AZƏrbaycan miLLİ elmlər akademiyasi z. M. BÜnyadov adına ŞƏRQŞÜnasliq institutu



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix31.01.2017
ölçüsü8,69 Mb.
#7108
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

1
 
Bu illərdə hələ Daşnaksütyun partiyası təşkil olun-
mamış, ifrat erməni iddiaları qarşıdurmalara səbəb 
olmamışdı. Arazın o biri sahilində və İrəvan şəhərində 
yaşayan millətlər, o cümlədən müsəlmanlar və ermə-
nilər dinc şəraitdə yaşayırdılar. Üstəlik,  İran mühacir-
lərinin çoxu həmin şəhərlərdə işləyirdilər. 
Mirzə Həsən Rüşdiyyə Təbrizi yeni üsullu məktəbi 
ilk dəfə İrəvan şəhərində təsis etdi. Fəxrəddin Rüşdiy-
yə bu barədə yazır: "Rüşdiyyə yeni üsulla əlifbanın 
təlim edilməsinin metod və üslubunu tam müəyyənləş-
dirdikdən sonra əvvəlcə  İrəvana getdi və hicri-qəməri 
tarixi ilə 1301-ci ildə ögey qardaşı Hacı Axundun 
köməyi ilə Qafqazın zadəgan müsəlmanları üçün yeni 
üsullu mədrəsəni (ibtidai məktəb) təsis etdi. Onun öz 
kəşfi olan bu üsulla (fonetik əlifba) tədrisə başladı. 
"Vətən dili" kitabını türkcə öz üsulu ilə tədris edərək, 
60 saat ərzində ibtidai sinif şagirdlərinə oxumağı  və 
yazmağı öyrətməyə nail oldu.   
İrəvan müsəlmanları onu ləyaqətlə qəbul etdilər və 
mədrəsənin  şagirdləri günbəgün artırdı. Bu mədrəsə 
dörd il müddətində onun nəzarət və  rəhbərliyi altında 
fəaliyyət göstərdi.  
"Vətən dili" kitabı ta 1917-1918-ci ilə  qədər 
Qafqaz və Türküstanın məktəblərində ibtidai sinif 
vəsaiti kimi tədris olundu. Rüşdiyyə bu 4 il ərzində 
tədrisdə böyük təcrübə əldə etdi".
2
 
 
                                                 
1
 Doktor  Fövriyyə. “Se sal dər dərbar-e  İran”. Tərcümə edən: 
Abbas İqbal Aşiyan, səh. 105-110 
2
 Fəxrəddin Rüşdiyyə. Zendeginame-ye pir-e maaref-e Rüşdiyye, 
səh.20 

 
 
110
 
 
Mirzə Həsən Rüşdiyyə              İrəvanda Darülmüəllimin 
 
Nəsrəddin  şah Qacar Avropadan qayıdarkən  İrə-
vandakı bu mədrəsəyə baş  çəkdi və onu bəyəndi. Bu 
görüşdən sonra Mirzə  Həsən Rüşdiyyə  Təbrizdə yeni 
üsullu mədrəsə təsis etmək üçün Nəsrəddin şahla birgə 
Vətənə qayıtmaq icazəsi aldı  və öz yurduna qayıt-
dıqdan sonra Təbrizin  Şeşgilan məhəlləsində ilk 
mədrəsəni yaratdı. 
Lakin Rüşdiyyədən qabaq Mirzə Kazım Qazi 
Əskərzadə İrəvanda bir mədrəsə təsis etmiş və onun ilk 
dərsliklərini yazmışdı. Qulamrza Budaqi bu barədə 
yazır: "Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 
1823-cü ildə  Təbrizin "Alan Bərağuş" məhəlləsində 
dünyaya göz açmışdı.  Ənənəvi təhsil aldıqdan sonra 
İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. 
Mirzə Kazımın mədəniyyətə, elmə  hədsiz marağı onu 
dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin 
alovlu və  fəal təbliğatçısı olan Qazi Əsgərzadə 
İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada 
tədrisə başladı. Adı  çəkilən  şəxs bir neçə  dərsliyin, o 
cümlədən "Hesab elmi", "Sərf və  Nəhv", "Bəlağət 
elmi"nin  və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə 
İrəvanda vəfat etmişdir. Mirzə Kazımın şeirlərinin dili 

 
 
111
çox sadədir. Onlara yazıldığı dövrü nəzərə almadan 
(130 il əvvəl), bu günkü uşaq ədəbiyyatının meyarları 
ilə yanaşsaq, bir qədər monoton görünəcək. Lakin 
unudulmamalıdır ki, həmin sadə  şeirlər bugünkü 
Azərbaycan uşaq  şeirinin ilk nümunələrindəndir. Bu 
adsız, nişansız maarif xadiminin şeirlərindən birini 
təqdim etməklə onun  xatirəsini yad edirik: 
 
Oğlum, oğlum, naz oğlum,  
Dərsindən qalmaz oğlum.  
Bülbül kimi dərs oxu 
İstər çox, ya az, oğlum. 
Qələmin al əlinə,  
Bir yaxşı zad yaz, oğlum. 
Oğlum gedir məktəbə,  
Oxur, çatar mətləbə. 
Dərsin oxur, rəvanlar, 
Nə oxuyubsa, anlar. 
Daş üstə çiçək qazar, 
Məşqini göyçək yazar. 
Mənim oğlum candı, can. 
Dərslərin oxur rəvan. 
Gümüşdəndi davatı,  
Qələmi var beş-altı. 
Qələmdanı şəkilli 
Qələmi xallı, milli. 
Dəftəri var tər-təmiz 
Kitabı ondan əziz. 
Kağızları rəngbərəng 
Oğlum, gətir yaz görək.
1
 
 
                                                 
1
 “Əsr-e azadi”, 19.1.1378,  səh.2 

 
 
112
 
 
Bağçaban Mirzə Cabbar (1885-1966). İranda ilk uşaq                            
bağçası və lal-karlar məktəbinin təsisçisi, ilk uşaq kitabının                        
müəllifi və naşiri 
 
Sonralar Təbrizdə ilk lal-kar mədrəsəsinin  əsasını 
qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə yazmış 
Mirzə Cabbar Əsgərzadə Bağçaban da İrəvanda doğu-
lub, orada böyümüşdü. O öz tərcümeyi-halında yazır: 
"Mənim babam Rza Təbriz  əhli idi. Atamın adı  Əsgər 
idi və İrəvan şəhərində memarlıq və qənnadı işi ilə məş-
ğul olurdu. Mən 1264-cü şəmsi ilində İrəvan şəhərində 
doğuldum. Məscidlərdə  qədim üsulla təhsil almışdım. 
15 yaşımda təhsili atmaq zorunda qaldım. Dolanışığım 
atamın sənəti ilə  məşğul olmaqdan çıxırdı. Cavanlıq 
dövrümdə gizli şəkildə evlərdə  qızlara dərs keçirdim. 
Qafqaz qəzetlərinin müxbiri, "Molla Nəsrəddin" 
jurnalının felyeton yazanlarından və  şairlərindən idim. 
Şəmsi tarixi ilə 1291-ci ildə  İrəvanda "Leylək" yumor 
jurnalının müdiri oldum. Bu jurnal Birinci Dünya 
müharibəsi başlayandan sonra fəaliyyətini dayandırdı".
1
 
                                                 
1
 Cabbar  Əsgərzadə Baxçaban. Öz əli ilə yazdığı  tərcümeyi-hal, 
səh. 16 

 
 
113
Sərdari-milli Səttarxan Məşrutə inqilabından il-
lər öncə bir müddət Qafqazın dəmir yol tikintisində adi 
fəhlə  işləmiş  və bir neçə gün kərpic sexində briqadir 
olmuşdu.
1
 
“Səfərnamə”də qeyd edildiyi  kimi, Arazın o ta-
yındakı müsəlmanlar, xüsusilə də, İrəvan müsəlmanları 
Nəsrəddin  şahı necə  məhəbbət və  təəssüb hissiylə 
qarşılamışdılarsa, onun ölüm xəbərini eşidəndə  də o 
qədər mütəəssir olmuş, kədərlənmişdilər. "Əxtər" 
qəzeti özünün 22-ci il 42-ci sayında (hicri-qəməri tarixi 
ilə 1313-cü il zilhəccənin 13-ü, miladi tarixi ilə  1896-
cı il mayın 16-sı) "Qarabağdan təsirli məktub" adlı bir 
yazı çap edib. Həmin yazının bir yerində deyilir: 
 
“Cənab, "Əxtər" yazarı 
Təəssüf ki, rüzgar başqa cür oldu. 
Gözlərdəki yaş Ceyhun oldu. 
Təkcə dövlət ziyan görmədi bu hadisədən 
Bütün dünyanın qəlbi qanla doldu. 
 
Həqiqətən, siyasət məzhərinin, xudavəndin haki-
miyyət nümayəndəsinin başına gələn bədbəxtlik bütün 
insanların qəlbinə təsir edib. Çünki şad və gözəl günlə-
rin ən xoş çağında taxt-tac sahibinin və millətin hamı-
sının vücuduna sədəmə toxunub. Bütün Qafqaz müsəl-
manlarının qəlbində bunun təsiri var. Buna görə də Tif-
lis, İrəvan, Naxçıvan, Bakı və digər kimi şəhərlər ma-
təm bayrağı qaldırıb,  əzadarlıq mərasimində  sıraya 
durublar”.   
                                                 
1
 R.Rəisniya. Do mobare-ze conbeş-e məşrute, səh. 8 

 
 
114
İrəvan XX əsrin astanasında 
 
XX əsrin astanasında, rüsvayçı Türkmənçay müqa-
viləsinin bağlanmasından və Arazın o tayındakı vila-
yətlərin İrandan ayrılmasından  70 ildən artıq vaxt keç-
məsinə baxmayaraq, hələ  də gediş-gəliş davam edir, 
Arazın hər iki tərəfində yaşayan insanlar arasında 
qırılmaz əlaqələr mövcud idi.  
Hicri-qəməri tarixi ilə 1311-ci ildən Təbrizdə nəşrə 
başlayan "Nasiri" qəzetinin bir çox şəhərlərdə nüma-
yəndəliyi vardı. Diqqətçəkən məqam budur ki, qəzetin 
Tehran və  İsfahan nümayəndəlikləri ilə yanaşı,  Araz 
çayının o biri sahilindəki şəhərlərin də əksəriyyətində, 
o cümlədən İrəvanda, Bakıda, Tiflisdə, Şuşada, Naxçı-
vanda, Ordubadda, Təmərxanşurada, Dərbənddə, Pet-
rovskidə  fəal müxbirləri çalışırdı. Onların göndərdik-
ləri xəbər və  məlumatlar qəzetin səhifələrində önəmli 
yer tuturdu. Ağamirzə  Cəfər Mirzəcanzadə "Nasiri" 
qəzetinin  İrəvan  şəhəri üzrə  məsul nümayəndəsi idi. 
Qəzetin hicri-qəməri tarixi ilə 1315-ci ilin rəbiüs-sani 
ayında nəşr olunmuş 17-ci sayında deyilirdi: "İrəvan-
dakı müxbirimizin yazdığına görə, həmin şəhərin mü-
səlmanları  və möminləri  elm və biliyə xüsusi diqqət 
yetirirlər. Onlar insan həyatının elmdən və bilikdən 
asılı olduğunu yaxşı bilirlər. Buna görə  də ibtidai 
məktəb təsis etmək üçün bir məclis təşkil ediblər.  Ən 
mötəbər müsəlmanların hər biri öz imkanı daxilində 
həmin məclisə pul köçürərək məktəb tikintisinə yardım 
etməyi qərara alıb. Yaxın zamanda yeni üsullu 
məktəbin bünövrəsi qoyulacaq. İnşallah, onların bu 
xeyirli işi fayda verəcək və tez bir zamanda məktəb 
fəaliyyətə başlayıb və müsəlman balalarına xidmət 

 
 
115
edəcək. Allah təala ölkəmizin bütün insanlarını huşyar 
və ayıq etsin”. 
Həmin qəzetin 20-ci sayında isə belə bir məlumat 
vardır: "İrəvan quberniyasının Aleksandropol şəhərin-
də qeyri-millətdən olan bir şəxsdə yaşı təxminən 1200 
il olan antikvar bir qılınc vardır. Qılıncın üzərində iki 
möhür çəkilmiş və Kufə xəttilə qızılla qazılmış aşağı-
dakı cümlələr vardır: “Sən  şahi-mərdan  Əlidən qalıb-
san yadigar, La fəta illa Əli la seyfə illa Zülfiqar ya 
rəhmanir-rəhim”. Qılınc sahibinin fikrincə, o, mövlalar 
mövlası əleyhüssəlam zamanında Abbasa məxsus olub. 
Qılıncı  əldə etmək istəyən  şəxs  İrəvan quberniyasının 
Aleksandrapol şəhərində tacir Molla Əli bin Kərbəlayi 
Tarıverdiyə müraciət edə bilər".  
Bu illərdə Qacariyyə dövlətindəki kasıblıq və 
işsizlik ucbatından əhalinin çox böyük hissəsi Arazın o 
biri tayına mühacirət edir, bu  şəhərlərdə işə düzəlirdi-
lər. Abdulla Mustafa yazır: "Qacar dövlətinin  təbəələ-
rinin böyük hissəsi Qafqaza gəlmişdi. Hər il xeyli azər-
baycanlı fəhləlik üçün Rusiya torpaqlarına üz tuturdu... 
Fəhlələrdən  əlavə, buraya əvvəldən xeyli iranlı köçüb 
gəlmiş və onlar kiçik köşklərdə alver edirdilər. Onların 
bəzisinin çox böyük ticarət evləri də vardı... Bu ticarət 
evlərindəki işləri istiqamətləndirmək və  fəhlələrə 
məsləhət vermək üçün Qacarlar  dövləti Tiflisdə bir 
baş konsulluq, Bakı  və Batum şəhərlərində isə iki 
konsulluq açmışdı. Bundan əlavə,  İrəvanın vilayətinin 
hər bir şəhərində, Gəncədə, Vladiqafqazda bir konsul 
köməkçisi çalışırdı...".
1
       
Qahirədə çap olunan "Hikmət" qəzeti "Tərcüman"a 
istinad edərək bütün Rusiyadakı  və Arazın o biri 
                                                 
1
 Abdulla Mustafa. Mənim həyatım və yaxud Qacariyyə dövrünün 
ictimai və inzibati tarixi. II cild, səh. 92 

 
 
116
sahilindəki  əsas vilayətlərdə yaşayan müsəlmanların 
statistikasını  dərc etmişdir.  Bu qəzetin hicri-qəməri 
tarixi ilə 1322-ci ilin şəvval ayında (miladi tarixi ilə 
1904-cü ilin dekabrın 8-də) çap olunan 838-ci sayında 
deyilir: "...1905-ci ildə Rusiya dövlətində müsəlman-
ların sayı 18 milyona çatmışdır. Onların 12 milyon 
nəfəri sünni, 6 milyona qədəri isə  Cəfəri məzhəbinə 
aiddir. Onlar türk, türkmən, tatar, qırğız, çeçen, avar, 
çərkəz, laz və başqa dillərdə danışırlar. Taciklərin 
danışdığı dil isə farsca-türkcənin qarışığından ibarətdir. 
Həmin məqalədə Qafqaz müsəlmanlarının sayı 3 
milyon 208 min 875 nəfər göstərilmişdir. Onların 352. 
351 nəfəri İrəvan müsəlmanlarıdır". 
Şəmsi təqvimi ilə 1285-ci ilin mordad ayından 
1286-cı ilin tir ayına qədər Fransanın Qacarlar 
dövlətində  səlahiyyətli nümayəndəsi kimi çalışan və 
əsl adı Kular Desko olan Ujen Uben həmin dövrdə bir 
sıra vilayətlərə, o cümlədən Azərbaycana səfər etmiş 
və yol qeydlərini sonradan kitab halında nəşr etdirmiş-
dir. O öz “Səfərnamə”sinin bir yerində  İrəvanı azər-
baycanlıların şəhəri adlandırır və yerli dilin xarakteris-
tikasını verməyə çalışır. O yazır: "Qəzvindən çıxandan 
sonra fars dili öz yerini yavaş-yavaş türk dilinə verir... 
Yalnız bir neçə  kəndin sakini fars dilində danışır. 
Toponimlərin məzmunu, adların və sözlərin tələffüzü 
fars və ruscadır. Biz türk-azəri ləhcəsində danışan 
bölgəyə çatırıq. Həmin günlərdə  Təbrizdə,  İrəvanda, 
Tiflisdə, Bakıda söhbət əsasən rus ordusunun yaponlar 
tərəfindən məğlub edilməsinidən, Rusiyanın daxilində, 
eyni zamanda, Qafqazda və  İrəvanda  baş verən pro-
seslərdən gedirdi. Bu hadisələr XX əsrin  əvvəllərində 
mühüm dəyişikliklərə gətirib çıxardı.  

 
 
117
Rus ordusunun Sakit okean hövzəsində  ən böyük 
dayağı olan Port Arturun süqutu (1902-ci il yanvarın 
2-də)  və Rusiya silahlı qüvvələrinin komandanı gene-
ral Anatoli İstusolun yaponlara təslim olması çarizmin  
qürubunun yaxınlaşması demək idi. Yaponlar Port 
Artur qalasını ələ keçirəndən sonra intensiv hücumlarla 
Maqadanda rus ordusunu darmadağın etdilər. 300 yüz 
min nəfərlik çar ordusunun 120 min nəfəri məhv edil-
di, yaralandı,  əsir götürüldü. Bundan sonra Baltik 
dənizindən rus qüvvələrininin möhkəmləndirilməsinə 
kömək üçün Port Artura gətirilmiş  dəniz qüvvəsi Sakit 
okeandakı Susima boğazında bütünlüklə tar-mar edildi. 
İyirmi döyüş  gəmisindən 13-ü suya batırıldı, dördü 
düşmənin  əlinə keçdi. Çar Rusiyası müharibəni 
bütünlüklə uduzdu. Rusiya yaponlarla alçaldıcı sülh 
müqaviləsi bağlamağa məcbur oldu. 
Rus imperiyasının Yaponiyaya məğlub olması ölkə-
nin daxilində və dünyada böyük rezonans doğurdu".
1
 
Bu hadisə dünya mətbuatında sensasiya doğurdu. 
"Hikmət" qəzetinin 848-ci sayında (hicri-qəməri 1323-
cü il rəbiüləvvəl ayı, miladi tarixi ilə 1905-ci il iyun 
ayının 4-ü) dərc olunmuş "Siyasi ibrət, rus ordusunun 
məğlubiyyəti və onun məhv olması" başlıqlı məqalədə 
bu hadisəyə xüsusi diqqət yetirilmişdir. Müəllif 
Rusiyanın məğlubiyyətini onun imperiya hərisliyi və 
xalqın öz dövlətinə biganə münasibəti ilə  əlaqə-
ləndirmişdir. Elə  həmin nömrədəcə bu hadisəyə  işarə 
edən bir şeir dərc olunmuşdur. 
Yaponlar II Nikolayın dəniz limanlarını tamamilə 
darmadağın etdilər. Ruslar təkcə Artur limanında 40 
mindən çox qurban verdilər. Çar total çağırış haqqında 
                                                 
1
 "İran" qəzeti. “İranda və dünyada XX əsrin tarixi”, 1376-cı il, 
26-27 bəhmən 

 
 
118
fərman verəndə  kəndli və  fəhlələrdən ibarət on min-
lərlə insan "Çarizmə ölüm", "Yaşasın yaponlar" şüarı 
ilə nümayişə çıxdı.
1
 
Bu təhqiramiz məğlubiyyət çar rejiminin gücdən 
düşdüyünü göstərir, xalqı azadlıq və  ədalət uğrunda 
mübarizəyə sövq edirdi. Çar hakimiyyəti ümid edirdi 
ki, müharibə ona öz siyasi mövqeyini möhkəmlətmək-
də kömək edəcək, Rusiyada inqilabın qarşısını alacaq. 
Lakin müharibənin nəticəsi çarizmin gücsüz olduğunu, 
xalqdan ayrı düşdüyünü  göstərdi... Çar hökuməti mü-
haribə yolu narazı qüvvələri boğmaq, əzmək istəyirdi, 
amma  əksinə, inqilabı sürətləndirdi. Çünki bu dövrdə 
Rusiyada yaşayan kəndlilər, fəhlələr vəhşi və soyğunçu 
kapitalizmin zülmü altında inildəyir, heç bir insani 
hüquqa malik olmadıqlarından, əzab çəkirdilər. Qafqaz 
və Mərkəzi Asiya xalqları da rus istismarçılarının təz-
yiqi altında idilər. Onlar öz övladlarını  ədalətsiz 
müharibə maşınının ağzına atmaq istəmirdilər. Buna 
görə də bu ölkələrdə, xüsusilə Qafqazda ciddi inqilabı 
qüvvələr formalaşmışdı.
2
  
II Nikolay müvəqqəti də olsa "xalqın istəklərinə 
cavab verməyə  məcbur oldu. O, Duma adlanan parla-
mentdə bütün Rusiya xalqlarının nümayəndələrinin 
iştirakını təmin etmək məcburiyyətində qaldı.  1907-ci 
ildə bütün Qafqazda tanınan "Şərqi rus" qəzetinin 
təsisçisi Məhəmməd Ağa  Şahtaxtinski (1864-1931) 
İrəvandan II Dumaya deputat  seçildi".
3
 
 
                                                 
1
 "İran" qəzeti. Tarix-e ğərn-e bistom dər İran və cəhani, 1376-cı 
ilin 26-27 bəhmən ayı 
2
Bax: yenə orada 
3
 R. Rəisniya. “İran və Osmani dər astane-ye ğərn-e bistom”, səh. 601 

 
 
119
İrəvan 1905-1906-cı illər  
erməni-müsəlman davasında 
 
Miladi tarixi ilə 1828-ci ildə bağlanmış  ədalətsiz 
Türkmənçay müqaviləsi ilə Qüzey Güneydən ayrı 
düşdü. Ermənilər rusların himayəsi altında tədricən 
Qacarlar və Osmanlı dövlətindən köçərək bu regionda, 
o cümlədən  İrəvanda məskunlaşdılar. Onlar XX əsrə 
qədər az sayla Qafqazın müxtəlif bölgələrində  pəra-
kəndə  şəkildə yerləşmişdilər. Anahid Ter Minasyanın 
yazdığına görə, "ermənilər, hətta  İrəvan  əyalətində  də 
hissediləcək say fərqinə malik deyildilər. Yalnız 1905-
ci il inqilabı dövründə onların bu arzu və istəkləri 
gerçəkləşdi".
1
 
“Böyük Ermənistan” dövləti yaratmaq vəzifəsini 
qarşısına qoyan Daşnaksütyun partiyasının təsisçiləri-
nin ilk məqsədi Şərqi Anadoluda və İrəvan əyalətində 
ermənilərin say üstünlüyünə nail olmaq idi. Onlar bu 
ərazilərdə erməni dövlətini ərsəyə gətirmək üçün artıq 
çox ciddi fəaliyyətə keçmişdilər. Daşnaklar hələ XIX 
əsrin sonlarından Osmanlı dövlətində bu işi həyata 
keçirmək üçün çalışırdılar. Lakin o dövrdə bütün qüv-
vələrini proqramlarının birinci hissəsini, yəni Qafqazda 
qarma-qarışıqlıq yaratmaq məqsədini reallaşdırmağa 
sərf etdiklərindən bu işi başa çatdıra bilməmişdilər. 
Buna görə də onlar fürsət gözləməli olmuşdular. Rus-
yapon müharibəsinin başlaması, çar ordusunun bu mü-
haribədə məğlub olması, 1905-ci il inqilabının baş ver-
məsi onlara bu fürsəti verdi. Yuxarıda adını çəkdiyimiz 
erməni yazıçısının yazdığına görə, "Daşnak partiyası-
                                                 
1
 Anahid Ter Minasyan. Enqelab-e 1905 dər Qəfqaz. Tərcümə 
edən: Kavə Bayat, səh. 17 

 
 
120
nın 1904-cü ilin fevral-mart aylarında Sofiyada keçi-
rilən III qurultayında qərara alındı ki, partiya Qafqaz 
ermənilərinin müdafiəsi vəzifəsini öz üzərinə götürsün, 
bu məqsədlə  təbliğat vasitələrindən, silah və gücdən 
istifadə etsin. Bu qərar gələcək proseslərin dönüş 
nöqtəsi sayılır".
1
 
Rusiyanın Yaponiya tərəfindən  məğlub edilməsi 
beynəlxalq sensasiyaya səbəb olmaqla bərabər, çar 
dövlətinin  əsaslarının möhkəm olmadığını üzə  çıxardı 
və 1905-ci il inqilabı ilə  nəticələndi. Həmin dövrdə 
Batumda İran konsulluğunda katib vəzifəsində çalışmış 
və bu tarixi hadisələri yaxından müşahidə etmiş  Səid 
Marağai  öz xatirələrində yazır: "Mövqelərindən geri 
çəkilmiş  və  həmin mövqeləri yaponlara təslim etmiş 
məğlub qoşun düşdüyü vəziyyətdən və komandirlərdən 
narazı idi. Bu narazılıqlar ölkə daxilində qarma-qarı-
şıqlıq yaratmışdı. Dövlət  əleyhinə olan qüvvələr bu 
fürsətdən istifadə edərək, öz fəaliyyət və təbliğatlarını 
genişləndirmiş, dövlət rəhbərliyini bacarıqsızlıqda və 
qabiliyyətsizlikdə ittiham etməyə başlamışdılar. Əsgər-
lər silah-sursata və geyimə görə narazı idilər. Çox 
bahalı  hərbi gəmilər  əldən verilmişdi. Dövlət işlərinə 
ictimai nəzarət olmadığından, orduda sui-istifadə hal-
ları baş alıb gedirdi. Bütün bu qüsurlar təbliğat vərəqə-
lərində  əks olunur, şəhərlərdə yayılırdı. Ölkənin 
müxtəlif yerlərində qanlı çarpışmalarla nəticələnən 
nümayişlər baş verirdi. Çox keçmədi ki, narazılıq 
dalğası bütün ölkəni bürüdü. Partiyalar, siyasi dairələr, 
dövlət məmurları, fəhlələr öz tələblərində  təkid edir, 
azadlıq istəyirdilər. Lakin dövlət onları  eşitmirdi. Çar 
hökuməti proseslərin qarşısını almaq üçün dəstə başçı-
                                                 
1
 Anahid Ter Minasyan. Enqelab-e 1905 dər Qəfqaz. Tərcümə 
edən: Kavə Bayat, səh. 4 

 
 
121
larını,  əsas  şəxsləri, hərəkətverici insanları, barışmaz 
qüvvələri həbs və sürgün edir, onları aradan götürmək 
üçün  silaha əl atırdı. Sonradan məlum oldu ki, hərəkat 
liderləri gizli iclas keçirərək ümumi tətil elan etmək, 
hakimiyyət nümayəndələrinə qarşı terrordan istifadə 
etmək və dövlət aparatını iflic etmək barədə  qərar 
qəbul ediblər. Moskva şəhərinin komendantı, Bakının 
valisi, Gəncə Jandarm İdarəsinin rəisi, Batumun üç 
şəhər rəhbəri iki-üç gün müddətində  qətlə yetirildi. 
Əksər dövlət idarələrində: dəmiryol, poçt, teleqraf və s.  
məmurlar sabotaja əl atdılar. Zavodlar tətil edir, fəhlə-
lər işə  çıxmırdı, qarma-qarışıqlıq və qeyri-stabillik 
bütün ölkəni bürümüşdü. Hətta çarın öz iqamətgahını 
tərk edərək ailəsi ilə haradasa sığınacaq tapması barədə 
şayiələr dolaşırdı... 
Batumda və Rusiyanın bir çox digər  şəhərlərində 
son dərəcə  təhlükəli vəziyyət yaranmışdı. Bu zaman 
dövlət rəhbərliyi min bir hiyləyə əl atsa da, xalqın tə-
ləblərini qəbul etməkdən başqa çarəsi yox idi. Beləlik-
lə, 1905-ci ilin oktyabr ayında çar xalqa azadlıq verilə-
cəyi haqda manifest elan etdi. Manifestdə xalqa hər cür 
azadlıq, o cümlədən azad seçkilər, Duma təşkili və s. 
vəd edilirdi. 
Bu mürəkkəb və  gərgin illərdə Qafqaz xalqlarının 
milli oyanışı Rusiya sarayında ciddi narahatlıq 
doğurmuşdu. Rusiyanın hakim dairələri bu oyanışın 
mərkəzi hakimiyyətə qarşı yönələcəyindən qorxaraq 
milli münaqişələrə  əl atdılar. Jan Mari Karzu yazır: 
"1905-ci ildə Bakıda ermənilərlə azərbaycanlılar ara-
sında qanlı çarpışmalar oldu. Bu çarpışmaların kökünü 
Rusiya imperiyası üçün təhlükəli ola biləcək milli 
oyanışda axtarmalıyıq. Rusiyanın hakim dairələri 
Qafqazın oyanışında  güclü millətçilik tendensiyasının 

 
 
122
olduğunu iddia edirdilər. Bu tendensiya böyük Rusiya 
imperiyasının planlarının ziyanına idi. Ona görə də çar 
hökuməti bu oyanışı hansı vasitə ilə olursa-olsun 
beşiyində boğmağa çalışırdı. 1894-cü ildə hakimiyyətə 
yiyələnmiş Rusiyanın sonuncu çarı II Nikolay Roma-
novlar sülaləsinin ömrünü uzatmaq üçün bütün hiylələ-
rə əl atırdı. Rusiyada yaşayan xalqların arasında qırğın 
salmaq da bu fəndlərdən biri idi. Çarizmin fikrincə, 
daxili müharibələrə meydan verməklə, xalqları bir-
birinə qarşı qoymaqla öz zəifliyini gizlədə  və 
hakimiyyətdə qala bilər. 
Oktyabr inqilabının rəhbəri Lenin doğru olaraq 
Rusiyanı xalqlar həbsxanası adlandırmışdı. Üzeyir 
Hacıbəyov da belə bir əqidədə idi: "Rusiya məmləkə-
tində bərabərlikdən əsər-əlamət yoxdur. Hamı bir göz-
də görünmür. Birinə ehtiramla yanaşılır, digərinə  mə-
həl qoyulmur. Biri qul olur, digəri saray sahibi. Belə 
bir  şəraitdə biz müsəlmanların vəziyyəti hamınkından 
dəhşətlidir". 
Çar Rusiyasında milli məsələ  həlldedilməz bir 
problemə, xroniki bir xəstəliyə çevrilmişdi.  İmperiya-
nın xalqlara eyni gözlə baxmaması, birinə qayğı ilə 
yanaşması, digərinə  təhqiramiz münasibət bəsləməsi 
ölkədə hərc-mərcliyə, xaosa gətirb çıxarmışdı. Bununla 
bərabər, çar hökuməti xalqların mərkəzi hakimiyyət 
əleyhinə birgə mübarizəsinin qarşısını almaq üçün 
onları bir-birindən təcrid edir,  açıq və gizli şəkildə bir-
birlərinə qarşı qoyur, yalançı  təbliğatlarla onlarda bir-
biri haqqında səhv təsəvvürlər yaratmağa çalışırdı. 
Məsələn, onlardan biri tənbəl, digəri xürafatçı, başqa 
birisi xəsis kimi təqdim edilirdi. Hətta xalqların bir-
birini təhqir etməsi üçün onların xəsisliyi, satqınlığı 
haqqında müxtəlif yalan əhvalatlar düzəldib yayırdı. 

 
 
123
Çarizmin bu təfriqəçilik və səhv təsəvvürləri yaymaq-
da  yalnız bir məqsədi var idi - o da özünün qanlı haki-
miyyətini  əbədiləşdirmək. Belə  məşum hadisələrdən 
biri Arazın o tayında ermənilərlə müsəlmanlar ara-
sındakı dava oldu. 
"Molla Həsrəddin" jurnalının birinci sayında bir 
karikatura çəkilmişdi. Həmin karikaturada bir-birinə 
düşmən olan müsəlmana və erməniyə silahı bir çar 
kazakı verir və bunun müqabilində onların hər ikisinin 
cibini boşaldır.  
Bakı  şəhər idarələrinin 1905-ci il qətliamının baş-
laması barədə təhqiqatların və bu münaqişədə rusların 
oynadığı rola aid  (dövlət və ordu idarələrinə aid) 
sənədlərin üzərindən müəmma pərdəsini götürəndə 
məlum olur ki, nifaq və  xəyanət toxumunu ruslar ək-
mişlər. Onlar ermənilər və türklər arasında şayiə yayır-
dılar ki, qarşı tərəf hücum məqsədilə silahlanır və əlavə 
edirdilər ki, polis heç bir halda intiqam əməliyyatlarına 
müdaxilə etməyəcək. Xülasə,  barışıq və asayişi bərqə-
rar etməli olan polis (bəzən hadisələrə müdaxilə etmə-
dən) bir şəxsin həbsi və ya düşmən tərəflər arasında 
dava zamanı  qəsdən yubanmaqla öz niyyətini həyata 
keçirirdi.
1
 
Qafqazın ayrı-ayrı xalqları arasında təfriqə  və 
düşmənçilik siyasəti yürütmək  əvvəldən, bir qədər də 
dəqiq desək, Qafqazın ruslar tərəfindən işğalınadək da-
vam edirdi. "Mərkəzi Asiyada və Qafqazda dəyişiklik-
lərin mahiyyəti" kitabının müəllifləri bu barədə ya-
zırlar: "Rusların azərilərə qarşı diskriminasiya siyasəti 
və onların açıq-aşkar erməniləri himayə etmələri 
                                                 
1
 Bax: R. Rəisniya. Üzeyir və inqilab, səh. 50 

 
 
124
ermənilərlə azərbaycanlılar arasında ictimai və iqtisadi 
ziddiyyətlərin dərinləşməsinə səbəb oldu.  
1872-ci ildə azərbaycanlıların 5 faizi neft çıxarmaq 
hüququ qazandığı halda, ermənilərin səhmi azərbay-
canlılarınkından 10 dəfə çox idi. 167 neft müəssisə-
sindən cəmi 49 kiçik sex azərilərə məxsus idi. 1900-cü 
ildən sonra 115 neft müəssisəsindən 49 kiçik sex 
azərbaycanlıların  əlində olduğu halda, erməni ailələri 
55 orta və böyük istehsal gücünə malik sexə 
yiyələnmişdi. 1900-cü ildən sonra Bakı quberniyasın-
dakı 115 sənaye müəssisəsinin 29 faizi ermənilərin, 
yalnız 18 faizi azərilərin əlində idi. Azərilər rəqabətdən 
tamamilə  kənarda idilər. Baxmayaraq ki, məhsuldar 
qüvvə baxımından azərilər qat-qat çox idilər. Bakı 
fəhlələrinin 17,5 faizi erməni, 70 faizi isə azərbaycanlı-
lardan və başqa millətlərin nümayəndələrindən ibarət 
idi. Erməni  əhalisinin 4,83 faizi böyük iş icraçısı  və 
digər vəzifələrdə çalışırdı. Həmin dövrdə ermənilərin 
39 faizi şəhərlərdə, 61 faizi isə kəndlərdə yaşayırdı. 
Azərbaycanlılarla ermənilər arasında mədəni və 
dini ixtilaflardan əlavə, konflikt yarada biləcək bir sıra 
digər səbəblər də var idi. Məsələn, inkişaf etməkdə 
olan Azərbaycan kapitalizmi erməniləri özü üçün 
maneə hesab edirdi. Üstəlik, azərbaycanlı  fəhlələr də 
erməni iş icraçılarına qarşı birləşməyə məcbur olmuş-
dular".
Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin