AZƏrbaycan miLLİ elmlər akademiyasi z. M. BÜnyadov adına ŞƏRQŞÜnasliq institutu



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix31.01.2017
ölçüsü8,69 Mb.
#7108
1   2   3   4   5   6   7   8   9   ...   14

              
                                                 
1
 Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, səh.115 
2
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.29 

 
 
49
İrəvan sonuncu Səfəvi şahları dövründə 
 
Hicri-qəməri tarixi ilə 1038-ci ildə I Şah Abbas 
vəfat etdi. Həmin ilin cəmadiüssani ayında onun nəvəsi 
Əbu Nəsir Sam Mirzə I Şah Səfi adı ilə  İsfahanda 
hakimiyyətə  gəldi. O, hicri-qəməri tarixi ilə 1041-ci 
ildə İrəvanda hakimlik, Çuxursəddə bəylərbəyilik edən 
Təhmasibqulu xana Azərbaycana basqın edənləri 
cəzalandırmağı əmr etdi. Təmasibqulu xan da  basqın-
çıları darmadığın edərək, onları Diyarbəkrə  qədər 
qovub, qələbəylə geri qayıtdı.
1
 
Osmanlı sultanı IV Murad Şah Abbasın ölümün-
dən sonra Səfəvilər dövlətinin daxilində baş verən qar-
şıdurmalardan istifadə etmək qərarına gəldi. O, Bağ-
dadı, Azərbaycanı işğal etməklə Şah Abbas dövründəki 
məğlubiyyətlərin  əvəzini çıxmaq istədi. Osmanlılar 
Səfəvi dövlətinə qarşı hücuma başlasalar da, onların 
qarşısı alındı. Belə olan halda, Sultan Murad şəxsən 
özü orduya rəhbərlik etmək qərarına gəldi. O, hicri-
qəməri tarixi ilə 1045-ci ildə İrəvana hücum etdi. Şəhər 
Əmirgunə xanın oğlu Təhmasibqulu xan tərəfindən 
Osmanlılara təslim edildi. Bu hadisəyə Osmanlı 
tarixçiləri müfəssəl şəkildə toxunmuşlar. Onlar yazırlar 
ki, IV Sultan Murad Əmirgunənin oğlunun bu 
addımından sonra ona xüsusi diqqət yetirdi. O,  Boğaz 
adlı  məhəlləyə köçdü və  həmin məhəllə bu gün də 
Əmirgunənin oğlunun adı ilə  “Əmirqan” adlanır. 
Osmanlılar  İrəvanı tutduqdan sonra Təbrizə doğru 
hərəkət etdilər. Lakin Sultan Murad Təbrizi işğal edə 
bilmədi,  ətraf kəndlərdə  və  qəsəbələrdə dağıntılar 
törətdikdən sonra İstanbula qayıtdı. 
                                                 
1
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh 29 

 
 
50
Şah Səfi  İrəvanı azad etmək qərarına gəldi. O, 
şəhəri mühasirəyə almaq üçün İsfahandan toplar 
gətirmək barədə göstəriş veridi. Həmin günlərdə 
Xoyda "Baliməz" və ya "Yoldaş" adlanan çox böyük 
bir top da var idi. Baş komandan Rüstəm xanın qardaşı 
Lor hakimi Kəlbəli xan və Əliqulu xan Yasavulla birgə 
həmin topu götürmək üçün Xoya yollandı. Onlar topu 
götürüb  şah ordusuna yetişdilər...
1
İrəvan uğrunda bu 
döyüşlərdə Osmanlı ordusu 22 min nəfər canlı qüvvə 
itkisi vedi. Şəhər yenidən Səfəvilərin ixtiyarına keçdi.
2
 
İrəvan qalasının fəthi ilə bağlı Şah Səfi Xəlil bəy 
Zaxoriyə və Səfdər xana müraciətlə iki fərman imzala-
mışdır. Onların hər ikisi "İranın Qafqazla əlaqələri 
haqqında sənədlər" kitabında çap olunmuşdur. Hicri-
qəməri tarixi ilə 1045-ci ilin zilqəddə ayında imzalan-
mış birinci fərmanda deyilir: "Rum hökmdarı Firənglə 
sülh bağlayan kimi ordusunu götürüb İrəvan qalasını 
ələ keçirməyə gəldi. Şəhərin hakimi Təhmasibqulu xan 
Qacar üzüqaralıq edərək... qalanı onlara təslim etdi. 
Rum hökmdarı da kürəkəni və vəziri Murtəza paşanın, 
o cümlədən digər mötəbər paşa və əmirlərin rəhbərliyi 
altında orada 12 min döyüşçü saxlayıb özü geri qayıtdı. 
O, qalada xeyli hərbi sursat, top və odlu silah da 
saxladı. Bizim hökmdarımız bu xəbəri eşidib, yenidən 
qalanın azad edilməsini  əmr etdi. O, qazilərə qalanı 
mühasirəyə almaq, onu top atəşlərinə tutmaq haqqında 
göstəriş verdi. Qısa müddətdə toplar ön cəbhəyə 
gətirildi, mərmi zərbələri ilə  Şirhacı hasarının divarı 
altındakı taxta döşəmələr dağıdıldı.  Şəvval ayının 17-
də  əsgərlər yürüşə başladı, səhərdən-axşama qədər 
                                                 
1
 Doktor Məhəmməd Əmin Riyahi. Tarix-e Xoy, səh.103 
2
 Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin 
redaktəsi  ilə, I cild, səh.184 

 
 
51
davam edən döyüşdə Murtəza paşa və digər bir neçə 
paşa qətlə yetirildi. Rum əsgərlərinin çoxu həlak oldu, 
qalanları isə  əsir alındılar. Murtəza paşanın qətlə 
yetirilməsi xəbəri (artıq döyüşün üçüncü günü idi) hələ 
digər döyüşçülərə çatmadığından, onlar qalabəyinin 
əmri ilə daha böyük cəsarət və əzmlə döyüşürdülər. Bu 
zaman bizim imanlı qazilər qalanın  ətəyindəki divara 
yaxınlaşıb, orada möhkəmləndilər. Bir qədər keçəndən 
sonra onlar yenidən yürüşə başladı və çətinliklə də olsa 
qala qapılarını aça bildilər. Bundan sonra sayı, təxmi-
nən, beş min nəfər olan paşa və mühafizəçilər qibleyi-
aləmə  pənah gətirib, ondan aman istədilər. Naibi-
humayinimiz cənnəti-məkan ata-babasının cəddinə  
dua-səna edərək həmin insanların malına və canına 
aman verdi. Torpaqların azad edilməsində və dövlətin 
qorunmasında xidmətləri olan şəxslərə şaha layiq diq-
qət göstərilməli, onlar mükafatlandırılmalı, ehtiyacları 
və xahişləri yerinə yetirilməlidir".
1
 
“Şah Səfi tərəfindən  Əmirgunə  ləqəbi almış 
Təhmasibqulu Mirzə IV Sultan Muradın qoşunlarına 
bir müddət müqavimət göstərdi, ancaq sonda İrəvanı 
ona təslim etdi. Bu satqınlıq müqabilində ona Yusif 
paşa ləqəbi verildi. Nəticədə o, Hələbin hakimi və 
vəzir oldu. İrəvanda əsir götürülən Təhmasibqulu tez-
liklə sultanın qəlbinə yol tapıb, onun ən yaxın dostuna 
və munisinə çevrildi. O, sultanın bütün əyləncə  məc-
lislərində  iştirak edir, daim onunla bir yerdə olurdu. 
Ancaq IV Sultan Murad öldükdən sonra onun yerinə 
gələn sultan İbrahim Səfəvi dövlətinə dost münasibəti 
ilə tanınırdı. O, hakimiyyətə gələn kimi Təhmasibqulu 
xanı  Səfəvi dövlətinin Osmanlıdakı  səfirinə  təhvil 
                                                 
1
 Əsnadi əz rəvabet-e İran ba mənateğ-e Qəfqaz, səh.93 

 
 
52
verdi və  səfir də onu Səfəvi hökmdarının  əmri ilə 
İstanbul şəhərində edam etdirdi.     
Hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvan yenidən 
Səfəvi dövlətinin ixtiyarına keçdi. Səfəvilərin nüfuzlu 
şəxslərindən biri ora hakim təyin olundu. Bununla da 
Çuxursəddə  Əmirgunə xanın irsi hakimiyyətinə son 
qoyuldu və bundan sonra Çuxursədə hakimlər Səfəvi 
dövləti tərəfindən göndərildi”.
1
 
A.Bakıxanovun yazdığına görə,  Şah Səfinin 
yanına girov kimi göndərilən kumık  əmiri Surxay 
Mirzənin qardaşı  Əlqas Mirzəyə  Səfiqulu xan ləqəbi 
verilib və o, əmirlər sırasına daxil olduqdan sonra bir 
müddət İrəvanda və Şirvanda hakimlik edib.
2
 
Faruq Sümer də yazır: "Şah Səfi zamanında 
Ağcaqala və Lorinin valisi olan İsa xan Sultan hicri-
qəməri tarixi ilə 1066-cı ildə (miladi tarixi ilə  1656-cı 
ildə) Çuxursəddə də hakimlik etmişdir".  
Şah Səfinin ölümündən sonra onun oğlu II Şah 
Abbas hakimiyyətə  gəldi. O, hicri-qəməri tarixi ilə 
1052-ci ildə taxta çıxdı. Onun hakimiyyəti hicri-qəməri 
tarixi ilə 1077-ci ilə  qədər davam etmişdir. Bu illərdə  
Osmanlı imperiyası Avropa dövlətləri ilə siyasi və 
hərbi konfliktlər yaşadığından, Azərbaycana və o 
cümlədən  İrəvana hücumlar olmamışdır. Lakin II Şah 
Abbasın hakimiyyəti dövründə daxili vəziyyət qeyri-
stabil olmuş  və hakimlər tez-tez dəyişdirilmişdir. 
Çuxursəd bəylərbəyi Məhəmmədqulu xan da bu 
dövrdə tutduğu vəzifədən azad olunmuşdur.  
Hicri-qəməri tarixi ilə 1077-ci ilin rəbiüləvvəl 
ayında II Şah Abbas vəfat etdi və onun oğlu Səfi Mirzə 
                                                 
1
 Əlipur Səfər. Hökumətha-ye məhəlli-ye Qafqaz dər əsr-e Qacar
səh.90 
2
 A.Bakıxanov. Gülüstani-İrəm,  səh.234 

 
 
53
əvvəlcə II Səfi adı ilə taxta çıxdı, lakin çox tezliklə o, 
Şah Süleyman kimi tanındı. Onun hakimiyyəti 
dövründə  də  İrəvan qonşuları  tərəfindən təcavüzə 
məruz qaldı. "Lakin hicri-qəməri tarixi ilə 1089-cu ildə 
(miladi tarixi ilə 1679-cu ilin iyun ayının 4-də)   
İrəvanda güclü zəlzələ baş verdi və şəhər yerlə-yeksan 
oldu. Bundan sonra qala yenidən bərpa olundu və daha 
da genişləndirildi".
1
 
Bu zəlzələdən öncə İrəvanda olmuş məşhur fran-
sız səyyahı J.Şardən  öz "Səfərnamə"sində bu torpaqlar 
haqqında  ətraflı söhbət açmışdır. O, yazır: "İrəvan 
böyük şəhərdir, çoxlu bağları olsa da, çirklidir. Burada 
böyük binalar yoxdur. Ətrafı dağlıqdır.  İki çayı var: 
Biri Zəngi adlanan böyük çay, ikincisi kiçik Qırxbulaq 
çayıdır. Zəngi çayı şəhərin kənarından axır, Qırxbulaq 
isə  şəhərin içindən keçir. Şəhər kənarında yerləşən 
İrəvan qalası da şəhər hesab olunur. Qalanın  əhalisi 
müsəlmanlardan ibarətdir, amma burada ermənilərin 
də dükanları var. Onlar gündüz dükana gəlib, alver 
edir, gecə isə  şəhərə qayıdırlar. Qalanı iki min silahlı 
mühafizə edir. Bir neçə top daim döyüşə hazır 
vəziyyətdə saxlanılır.  İrəvan hakiminin evi qalada 
Zəngi çayının axar-baxarlı yerindədir. 
Burada bir “Narınc” qala da vardır. Orada da bö-
yük toplar qoyulub... İrəvanda ətrafına ağaclar əkilmiş 
dördguşəli böyük bir meydan vardır. Həmin meydanda 
cıdır yarışları keçirilir... Əyalətdə  əkinçilik inkişaf 
edib, burada hər cür ağac və  bitki əkilir.  İrəvanın 
ətrafından axan çayda çoxlu balıq olur, ən çox isə forel 
ovlanır".
2
  
                                                 
1
 Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, səh.185 
2
 Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin 
redaktəsi  ilə, I cild, səh.181 

 
 
54
Şah Süleymanın yeddi oğlu var idi. Böyüyü 
Hüseyn Mirzə idi. Şahın ölümündən sonra (hicri-
qəməri tarixi ilə 1006-cı ildə) əmirlər onu hakimiyyətə 
gətirdilər. Saray əyanları onun qorxaq və  cəsarətsiz 
olmasından istifadə edib hakimiyyəti  ələ almaq 
istəyirdilər. Hüseyn Mirzənin dövründə  Səfəvilər 
sülaləsinin ömür kitabı qapandı  və hicri-qəməri tarixi 
ilə 1135-ci ildə əfqanlar İsfahanı işğal etdilər. 
Əvvəlcə Mahmud Əfqan hakimiyyətə  gəldi. Mü-
layim xarakterə malik olan bu adam bir sıra hadisələr 
nəticəsində son dərəcə  dəyişdi. O, təsəvvürəgəlməz 
dərəcədə vəhşi cəza üsulları tətbiq etməyə başladı. İş o 
yerə  gəlib çatdı ki, vəziyyətdən çıxmaq üçün əfqan 
ağsaqqalları çarə axtarmalı oldular. Onlar Mahmudun 
öz göstərişi ilə zindana atılmış  əmisi oğlu  Əşrəfi 
həbsdən azad edib, onun yerinə taxta oturtmaq qərarına 
gəldilər. Beləliklə,  Əşrəf  Əbdüləziz oğlu hicri-qəməri 
tarixi ilə 1137-ci ilin şaban ayında (miladi tarixi ilə 
1725-ci ilin aprelində)  İsfəhanda taxta çıxdı  və onun 
adına sikkə  kəsildi. Bununla da qısa zamanda 
hakimiyyət uğrunda mübarizə başa çatdı. Əşrəf sultan 
qəsrinə sahib olan kimi Mahmud qətlə yetirildi. 
Hicri-qəməri tarixi ilə 1139-cu ildə (miladi tarixi 
ilə 1726-cı ildə) Osmanlı ordusu ilə Əşrəfin qoşunları 
arasında döyüş baş verdi. Əşrəf məğlub olduğunu 
görüb, qarşı tərəfə sülh təklif etdi. Həmin müqavilənin 
şərtlərinə görə, Səfəvi dövlətinin  əksər  şəhərləri, o 
cümlədən İrəvan Osmanlılara təhvil verilirdi.
1
    
Məhəmməd Kazım Mərvi bununla bağlı yazır: 
"Mahmud  Əfqan  İsfahanda hakimiyyətə  gələn kimi 
Rum hökmdarı Sultan Əhməd paşalara göstəriş verdi 
                                                 
1
 Dr. Məryəm Əmir Əhmədi. Tarix-e ectemai və siyasi-ye İran dər 
əsr-e Səfəvi, səh.100 

 
 
55
ki, İrəvan və Gürcüstandan Təbrizə, Bağdad ətrafından 
Həmədana qədər bütün əraziləri işğal edib, hər şəhərə 
hakim və amil təyin etsinlər. Növbəti ildən isə bu 
şəhərlərin gəlir və məhsulları hesablansın".
1
  
 
 
İrəvan Nadir şah Əfşar dövründə 
 
Hicri-qəməri 1135-ci ildə, yəni Mahmud Əfqan 
İsfahana yaxınlaşdığı günlərdə dövlət adamları vəliəhd 
Təhmasib Mirzəni atasına kömək üçün Qəzvinə gön-
dərdilər. O, ordu toplayıb  əfqanlarla döyüşə girişməli 
idi. Təhmasib Mirzə də əvvəlcə Qacarqəvanlu əyaləti-
nin hakimi  Fətəli xanı sarayın səlahiyyətli nümayən-
dəsi və  əmirlər  əmiri təyin etdi.  Bu zaman Nadirin 
qəhrəmanlıqları barədə  məlumat alan vəliəhd ona it-
tifaq təklif etdi. Nadir də onun yanına gələrək “Təh-
masibqulu xan” ləqəbini qəbul etdiyini bəyan etdi.  
Təhmasibqulu xan hicri-qəməri tarixi ilə 1143-cü 
ilin məhərrəm ayının birində öz qoşunu ilə Azərbay-
cana daxil olaraq  Savucbulağı, Marağanı, Dehxarqanı 
azad etdi. Məhərrəm ayının 27-də isə o, Təbrizə daxil 
oldu və sonra İrəvanı mühasirəyə almağa yollandı. 
Ancaq burada olarkən  əfqanların Məşhədə hücum 
etməsi xəbərini eşitdi. Buna görə  də Osmanlılarla 
məsələni yarımçıq qoyub, dərhal Təhmasibin Məşhəd-
də hakimlik edən 12 yaşlı  oğlu Rzaqulu Mirzənin 
köməyinə tələsdi. 
 
                                                 
2
 
Aləmaraye-Nadiri, səh.1050 

 
 
56
Nadirin  Şərqə yürüşündən 
sonra Şah Təhmasib ona tam 
arxayın olaraq özü 18 minlik 
ordu ilə  Səfəvilər dövlətinin 
qərb torpaqlarının azadlığı 
uğrunda mübarizəyə başladı. 
O, hicri-qəməri tarixi ilə 
1143-cü ilin cəmadiül-əvvəl 
ayında  İsfahandan Təbrizə 
gəldi. Sonra İrəvana yönələ-
rək, şəhərin yaxınlığında Os-
manlılara ağır zərbə endirdi. 
Təkcə bir döyüşdə osman-
lıların 9 minə yaxın döyüşçü-
sünü sıradan çıxarıb,  İrəvanı 
mühasirəyə aldı.
1
 
       
Məhəmməd Kazım Mərvi yazır: "Marağa və  Təbriz 
ətrafındakı  məntəqələri mübarək qədəmləri ilə şərəflən-
dirən hökmdar arxada qalan qazilərin və igidlərin gəlib 
onlara yetişməsi üçün çadır qurub bir neçə gün gözlə-
məyi  əmr etdi. Bu zaman Təbriz, Marağa, Urmiyadan 
başqa, Azərbaycanın İrəvan, Gəncə, Şirvan kimi şəhərləri 
də Osmanlıların  əlində idi. Buna görə  də hökmdar əv-
vəlcə İrəvana gedib Çuxursəd əyalətini işğal altında sax-
layan Əli paşa Həkim oğlunu cəzalandırmaq, İrəvandakı 
qalaları azad etmək, sonra digər Azərbaycan şəhərlərinə 
yollanmaq fikrində idi. 
...Səhəri gün padşah  Əfrasiyaba bənzər  əmirlərlə 
birgə hərəkətə keçib, qalanın dövrəsinə yetişdi və ətrafı 
seyr etməyə başladı. Qalanın möhkəmliyinə  və 
dözümlülüyünə söz ola bilməzdi. Qibleyi-aləmin kə-
                                                 
1
 Abbas İqbal Aştiyani.  Tarix-e mofəssəl-e İran, səh.716 

 
 
57
məndi kimi yolu kəsən firuzəyi hasar göyün doq-
quzuncu qatına yüksələrək, insanda vahimə oyadırdı. 
Hasar uca dağa, qarşısındakı    xəndək isə uçuruma 
bənzəyirdi".
1
 
"Osmanlılar  şahı çaşdırmaq üçün İrəvan qoşun-
larının başçısı  Əli paşanı  və Bağdad hakimi Əhməd 
paşanı  həmin dövrdə yiyəsiz qalmış  İraqi-əcəmi işğal 
etməyə göndərdilər. Buna görə  də  Şah Təhmasib 
özünü dərhal Həmədana çatdırdı və Kürdxan kəndində 
Osmanlı qoşunu ilə üz-üzə  gəldi.  Əhməd paşa bir 
müddət  şahın başını sülh danışıqları ilə qataraq,  
qəflətən Səfəvi ordusuna hücum etdi. Şah Təhmasib və 
sərkərdə    Məhəmməd xan Bəluc ağır itkilərə  məruz 
qaldılar.  Əhməd paşa Kirmanşahı  və  Həmədanı,  Əli 
paşa isə Marağa və Təbrizi ələ keçirdi. Şah Təhmasib 
İsfahana qayıtmalı oldu. 
Ancaq  Əhməd paşa Nadirdən çox qorxurdu və 
buna görə  dərhal sülh danışıqlarına başladı. Bağdadda 
imzalanan həmin sülh müqaviləsinə görə,  Şah Təhma-
sib Təbrizi, Ordulanı, Loristanı, Kirmanşahı saxlamaq 
şərti ilə, Arazın sol sahilini, yəni Gəncəni, Tiflisi, İrə-
vanı, Naxçıvanı, Dağıstanı Osmanlılara güzəştə gedirdi. 
...Bu zaman Herat cəbhəsində  də müharibə 
gedirdi. Müəyyərülməmalik  Şah Təhmasiblə  Əhməd 
paşa arasında bağlanmış  müqaviləni imzalamaq üçün 
Nadirə  gətirdi. Təhmasibqulu xan bərk qəzəbləndi və 
müqaviləni imzalamaqdan imtina etdi. O, Osmanlı 
səfiri vasitəsilə  Əli paşaya belə bir ultimatum gön-
dərdi: Ya Səfəvi dövlətinin bütün vilayətlərini qaytar, 
ya da müharibəyə hazırlaş. Özü isə Heratı azad 
edəndən sonra Bağdada yola düşdü. 
                                                 
1
 Aləmara-ye Nadiri, səh.209 

 
 
58
...Qeyd etdiymiz kimi, Nadir əfqanlara qarşı döyüş-
düyü müddətdə Osmanlı əsgərləri İrəvanın dörd qalası-
nı, Gəncəni, Qarsı, Tiflisi işğal etmişdilər. Nadir bu 
dörd qalanı azad etmədən öncə Osmanlı əskərlərini hə-
min ərazilərdən qovub çıxara bilməzdi. O, qalaların mü-
hasirəsi ilə  məşğul olduğu vaxt Abdullah paşa Səfəvi 
ordusuna hücum etmək üçün 7 min süvari və 50 min 
piyada qoşunla İrəvan yaxınlığına gəldi. Tərəflər Bağa-
vurd düzənliyində (bəzən tarixçilər Murad təpəsi də 
yazırlar) üz-üzə dayandılar. Təhmasibqulu xan hicri-
qəməri tarixi ilə 1148-ci ilin məhərrəm ayının 26-da 
Osmanlı qoşununa ağır zərbə endirdi. Abdullah paşanın 
və Diyarbəkr paşasının komandanlığındakı olan ordu 5 
min döyüşçü itirdi. Bu qələbədən sonra Gəncə və Tiflis 
təslim olsa da, İrəvan və Qars  müqavimət göstərməkdə 
davam edirdi”.
1
 
Osmanlı böyükləri Bağdad valisi Əhməd paşaya 
Təhmasibqulu xanla sülh müqaviləsi bağlamağı  əmr 
etdilər. Əhməd paşa Qarsın Osmanlıların əlində qalma-
sı şərti ilə İrəvanı qaytarmağa hazır olduğunu bildirdi. 
Beləliklə, hicri-qəməri tarixi ilə 1148-ci ilin əvvəllə-
rində Osmanlılarla  Nadir arasında (Nadir tərəfindən 
Babaəli məsul olmaqla) sülh müqaviləsi imzalandı. Be-
ləliklə, Səfəvilər dövlətinin qərb və  şimali-qərb 
vilayətləri geri alındı. 
Məhəmməd Kazım Mərvi yazır: "Amma xoşbəxt 
ulduzlu naib o qələbədən sonra İrəvan istiqamətinə 
yollanmağı lazım bildi və yol tədarükünə başladı. Köç-
köç dalınca  İrəvana yola düşdü. Nadir o yerlərdəki 
yaylaqda şah çadırı qurub, qeybdən xoş səda gözlədi.  
                                                 
1
 Abbas İqbal Aştiyani. Tarix-e mofəssəl-e İran, səh.716 

 
 
59
Bu xəbəri eşidən İrəvan hakimi Həsən paşa 30 min 
süvari ilə döyüşə hazırlaşdı. Xoşbəxt ulduz sahibi 
rumluların cəsarətini və şücaətini görən kimi təcrübəli 
əmirlərə - Əliqulu bəyə,  əmir Aslan xana, İmamverdi 
xan Qoroğluya göstəriş verdi ki, onları dəf etsinlər.  
Fərman sahibi döyüşün gedişində öz qazilərini də 
həmin süvarilərin üstünə yönəltdi. Döyüş  şiddətləndi. 
Savaşda sonsuz çətinliklər olsa da, ilahinin lütf nəsimi 
Nadirin bayrağının üstünə  əsdi və düşmənlər  İrəvana 
tərəf qaçmağa başladılar... Xoşbəxt ulduz sahibi 
onların malını  və döyüş  qənimətlərini qazilərə 
bağışlayıb, görkəmli sərkərdələrini mükafatlandırdı. 
Eyş və sevinc səsi göyə yüksəldi.  Ancaq Abdullah pa-
şanın Gəncə yaylağına gəlməyə hazırlaşması  xəbərini 
eşidib neçə gün orada dayandı...".
1
 
"Nadirin döyüşçüləri Arpaçayın kənarına qədər 
irəliləyib, həmin bölgədəki yerləri yenidən geri aldılar. 
Nadir  əkin-biçinin artırılması, su arxlarının təmizlən-
məsi və xarabalıqların abadlaşdırılması üçün fərman 
verdi".
2
  
İrəvanın fəthindən bir neçə ay əvvəl Nadir şahın 
Gürcüstan çarına xitabən verdiyi fərmanda  İrəvan 
hakimi Məhəmmədqulu xanın da adı çəkilmişdir. Fər-
manın mətni belədir: “Bu bölgənin tabeliyimizdə ol-
masını bildirməsini qiymətləndiririk. Bu müddət  ər-
zində körpü başında olan Marağa hakimi baş sərkərdə 
Əliqulu xan, Əlişəkər dairəsinin bəylərbəyi Mustafa 
xan və  İrəvan bəylərbəyi Məhəmmədqulu xana 
göstəriş verdi ki, 2000 nəfərlə yanaşı suyu keçib, 
yolüstü aliqədr Nəcəfsultan Qaraçorluya Caruf eli 
əhalisini cəzalandırmaq üçün yardım lazım olsa, ona 
                                                 
1
 Aləmara-ye Naderi, səh.392 
2
 Nadir şah. Kəsrəvinin müqəddiməsi ilə, səh.41 

 
 
60
yardım edin. Sonra Tiflis və Gürcüstanın aliməqam 
sərdarı İslamış xanın yanına gəlib, bir-birləri ilə birləş-
sinlər. Tiflis qalasını tutub, müxalifləri cəzalandırsın-
lar. Hər halda, xatircəməm ki, öz xidməti işlərində səy 
edib və  mətləblərini bildirib, himayə edildiklərindən 
əmin olsunlar".
1
 
İrəvanın fəthindən bir qədər sonra hicri-qəməri 
tarixi ilə 1148-ci ildə Nadir Muğan çölündə tacqoyma 
mərasimi keçirdi. Həmin mərasimdə  İrəvan xanı da 
iştirak edirdi. Abraham Qatiqusun xatirələrində deyilir: 
“İrəvan xanına fərman gəldi ki, təzə ayın  əvvəlində 
(şaban) hazırlaşıb, rəcəb ayının 28-də (24 sentyabr) 
yola düşsün və şabanın 29-da Muğan düzünə yetişsin". 
Hicri-qəməri tarixi ilə 1149-cu ildə Azərbaycanda, 
o cümlədən  İrəvanda taun xəstəliyi tüğyan edirdi. 
Mərvinin yazdığına görə, onlar iki mənzil qət edib, 
Şəmsəddinli məhəlləsində, Xalxanə  qəsəbəsində din-
cəldilər. Bu vaxt Gürcüstandan da bir neçə nəfər gəlib 
çıxdı və onlar bildirdilər ki, Tiflisə və Gürcüstanın di-
gər mahallarına vəba və taun yayılıb. Uca xaliqin bən-
dələri orada bir neçə gün mehribanlıqla baş girələdilər 
ki, birdən o dərmansız dərd və Allahın qəzəbi o yerlərə 
gəlib çıxar.  Əksəri  Şamaxı  və  İrəvan  şəhərlərinin, 
Yengicə qalasının, Qarabağın, Qaradağın qazilərindən 
ibarət olan Allahın bəndələri sonuncu səadət pilləkəni-
nə ayaq qoymağa hazırlaşarkən onlara öz vilayətlərinə 
qayıtmaq barədə icazə verildi. Qazilər sıraları genişlə-
nə-genişlənə İrəvanın Göyçə yaylağına qalxdılar və bir 
neçə gün həmin yaylaqda qaldılar ki, bu müddət 
ərzində taun xəstəliyi  İrəvan  şəhərindən keçib getsin. 
Həmin diyarın bəylərbəyi olan Məhəmmədrza xan 
                                                 
1
 Əsnadi əz rəvabet-e İran ba mənateğ-e Qəfqaz, səh.120 

 
 
61
Pesakuhi  Astanaya gəlib dərgahı öpmək fikrində idi. 
Ancaq hesabül-əmr həmin yerlərdə vəba və taun yayıl-
dığı üçün bəylərbəyinin gəlişinə ehtiyac olmadığını 
bildirdi.  Məhəmməd Rza xan ordunun yanından 
məyus və məhrum qayıdaraq Çuxursədə yola düşdü.
1
  
“Nadir  şah 1156-cı ildə Dağıstandan qayıtdıqdan 
sonra Qurban bəy Özbəyi və Məhəmmədrza xan Əfşarı 
İrəvan mülkünə  sərdar təyin etdi. O, həmin  şəxslərə 
sərhədlərin və adı  çəkilən qalanın  əsaslı  şəkildə  təmir 
edilməsini, ordunun hazırlığını yüksəltməyi tapşırdı. 
Şahın fərmanında deyilirdi ki, düşmən həmin  ərazidən 
keçdiyi təqdirdə  sərdarlar onun qarşısını almağa çalış-
malı və cahanaraya ürəklə xidmət etməlidirlər. Əgər bu 
işin öhdəsindən gələ bilməsələr,  İrəvan qalasında 
gizlənib, müqəddəratlarının həll olunacağı anı gözləmə-
lidirlər. Arzu edənlər çoxdur, bu diyarın hakimliyinə 
namizəd olacaq kifayət qədər mötəbər sərkərdə vardır".
2
 
Padşah İrəvanın əhəmiyyətli mövqeyini nəzərə alıb, 
oranı  Aşur xan Sərdara da tapşırdı. Hicri-qəməri tarixi 
ilə 1156-cı ildə Sam Mirzənin iğtişaş törətdiyini görüb 
Aşur xana onun fitnəsinin qarşısını almağı əmr etdi.  
Mərvi yazır: "...Hökmdar İrəvanda yaşayan Aşur 
xan  Əfşarı Azərbaycanın sərdarı  təyin etdi. Ona 
tapşırdı ki, düşmən hansı səmtdən gəlsə, qarşısını alıb 
saxlamağa çalışsın...".  
"Xoya düşməni cəzalandırmaq üçün gedən Nadir 
şahın yaxınlarının sırasında İrəvan sərdarı Aşur xan da 
var idi".
3
 
İrəvanın Göycə yaylağı Nadir şahın sevdiyi yer idi. 
O, burada  tək dincəlmiş, həm də  oğlunun və qardaşı 
                                                 
1
 Aləmara-ye Nadiri, səh.657 
2
 Yenə orada, səh.47 
3
 Yenə orada, səh.1039 

 
 
62
oğlunun toyunu Göyçə yaylağında etmişdi. Bu barədə 
"Aləmaraye-Nadiri"də oxuyuruq: "Qələbə taleli 
hökmdar Gürcüstana gedəndə  İrəvanın Göyçə yayla-
ğında şah çadırı qurdurdu... Onun qəlbində gizli bir ar-
zu - görkəmli şahzadə İmamqulu Mirzəni və qardaşının 
adını verdiyi İbrahim xanı evləndirmək fikri baş 
qaldırdı. Buna görə  də Humayunun hökmü ilə toy 
hazırlığına başlandı. Bir neçə gün Göyçə yaylağında 
şadyanalıq məclisi və toy-büsat düzənləndi. Bu iş başa 
çatandan sonra Xorasanı idarə etmək hüququnu 
şahzadə  İmamqulu Mirzəyə,  İraqdakı vacib intizam 
məsələlərini isə İbrahim xana tapşırdı".
1
  
Nadir  şah hicri-qəməri tarixi ilə 1169-cu ildə 
(miladi tarixi ilə 1747-ci ildə) Quçan qalasına sığınmış 
kürdlərin qiyamını yatırmaq üçün həmin istiqamətə 
doğru hərəkət etdi və Quçanı  ələ keçirərək orada da-
yandı. Həmin il cəmadiülaxir ayının 11-də (bazar 
günü) qərara aldı ki, ona qarşı sui-qəsddə şübhəli bili-
nən yaxın adamları  ələ keçirsin və sabahı gün onları 
edam etdirsin. Amma əks tərəf daha uzaqgörən olub, 
gecə ikən Nadirin özünü qətlə yetirdi. Qatillər arasında 
Məhəmməd bəy Qacar İrəvani də var idi. Mirzə Mehdi 
xan Astarabadi bununla bağlı yazır: 
 
Gecə başında qətl və qarət fikri var idi, 
Amma səhər nə bədənin başı, nə də başın tacı var idi. 
Nilufər çarxın bir dəfə fırlanmağı ilə  
Nə Nadir hakimiyyətdə qaldı, nə də onun izi. 
 
Nadirin qətlindən bir neçə saat sonra onun 
ordusundan və sarayından heç bir əsər-əlamət qalmadı 
                                                 
1
 Aləmara-ye Nadiri, səh.869 

 
 
63
və nəticədə, Azərbaycanın müxtəlif vilayətlərində xan-
lıqlar adı ilə müstəqil və yarımmüstəqil hakimiyyətlər 
yarandı. Onlardan biri də  İrəvan xanlığı oldu. Bu 
xanlıq "Ağrı dərəsində və Göyçə gölü ətrafında yerlə-
şirdi. O, Araz çayından tutmuş  cənubi-qərbə  qədər 
geniş bir ərazini  əhatə edirdi. İrəvan xanlığının möv-
cud olduğu illərdə  həmin yerlər dəfələrlə Osmanlı, 
İran, Kartli-Kaxeti arasında münaqişə meydanı olmuş-
du. İrəvan şəhəri də tez-tez hücumlara sinə gərmişdi".
1
 
“Bu xanlığın hakimiyyəti altında olan ərazi 12 
mahala bölünürdü. Xanın sarayı bir vəzir və bir neçə 
mirzədən ibarət idi. Qoşuna rəhbərliyi xan öz üzərinə 
götürmüşdü. Bu xanlığın  əhalisi  əkinçilik, bağçılıq, 
bostançılıq və heyvandarlıqla məşğul olurdular".
2
 
Nadir  şah öldürüləndən sonra Qacar tayfasının 
başçılarından olan Hüseynəli xan Qacar İrəvani, yəni 
Qacar Əfşar Çuxursəd vilayətinin hakimi oldu. Şahid-
lərinin yazdığına görə, o, əvvəldən həmin yerlərin bö-
yüklərindən biri olmuşdu. Nadirin hakimiyyəti devri-
ləndən sonra digər yerlərin böyükləri kimi müstəqil 
hakimiyyət təsis etməyə başladı.
3
 
XVIII əsrin ikinci yarısında İrəvan xanlığı iqtisadi 
baxımdan xeyli inkişaf etsə də, siyasi baxımdan hələ o 
qədər möhkəm deyildi.
4
  
Hicri-qəməri tarixi ilə  1162-ci ildə (miladi tarixi 
ilə 1749-cu ildə) Gürcüstan çarı  İrakli Hacı  Çələbini 
aradan götürmək üçün müşavirə keçirmək adı ilə gən-
cəli Şahverdi xan, qarabağlı Pənahqulu xan, qaradağlı 
                                                 
1
 Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, səh.185 
2
 Azərbaycan ensiklopediyası. İrəvan xanlığı bölməsi. 
3
 Bax:  Əlipur Səfər. Hökumətha-ye məhəlli-ye Qafqaz dər  əsr-e 
Qacar, səh.90 
4
 Bax: Azərbaycan ensiklopediyası. İrəvan xanlığı bölməsi. 

 
 
64
Kazım xan, irəvanlı Hüseynəli xan, naxçıvanlı Heydər-
qulu xanla Gəncənin qərbində görüşüb, onların hamı-
sını bir yerdə əsir götürdü. Bu xəbəri eşidən Hacı Çələ-
bi  şücaəti ilə ad çıxarmış  Ağarza bəylə ittifaqa girib,  
Gəncənin yarım fərsəngliyində Qızılqaya adlalan yerdə 
onu məğlub edib, adları çəkilən xanları azad etdi.
1
 
XVIII  əsrin ortalarında Urmiya xanlığının rolu 
artmağa başladı. Onun qurucusu Fətəli xan Əfşar öz 
rəhbərliyi altında Azərbaycanda mərkəzi hakimiyyət 
yaratmağa çalışırdı. O, bu planı gerçəkləşdirmək məqsə-
dilə hərbi qüvvələri gücləndirmək üçün bir sıra tədbirlər 
gördü. Fətəli xan Nadir şahın sabiq sərkərdələrindən 
birini 15 minlik əsgərlə öz tərəfinə  çəkməyə müvəffəq 
oldu. Azad xan da Xoy hakimi Şahbaz xanın himayəsin-
də idi. Fətəli xan Təbriz, Marağa, Qarabağ xanlarını və 
kiçik hakimlərdən bir qrupunu özünə tabe edə bildi. O, 
bəzi xanlarla ittifaq bağlayandan sonra bütün Qafqazda 
öz hakimiyyətini genişləndirib, İrəvana, Qarabağa, Ka-
xetiyə  (Şərqi Gürcüstana) nümayəndə göndərərək, on-
lardan tabe olmaq əlaməti kimi öz girovlarını göndər-
məyi tələb etdi. Nümayəndələr adı çəkilən hakimlərdən 
mənfi cavab gətirdilər. Bu əhvalatdan sonra döyüş 
əməliyyatları başlandı. Miladi tarixi ilə 1751-ci ilin 
baharında Fətəli xanın ordusunun böyük bir hissəsi 
İrəvan qalasına yaxınlaşıb, onu mühasirəyə aldı. Lakin 
Kaxeti hakimi II İrakli  İrəvanda mühasirəyə düşənlərə 
kömək məqsədi ilə xeyli hərbi qüvvə göndərdiyi ücün, 
Urmiya qoşunları  İrəvanı buraxıb, Kaxetiyə üz tutdu. 
Tərəflər arasındakı döyüşdə Urmiya ordusu qalib gəldi 
və Kaxeti hakimindən girov və qənimət aldı.
2
 
                                                 
1
 Bax: A.Bakıxanov. Gülüstani-İrəm, səh.161 
2
 Bax:  Azərbaycan tarixi. Tərcümə edən: Doktor Nəsrulla  İshaqi 
Bayat, I cild, səh.125 

 
 
65
Kərim xan Zənd Azad xan və Fətəli xanla mübarizə 
üçün Azərbaycana gələndə  İrəvan hakiminə  təzyiq 
göstərib, onun döyüşçülərini öz qüvvələrinin tərkibinə 
birləşdirdi. O, Urmiya şəhərini işğal edib, Əfşar höku-
mətini devirdi. Kərim xan Azərbaycan  əmirlərini tabe 
etdikdən sonra diqqəti Zəki xan Zəndə yönəltdi. Buna 
görə  də öz qoşunu ilə  İraqi-Əcəm tərəfə yollandı. Bu 
yürüşdə o, Azərbaycanın,  Şirvanın yerli hakimlərini, 
onlara bağlı adamların çoxunu özü ilə apardı. Tarixçi-
lərin yazdığına görə, Hüseynəli xanın əmisi oğlanları da 
Kərim xanın məcburi döyüş  dəstəsində idilər. Müəllim 
Rozuy "Məcməüt-təvarixe-Gülüstanə"  əsərinə yazdığı 
şərhində Hüseynəli xanı  Kərim xan Zəndin məcburi 
yoldaşları sırasında qeyd etmişdir.
1
 
Kərim xanın ölümü ilə  əyalətlərin mərkəzi Zənd 
hökuməti ilə əlaqələri qırıldı və Azərbaycanda hər şə-
hərin hakimi istiqlal təbili çaldı,  aralarında çəkişmələr 
başlandı. Bu arada Əhməd xanın bariz şəxsiyyəti (Xoy 
hakimi) daha qabarıq göründü. 
Birinci təhlükə hicri-qəməri tarixi ilə 1193-cü ildə 
Gürcüstan valisi İrakli tərəfindən yarandı. O, İrəvanı 
işğal etmək fikrinə düşmüşdü.  İrəvan bəylərbəyi 
Hüseynəli xan Ziyad oğlu Əhməd xandan kömək istə-
di. Gürcülərdən gələn təhlükənin qarşısını almaq üçün 
Əhməd xan Xoydan aralıda və Təbriz hakimi Nəcəfqu-
lu xan isə Arpaçayın sahilində qərargah yaratdı. İrakli 
bu hazırlıq barədə  xəbərləri eşidib,  İrəvandan  əlini 
çəkdi və Tiflisə qayıtdı.
2
  
Hüseynəli xanın hakimiyyəti dövründə onun gös-
tərişi ilə İrəvanda Göy məscid tikildi. Əsgər Zeynalov 
                                                 
1
 Bax:  Azərbaycan tarixi. Tərcümə edən: Doktor Nəsrulla  İshaqi 
Bayat, I cild, səh.125 
2
 Bax: Doktor Məhəmməd Əmin Riyahi. Tarix-e Xoy, səh.163 

 
 
66
bu barədə yazır: "Həm Bakı, həm Gəncə, həm də 
İrəvan Azərbaycanın qədim  şəhərlərindəndir. Miladi 
tarixi ilə 1760-cı illərdə... Hüseynəli  İrəvan xanı idi... 
Bir gün səhər təzəcə yuxudan duran xalq maraqlı bir 
mənzərə ilə üzləşdi. Şəhərin ortasından daş karxanası-
na gedən yolun bir tərəfinə yonca, digər tərəfinə arpa 
tökülmüşdü. Yükləri daş olan ulaqlar daş karxanasın-
dan qayıdanda yonca yeyirdilər. Ulaqlar əziyyət çək-
məsin deyə şallaqlar parçadan tikilmişdi. Bu, Hüseynə-
li xanın tədbiri idi. Xalq onu mehriban və səxavətli bir 
insan kimi tanıyırdı. Bu həmin Hüseynəli xan idi ki, 
bayram günlərində  İrəvandakı  təpənin başına qalxar, 
əlini alnının üstünə qoyub şəhərə baxardı. Hansı evdən 
tüstü qalxmazdısa nökərini çağırıb deyərdi ki, bu düyü 
və kişmişi apar həmin evə ver. Qoy o evin də dudke-
şindən tüstü qalxsın. Onun kəlamlarından biri zərbül-
məsələ çevrilib: "Yalnız qışda içdiyim su ürəyimə 
yatır, çünki hamı bu soyuq sudan içə bilir".
1
 
Hüseynəli xan hakimiyyətə gələndə, təxminən, 160 
il idi ki, İrəvan xanlığı mövcud idi. Türk tarixçisi 
İ.Peçevinin yazdığına görə, İrəvan xanlığının bünövrə-
si miladi tarixi ilə 1604-cü ildə qoyulub.  
Hüseynəli xan qayıdıb, keçmişə  nəzər salmaqda 
idi... O illər ki, onun ata-babaları  İrəvanda hökmranlıq 
etmişdilər. Onun ataları özlərindən elə bir əsər yadigar 
qoymuşdular ki, tarixdə əbədi qalacaqdı. Hüseynəli xan 
yaxşı başa düşürdü ki, tale ona yaxşı bir fürsət yaradıb 
və o, bu fürsətdən istifadə etməlidir. Buna görə  də 
Hüseynəli xan əcdadlarının adını yaşatmaq məqsədi ilə 
kisənin ağzını açıb,  İrəvanda  bir məscid tikmək qəra-
rına gəldi. O, ustaları sənət beşiyi olan Təbrizdən dəvət 
                                                 
1
 
Doktor Məhəmməd Əmin Riyahi. Tarix-e Xoy, səh.184 

 
 
67
etdi. Çünki Qahirədə, Şamda, Heratda, İstanbulda, Deh-
lidə, Bağdadda və ümumiyyətlə, Şərqdə elə bir qiymətli 
memarlıq nümunəsi ola bilməzdi ki, orada Təbriz 
memarlıq məktəbinin nümayəndələrinin  əllərinin izi 
olmasın. Düşmənlər elə ki, Təbrizi dağıdardılar, ilk 
növbədə, onun sənətkarlarını öz ölkələrinə aparardılar.  
Sənətkarlar işə başladılar. Torpağı qazıb tikintinin 
bünövrəsini qoydular. İş sürətlə gedirdi. Lakin bir gün 
səhər tezdən şəhərə xəbər yayıldı ki, ustalar  gecə ikən 
qaçıblar.  Əlacsız qalan Hüseynəli xan bilmədi, nə 
etsin. Başqa ustalar çağırdı. Onlar gəlib  əvvəlki 
tikintini görəndən sonra çiyinlərini çəkib getdilər. 
Yenə bir dəstə  gəldi, onlar da binanın strukturundan 
baş aça bilmədilər. Hüseynəli xanın  əli hər yerdən 
üzüldü. Birdən qeyri-adi bir  hadisə baş verdi. Təbrizli 
ustalar qayıdıb gəlmişdilər. 
Hüseynəli xan qəzəbli halda onlardan indiyədək 
harada olduqldarını soruşdu. Ustalar dedilər: "Bir il 
vaxt lazım idi ki, bünövrə yaxşı bitişsin. Bilirdik ki, 
sən bu qədər gözləməyə razı olmayacaqsan, ona görə 
də gizlicə qaçdıq. İndi həmin müddət başa çatıb və biz 
qayıtmışıq".  
Hüseynəli xan başqa bir söz demədi. 
Binanın tikintisi davam etdi... Təbrizdə 1465-ci 
ildə tikilmiş Göy məsciddən, təxminən, üç əsr keçən-
dən sonra İrəvanda da Göy məscid ucaldı. Məscidin 
dörd minarəsi vardı. Üstündən illər keçəndən sonra da 
o öz gözəlliyi ilə insanları heyrətləndirməkdə idi. 
Tarixçi Məhəmmədov yazır: "Hüseynəli xanın oğlu 
Göy məscidin aynalı salonunu tikdirdi və  məşhur 
rəssam Mirzə  Qədir  İrəvani məscidin divarında bəzi 
heyvanların  şəklini çəkdi. Onun həyətində hovuz var 
idi və hovuzun içərisindəki fəvvarələr 1-1,5 metr 

 
 
68
hündürlüyünə su vururdu. Nəziri olanlar bəzən qənd 
gətirib hovuza tökürdülər. Çünki camaat ondan şərbət 
kimi istifadə eləyirdi. Əsrin ziyalıları da Göy məsciddə 
toplaşırdı. XX əsrin 30-cu illərinə qədər İrəvanda Mir-
zə Hüseyn ağa adlı bir alim yaşayıb. O, həmişə Göy 
məsciddə oturardı. XX əsrin  əvvəllərində onu Kazan 
və Peterburq universitetlərinə  dəvət etmişdilər.  Ən 
qüdrətli dilçilər Mirzə Hüseyn ağanın yanına gəlib, 
ərəb dilinin qrammatikasını ondan öyrənərdilər. Türki-
yədən alimlər onun yanına gələrdilər. O, xoş  təbli bir 
şair idi. Mirzə Hüseyn ağa 1937-ci ilin repressiyaları 
zamanı qətlə yetirildi. 
Hal-hazırda  İrəvanın Göy məscidinin təkcə bir 
günbəzi və 8-10 hücrəsi var. İrəvanda və bütövlükdə 
Ermənistanda azərbaycanlıların əli ilə yaradılmış tarixi 
əsərləri Azərbaycanın memarlıq nümunələrindən 
ayrılıqda saymaq mümkün deyil. Buna görə  də onlar 
haqqında yazmaq hamımızın vəzifəsidir. Lakin böyük 
təəssüf hissi ilə bildirirəm ki, bu sahədə heç bir iş 
görülməyib.  İrəvanın Göy məscidi  Şərqin digər 
məscidlərindən heç də geri qalmır".
1
 
Xatırlatmaq lazımdır ki, "İrəvandakı Göy məscidin 
əsas dairəvi günbəzindəki yazıları hicri-qəməri tarixi 
ilə 1180-ci ildə Mir Mürtəza Təbrizi və Qaffar Ovcani 
adlı iki sənətkar yazmışdır".
2
 
                                                 
1
 Bax: "Ərk" qəzeti (Təbriz), 23.10.1381 hicri-şəmsi ili 
2
 "Salam" qəzeti, 20.10.1375-ci il 

 
 
69
         
 
Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin