eynulla  Müddəli. Heyət ailəsi və Naxçıvan, Doktor Cavad 
Heyət. Məqalələr toplusu, Bakı, 1995, səh.122 

 
 
158
- Axuryan, Sərdarabad - Oktembryan, Qəmərli – Artaş-
art, Hamamlı - Spitak, Ağababa- Amasiya".
1
 
Ermənilər Aşıq  Ələsgərin doğulduğu Göyçə vila-
yətini də öz caynaqlarına keçirdilər. Sovet dövründə 
Azərbaycanın bütün tarix kitablarında  Göycə mahalı 
Vardanes kimi Berd, Göycə gölü isə Sevan adlandıra-
raq Ermənistan xəritəsinə daxil edilmişdi. Bu vilayətin 
dərələrinin, təpələrinin, çaylarının da adları erməniləş-
dirilmişdi. Azəri müsəlmanları kütləvi şəkildə köçmə-
yə məcbur etdilər.
2
  
Yerdə qalan azərbaycanlılar son illərin hadisələrində, 
1988-ci ildə bu torpaqlardan qovuldular. İran  İslam 
Respublikasının Ermənistandakı  səfiri Həmidrza Hikkar 
İsfəhani "Ermənistanda etnik azlıqlar" kitabında yazır: 
"Ermənistan Respublikası  cəmiyyətin quruluşu baxı-
mından keçmiş Sovet İttifaqı resbulikaları arasında milli 
tərkibə görə yekcins cəmiyyətə malik olmuşdur. Burada 
həmişə milli azlıqların sayı qəsdən azadılmışdı". 
Cəmiyyətin monomilli olmasının səbəbi soyqırım 
siyasəti və müsəlmanların qovulması olub. Həmin 
müəllif buradakı müsəlmanların son illərdəki vəziyyəti 
barədə yazır: "Ermənistan azərbaycanlıları  ən böyük 
milli tərkib kimi İrəvan  şəhərində yaşamış  və öz 
mədrəsələrini təsis etməyə çalışmışlar. 1970-ci ildə Er-
mənistanda  əhalinin siyahıyaalmasında azərbaycanlı-
ların əksərən kəndlərdə yaşadığı, yalnız az bir qisminin 
İrəvan, Qafan, Qacaran, Gümrü şəhərlərində yaşadıqla-
rı qeyd edilmişdi. Ümumiyyətlə, Ermənistanın müxtə-
lif məntəqələrində azərbaycanlıların sayı aşağıdakı ki-
mi olmuşdur: Amasiyada 82,7%, Vardanesdə [Göycə 
                                                 
1
 Əbdüləhəd Behrad. Qarabağ  dər çeşməndaz-e tarix, səh.135 
2
 Doktor Hüseyn Məhəmmədzadə  Sədiq. Divane-farsiye-Seyid 
Əbülqasim Nəbati, səh.378 

 
 
159
mahalı] 65%, Meqridə 57%, Qafanda 53,6%, Krasno-
selskdə 51,5%, Masisdə 33,2 f%, Sisyanda 30,1%, 
Boğqonadzorda 18,8%, Quqarekdə 28,8%, Kalinində 
29,1%, Əzizbəyovda (Vaykeknunidə) 27,7%. 
Ermənistanda yaşayan azərbaycanlıların təkidi və 
təşəbbüsü ilə İrəvanda azərbaycanlıların texniki sahələr 
üzrə məktəbi, qəzet-jurnalı, Azərbaycan dilində tamaşa 
göstərən xüsusi teatrı, Ermənistan sərhədlərindən kə-
narda yaşayan soydaşlar üçün radio verilişləri, Abov-
yan adına Azərbaycan dili və ədəbiyyatı üzrə pedoqoji 
institutu fəaliyyət göstərmişdi. 
Ermənistanda yaşayan azərbaycanlıların hamısı 
müsəlman və əksəriyyəti şiəməzhəb idilər. Masis rayo-
nunda və Ermənistanın digər yerlərində kürdlərlə ya-
xınlıqda sünnüməzhəblər də yaşamışlar. 
Burada qarışıq nikahlar çox az olub. Qarabağ mü-
naqişəsi Ermənistandakı azərbaycanlıların qaçqın və 
didərgin düşməsinə səbəb oldu.
1
 
Deyilənə görə, təkcə İrəvanda deyil, ümumiyyətlə, 
bütün Ermənistan ərazisində bu gün "bir nəfər də azər-
baycanlı qalmamışdır".
2
 Sübut  olunmuş tarixi faktlara 
görə, uzun əsrlər boyu bu ərazi azərbaycanlılara məx-
sus olub və erməni azlığı da müsəlmanların  ətrafında 
sülh və barış içində yaşayıb. Onlar daim bu vilayətin 
müsəlman hakimlərinin himayə  və yardımından 
faydalanmışlar. 
İrəvan Dövlət Universitetinin müəllimi doktor Qor-
ki Nalbandiyan yazır: "...Ararat ərazisi və ya Çuxursəd 
vilayətində qızılbaşlara qoşulan böyük sədulu əmirləri 
hökmranlıq edirdilər. Onlar öz xristian təbəələrinə, 
                                                 
1
 Məcəlle-ye motaleat-e Asiya-ye mərkəzi və  Qəfqaz. Dördüncü 
il, ikinci mərhələ, N9, 1374-cü ilin baharı, səh. 99 
2
 "Sirdaş" qəzeti, Bakı nəşri, noyabr, 1992-ci il, səh. 4 

 
 
160
xüsusilə yüksək rütbəli erməni ruhanilərinə, tacirlərə, 
qeyri-müsəlmanlara mülayim və xoş üz göstərirdilər. 
Təsdiqlənmiş qaynaqlarda da Şah  İsmayılın ermə-
nilərlə mülayim və xoş davranması, xüsusilə  də, 
Eçmiədzinin böyük yepiskopu Zəkəriyyəyə yaxşı 
münasibəti dəfələrlə qeyd olunub".  
Hal-hazırda İrəvanda və Tiflisdə Qafqaz incəsənət 
əsərlərinin tədqiqi ilə məşğul olan doktor Şəhriyari Ədl 
1831-ci ilin statistikasına əsaslanaraq İrəvan şəhərində 
6 məscid, 7 kilsə olduğunu bildirir. Görünür ki, 
İrəvanda müsəlman  əhalinin say baxımından 
xristianlardan üstün olmasına baxmayaraq, Qacar 
sərdarı bu iki dinin daşıyıcılarının müvazinətini 
qoruyub-saxlamağa  xüsusi diqqət yetirmişdir.
1
   
 
Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin