Soyqırımdan xilas olmuş bəzi tayfalar
İrəvan qətliamından canını götürüb Arazın bu
tayına gəlmiş Baxçaban tayfasından əlavə, İrəvanda
yaşayan müsəlman tayfalarının da bir qismi təhlükənin
yaxınlaşdığını görüb illər boyu zəhmətlə qurduqları ev
və mülklərini atıb Arazın bu tayına üz tutublar.
Onlardan bir qrupu Xoyda məskunlaşdı və varisləri
indi də orada yaşayır. Həmin adamlar sırasında Raşidi,
Əhmədi, Azərm, doktor Necat, Dadur, Dəstrəncin
adlarını çəkə bilərik.
İrəvan azərbaycanlılarından biri olan Rəvanşad
Cəfər Raşidi ailəsi ilə birgə İrana gəlmiş və Xoy
şəhərində məskunlaşmışdır. O da Cabbar Bağçaban
kimi maarifpərvər bir ziyalı olduğundan, bu şəhərdə
bir sıra xeyriyyə işləri görüb.
1
Ayətullahzadə Şirazi. Tərh-e motalee və mərəmmət və ehya-ye
məsced-e came-ye İrəvan, I cild
161
Raşidilərin əsli Mərənddən idi. Ataları mərhum
Hacı Molla Hüseyn hər il məhərrəm və ramazan ay-
larında Arazın o tayına gedib, İrəvanda vaizlik edər və
dini təbliğatla məşğul olardı. Nəhayət, XX əsrin
əvvəllərində Hacı Molla ailəsi ilə birlikdə İrəvan
şəhərində daimi yaşamağa qərar verir.
Hacı Molla Hüseynin böyük oğlu Mirzə
Əbdülhüseyn də molla olduğundan, atası vəfat edəndən
sonra onun yerini tutur. Ailənin digər bir övladı Mirzə
Əli Əkbər İrəvanda parça satışı ilə məşğul olsa da, elm,
bilik tərəfdarı olmuşdur. Onun kiçik qardaşı, xüsusi
istedada malik olan Cəfər Raşidi İrəvan mədrəsələrin-
də dərs verirdi. O, Ettehadiyyə mədrəsəsinin rəhbəri
olmaqla bərabər, xeyriyyə cəmiyyətinin xahişi ilə
şəhərdəki pedoqoji tərbiyə mərkəzində də dərs verir,
uşaqlara peşə seçimində kömək göstərirdi.
Bu maarifpərvər insan əslən İrəvandan olan Şama-
ma adlı bir xanımla ailə qurduqdan sonra Təbrizdə
yaşamışdır. Qaynatası Tağı Tağıyev İrəvan şəhərinin
un və çörək şurasının müdiri idi. Onların nigah kağızı
üç dildə – türkcə, farsca, rusca yazılmışdır.
Cəfər Raşidi öz ata-baba yurduna qayıtdıqdan
sonra daimi yaşayış yeri kimi Xoy şəhərini seçmişdir.
O, şəmsi tarixi ilə 1298-ci ildən bu şəhərdə müəllimlik
etmiş, xeyli qiymətli işlər görmüşdür. Hüseyn Omid
yazır: "Cəfər Raşidi 1298-ci ildən başlayaraq Xoy
mədəniyyətinə xidmət etmişdir. Sirus, Nisvan və digər
mədrəsələrə rəhbərlik etmiş bu şəxs 35 il müddətində
çox qiymətli işlər görmüşdür".
1
Buna görə də Xoy şəhərindəki mədrəsə onun
şərəfinə "Raşidi" adlanmış və bu gün də həmin adı
1
Azərbaycan mədəniyyət tarixi (I cild), səh. 364
162
daşımaqdadır. Cəfər Raşidi şəmsi tarixi ilə 1332-ci ildə
(1933) Xoy şəhərində vəfat etmişdir. Onun İrəvanda
türk və rus dillərində təhsil almış həyat yoldaşı Şama-
ma xanım Xoy şəhərinə gəldikdən sonra gecələr ərin-
dən fars dilini öyrənmiş, gündüzlər isə şəhərdəki ilk
qızlar mədrəsəsində yeniyetmələrin təlim-tərbiyəsi ilə
məşğul olmuşdur. O, 31 il bu sahədə fəaliyyət göstər-
miş və şəmsi tarixi ilə 1350-ci ildə vəfat etmişdir.
Onların övladı Əli Raşidi anasının söhbətləri əsasında
İrəvanda keçən günlər barədə xatirələr yazmışdır.
Şamama xanım deyirmiş ki, Novruz bayramı İrəvanda
xüsusi təmtəraqla keçirilirmiş. Şəhərin müsəlman
kişiləri fərvərdin (martın 26-da) ayının ilk beş günündə
qohumlara baş çəkər, sovqat aparardılar. Fərvərdin
ayının 6-cı günündən başlayaraq xanımlar bayram
təşrifinə başlardılar. Cəfər Raşidinin onunla bərabər
İrəvandan qaçmış digər qardaşları da Xoy şəhərində
məskunlaşmışdılar. Mirzə Əbdülhüseyn Raşidi şəmsi
tarixi ilə 1322-ci ildə vəfat etmişdir. Təbrizdə Raşidi
Sabunbişirmə zavodunu yaratmış Mirzə Əli Əkbər isə
şəmsi tarixi ilə 1354-cü ildə dünyadan köçmüşdür.
Onu da qeyd edək ki, bu tayfanın İrəvanda qalmış
üzvləri ermənilərin əli ilə qətlə yetirilmiş, malları-
mülkləri talan edilmişdir. Onlardan biri olan Dadurlar
ailəsi bütünlüklə məhv edilmişdir. O qanlı illərdə
İrəvandan (İrana) qaçan azərbaycanlılar ömürlərinin
sonuna qədər vətən həsrəti ilə yanıb-qovrulmuşlar.
İrəvanın məşhur xanlarından olan Cəmil bəyin qızı
və Əlixan bəyin nəvəsi Səriyyə xatun (miladi 1908-
1990-cı illər) Bakıya köçsə də, ömrünün axırına qədər
doğulduğu ana torpağın nisgili ilə yaşamış, 1990-cı ildə
gözlərini əbədi yummuşdur. Bu şairə xanım uzun illər
doğulduğu torpaq haqda çoxsaylı bayatılar qoşmuşdur.
163
Həmin bayatılarda İrəvan sakinlərinin vətən həsrəti,
vətən nisgili öz əksini tapmışdır. Şairənin ürək qanı ya-
zılmış bayatılarından bir neçəsini sizlərə təqdim edirik:
İrəvan qana düşdü,
Qəfil fəqana düşdü,
Təbriz, Gəncə hardadı,
Qollarım yana düşdü.
İrəvanın dağları,
Çiçək açıb bağları,
Yada salıb mən yazıq,
Ötüb-keçən çağları.
Qardaşım qaladadı,
Payı piyaladadı,
Çıx qalanın başına,
Gör bacın haradadı?
İgid mənim olunca,
Yada qənim olunca,
Qəbrimdən günəş doğar
Vətən mənim olunca.
Şəklimi qara çəkin,
Daşa-duvara çəkin.
Yurdumdan doydum desəm,
Saçımdan dara çəkin.
1
1
Bu bayatıları bizə təqdim etdiyinə görə ağayi Nasir Əhmədiyə
təşəkkür edirik.
164
Göy məscid və İrəvanın digər məscidləri
Xanlıq dövrünə aid fəsildə bu tarixi mədəniyyət
abidəsinin tikintisi, quruluşu, daxili strukturu barədə
bəzi məsələlərə toxunmuşduq. Son illərdə İran İslam
Respublikası ilə Ermənistan arasında bağlanmış
müqaviləyə uyğun olaraq İslam Cümhuriyyətinin mə-
dəniyyət abidələri üzrə mütəxəssislərindən ibarət
nümayəndə heyəti Göy məscidin qalıqlarını tədqiq
etmiş, onun yenidən qurulması və bərpası ilə bağlı
təkliflər paketi hazırlamışdır. Heyət üzvlərindən ağayi
Bağır Ayətullahzadə Şirazinin şəmsi tarixi ilə 1375-ci
ilin şəhrivər və aban aylarında hazırladığı iki cildlik
"İrəvan məscidinin tədqiqatı, təmiri və yenidən
qurulması layihəsi" adlı əsəri bu mənada xüsusi
əhəmiyyətə malikdir. Bu fəsildə həmin əsərin bəzi
hissələrindən istifadə edilmişdir.
Əsərdə bu mədəni-tarixi abidə Came məscidi, Göy
məscid, Xan və Hüseynəli xan məscidi adları ilə təq-
dim olunub. Onun özünəməxsus quruluşu və memarlıq
üslubu barədə geniş danışılıb: "Məscidin xüsusi
quruluşa malik mərkəzi hissəsi (günbəzxana, onunla
yanaşı olan dua otağı) bütövlükdə 13 metr uzunluqda
olmaqla 34 kvadratmetrlik yaraşıqlı və geniş salona
malikdir. O, yeni və orijinal dəsti-xəttə malik olsa da,
islam dövrü memarlığının bitkin nümunəsi sayıl-
malıdır.
Məscidin üslubu islam memarlığının bütün ölçülə-
rini özündə əks etdirir. Məscidin digər yerləri – mədrə-
sə də bu xüsusiyyətlərə malikdir. Mərkəzi hissənin hər
üç tərəfi günbəzlə örtülüb. Mərkəzi günbəzin diametri
11,5 metr, hündürlüyü isə məscidin mərkəzi döşəmə-
sindən sayılmaqla 20 metrdir. Günbəz iki örtüklə (ör-
165
tüklər arasında məsafə 3 metrdir) örtülüb. Günbəzxa-
nanın ərazisi kvadratşəkilli olmaqla 20 guşəli dairəvi
quruluşdadır. Günbəz sadə bəzəklərlə bəzədilib və
bütövlükdə kaşı ilə örtülüb.
Başdan-başa türk-müsəlman mədəniyyətini əks et-
dirən binanın hicri -qəməri tarixi ilə 1305-ci ildən son-
ra 1330-cu ilə qədərki dövrdə quraşdırılmış qapı və
divarında təkrar-təkrar müxtəlif formada həzrəti Əlinin
(ə.) adı yazılıb.
Bəri başdan etiraf edək ki, binanın qalıqları və
onun haqqındakı tarixi məlumatlar tədqiqatçılara kö-
mək edə, onların işini asanlaşdıra bilər. Xüsusilə də,
İranın Tarix Muzeyində saxlanılan 1885-ci ilə aid
qeydlər olduqca önəmlidir. Doğrudur, həmin mənbələr
1930-cu illərə qədər yaxşı mühafizə olunsa da, sonrakı
proseslərdə korlanmış, bir çoxları yararsız hala
salınmışdır. Həmin sənədlərdə məscidin dəqiq yeri,
görkəmi verilmişdir. Tədqiqatçı yazır: "Köhnə İrəvanın
mərkəzi, onun çox axarlı-baxarlı məhəllələrindən biri
olmuş Köhnə məhəllədə bu gün Əli Came məscidinin
qalıqlarından savayı başqa bir nişanə qalmamışdır.
Sürətli dəyişikliklər nəticəsində İrəvan şəhərinin siması
xeyli dəyişib, xüsusilə də 1921-ci ildən bu yana İrəvan
fərqli bir şəhərə çevrilmişdir.
XIX yüzilliyin sonlarında və XX yüzilliyin əvvəl-
lərində çəkilmiş şəkillər İrəvan Came məscidinin yer-
ləşdiyi ərazini təsəvvür etməyə imkan verir. Şəkilləri
xronoloji ardıcıllıqla nəzərdən keçirdikdə həmin yerin
tədricən dəyişdiyini görürük. Beləliklə, hicri-qəməri
tarixi ilə 1330-cu ilə qədər (miladi tarixi ilə 1911-ci il)
İrəvan sakinlərinin əksər hissəsinin müsəlman olmasını
təsdiqləyən məsciddən indi heç bir nişanə qalmayıb.
Bu təsvirlər müsəlmanlar yaşayan məhəllələrin və
166
məscidin ətrafının necə viranəliyə çevrilməsini də
əyani şəkildə göstərir".
Bu gün məscidin ətrafı onun öz ərazisindən iki
metr hündürdür (Yəqin ki, bu, geoloji proseslər nəticə-
sində baş vermişdir). Tarixi faktlar həmin məscidin bir
zamanlar necə bir qaynar məkan olduğunu təsdiqləsə
də, fəqət bu gün onun keçmiş əzəmətindən əsər-əlamət
qalmayıb. Bu əraziyə daxil olmaq qadağan edilmişdir.
Fikrimizcə, imkan yarandığı halda, bu yerlərdə arxeo-
loji qazıntılar aparmaqla müsəlman sakinli tarixi
İrəvan şəhərinin əslini bərpa etmək olar.
1885-ci ilə aid (hicri-qəməri tarixi ilə 1303-cü il)
sənədlər (şəkillər) İrəvan Came məscidinin o zaman
hələ dağılmadığını və işlək olduğunu göstərir. Bu
vəziyyət hicri-qəməri tarixi ilə 1330-cu ilə qədər
(miladi tarixi ilə 1912-ci ilə qədər) davam edib. Həmin
dövrə qədər müsəlmanlara Came məscidindən istifadə
etməyə rəsmən icazə verilibmiş.
İlk tədqiqat zamanı məlum olub ki, İrəvan Tarix və
Təbiət Muzeyi məscid-mədrəsə kompleksinin ərazisini
bütünlüklə işğal edilib. Binadan muzey kimi istifadə
olunduğu bu 65 il ərzində ona vəhşi münasibət bəslə-
nilib. Dağıdıclıq elə bir səviyyədə olub ki, bu, faktiki
olaraq məscidin fiziki mövcudluğuna son qoyub...
Məsciddə çoxlu kitabələr var. Cənub-şərq tərəfdəki
şəbistanın cənub divarında mehrabşəkilli daşın
üzərində nəstəliq xətti ilə Hüseynəli xan, İrəvan şəhəri,
"Came məscidi", məscidin tikilməsinə çəkilən xərclər
haqqında məlumatları özündə ehtiva edən 12 beytlik
bir şeir həkk olunub. Onun sonunda kitabəni yazan
katibin adı, yazılma ili (1179-cu il) və binanın tikilmə
tarixi göstərilib.
167
Məscidin tikinti xərci bəylərbəyi, İrəvan hakimi
Hüseynəli xan Qacar tərəfindən ödənilib. Həmin
məbləğ 6 min tüməndən çox olmuşdur. Kitabələrdə
yazıdığına görə, günbəzxana və iki qonşu şəbistandan
ibarət olan məscidin əsas hissəsi Zəndiyyə dövrünün
əvvəllərində Hüseynəli xan Qacar tərəfindən tikilib və
istifadəyə verilib.
Bu məsciddə bir neçə qəbir daşına da rast gəlinib.
Məsələn, iki qəbir daşı dəhlizdədir. Onlardan birinin
üzərində hicri-qəməri tarixi ilə 1204-cü il yazılıb, qərb
eyvanının şimal hissəsindəki digər qəbir daşında isə bu
sözlər nəqş edilib:
Va fədət aləlkərim Bəğirzad
Mən əl-həsənat valğəlb-ül islam.
Vəl həml-ül zad əğbəh koll-i şeyin
İza Kan əl-vofud il-əl kərim.
Zamanın əşrəfi nəcib cənnətməkan xanın
Mələk sifəti heç bir bəyana sığmaz.
O, mələk əxlaqı bəyənilmiş bir insan idi,
O, insan libası geyinmiş bir mələk idi.
1330
168
Azərbaycan türklərinə məxsus qoç heykəli (Orta əsrlər).
İrəvan xanlığı (indiki Ermənistan) ərazisində Azərbaycan
türklərinə məxsus heykəllər və qəbirüstü daşlar erməni
vandalları tərəfindən məhv edilmişdir
Məscidin tikintisinə yardım etmiş şəxslər
Bu məscidlə bağlı diqqətçəkən hadisələrdən biri də
hicri-qəməri tarixi ilə 1325 və 1328-ci illərdə onun
abadlaşdırılması məqsədilə camaatın maliyyə yardımı
toplamasıdır. Həmin vəsaitlə bağçanın ətrafına 22
mildən artıq hasar çəkilmişdir. Ağayi Əbdürrəhman
Vahabzadə ianə verənlərin adlarını və verdikləri illəri
bir-bir sadalamışdır:
Əli Əkbər Kərbəlayi Əlizadənin ianəsi. 1325
Əmi Hacı Abbaszadə Gəncəvinin şəxsi ianəsi. 1328
Kərbəlayi Rza Hacı Cabbarzadənin ianəsi. 1328
169
Hacı Mirzə Əlizadənin ianəsi. 1328
Ağa Səməd Bəzzazın ianəsi. 1328-ci il cəmadiül-
əvvəl ayının 15-i
Mir Məhəmməd Məhəmmədzadə Səfərlinin ianəsi.
1328
Məşhədi Mürtəza Məşhədi Məhəmməd Əlizadənin
ianəsi. 1328
Məşhədi Əli Məhəmməd Qasımzadənin ianəsi. 1328
Bağır bəy Bəzzazın ianəsi. 1328
Məşhədizadənin ianəsi. 1328
Rza bəy Lütfəli mərhum Bəyzadənin ianəsi .1328
İsmayıl Zeynalzadənin ianəsi. 1328
Məşhədi Əmir İbrahim Mircəmilzadənin ianəsi. 1328
Məşhədi Əli Əkbər Kərbəlayi Əsgərzadənin ianəsi.
1328
Kərbəlayi Abbas Əli... Rəcəbin qardaşının ianəsi. 1328
Ağa Mirismayıl Mir Heydərzadənin ianəsi. 1328
Hacı Əliəkbər ağanın ianəsi.
Kərbəlayi Məşhədi Məhəmmədzadənin ianəsi. 1328
Hacı İbrahim Xəlilin ianəsi. 1328
Abdulla Hacı Babazadənin ianəsi. 1328
Məşhədi Yusif və onun qardaşı Ağa Həsənin
ianəsi. 1328
Məşhədi Bağır Hacı İbrahimzadənin ianəsi. 1328
Bu məlumatın bir yerində deyilir: “Bu əsərin son
hissələrinin yazıldığı günlərdə bizim həmkarlarımızdan
olan ağayi Əbdürrəhman Vahabzadə İrəvan "Came
məscidi"nin bir şəklini bizə göndərib. Həmin şəkil bir
çox cəhətdən əhəmiyyətlidir və gələcəkdə məscid mey-
danının layihələşdirilməsində ondan istifadə etmək
olar. Şəkilin altında konkret tarix göstərilsə də, o, bir o
qədər inandırıcı görünmür. Əlimizdə olan digər şəkil-
170
lərlə müqayisə apardıqda və məscid hovuzunun ətra-
fında toplanmış camaatın geyimini diqqətlə araşdırdıq-
da məlum olur ki, həmin şəkil hicri-qəməri tarixi ilə
1328-ci ildən əvvəlki dövrə aiddir. Yəni şəkil hələ
bağçanın ətrafına dəmir hasar (bu, hicri-qəməri tarixi
ilə 1328-ci ilə aiddir) vurulmadığı dövrdə çəkilmişdir.
Həmin dövrdə məscidin hovuzu çox abad olmuşdur.
Belə ehtimal etmək olar ki, möminlər hovuzun ətrafına
toplaşaraq, günorta namazı üçün dəstəmaz alırlar.
Hələlik günbəzxananın şəbistan qapısı bağlıdır.
Məlumatdan aydın olur ki, bu gün İrəvan şəhərində
8 məscidin xarabalıqları qalmışdır. İran mütəxəssisiləri
onların beşinin tarixini araşdırmış, tikilmə və fəaliyyət
dövrünü öyrənmişlər.
Məlumatda Sərdar məscid-mədrəsəsi barədə deyi-
lir: "Bu səfərdə Sərdar məscidi ilə yaxından tanış ol-
duq. 1868-ci ildə çəkilmiş 19 saylı şəkli madam Deviv-
lovanın "Səfərnamə"sindəki qravüra ilə tutuşdurduq.
Şəkillərin müqayisəsi və şəhərdəki dini ocaqların xara-
balıqlarının ilkin təhlili nəticəsində bu məscidin Abbas
Mirzəyə və İrəvan qalasının sərdarına aid olması qəra-
rına gəldik".
1826-cı ildə İrəvana gəlmiş İtaliya diplomatik nü-
mayəndə heyətinin albomundakı 47 saylı şəkil də de-
diklərimizi təsdiq edir. İrəvan qalasına aid həmin şəkil-
də qala divarlarının arasından bir məscidin günbəzi gö-
rünür. Həmin günbəz tarixçilərin təsvir etdikləri gün-
bəzlə eynidir. Hazırda Sərdar məscidindən təkcə gün-
bəzin şimal-şərq guşəsini saxlayan sütun və ona birlə-
şik hücrə tikintilərinin bir hissəsi qalıb. Bu mədrəsə-
məscidin naxışları və onun daş bünövrəsi bir çox cə-
hətdən İrəvanın "Came məscidi"nə bənzəyir. Doğru-
dur, bu məscid Qacariyyə dövrünün əvvəllərinə aiddir,
171
ancaq o, üslub baxımından Səfəviyyə və Zəndiyyə
dövrünün memarlıq (İsfahan səbki) xüsusiyyətlərini
özündə əks etdirir və öz dövrünün bariz memarlıq
nümunəsidir.
"Sərdar məscidi" barədə danışarkən madam Devi-
vilovanın bu məscid (o, bu məscidi qədim memarlıq
abidəsi kimi təqdim etmişdir) barədə yazdıqlarını xatır-
lamamaq olmur. Madam Devivilova iki məqamı xüsusi
vurğulamışdır:
1. Filipin də şərhində bu məscidin mərkəzində
yerləşən böyük hovuzdan danışılır.
2. Tələbələrin dinləmələrindən, onların təhsillə
məşğul olmalarından və məsciddəki şəraitdən, onun
şəkildəki əksindən aydın olur ki, bu gün xaraba qalmış
məscid bir vaxtlar elm-maarif mərkəzi olub. Ehtimal
ki, madam Devivlova o zaman abad İrəvan “Came
məscidi”ndə tələbələrin qarşısında çıxış edib, sadəcə
olaraq məscidləri qarışdırıb. Belə görünür ki, madam
Devivlovanın məlumatı 1881-ci ilə (hicri-qəməri tarixi
ilə 1299-cu ) aid olmuşdur. Filipin çəkdiyi şəkillə
onun yazdıqları arasında 19 il fərq vardır.
Ermənistan Respublikasında qalmış
islam abidələri
Bir qədər əvvəl Ermənistanda olmuş, onun siyasi,
iqtisadi, mədəni həyatı barədə material hazırlamış
"Həmşəhri" qəzetinin müxbiri Mustafa Məqsudi Göy
məscidin və bu ölkədəki digər qiymətli islam abidələ-
rinin də hazırki vəziyyətinə nəzər yetirmişdir. Onun
qələmə aldığı məqalə adı çəkilən qəzetin 3 sayında
dərc edilmişdir. Həmin məqalədə deyilir: "İran səfirli-
yinin Ermənistanın məsul mədəniyyət işçiləri ilə
172
apardığı üçillik müzakirələrdən sonra da məscid xaraba
vəziyyətdədir. O, yiyəsiz və sahibsiz qalmışdır. Bürok-
ratik əngəllər və ötür-ötür oyunları onu təmir etməyə
imkan vermir. Erməni tərəfi bu tarixi binanın təmir və
bərpasına mane olmaq üçün bütün vasitələrdən istifadə
edir.
"Göy məscid" Ermənistanda Səfəviyyə dövründən
qalmış yeganə islam abidəsidir. O, İrəvan şəhərindəki
"Müqəddəs Sarkis" kilsəsinin yaxınlığında yerləşir. Bu
qədim məscid bir zamanlar elmi-ictimai mərkəz olmuş,
müsəlmanlar buraya toplaşmışdır. Ancaq sonralar Ya-
zıçılar Birliyinə verilmişdir. İndi isə məscid viranə
qalıb. Qeyd edilməlidir ki, Qarabağ münaqişəsi zamanı
İrəvan müsəlmanlarının bütün dini mərkəzləri xaraba-
lığa çevrilmiş, bu və digər şəhərlərdəki müsəlman
qəbiristanlıqları yerlə-yeksan edilmişdir.
"Göy məscid" 1765-ci ildə təsis edilmişdir. O, Er-
mənistan ərazisində şiəliyin yeganə sənət nümunəsidir.
Məscidin giriş qapısının yaxınlığındakı şərab dükanı
adamın gözünə girir. Onunla üzbəüzdə avtobus daya-
nacağı var. Dağılmış divarların ön tərəfindən vurulmuş
paslı dəmir örtüklər bu məscidi kənardan çox kədərli
göstərir. Prospektdən baxanda məscid görünmür.
Pilləkənlə qalxıb məscidin həyətinə daxil oluruq. Bura
sarı, qırmızı yarpaqlarla örtülmüşdür. Döşəmədəki daş-
lar zamanın zərbələri altında əyri-üyrü şəklə düşüblər.
Qövsi qapıları çürümüş hücrələr həyətin hər tərəfindən
görünür. Həyətin şərq hissəsi xarabalığa çevrilib,
divardakı otlar quruyub-qalıb. Həyətdəki kətilin də
üzərinə sarı-qırmızı yarpaqlar tökülüb.
Məscidin firuzəyi rəngli günbəzi uzaqdan cilvələn-
sə də, yaxına gələndə onun toz-torpağa batdığını görü-
rük. Günbəzin sol tərəfindən bir ağac budağı qalxıb.
173
Məscidin həndəvərinə səpələnmiş kaşıların üzərində
“Qurani-Kərim”in ayələri rəsm olunub və orada hicri-
qəməri tarixi ilə 1305-ci il yazılıb.
Həyətin ortasındakı hovuz quruyub, çat-çat olub.
Burada bir neçə ala-bula küçük bizi qarşılayıb, ətrafı-
mızda oynaşır. Bir dalandan keçib məscidin şimal his-
səsinə tərəf gedirik. Günəş göy günbəzin arxasında
parlayır. Qopub-dağılmış daşlar üzərindəki müqəddəs
yazılar bir anda xəyalımızı Şah Əbdüləzim ibn Babuy-
yə dövrünə aparır. Xaraba məscidi tənha buraxırıq.
Çıxış qapısındakı dəlikdən gələn səs sükutu pozur.
Tramvaylar, avtobuslar, avtomobillər, adamların bitib-
tükənməyən gediş-gəlişi... Bura erməni əlifbasının ilk
yaradıcısı Mesrop Maştuts prospektidir...
Ermənistanda çox az islam abidəsinin izi qalmışdır,
amma onlar böyük dəyərə malikdir. Xarabalığa çevril-
miş "Göy məscid"dən əlavə, Gürcüstan sərhəddi yaxın-
lığındakı Haxçat adlanan məntəqədə Səfəvi dövrünə
aid dini-tarixi abidələr var. Bununla yanaşı, Ermə-
nistan-Türkiyə sərhəddində də son illərdə viranəliyə
çevrilmiş bir müsəlman məscidinin izləri qalmaqdadır.
Hazırda "Ermənistan" adlandırılan respublikada və
bütün "Qukasiyan" torpaqlarında ən qədim dövrlərdən
azərbaycanlılar yaşamışlar, indi isə burada çox az say-
da yezidi kürd qalmışdır. Bu bölgənin sakinləri əsasən
sünniməzhəb olmuşlar. Onlar ermənilərin təmizləmə
siyasəti nəticəsində zorla Azərbaycan Respublikasının
müxtəlif ərazilərinə və digər respublikalara köçürül-
müşlər. Bu siyasətin davamı olaraq Ermənistanda yaşa-
yan rus və kürdlər də bu respublikadan qovulmuşlar".
1
1
"Həmşəhri" qəzeti, 25-26 fərvərdin 1375 hicri-şəmsi ili
174
Köhnə İrəvan bazarı
(1905-ci il)
İrəvanda Azərbaycan
türklərinə məxsus
Gürcü karvansarasının
qalıqları
İrəvan üləmaları və ruhaniləri
Bu bölgədən bir çox görkəmli elm adamları, ruha-
nilər və din alimləri çıxmışlar. Onların əksəriyyəti
ömrünün sonunadək İrəvanda yaşamış və İran-rus mü-
haribələrində fəal iştirak etmişlər. Bir çox ruhanilərin
məzarı indi də bu şəhərdə qalıb. Təbrizdəki Hacı
Səfərəli məscidinin imam cüməsi mərhum ayətullah
Seyyid Höccət İrəvaninin atası ayətullah Seyid Əli
İrəvaninin və onun babası ayətullah Seyid Əbdülməcid
İrəvaninin (Şəmsi tarixi ilə 1371-ci ildə vəfat etmişdir)
məqbərəsi İrəvan şəhərindədir.
1
Doktor Əqiqi Bəxşayişinin yazdığına görə, ayə-
tullah Seyid Əli İrəvaninin ulu babası Xosrov şah döv-
ründə İrəvana köçmüşdür. Seyid Əli hicri-qəməri tarixi
ilə 1258-ci ildə İrəvan şəhərində doğulmuş və hicri-
qəməri tarixi ilə 1324-cü ildə Nəcəfüləşrəf şəhərini
1
Seyid Mehdi Dərvazeyi. Ayətullah Seyid Əbdülməcid İrəvaninin
tərcümeyi-halı. Məscid nəşri, şəmsi tarixi ilə 1371-ci ilin şəhrivər
və mehr ayı
|