İrəvan müsəlmanlarının soyqırımı
“Böyük Ermənistan” röyası ilə yaşayan ermənilər
1918-ci ilə qədər Qafqazın heç bir bölgəsində əksəriy-
yət təşkil etmirdilər. Ter Minasyan yazır: "Tiflis kon-
fransının əsas nigarançılıqlarından biri Qafqazda er-
məni əhalisinin sayca az olması idi. Onlar muxtariyyət
əldə etmək istəyir və belə bir xahişlə konfransa müra-
ciət etmişdilər. Pərakəndə erməni cəmiyyətlərini əhatə
etmək üçün əyalət vahidlərindən məhdud bir miqyasda
zemstvolar təsis etmək planı ətrafında fikirlər səs-
ləndi".
1
Daşnak partiyası milli tərkib problemini istismarçı
dövlətlərin, əsasən də ingilis müstəmləkəçilərinin kö-
məyi ilə cinayətkarcasına həll etdi. Yeri gəlmişkən, sö-
zü "Mərkəzi Asiyada və Qafqazda dəyişikliklərin ma-
hiyyəti" kitabının müəlliflərinə verək və görək onlar bu
barədə nə deyirlər: "Müttəfiqlərin strateji məqsədlərin-
dən biri böyük Osmanlı dövlətini parçalamaq idi. Bu
məqsədlə onlar Osmanlı ərazisi daxilində yaşayan
millətləri və islam əleyhinə qüvvələri qızışdırmağa ça-
lışırdılar. Bu zaman qərb ölkələrinin, xüsusilə də Fran-
sanın siyasi və mənəvi dəstəyini qazanan, Rusiyanın
hərbi himayəsi altında fəaliyyət göstərən daşnaklar
ifrat millətçilik və işğalçılıq hisslərinə qapılmışdılar.
Onlar Rusiya Ermənistanını, Gəncə-Qarabağ bölgəsini,
Şərqi Türkiyənin 6 vilayəti, Güney Azərpbaycanın bir
hissəsini qəsb edərək "Böyük Ermənistan" yaratmaq
xülyası uğrunda mübarizəyə başlamışlar. Formalaş-
1
Anahid Ter Minasyan. Enqelab-e 1905dər Qəfqaz. Tərcümə
edən: Kavə Bayat, səh. 63
143
maqda olan ölkədə ermənilər tədricən üstünlük təşkil
edirdilər.
Rus casusları hələ xeyli əvvəl ermənilərə pul və si-
lah verərək onları Türkiyə əleyhinə müharibəyə təhrik
etmişdilər. Nəhayət, Osmanlı dövlətinin rəsmiləri er-
mənilərin xəyanətlərini görüb onları sərhəd bölgələr-
dən köçürmək qərarına gəldi. Əks halda, ölkənin şərq
sərhədlərini qorumaq mümkün olmayacaqdı. Çünki er-
mənilər Osmanlı dövlətinə qarşı üsyana qalxmış, xarici
ölkələrlə əlaqəyə girmişdilər. Onların bu xəyanətkar
addımları XX əsrin astanasında bir milyona yaxın
insanın fəlakətinə və səbəb oldu.
Daşnaklar, eyni zamanda, Urmiya və Salmasda da
xristianların köməyi ilə bir neçə dəfə türklərin ümumi
qətli barədə fərman vermiş və görünməmiş cinayətlər
törətmişdilər.
Urmiyada soyqırım
Arazın o biri tayında da həmin hadisələr baş verdi.
Daşnaklar İrəvan və Qars əhalisini qətliama məruz
qoydular, onların mülklərini qarət etdilər. Ərdəhanda,
Axsada, Borçalıda da azərbaycanlılar təzyiq altında
idilər. 1917-ci il inqilabı və vətəndaş müharibəsi bu
ölkənin hər yerində olduğu kimi Qafqazda da fəlakət
və qanların tökülməsinə səbəb oldu. Gürcü, azəri və
erməni siyasətçiləri Tiflisdə bir hökumət təşkil edib,
144
müstəqil şəkildə idarəçilik işlərinə başladılar. Bu za-
man Dağıstan da menşeviklərlə ağqvardiyaçılar ara-
sında çəkişmə meydanı idi. İmam Nəcməddin və Uzun
Hacı da dini ideyalara söykənərək mübarizəyə
qalxmışdı. Bakı şəhəri bolşeviklərin əlində idi.
Daşnaklar hakimiyyətsizlikdən istifadə edib, İrəvan
bölgəsindəki azərbaycan kəndlərini yerlə-yeksan etdi-
lər. İrəvan hadisələri Zaqafqaziya Seymində fevralın 5-
dən–20-dək müzakirə edildi. Seym məsələni araşdır-
maq üçün İrəvana nümayəndə heyəti göndərdi. Təhqi-
qatın nəticəsi belə olmuşdu: İrəvan vilayətində 211
Azərbaycan kəndi dağıdılmış və yüz minlərlə insan
qətliam olunmuşdur. 300 minə yaxın İrəvan azərbay-
canlısı qətlə yetirilib və qalanları özlərini bir təhər
Gəncə və digər şəhərlərə çatdırmışlar. Yalnız az bir
hissə dədə-baba torpağında qalmışdır.
Qafqazda ikinci erməni-azərbaycanlı qırğınına
çevrilən bu hadisələr iki xalq arasında münasibətləri o
qədər kəskinləşdirib ki, daha onların üçtərəfli Qafqaz
Federal Hökuməti İttifaqında bir yerdə qalması
mümkün deyil.
Buna görə 1918-ci il mayın 26-da Federasiya par-
çalandı. Bundan sonra üç müstəqil cümhuriyyət –
Azərbaycan, Ermənistan, Gürcüstan təşkil olundu".
1
Bu hadisədən sonra minlərlə İrəvanlı müsəlman
evini, mülkünü atıb, dağlara və biyabanlara qaçdı. Hə-
min qaçqınlardan biri də maarifçi xadim Mirzə Cabbar
Baxçaban oldu. O, bir kəndə gəlib çıxaraq xeyli ağır və
məşəqqətli günlər yaşadı. Sonradan Vətənə – Təbrizə
köçərək burada öz sevdiyi peşəsi ilə məşğul olmaq
1
Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz, səh.71
145
qərarına gəlir. Cabbar Baxçaban əvvəl Təbrizdə, sonra
isə Tehranda kar və lallar üçün bir mədrəsə açır.
Mirzə Cabbar Baxçabanın keçirdiyi ağır və dözül-
məz günlər barədə onun ürəkparçalayan xatirələrindən
bir hissəni burada vermək yerinə düşər. Bu xatirələr o
qanlı-qadalı illərin mənzərəsini düzgün təsəvvür et-
məyə imkan verir. O yazır: "Dünyanı oda calayan Bi-
rinci Dünya müharibəsinin axırlarında mən yarımcan
halda bir kəndə gəlib çıxdım. Taqətdən düşmüşdüm.
Bütün ailəm qarın yatalağı xəstəliyinə tutulmuşdu.
Mən özüm də 25 gün cəhənnəm əzabı çəkmişdim. Qız-
dırma içində qovrulurdum. Bizə nəinki dava-dərman,
heç bir qaşıq su verən də yox idi. Bir gün qızdırmanın
atəşindən evdən çıxıb qaçdım. Özümü Araz çayına
atmaq istəyirdim. Lakin adamlar yetişib, məni birtəhər
sakitləşdirdilər. Nəhayət, 25 gündən sonra özümə gəl-
dim. Bu vaxt gördüm ki, ermənilərin əlindən qaçarkən
özümüzlə götürdüyümüz xırda-para şeyləri də
oğurlayıblar.
Rəbiyə adlı 6 yaşlı bir qız bizə xidmət edirdi. Öz
arıq vücudu ilə səhra adamını xatırladan bu qız bütün
günü bizim üçün çöllərdən bitki toplayırdı. On gün
müddətində yalnız həmin otlarla qidalandım. Qazaya-
ğı adlanan bitkinin gövdəsini çeynəyir, suyunu udur-
duq. Təbii ki, həmin günlərin məşəqqətlərini adi
sözlərlə ifadə etmək mümkün deyil. Sadəcə olaraq,
həmin məşəqqətli günlərdə biz beş nəfərin salamat
qalması Allah möcüzəsi idi...
Özümə gələndən sonra hər iki ayağımın topuqdan
aşağı qaraldığını gördüm. Bir neçə gündən sonra məni
dəvənin belinə bağlayıb bir kəndə gətirdilər. Ayaq
barmaqlarım suluqlamışdı. Deyilənə görə, bu, yeyici su
idi.
146
...Doğrusu, insan gözləmədiyi anda həyat özünün
bütün sifətlərini göstərir. Bu hadisədən bir il əvvəl mən
öz doğma yurdumda vəzifə sahibi idim. Evsiz-eşik-
sizlərə yer-yurd vermək işinə baxır, əhaliyə taxıl bö-
lürdüm. Amma indi məni nə bir tanıyan var, nə də
özüm və ailəm üçün çörək qazana bilirdim. Bütün mə-
nalarda fəlakətə məhkum olmuş bir insan idim. Həmin
kəndə çatanda gördüm ki, bütün evlər qaçqın və köç-
künlərlə doludur. Çətinliklə bir boş tövlə tapıb orada
məskunlaşdıq.
Ədalətsizlik və mərhəmətsizlikdən məyus olmuş-
dum. Ayaqqabı və papağımı satandan sonra nə edəcə-
yimi bilmirdim. Qara fikirlər məni gecələr səhərəcən
yatmağa qoymurdu. Qan azlığı və halsızlıq da bir
yandan sıxırdı. O qara üfunətli tövlənin təndir istisində
boğulur və təngnəfəs olurdum. Ağcaqanadlar, bit və
birələr bədənimi lalə kimi qıpqırmızı eləmişdi. Kirpik-
lərim ağırlaşıb qapananda və məni yuxu aparanda
dəhşətli yuxular görürdüm. Həmin yuxuların bəzisini
50 ildən sonra da xatırlayıram.
...Bir vaxt kəndin əhalisi məndən qaçdığı halda,
indi başıma toplaşır, məndən aralanmırdı. Onlar da
qaçqın və köçkünlər idilər. Mən onlara təsəlli və ümid
verməyə çalışırdım. Qəribə idi ki, bu adamlar mənim
nağıllarıma qulaq asır və inanırdılar. Bəzən mənə elə
gəlirdi ki, elə bu mehriban və arıq adamlardan biri
mənim pal-paltarımı oğurlayıb.
...Noraşen kəndində bir köynək və dizdikdə (alt
paltarı) qaldığım, hər iki ayağımın qanqrena olduğunu
və meyidimin bir xəndəyə atılacağını düşündüym
həmin günlərdə təsadüfən bir xeyirxah insana rast
gəldim. Onun köməyi ilə məni qəsəbənin yeganə
həkimi olan doktor Səfizadənin yanına gətirdilər. O,
147
mənim müəllim olduğumu biləndə çox sevindi. Çünki
həmin ağır zamanlarda müəllimlər hərəsi bir tərəfə
qaçmış, qəsəbədə dərs verən bir adam qalmamışdı.
Tanrı məni sanki nemət göndərmişdi. Üstəlik, həkimin
uşaqları təhsil baxımından geri qaldığından, mən onun
üçün göydəndüşmə idim. Doktor yubanmadan mənim
ayağım üçün dərman hazırlamağa başladı. Asissenti
olmadığından o, əməliyyatı təkbaşına etməli oldu.
Doktor ayaq barmaqlarımın arasını kəsib, məlhəm
qoyaraq yaranı bağladı. Bir qədər keçəndən sonra
mənim rəhbərliyim altında məktəb fəaliyyətə başladı...
Təsis etdiyim bu qarışıq məktəbdə yerli uşaqların
tərbiyə və təlimi ilə məşğul olurdum. Doktorun dörd
oğlu, üstəgəl digər iki oğlan və bir qıza dərs deyirdim.
Nəhayət, tarixin bir vərəqi də çevrildi və ermənilər
həmin kəndə hücum edəndə mən doktorla birgə öz ata-
baba yurduma – İrana qaçdım. Makuya tabe olan
Ərəblər kəndinə gəlib çıxdım".
1
Qafqaz müsəlmanlarının beynəlxalq
təşkilatlara müraciətləri
Daşnaklar müsəlmanlara qarşı davamlı soyqırım
aktları, istismarçı dövlətlərin cinayətkarları himayə
etmələri Qafqaz müsəlmanlarını Qacarlar dövlətinə
müraciət etməyə vadar etdi. Mənşur Gürgani bu barədə
yazır: "1298-ci ilin ordubehişt ayının 10-da xeyli mü-
səlmanın diri-diri torpağa basdırılması ilə nəticələnən
erməni qətliamından sonra Naxçıvan əhalisi Qacarlar
dövlətinin oradakı konsulluğu qarşısında toplaşıb,
1
Cabbar Baxçabanın öz əli ilə yazdığı tərcümeyi-haldan, səh. 34
148
dövləti şüarlarla öz qüvvələrindən istifadə etməyə
çağırdılar. Bu nümayişlər bir neçə gün davam etdi.
Ermənilərlə müsəlmanlar arasında sülh bağlanan-
dan sonra ingilislər İrəvanı, Naxçıvanı, Ordubadı,
Şəruru və daha bir neçə məntəqəni Ermənistana birləş-
dirməyi qərara almışdılar. Lakin həmin məntəqələrin
müsəlman əhalisi qəti şəkildə bunun əleyhinə çıxdı.
Ancaq sonda ingilislərin köməyi ilə ermənilər həmin
yerləri də işğal etdilər.
Naxçıvan əhalisi tərəfindən yerli hökumətlərə, yerli
qoşun komandirlərinə, o cümlədən bölgənin məsul
şəxslərinə 12 teleqram ünvanladı. Tanınmış və nüfuzlu
şəxslər isə Qacarlar dövlətinə, şaha, xarici ölkələrin sə-
firlərinə, Amerika prezidentinə, Beynəlxalq Sülh Təş-
kilatına və s. teleqramlar göndərərək, qonşu müsəlman
dövlətinə birləşmək istədiklərini bəyan etdilər. Onlar
bu teleqramlarda müsəlman olduqlarını, 92 il öncə
zorla Rusiyaya birləşdiklərini yazırdılar. Bu zaman
qoşun komandiri Kəlbəli xandan, hökumət başçısı
Sultanovdan, qərargah rəisi Hacı Hüseynəli Qurbanov-
dan və Milli Şuranın nüfuzlu üzvlərindən ibarət Nax-
çıvanda Müvəqqəti Hökumətin təşkil olunmasını xahiş
etdilər. Təşgil olunmuş hökumət dərhal bir qətnamə
qəbul etdi. Qətnamədə Naxçıvanda təşkil olunmuş
Müvəqqəti Hökumətin Qacarlar dövlətinə tabe olduğu
bildirilir və yerli əhali həmin dövlətin təbəəsi kimi
təqdim olunurdu. Adı çəkilən hökumət tezliklə Şeyx
Əbdülcabbar Bektaşdan, Mehdiqulu xan Diyarbəkri-
dən, Hacı Seyid Bağır Heydərzadədən və Hüseynağa
Novruzzadədən ibarət heyət yaradıb, Təbrizə ezam
etdi. Heyət üzvlərinin səlahiyyətləri onlara verilmiş
etibarnamə ilə müəyyən olunmuşdu. Nümayəndə he-
yəti çox təmtəraqlı üslubda yazılmış məktubu vəliəhdə
149
çatdırmalı idi. Həmin məktubda deyilirdi ki, biz türklər
92 il öncə zorla Arazın o sahilindəki qan qardaşları-
mızdan ayrı salınmışıq. Xahiş edirik ki, bizim çoxdan-
kı arzumuza – birləşmək istəyimizə diqqətlə yanaşası-
nız.
Nümayəndə heyəti ordubehişt ayının əvvəllərində
Təbrizə gəlib çıxdı. Onlar buradakı ingilis nümayən-
dəliyinə belə bir tələbnamə ilə müraciət etdilər: "Əgər
ingilislər ermənilər üçün dövlət yaratmaq istəyirlərsə,
bunu ermənilər yaşayan ərazilərdə yaratsınlar. Hətta
bir nəfər belə erməni yaşamayan müsəlman torpaq-
larında erməni dövləti qurula bilməz.
İngilis dövləti naxçıvanlıların bu tələbini Sülh
Konfransının gündəliyinə saldı. Təbrizdə isə qısa
danışıqlardan sonra Qacarlar dövləti Naxçıvana gön-
dərmək üçün bir nümayəndə heyəti hazırladı. Əli
Heyət həmin heyətin başçısı təyin olundu. Üstəlik,
Müsəddiq Divan adlı bir şəxs də Naxçıvanda Qacarlar
dövlətinin rəsmi nümayəndəsi idi. Lakin ingilislər bu
torpaqların İrana qaytarılmasının əleyhinə idilər. Onlar
İranın bu məsələdə təkid edəcəyi halda, mübahisəli
Bəlucistan məsələsini qaldıracaqlarını bildirdilər.
Təbrizdə ermənilərin nümayəndəsi olan Nersin adlı
şəxs də prosesləri pozmağa çalışırdı.
Nəhayət, Sülh Konfransında Naxçıvanın İrana bir-
ləşməsinə imkan verilmədi".
1
Vəliəhdin dəftərxana müdiri Mokərrəmülmülk
Naxçıvan camaatının vəliəhdə göndərdiyi teleqrafı Da-
xili İşlər Nazirliyinin adından yaydı. Bu informasi-
yadan sonra Xoy əhli ayağa qalxaraq Naxçıvana kö-
mək etmək və təcavüzkar erməniləri cəzalandırmaq
1
Mənşur Gürgani. Rusiya və İngiltərənin İranda rəqabəti, səh. 80
150
üçün hazırlığa başladı. Lakin onların qarşısı alındı.
Dövlət nümayəndələri tezliklə Naxçıvana kömək et-
mək barədə rəsmi qərar qəbul edəcəklərini vəd etdilər.
Naxçıvan camaatı adından Təbrizdən Tehrana
göndərilən teleqrafın mətnini qısa ixtisarla dərc edirik:
"316 nömrəli teleqraf. Təbrizdən Tehrana. Göndərilmə
tarixi 23, çatma tarixi 24 qaus. Təcili və dövlət
əhəmiyyətli.
Daxili İşlər Nazirliyinin yüksək məqam sahibinin
mübarək hüzuruna (Allah onun ömrünü uzun etsin!)
Naxçıvan əhalisindən. Erməni əsgərləri məskunlaşdır-
ma adı ilə öz mühacirlərini İrəvandan bizim tərəflərə
və yaxın məntəqələrə gətirirlər. Onlar müsəlmanlar
yaşayan məntəqələrə çatan kimi qətl-qarət törədir və
azərbaycanlıları tərk-silah edirlər. Müsəlmanların
əleyhinə olan bu əməllər onları özlərini müdafiə etmə-
yə və müqavimət göstərməyə məcbur edir. Biz Naxçı-
van müsəlmanlarının həzrəti-valadan xahişi budur ki,
bizim məmləkətin siyasi müqəddəratını tezliklə həll
etsin və bizlərə öz təbəəliyimizə qayıtmaq vaxtını mə-
lum eləsin. Əgər üç gün müddətində bizlərin siyasi mü-
qəddəratı müəyyən olunmasa və böyük dövlətlərdən
[?] nümayəndə heyəti gəlib çatmasa, bu yerlərin müsə-
lmanları tamamilə məhv olacaq və sonda bu məsələnin
təhlükəli və pis nəticəsi İran məmləkətinə də sirayət
edəcək. İnanırıq ki, bu yerin məzlum müsəlmanlarının
halından böyük dövlətlər ittifaqını [Antanta nəzərdə
tutulur] məlumatlandıracaq və nəticəsini bizlərə bildi-
rəcəksiniz. Əgər həqiqətən rəyasət aləmində bu yerin
müsəlmanları edama məhkumdurlarsa, onda heç bir
sözümüz yoxdur. Yox, əgər bizlərin həyat və yaşamaq
haqqımız varsa, onda açıq-aydın ərz edirik ki, Amerika
151
prezidenti cənab Vilsonun "hər millətin öz müqəddəra-
tını həll etmək hüququ vardır" fikrinə əsaslanacağıq.
Naxçıvanın müsəlman vəkilləri: Cəfərqulu xan,
Bəhram xan, Mehdiqulu xan, Mirzə Həsrullah, şeyx
Cabbar”.
Naxçıvan əhalisi bu teleqrafdan əlavə, Xoy cama-
atına da yardım xahişi ilə müraciət etmişdi. Xoy əhalisi
də öz növbəsində kömək üçün hər an hazır olduğunu
bildirmişdi. Mükərrəmül Mülkün bu barədəki
məktubunda deyilir: “Sizin bəndəniz Xoy əhalisinin
hazırlığı barədə xəbər tutan kimi onların qarşısını aldı.
Xoylulara açıq şəkildə yazdım ki, onların atdığı addım
dövlət əleyhinədir. Əgər sizlər hər hansı bir tədbirə əl
atsanız, dövlət qarşısında məsuliyyət daşıyacaqsınız.
Naxçıvan əhalisinə də teleqrafla bildirdim ki, onlara
rəsmi cavab verilənə qədər sakit oturub, gözləsinlər.
İndi tədbir görmək üçün tezliklə qərar qəbul etməyinizi
xahiş edirik. Rəbiüləvvəl ayının 11-i. 9926 nömrəli
məktub. Mükərrəmül Mülk. Azərbaycan əyaləti".
Naxçıvan camaatına qarşı erməni silahlı qüvvələri-
nin təcavüzləri ilə bağlı Nazirlər Kabinetinin dəftərxa-
nasından Təbrizdəki vəliəhd aparatının əməkdaşlarına
müraciətlə bir məktub göndərilib. Həmin məktubda de-
yilir: “Qüdrətli sərhədçilərdən sayılan Maku sərdarı
İqbalüs-səltənədən və başqa xanlardan öz könüllü dəs-
tələrindən istifadə etməklə erməni təcavüzkarlarının
qarşısını almağı və ermənilərdən Naxçıvan camaatına
qarşı təcavüzdən əl çəkməyi tələb etməliyik. Əks halda,
İran daxilində xalq ermənilərlə pis rəftar edəcək və
intiqama əl atacaq. Bu barədə erməni rəhbərləri ilə
müzakirələr aparmaq üçün Təbrizdən də bir nüma-
yəndə heyəti göndərmək lazımdır...”.
152
Həmin məktubun bütöv mətni belədir: "Əzəmətli,
şan-şöhrətli əlahəzrət vəliəhdin kargüzarlarının mü-
barək hüzuruna!
Əvvəlki teleqraflara və müqəddəs əlahəzrətin son
teleqrafına cavab olaraq bildiririk: Əvvəla, sərdar İq-
balüs-səltənəyə, digər rəhbərlərə, xanalra əmr verilsin
ki, tezliklə öz qüvvələrini səfərbər edib, hər hansı si-
lahlı qüvvənin İran torpağına girməsinin qarşısını
dərhal alsınlar.
İkincisi, bu fərmanda göstərildiyi kimi, Təbriz və
Tehranda möhtərəm şəxslərdən ibarət bir heyət yara-
dılaraq xüsusi təlimatla təlimatlandırılıb döyüş və hü-
cum bölgələrinə göndərilsinlər. Onlar erməni silahlıla-
rının böyükləri və komandanları ilə görüşüb əlahəzrə-
tin və İran dövlətinin adından onlarla danışıq aparsın-
lar. Desinlər ki, İran torpaqlarında sizin çoxsaylı həm-
məzhəbləriniz məskunlaşıb və uzun illər asayiş içində
yaşayıblar. Əgər onlar müsəlmanlara qarşı təcavüzkar
hərəkətlərinə son qoymasalar, xüsusilə də İran təbəələ-
rinin malına və canına ziyan toxundursalar və bu
barədə xəbərlər İran dövlətində yayılsa, onda dövlət
rəhbərliyi İranın erməni sakinlərinin təhlükəsizliyi ilə
bağlı heç bir hadisənin məsuliyyətini üzərinə götürmə-
yəcək. Biz dövlət olaraq sizin həmməzhəblərinizə qarşı
müsəlmanların düşmənçilik hisslərinin qarşısını alma-
ğa qadir olmayacağıq. Bundan əlavə, İran dövləti Nax-
çıvanda öz təbəələrini mühafizə və himayə etməyə məc-
bur olacaq. Buna görə də, intiqam hissini bir kənara
qoyub sülhlə rəftar etmək və müsəlmanlarda canlarına,
mallarına və öz gələcəklərinə inam yaratmaq lazımdır.
Bütün bunlarla bərabər, qorxu və dəhşətdən qaçqı-
na çevrilərək İran torpağına pənah gətirmiş şəxslərlə
imkan daxilində mehribanlıqla rəftar edilməlidir. Yerli
153
əhalini onları yaxşı qəbul etməyə təşviq etmək lazımdır
ki, onlar özlərinə qarşı soyuqluq hiss etməsinlər".
Naxçıvan camaatının vəliəhdə göndərdiyi və nəticə
görmədiyi teleqraflardan üç ay keçəndən sonra Naxçı-
van, Ordubad, Şərur camaatı tərəfindən baş nazir Vu-
suqəddövləyə aşağıdakı məzmunda məktub göndərilir.
Bu zaman İran dövləti gizlində ingilislərlə müqa-
vilə bağlamışdı. 1919-cu ildə bağlanan bu müqavilə ilə
İran olan-olmaz müstəqilliyini də itirmişdi. Naxçıvan
camaatı isə bundan xəbərsiz idi. Onların baş nazirə ün-
vanladığı məktubda deyilirdi: "Əzəmətli və şövkətli baş
nazirin yüksək məqamına!
Üç ay əvvəl təkrar-təkrar müqəddəs əlahəzrətin
mübarək hüzuruna və ali məqamına İrana birləşmək
barədə öz çoxdankı arzumuzu ərz etmişdik. Bildirmiş-
dik ki, Naxçıvan və Ordubad vilayətlərinin əhalisi rus
imperiyasının istibdadı və qəsbkəranə istilasından son-
ra bütün vətənpərvərlik hissləri ilə ümid gözlərini Kəbə
timsallı ali İran dövlətinə dikib. Onlar gözləyirdilər ki,
millətlərin azadlığının bütün dünyada sülhün əsası ki-
mi qəbul olunduğu, imperializm hərisliyinin ədalətə
məğlub olduğu indiki zamanda yenidən ali dövlət bu
ayrı düşmüş xalqı öz idarəçiliyi altına alaraq, üç yüz
minlik İran müsəlmanlarının həyatını təmin edəcəkdir.
Təəssüf ki, əhalinin bu barədə xahişi dövlət başçıları
tərəfindən qulaqardına vurulmuş, nəticədə İrəvandakı
müvəqqəti erməni hökuməti bu gün bəyan etdiyi kimi
istilaçılıq fikrinə düşmüşdür. Onlar istəyirlər ki, bütün
ədalət və azadlıq ölçülərinin əksinə olaraq Naxçıvanı
işğal edib, İrəvan müsəlmanlarının başlarına gətirdik-
ləri qanlı olayları bizim də başımıza gətirsinlər. Canı-
mızı, malımızı qətl-qarət etsinlər.
154
Naxçıvan əhalisi əvvəldən təkbaşına necə müdafiə
olunubsa, ermənilərin həmlələrini necə dəf edibsə, ye-
nə də o şəkildə onların təcavüzlərinin qarşısını ala bi-
lər. Lakin bədbəxtçilik bundadır ki, biz ingilis dövləti-
nin müsəlmanlar barədə yaxşı niyyətdə olduğunu dü-
şündüyümüz halda, gözlənti və ümidlərimizin əksinə
olaraq, həmin dövlətin Qafqazdakı məmurlarının açıq-
lamalarından ermənilərin Naxçıvanı işğal etmələrin-
dən razı qaldıqlarını müşahidə edirik. İranın müqəddə-
ratına məsul olan siz həzrət-əşrəfi-alidən acizanə xahiş
və mərhəmət diləyirik ki, bu vilayətin nicatında daha
fəaliyyətsiz qalmayasınız. Bu gün İran cəmiyyətinin bir
hissəsinin həyatı təhlükədə olduğu üçün İranın bugün-
kü yüksək dövlət rəhbərləri tarixi məsuliyyət daşıya-
caqlar. Birinci növbədə ingilis dövlətinin səfirliyi ilə
dərhal müzakirəyə başlayın ki, onların məmurları er-
mənilərin hücumlarının qarşısını almağa söz versinlər.
İkincisi, ali dövlət tərəfindən bu vilayətin idarəçiliyi və
nizam-intizamı üçün məmurlar ezam etməyiniz və əha-
linin asayişini təmin elməyiniz lazımdır.
Bu arzu və xahişimizi teleqraf vasitəsilə Təbrizdəki
konsulluqlara, böyük dövlətlərin Tehrandakı səfirləri-
nə və Fransa səfirinin əli ilə Sülh konfransına təqdim
etmişik. İnanmırıq ki, Naxçıvan əhalisinin qanuni xa-
hişi haqq və ədalət uğrunda mübarizə aparan, zəif ml-
lətlərin həris imperatorların əlindən xilas edilməsi yo-
lunda milyonlarla qurban verən və nəticədə adı aləmi-
bəşəriyyətin azadlıq və səadət simvoluna çevrilən bö-
yük müttəfiq dövlətlərin nigarançılığına səbəb olsun.
Sonda İran ictimaiyyətinin və dünya müsəlmanları-
nın hamısının diqqətinə çatdırırıq ki, əgər biz Naxçı-
van sakinləri öz soydaşlarımız və həmməzhəbimizlə
birləşmək hüququndan məhrum olsaq və bəşəriyyətin
155
bütün ədalət və hüquq normalarının əksinə olaraq,
qaniçən düşmənlərimiz olan ermənilərin tabeliyi altın-
da qalmağa məcbur edilsək, deməli, onlar bu vilayətin
300 mindən yuxarı günahsız sakinlərinin malını, canı-
nı, namusunu erməni əsarəti altında fəlakət və fənaya
məhkum edirlər.
18 səur, Naxçıvan, Şərur, Ordubad və ətraf əhali-
nin ümumi vəkilləri və nümayəndələri: Mehdiqulu xan,
Şeyxülislam, Əbdülcəbbar, Hacı Seyyid Bağır”.
Ağayi Mənsur bu teleqrafı da lazımi orqanlara
göndərir.
Bəs bu müraciətlərin müqabilində dövlət nə təklif
edir?
“19 Səur 98
[möhür rəqəmi] Nazirlər Kabinetinin arxivi. Nöm-
rə 50.
...İngilislər bir tərəfdən, camaata hərtərəfli təsir
göstərirdilər ki, Naxçıvanda ermənilərin hakimiyyətini
yaratsınlar, digər tərəfdən Naxçıvan camaatının İrana
birləşmək xahişinin Sülh Konfransının təsdiqinə
göndərilməsini təxirə salırdılar. Onlar bütün güc və
qüvvələri ilə İran nümayəndə heyətinin konfransda
iştirakına mane oldular".
1
Eynulla Müddəli adlı şəxs o böhranlı illərdə Naxçı-
vanın siyasi mənzərəsini belə təsvir edir: "1918-20-ci
illərdə Azərbaycan Demokratik Cümhuriyyəti dövrün-
də Naxçıvanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Hələ
1918-ci ilin baharından bu bölgədə ermənilərin təcavü-
zü başlamış, qısa fasilələrlə 1920-ci ilin aprelinə qədər
davam etmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti
zəif olduğundan, Naxçıvandan türk ordusu gedəndən
1
Yuxarıdakı üç sənəd doktor Pərviz Caruvəndin "İran və Qafqaz"
(səh.187-193) kitabından götürülmüşdür.
156
sonra – 1918-ci ilin noyabrın 3-də burada Türk-Araz
adlı müstəqil bir dövlət yarandı və Qars İslam Şurası
adlı bir hökumət təşkil olundu. 1919-cu ilin yanvarın
7-də bu ittifaq Cənubi-Qərbi Qafqaz adlı dövlətlə bir-
ləşdi və ingilislər onu ləğv edənə – 12 aprelə qədər öz
mövcudluğunu qoruyub saxladı. Naxçıvanda ingilis
hərbi komandanlığı yarandı. Bu zaman Naxçıvana er-
məni təcavüzləri gücləndi. İngilislər bütün imkanlarını
işə salaraq çalışırdılar ki, Naxçıvanı daşnak Ermənis-
tanına versinlər. Buna görə də Azərbaycan Demokratik
Cümhuriyyətinin nümayəndələrinə təzyiq edərək onları
Naxçıvanı tərk etməyə məcbur edirdilər.
Beləliklə, bir neçə aydan sonra – 1919-cu il mayın
3-də ermənilər Naxçıvana hücum edə bildilər. Ancaq
onlar orada uzun müddət qala bilmədilər. Naxçıvan
Milli Şurasının rəhbərliyi (Cəfərqulu xan, Kəlbəli xan,
Xəlil bəy və başqaları) Azərbaycan Demokratik Cüm-
huriyyətinə ermənilərə heç vaxt itaət etməyəcəklərini
bildirərək, xalqı ermənilərlə qeyri-bərabər müharibəyə
dəvət etdilər. Avqustun 30-da Naxçıvan ermənilərdən
təmizləndi. Ermənilər qaçandan sonra Azərbaycan De-
mokratik Cümhuriyyəti Səməd bəy Cəmilinskini Nax-
çıvanın hərbi komandanı təyin etdi. Lakin bundan son-
ra da Naxçıvan ermənilərin daimi hücumlarına hədəf
oldu.
Belə bir şəraitdə Naxçıvan əhalisi gah Türkiyə, gah
da İrana üz tutaraq erməni hücumlarını dəf etmək üçün
kömək istəyirdi. Naxçıvanın bəzi dairələri, xüsusilə də
əvvəlki xanların nəslindən olan şəxslər xarici siyasətdə
İranın himayədarlığına üstünlük verirdilər.
Naxçıvan əhalisini erməni təcavüzündən qorumaq
üçün Naxçıvan və Şərur nümayəndələrindən ibarət bir
qrup İran dövlətindən yardım almaq məqsədi ilə Təbri-
157
zə – vəliəhd Məhəmməd Həsən Mirzə ilə görüşə yol-
landılar. Nümayəndələri qəbul edən vəliəhd Tehranla
məsləhətləşmələrdən sonra mötəbər və rəsmi bir nüma-
yəndə heyəti təşkil edib, Naxçıvana yola saldı. Xüsusi
fərmanla nümayəndə heyətinə Mirzə Əli Heyət rəh-
bərlik edirdi”.
1
Naxçıvanda vəziyyət ağır olsa da, o erməni cayna-
ğından xilas ola bildi. Lakin gördüyümüz kimi, əsrlər
boyu müsəlmanların vətəni olmuş İrəvanda və onun ət-
raf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım
törətməklə, yerli müsəlmanları didərgin salmaqla hə-
min əraziləri qəsb edib, o torpaqların sakinlərinin cə-
sədləri üzərində Ermənistan Respublikasını yaratdılar.
Bu proses, yəni soyqırım və bu diyarın müsəlman-
larını dərbədər salmaq siyasəti sonralar da davam etdiri-
lib. 1950-ci ildə azərbaycanlıların xeyli hissəsi zorla Er-
mənistandan xaric edildi. Ermənilər öz cinayətkar
əməllərini gizlətmək üçün türk-azəri məntəqələrinin
çoxunun adlarını dəyişib erməni adları ilə əvəz etdilər.
Səbahəddin Eloğlu Zəngəzur hadisələri haqqındakı kita-
bında (Zəngəzur hadisələri, Bakı, 1992) yazır: "Ermə-
nistanın indiki ərazisinin 82 faizi Azərbaycan torpaq-
larıdır. Bu əraziləri 1828-ci il Türkmənçay müqavilə-
sindən sonra ruslar müxtəlif vaxtlarda və müxtəlif
yollarla Azərbaycandan ayırıb ermənilərə verib. Məsə-
lən, Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin
vilayəti, Göycə azəribaycanlıların ata-baba torpaqlarıdır.
Bu yerlərdə 15-dən artıq rayon, 10 böyük şəhər, 11
kiçik şəhər və ya qəsəbə, yüzlərlə kənd adı dəyişdirilib.
Onlardan bir neçəsini sadalayırıq: Allahyarlı – Tuman-
yan, Hacı Həzər - Kamo, Karvansara - İcevan, Duzkənd
1
Eynulla Müddəli. Heyət ailəsi və Naxçıvan, Doktor Cavad
Heyət. Məqalələr toplusu, Bakı, 1995, səh.122
158
- Axuryan, Sərdarabad - Oktembryan, Qəmərli – Artaş-
art, Hamamlı - Spitak, Ağababa- Amasiya".
1
Ermənilər Aşıq Ələsgərin doğulduğu Göyçə vila-
yətini də öz caynaqlarına keçirdilər. Sovet dövründə
Azərbaycanın bütün tarix kitablarında Göycə mahalı
Vardanes kimi Berd, Göycə gölü isə Sevan adlandıra-
raq Ermənistan xəritəsinə daxil edilmişdi. Bu vilayətin
dərələrinin, təpələrinin, çaylarının da adları erməniləş-
dirilmişdi. Azəri müsəlmanları kütləvi şəkildə köçmə-
yə məcbur etdilər.
2
Yerdə qalan azərbaycanlılar son illərin hadisələrində,
1988-ci ildə bu torpaqlardan qovuldular. İran İslam
Respublikasının Ermənistandakı səfiri Həmidrza Hikkar
İsfəhani "Ermənistanda etnik azlıqlar" kitabında yazır:
"Ermənistan Respublikası cəmiyyətin quruluşu baxı-
mından keçmiş Sovet İttifaqı resbulikaları arasında milli
tərkibə görə yekcins cəmiyyətə malik olmuşdur. Burada
həmişə milli azlıqların sayı qəsdən azadılmışdı".
Cəmiyyətin monomilli olmasının səbəbi soyqırım
siyasəti və müsəlmanların qovulması olub. Həmin
müəllif buradakı müsəlmanların son illərdəki vəziyyəti
barədə yazır: "Ermənistan azərbaycanlıları ən böyük
milli tərkib kimi İrəvan şəhərində yaşamış və öz
mədrəsələrini təsis etməyə çalışmışlar. 1970-ci ildə Er-
mənistanda əhalinin siyahıyaalmasında azərbaycanlı-
ların əksərən kəndlərdə yaşadığı, yalnız az bir qisminin
İrəvan, Qafan, Qacaran, Gümrü şəhərlərində yaşadıqla-
rı qeyd edilmişdi. Ümumiyyətlə, Ermənistanın müxtə-
lif məntəqələrində azərbaycanlıların sayı aşağıdakı ki-
mi olmuşdur: Amasiyada 82,7%, Vardanesdə [Göycə
1
Əbdüləhəd Behrad. Qarabağ dər çeşməndaz-e tarix, səh.135
2
Doktor Hüseyn Məhəmmədzadə Sədiq. Divane-farsiye-Seyid
Əbülqasim Nəbati, səh.378
159
mahalı] 65%, Meqridə 57%, Qafanda 53,6%, Krasno-
selskdə 51,5%, Masisdə 33,2 f%, Sisyanda 30,1%,
Boğqonadzorda 18,8%, Quqarekdə 28,8%, Kalinində
29,1%, Əzizbəyovda (Vaykeknunidə) 27,7%.
Ermənistanda yaşayan azərbaycanlıların təkidi və
təşəbbüsü ilə İrəvanda azərbaycanlıların texniki sahələr
üzrə məktəbi, qəzet-jurnalı, Azərbaycan dilində tamaşa
göstərən xüsusi teatrı, Ermənistan sərhədlərindən kə-
narda yaşayan soydaşlar üçün radio verilişləri, Abov-
yan adına Azərbaycan dili və ədəbiyyatı üzrə pedoqoji
institutu fəaliyyət göstərmişdi.
Ermənistanda yaşayan azərbaycanlıların hamısı
müsəlman və əksəriyyəti şiəməzhəb idilər. Masis rayo-
nunda və Ermənistanın digər yerlərində kürdlərlə ya-
xınlıqda sünnüməzhəblər də yaşamışlar.
Burada qarışıq nikahlar çox az olub. Qarabağ mü-
naqişəsi Ermənistandakı azərbaycanlıların qaçqın və
didərgin düşməsinə səbəb oldu.
1
Deyilənə görə, təkcə İrəvanda deyil, ümumiyyətlə,
bütün Ermənistan ərazisində bu gün "bir nəfər də azər-
baycanlı qalmamışdır".
2
Sübut olunmuş tarixi faktlara
görə, uzun əsrlər boyu bu ərazi azərbaycanlılara məx-
sus olub və erməni azlığı da müsəlmanların ətrafında
sülh və barış içində yaşayıb. Onlar daim bu vilayətin
müsəlman hakimlərinin himayə və yardımından
faydalanmışlar.
İrəvan Dövlət Universitetinin müəllimi doktor Qor-
ki Nalbandiyan yazır: "...Ararat ərazisi və ya Çuxursəd
vilayətində qızılbaşlara qoşulan böyük sədulu əmirləri
hökmranlıq edirdilər. Onlar öz xristian təbəələrinə,
1
Məcəlle-ye motaleat-e Asiya-ye mərkəzi və Qəfqaz. Dördüncü
il, ikinci mərhələ, N9, 1374-cü ilin baharı, səh. 99
2
"Sirdaş" qəzeti, Bakı nəşri, noyabr, 1992-ci il, səh. 4
160
xüsusilə yüksək rütbəli erməni ruhanilərinə, tacirlərə,
qeyri-müsəlmanlara mülayim və xoş üz göstərirdilər.
Təsdiqlənmiş qaynaqlarda da Şah İsmayılın ermə-
nilərlə mülayim və xoş davranması, xüsusilə də,
Eçmiədzinin böyük yepiskopu Zəkəriyyəyə yaxşı
münasibəti dəfələrlə qeyd olunub".
Hal-hazırda İrəvanda və Tiflisdə Qafqaz incəsənət
əsərlərinin tədqiqi ilə məşğul olan doktor Şəhriyari Ədl
1831-ci ilin statistikasına əsaslanaraq İrəvan şəhərində
6 məscid, 7 kilsə olduğunu bildirir. Görünür ki,
İrəvanda müsəlman əhalinin say baxımından
xristianlardan üstün olmasına baxmayaraq, Qacar
sərdarı bu iki dinin daşıyıcılarının müvazinətini
qoruyub-saxlamağa xüsusi diqqət yetirmişdir.
1
Dostları ilə paylaş: |