İrəvan qalası
İrəvan qalası memarlıq baxımından da Şərqin
türk məntəqələrinin mühüm mədəniyyət abidələrindən
hesab olunur. Qalanın 50-60 bürcü olmuşdur. XVIII
əsrin nadir və qiymətli incilərindən olan Xan sarayı və
Göy məscid kimi bu qala da səyyahları həmişə heyrətə
salmışdır. Qaladan əlavə, burada 7 məscid, 2-3 mərtə-
bəli evlər, kişi və qadın hamamları, xeyli sayda kar-
vansaralar və digər abidələr olub. İrəvanın Gürcü,
Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacəli karvansara-
larının hər birində onlarla dükan fəaliyyət göstərirmiş.
1
Bostan meyvələri ilə dolu
Bazarı, yeməkxanası, ticarət sıraları var idi.
Hamı gözüaçıq və xoşagələn təb əhli idi,
Hamı xaliqin lövhəsindəki yazıya bənzəyirdi
1
Bax: Ə.Ələkbərli.
Qədim türk-oğuz yurdu Ermənistan. “Sabah”,
Bakı, 1994, səh.186
16
Hamı tədbirli idi.
Qüdrətli yaradanın baş nüsxəsinə bənzəyirdi.
Hamı Evkilidin çəkdiyi rəsm kimi xoşa gəlirdi.
Hamı ürəkaçan savad sahibi idi.
Dükan və qapalı bazarda xətir-hörmət
tuturdular.
Evlərdə əziz qonaq kimi “xoş gəldin” deyir və xoş
üz göstərirdilər.
Çaharbazar sanki Səfahan (klassik musiqinin
melodiyası) səsidi.
Hər tərəf hind və Turan,
Nəfis Rum və İran malları ilə dolu idi.
Ürəklə və canla satılan malları alırdılar,
Çünki yaxşı mallar ucuz satılırdı.
(Qüdsi)
İrəvan qalası haqqında söhbət açan bir çox səyyahlar
və tədqiqatçılar buranın yer adlarını da qeyd etmişlər:
Məhəllələr: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Da-
nabaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Burəkçi və s.
Karvansaralar: Gərni, Culfa, Sərdar, Tağlı,
Sulu, Susuz, Hac Əli və s.
Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dolmabulaq,
Sərdar bulağı və s.
Çaylar: Gedər çay, Qırxbulaq, Zəngiçay və s.
Bağlar: Dərə bağı, Dəmirbulaq, Dərəkənd, Şəhər,
Abbas bağı və s.
Meydanlar: Məscid meydanı, Zalxan meydanı,
Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı və s.
17
Məscidlər: Göy məscid, Qala məscidi, Hacıbə-
yim məscidi, Zalxan məscidi, Günlüklü məscid,
Günbəzli məscid, Şəhər məscidi, Noruzəli məscidi.
1
Məhəllələri cananla vüsal küçəsi tək
Pərişan könülləri şad eyləyir.
Hər küçənin xoşüzlülüyü
Onu ürəkaçan xiyabana çevirir.
Şəhərin hər qədim küçəsi
Nəim bağının təmizliyindən nişan verir.
Camalı ilə qəlb ovsunlayan bu şəhər
Bir baxışla candan yüz qəmi çıxarır.
O zaman ki, gül öz hüsnünü göstərir
Onun üzü xəzanın bəd yelini gömür.
(Qüdsi)
Azərbaycan türklərinə məxsus İrəvanda Xan məscidi
Göy məscid
İrəvan Sərdar xan sarayı Zəngi çayı sahilində
Xan bağı
1
Bax: Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan. Bakı,
“Sabah”, 1994, səh.186
18
Ad
İrəvan - Rəvan - Erivan adlanan bu şəhər Ermənis-
tan sovetləşdikdən sonra “Yerevan” adlandırılmışdır.
1
Əziz Ələkbərli isə yazır ki, hal-hazırda Ermə-
nistanın paytaxtı olan şəhər 1930-cu ilə qədər İrəvan,
Erivan, bəzi mənbələrdə isə Erəvan adlandırılmışdır.
2
Tarixi keçmiş
Bartoldun yazdığına görə, "İrəvanın əsası hicri
tarixinin başlanğıcında qoyulsa da, həmin təqvim üzrə
IX əsrə qədər o, kiçik bir kənd olub. Qeyd edilən
tarixdən sonrakı əsrdə İrəvan şəhərə çevrilmişdir".
3
"Miladi tarixi ilə 661-ci ildə İrəvanın əsası
qoyulmuşdur".
4
Ə.Ələkbərli yazır: "İrəvan şəhəri müxtəlif dövrlər-
də Sasani sülaləsinin, Ərəb xilafətinin, Qaraqoyunlu-
ların, Ağqoyunluların və Səfəvilərin ərazisinə daxil idi.
Xüsusilə də Səfəvilər dövründə İrəvan Şah İsmayıl
Xətainin diqqət mərkəzində olmuşdur. O öz sərdarla-
rından birini - Rəvanqulu xanı həmin məntəqənin
hakimi təyin etmiş və ona şəhərin abadlaşdırılmasına
diqqət yetirməyi tapşırmışdı.
5
İrəvan adlandırılan bu
yer o zamana qədər də mədəniyyət mərkəzi olmuşdur.
1
“Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374
2
Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan. Bakı, “Sabah”,
1994, səh.186
3
Əli Pursəfər. Hokumətha-ye məhəlli-ye Qəfqaz dər əsr-e Qacar,
səh.89
4
Etimadüs-səltənə. Sədr ət-təvarix. Məhəmməd Müşirinin
tərtibatında, səh.153
5
Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan. Bakı, “Sabah”,
1994
19
İrəvan yaxınlığında Azərbaycan
Qaraqoyunlu əmirlərinə məxsus
Cəfərabad türbəsi.
Jan Yunir yazır: "...Hündür təpələr İrəvanın qərb
hissəsinin yaxınlığında idi. Həmin təpələrdə miladdan
əvvəl 3-cü minillikdə metaləritmə ocaqları olmuşdu.
Orada dəmir əridir, polad əldə edirdilər. Həmin təpə-
lərdə aparılan tədqiqatlar nəticəsində bir çox arxeoloq-
lar burada qədimdə dulusçuluğun dəmir əritmədən və
dəmirçilikdən əvvəl olması barədə fikir irəli sürürlər"
1
.
Hər addım torpağını qazanda
Kifayət qədər Allah neməti tapılır.
Hər kəs bu torpaqda ocaq qalasa,
Həmin torpaqda qızıl və gümüş əridər.
(Qüdsi)
Övliya Çələbinin dediyinə görə, bu şəhər XV əsrin
əvvəllərində Teymurun tacirlərindən olan Xacəxan
Lahicani adlı birisi tərəfindən bir yaşayış yeri kimi
abad edilmişdi. İlk dəfə Səfəvi hökmdarı Şah İsmayıl
Xətainin göstərişi və onun vəziri Rəvanqulu xanın
başçılığı ilə XVI əsrin əvvəllərində şəhərə çevrilərək
1
Jan Yunir. Delavəran-e qomnam-e İran dər cəngha-ye İran və
Rusiye. Tərcümə edən: Zəbihulla Mənsuri, səh.588
20
hasara alınmışdı. Nadir şahın qətlindən sonra İrəvanda
iğtişaşlar və qarışıqlıq baş verdi. Osmanlı dövləti İra-
nın daxili işlərinə müdaxilə etmədi. Öz müstəqilliyini
elan etmiş İrəvan digər Azərbaycan xanlıqları kimi
müstəqil türk əmirliyi oldu".
1
İrəvan uzun əsrlər boyu yerli türkdilli tayfaların, o
cümlədən Qacar qəbiləsinin bir qolunun məskəni olub.
Etimadüs-səltənənin yazdığına görə, "bu tayfalardan
biri "yuxarıbaş", digəri isə "aşağıbaş" tayfası kimi
tanınırdılar. Bu iki adla çağırılan eyni tayfa haqqında
fransız və İran tədqiqatçıları bildirirlər ki, çayın yuxarı
hissəsində yaşayanlar "yuxarıbaş", aşağı hissəsində
yaşayanlar "aşağıbaş" adlandırılmışdır.
Mənbələrin verdiyi məlumata görə, Tiflis-İrəvan
arasında dəmir yolu 1902-ci ildə, Culfa-İrəvan dəmir
yolu isə 1908-ci ildə çəkilmişdi. İrəvan şəhərinin adı
sovetlər dövründə “Yerevan” olmuşdur.
Bunu da qeyd edirlər ki, qədimdən Astarabadda
yaşayan Qacar tayfası buraya gəlməzdən qabaq
"Qovanlı" kimi tanınırdı.
“Dəvəllu adlanan tayfa da İrəvan ətrafında eyni
adlı kənddə yaşadığına görə Dəvəllu adlanmışlar".
2
Abbasqulu ağa Bakıxanov yazır: "Əmir Teymur
Rum, Şamdakı tayfalardan (Gəncə ətrafındakı Ayrım
tayfası da həmin qəbildəndir) əlli min türk ailəsini Gəncə,
Qarabağ və İrəvan ərazilərində yerləşdirmişdi. Həmin
yerlərin əksər əyalətlərinin əhalisi onların nəslindəndir".
O, başqa bir yerdə qeyd edir: "İrəvan, Gəncə, Qarabağ
əhalisinin və əmirlərinin çoxu Qacar nəslindən idi".
3
1
“Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374
2
Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin
redaktəsi ilə, I cild, səh.69-72
3
Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm, səh.70 və 173
21
Dvin, yoxsa Dəbil
İrəvan bir şəhər kimi formalaşmazdan öncə bu
ərazi Dvin adlandırılıb. O, müsəlman hökmdarlarının
mühüm mərkəzlərindən və Azərbaycanın şəhərlərindən
biri sayılırdı. Bəzi ərəb mənbələrində "əhalisinin tərki-
bi müsəlman və qismən xristianlardan ibarət olan"
1
bu
şəhər “Dəbil” adlandırılırdı. Le Strenc yazır: "Ermənis-
tan iki hissədən ibarət olub: daxili Ermənistan, xarici
Ermənistan. Əhalisinin bir qismi xristian olsa da, bu
əyalət qədim dövrdən müsəlman hakimiyyəti altında
idi... Müsəlman əyalətin paytaxtı qədim zamandan
"Dvin", bəzən də "Tvin", bəzi mənbələrdə isə Dəbil
adlandırılıb. IV əsrdə Dəbil Ərdəbildən böyük idi və
bu bölgənin ən mühüm şəhəri sayılırdı. Üç qalası var
idi. Şəhərin Came məscidi də, onun yanında idi...".
2
Professor V.F.Minorski yazır: "Dvin ərəb istilala-
rının ilk günlərindən islam hökumətinin mühüm mər-
kəzi sayılırdı... Digər şəhərlərindən fərqli olaraq Dvin
ölkənin qurtaracağında, 72-ci meridian və 39-cu para-
leldə yerləşirdi. Əyyubi sultanlarının əsli oradandır".
3
"Şərəfxan Bitlisi (Bidlisi) bir neçə dəfə bu
məsələyə toxunub ("Şərəfnamə", V.Velyaminov-Zer-
nov, Peterburq, 1760, II cild, səh.213-239). O,
Səlahəddin Əyyubinin əcdadından bəhs edərkən onu
Dvin əhli adlandırıb. O qeyd edir ki, sonralar bu şəhər
1
V.F.Minorski. Pejuheşha-ye dər tarix-e Qəfqaz. Tərcümə edən:
Möhsün Xadim, səh.11
2
Le Strenc. Coğrafiya-ye sərzəminha-ye xilafət-e şərqi. Tərcümə
edən: Mahmud İrfan, səh.196
3
V.F.Minorski. Pejuheşha-ye dər tarix-e Qəfqaz. Tərcümə edən:
Möhsün Xadim, səh.11
22
dağılmağa başlamış və Çuxursədin Gərni kəndi kimi
tanınmışdı. "...Misir məliklərinin əcdadı Şadi ibn
Mərvanın da əsli Azərbaycan Dvininin Rəvəndə
(Rəvadiyyə oxunmalıdır) kürdlərindən idi. İndi Gərni
kəndi Çuxursədin bir kəndi kimi tanınır” (Misir çapı,
1930, I cild, səh.83). “Şərəfxanın adını çəkdiyi Gərni
kəndi bu gün də mövcuddur".
1
Professor Minorskinin "Şirvan və Dərbənd tarixi"
və "Qafqaz tarixinə dair tədqiqatlar" əsərində bu
şəhərin hakimləri və o zamankı tarixdə baş verən
hadisələr şərh olunmuşdur. Kembric Universitetinin
nəşr etdiyi çoxcildli "İran tarixi" kitabında bu şəhər və
onun müsəlman hakimlərindən bəhs olunur.
2
Bu dövr tarixçilərinin tədqiqatlarına görə, Dvin
sikkə çap eləyən birinci müsəlman şəhərləri sırasında
olmuşdu... "İranda qızıl sikkə çapı hicri təqvimi ilə 3-
cü yüzilliyin, miladi təqvimi ilə IX əsrin birinci
rübünün sonunda başlamışdı... Ümumiyyətlə isə İran
sikkəxanalarında dinar zərb edilməsi tarixi III əsrin
(hicri təqvimi) sonuna qədərki dövrə aid edilir".
Bu əsərdə Dəbil şəhərində sikkə zərb edilməsi tari-
xi hicri 241-ci il göstərilir və əlavə edilir ki, bu ölkənin
qərbindəki kiçik əyalətlərdə sikkə zərb edilməsinin bir
nümunəsi türk Yusif ibn Divdad Sacinin 303-cü ildə
Dəbildə zərb etdirdiyi dinardır... Bu sikkənin həmin
dövrdəki Abbasi dinarlarından heç bir fərqi yoxdur.
Təkcə sikkənin arxasında xəlifənin adından əlavə, əmir
Sacinin də adı yazılmışdır.
1
Faruq Sumer. Qaraqoyunluha. Doktor Vahabvəlinin tərcüməsi,
səh.39
2
V.F.Minorski. Pejuheşha-ye dər tarix-e Qəfqaz. Tərcümə:
Möhsün Xadim, səh.186
23
Kəsrəvi "Adları itmiş hökmdarlar" (farsca) adlı
kitabının bir çox səhifələrində bu şəhərdən və onun
hakimlərindən söz açmışdır. O yazır: "Ermənilərin bir
çoxu iddia edir ki, burada hakimlik müsəlmanların əli-
nə ərəb istilasından sonra keçmişdi. Hökmdarlar bura-
ya ya Bağdaddan, ya da Azərbaycandan göndərilirdi.
Halbuki Dvin və onun ətrafı qədimdən İran əsilzadələ-
rinin (azərbaycanlı əsilzadə başa düşülməlidir) əlində
olmuş və bu bölgədəki əhalinin əksəriyyəti iranlılardan
(türklərdən - elmi redaktor) ibarət olmuşdu”.
1
Çuxursəd
Bu gün Ermənistan Respublikası adlanan torpaq
əsrlər boyu Çuxursəd adını daşımış yurdun bir
hissəsidir.
Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül
Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı
yazdığı şərhdə Çuxursəd vilayəti haqqında yazır: "Çu-
xursəd sonradan geniş yayılmış coğrafi bir termindir.
O, ilk dəfə Səfəvilər dövründə daha çox İrəvan əyaləti
haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsində
qeyd olunur ki, Qars Çuxursədlə Ərzurum arasında
yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki,
Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir.
“Çuxursəd” türk dilində "çökək yer" kimi şərh olunur.
Göründüyü kimi, burada Arazın iki tərəfindəki
çökəklik nəzərdə tutulur".
2
Əllamə Mirzə Məhəmməd xan Qəzvini yazır:
"Aləmaraye-Abbasi"də və qaim-məqamın ədəbi yazıla-
1
Ə.Kəsrəvi. Şəhriyarane qomnan, səh.238 və 107
2
Sazman-e edari-ye hokumət-e Səfəvi. Tərcümə: Məsud
Rəcəbniya, səh.191
24
rının bir-iki yerində adı çəkilən və müsyö Minorskinin
qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlı-
ğında yerləşir”. Bu cümlə "Aləmara"da yüz dəfələrlə
təkrar olunur. Deyilənə görə, o yer Naxçıvan və Qaraba-
ğın sərhəddində bir vilayət olub. Əllamə Qəzvini "Səəd"
adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq
Sumer onu "Səədlu" tayfası ilə əlaqələndirir və yazır:
"Səədlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəm-
ləşmiş və bu ad (Qaraqoyunlu) altında bir konfederasiya
yaratmış digər tayfaların başında dayanmışdılar. Bu
tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki,
qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud
əvvəllərində - müəllif) tayfanın idarə edilməsində məsu-
liyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından
götürmüşdü. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu
qəbiləsi arasında qohumluq əlaqəsi olmuşdu. Çünki
iranlı müəlliflər Səədin övladlarını Qaraqoyunluların
əmizadələri kimi təqdim etmişlər. Hafiz Əbrunun yaz-
dığına görə, Naxçıvanın və Sürməlinin ətrafı qədimdən
bu tayfanın məskəni olmuşdu. Miladi təqvimi ilə XV
əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında
danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvana və
üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd
yaranıb. Həmin adın bu tayfanın yaşadığı ərazi ilə
əlaqəsi qətidir". Qüdsi bu vilayətin adı barədə yazır:
Səadət onu aram etdiyindən,
Ona əvvəldən Çuxursəd adı verdilər.
Əlbəttə, ad fələkdən nazil olur,
Bu torpağa verilən ad səbəbsiz olmaz.
Səadət ona görə bura nəsib olub ki,
O, bu vilayətin adına vurulub.
25
Professor Faruq Sumer Çuxursəd vilayəti ilə
bağlı qiymətli tədqiqat aparmışdır. O, bu haqda yazır:
"...Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə
görə, iranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə
Ərivanın qərb və cənub-qərb hissəsində bir bölgə ol-
muşdur. Osmanlı mənbələrində "Səəd çuxuru" kimi
verilmişdir. Bu nahiyə qərbdə Araz və Arpaçayın qo-
vuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim
qədər, bu kəlmə ilk dəfə "Kitabi-Diyarbəkriyyə"
kitabında işlənib. Çələbinin gündəliyində
1
Yavuz
Sultan Səlimin Səfəvilərlə müharibədən qayıdarkən
düşərgə saldığı yerlər arasında bu bölgənin də adı
çəkilmişdir (məsələn, “Çuxursədin ətraflarından sayı-
lan Hacılaləli yaxınlığında Kiçik Vadi kəndi və Böyük
Vadi kəndindən aşağı” cümləsində Çuxursədin adı
çəkilir - müəllif ). Orada daha sonra yazılır ki, üçüncü
gün saat 5-də Çuxursəd ətrafındakı Zəngi çaydan ke-
çib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada
qoyaraq İrəvan şəhərinin yaxınlığına endilər.
Dördüncü gün saat 6-da Çuxursəd ətrafındakı təpədən
keçib "səkkiz mənzillikdə" düşərgə qurdular. Həm sol,
həm də arxa tərəf dağ idi. Burada adı çəkilən Çuxursəd
və onun ətrafındakı yerlər böyük miqyaslı coğrafi
xəritələrdə də qeyd olunur”.
"Cahanara"da da Qaffari ona işarə edir. Həsən
bəy Rumlu yazır ki, İskəndər Mirzə Qaraqoyunlu
Qaqızman yoluyla Çuxursəd və Sürməliyə gəldi və qışı
orada keçirdi. O, Səfəvilər bölməsində (səh.59) deyir
ki, Şah İsmayılın Əlvənd Mirzə ağa Qaraqoyunlu ilə
müharibəsi hicri 907-ci ildə (miladi 1501-ci il)
Çuxursəddə və Şərur ətrafında baş verdi. Həmin
1
Firudin bəy. "Monşəat-üs Səlatin" ("Sultanların salnaməsi").
İstanbul, 1274, 1-ci cild,
səh.405
26
müəllif əsərinin başqa bir yerində Ərzurum valisi İs-
kəndər paşanın Çuxursədə hücumunu şərh edərək ya-
zır: "...Sultan Süleymandan qabaq Rumun padşahı və
Ərzurumun hakimi olan İskəndər paşa Hacı bəy
Dünbülini qətlə yetirmiş və Çuxursədə gələrək oranın
bazarını yandırmışdı..." (səh.356). Müəllifin burada
Çuxursəd bazarı adlandırdığı bazar yalnız İrəvan
bazarı ola bilər.
İbrahim Pəçəvi Əfəndi şahzadə Bəyazidin İrana
qaçmasından söhbət açarkən bu yerin adını "Saat
Çuxuru" və "Səəd Çuxuru" kimi qeyd edir
1
. P.Əfəndi
yazır ki, Tuyğun paşa, qardaşı Malatya əmiri Mustafa
paşa, Eyntəb (Antep) əmiri Xosrov paşa öz əsgərləri ilə
birgə onu təqib etməyə başladılar. Bir neçə dəfə
maneələrlə qarşılaşsalar da, bir müddətdən sonra "Saat
Çuxuru" adlanan yerdə şahzadəyə çatdılar .
2
Səfəvilər miladi təqvimi ilə XVII əsrdə Çuxursə-
di Türkiyə ilə sərhəddə özlərinin 8 bölgədən ibarət ən
böyük bəylərbəyliyinə çevirdilər. Çələbi öz kitabında
3
deyir: "87-ci paralel və 39-cu meridianda bir bölgə
mərkəzi vardır ki, onu Çuxursəd adlandırırlar... Arpa-
çay Çuxursəddə Araza birləşir".
Əldə olan bu şərhlər əsasında "Çuqursəd"in,
"Çuxursəd"in, "Saat Çuxuru"nun harada olmasını
bilmək olar. Bu məlumatlara və yuxarıda deyilənlərə
istinad etməklə, Çuxursədin dəniz səviyyəsindən aşağı
olmasını və XIV əsrin ikinci yarısında “Səəd” adlı
türkmən əmirinin (Qara Məhəmmədin müasiri -
müəllif) qışlaq yeri olduğunu söyləmək mümkündür.
Adı bu yurda verilmiş türkmən əmiri sonralar qəbiləsi
1
Tarix, I cild, səh.396
2
Yenə orada, səh.349
3
Cahannüma, səh.391
27
ilə qış fəslini həmişə burada keçirmişdir. Səfəvilər
dövründə də mərkəzi İrəvan olan bu bölgə böyük
idarəçilik məntəqəsinə çevrildi. “Əsl "Səəd çuxuru”
məntəqəsində Sürməli adlı digər bir yer də vardır ki,
həmin yer Erivanın qərbindədir. Üçkilsə (Eçmiədzin)
də Səəd çuxurunun ən mühüm yaşayış yerlərindən biri-
dir. O, Iğdırın şimali-qərbində, Qaqızmanın şərqində,
Arazın kənarında yerləşir. Hicri-qəməri tarixi ilə 788-
ci ildə (miladi tarixi ilə 1380-cı ildə) baş vermiş Tey-
mur dövrünün Birinci Şərq müharibəsində (3 illik
yürüş) Sürməli qalası da işğal olunmuş və qalanın Tu-
man (Tümən) adlı türkmən hakimi də əsir düşmüşdü”.
1
Hafiz Əbru "Zübdətüt-təvarix" əsərində Şahruxun
ordusunun hərəkət istiqamətindən danışarkən deyir:
"Tərəkəmələrin yaşadığı yerin və türkmən ordusunun
əsasını təşkil edən Səd oğullarının qədim yurdu
Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər... ".
Deməli, o yer Səd oğullarının qədim yurdu olmuşdur.
Mirzə Səmia "Təzkirətül-müluk" əsərinin sərhəd
əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məva-
cibinə dair fəslində Səfəvilər dövründə Azərbaycan
əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı
kimi şərh etmişdir: a) Təbriz, b) Çuxursəd, c) Qarabağ,
d) Şirvan.
Beləliklə, mərkəzi İrəvan olan Çuxursəd vilayəti
Azərbaycanın dörd əyalətindən biri olmuş və aşağıda
qeyd olunan 8 inzibati əraziyə bölünmüşdür:
1. Naxçıvan - Arazın sol sahilində.
1
Çuxursəddə sədlulardan əlavə, digər türkdilli qəbilələr – usta-
clıların və əspirluların da yaşadığı qeyd olunur. Bax: Şərəfəddin
Əli Yəzdi. Zəfərnamə. Kəlküttə, 1887, I cild. səh.399
28
2. Maku - Arazın sağ sahilində (Çaldıran çölü də
bura daxildir)
3. Zarzəbil - Göyçə gölünün cənub-şərqi
hissəsində Zarzəbil adlı kənd.
4. Sədərək - İrəvandan Naxçıvana gedən yolun
yarısındakı (Şərur nahiyəsində) yerləşir.
5. Bayəzid - Ağrı dağının cənubunda yerləşir.
6. Şadilu - Ağrı dağının yaxınlığında yerləşir.
7. Dünbüli kürdləri - Türkdilli olmayan bir elin
bir hissəsi olmasını ehtimal etmək olar.
8. Məğazberd - Arpaçayın qərb tərəfində, İranın
şimal-qərbində son nöqtə hesab olunan "Əfi" xarabalı-
ğının yaxınlığındadır. Səfəvi-Osmanlı müqaviləsində
(hicri-qəməri 1049, miladi 1639-cu il) onun adı
çəkilmişdir.
Çuxursəd adı çəkilən vilayətin adı olmaqla bəra-
bər, bu vilayətdəki kəndləri və məntəqələri də əhatə
edirdi. Etimadüs-səltənə yazır: "Çuxursəd kəndləri
İrəvan və Şərur yerləridir. Türkmən Əlvənd paşa ilə
Şah İsmayıl bu yerdə döyüşmüşdür".
Dostları ilə paylaş: |