AZƏrbaycan miLLİ elmlər akademiyasi z. M. BÜnyadov adına ŞƏRQŞÜnasliq institutu



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix31.01.2017
ölçüsü8,69 Mb.
#7108
1   ...   6   7   8   9   10   11   12   13   14

Mərhum Ayətullah 
Mirzə Yusif İrəvani 
Mərhum Ayətullah 
Mirzə Əli İrəvani      
ziyarət edərkən orada vəfat etmişdir. Vəsiyyətinə 
uyğun olaraq o, "Vadi-ül İslam"da dəfn olunmuşdur.
1
  
 
 
     
 
 
 
 
İrəvandan başqa məşhur ruhanilər də  çıxmışdır. 
Ayətullah-ul-əzim Seyid Şəhabəddin Mərəşi Nəcəfinin 
yetirmələri  olan ayətullah Mirzə Əbdülhüseyn İrəvani, 
Mirzə Bağır İrəvani,  mərhum ayətullah Seyid Məhəm-
məd Hadi Milaninin tələbəsi Hacı Mirzə Əliağa İrəvani 
də əslən İrəvandan olmuşlar.
2
  
Ümumiyyətlə, bu şəhərdən çıxan görkəmli din xa-
dimlərinin hamısının adını  çəkmək mümkün deyil. 
Onların arasında elə mötəbər alimlər var ki, onlar təkcə 
elmi dairələrdə deyil, bütün dünyada şiələrin mərcəyi-
təqlidi kimi tanınmışlar. Onlardan biri də Fazil İrəvani 
kimi tanınan mərhum ayətullah molla Məhəmməd İrə-
vanidir. Yəhya Dövlətabadi yazır: "Hicri-qəməri tarixi 
                                                 
1
 Məfaxer-e Azərbaycan. I cild, səh.211, 243, 357, 408 
2
 Məfaxer-e Azərbaycan. I cild, səh.211, 243, 357, 408 

 
 
176
ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari dünyadan köçür 
və onun ölümündən sonra görkəmli  şəxslərin hamısı 
ortaya öz iddiasını qoyaraq, onun yerinə keçmək 
istəyir.  Əlbəttə, bu elmi dairənin tələbələrinin də  rəis 
seçkisinə müdaxilə etmək hüququ var idi. Onlar əsasən 
türklərdən ibarət idilər. Hər qrup hövzə rəisinin onlar-
dan olmasına çalışırdı. Göstərilən vəzifəyə isə iki na-
mizəd vardı – bunlardan biri Ağa Seyid Hüseyn Kuh-
kəməri, digəri Molla Məhəmməd İrəvani idi. Belə olan 
halda Hacı Seyid Hüseyn birinci, İrəvani ikinci rəis 
olur. Ancaq çox keçmədən Hacı Seyid Hüseyn dün-
yasını dəyişir. Beləliklə, Molla Məhəmməd İrəvani bi-
rinci rəis və  Şeyx Məhəmməd Həsən ikinci rəis 
seçilir".
1
 
Doktor Əqiqi Bəxşayişi bu görkəmli ruhanini belə 
təqdim edir: "Ayətullah Molla Məhəmməd ibn Mə-
həmməd Bağır İrəvani-Nəcəfi böyük fəqih, əxlaq sahi-
bi, fiqh sahəsində hövzənin  ən nüfuzlu şəxslərindən  
biridir. O, görkəmli müctəhidlərdən biri olmaqla, elmi, 
zəkası, natiqliyi sayəsində fazil şəxslər arasında birinci 
yerdə dayanırdı. İrəvani hicri-qəməri tarixi ilə 1232-ci 
ildə  İrəvanda dünyaya göz açmış, ibtidai təhsil aldıq-
dan sonra İraqa köçmüşdü.  Əvvəl Kərbəlada mərhum 
Seyid  İbrahim Qəzvinidən dərs almış, sonra dörd il 
sərasər fiqh və fiqh üsulunu öyrənmişdi. Sonralar Nə-
cəfüləşrəfə mühacirət edərək uzun müddət həmin 
şəhərdə yaşamış, tədris və təlimlə məşğul olmuş, müa-
sirləri arasında Fazil İrəvani kimi şöhrətlənmişdi. Ayə-
tullah Seyid Hüseyn Kuhkəməri vəfat edəndən sonra 
zamanın mərcəyi-təqlidi təyin olunmuş, bütün Azər-
baycan və Qafqaz müsəlmanlarının  şəri məsələlərlə 
                                                 
1
 Yəhyanın həyatı. I cild, səh.25 

 
 
177
bağlı problemlərini həll etmişdir. O, Şeyx Tusi məsci-
dində camaat namazına durar, bütün alim və təhqiqat-
çılar onun hüzuruna gələrdilər. O, idarəetmə  fənninin 
bilicisi  şeyx Murtəza  Ənsarinin,  ənvarül-fiqh sayılan  
şeyx Həsənin və  məntiq elminin ustadı kimi tanınan 
şeyx Məhəmməd Həsənin yanında oxumuşdu.  Şeyx 
Ənsari və  şeyx Məhəmməd Həsən ona ictihad icazəsi 
vermişdi. 
Onun  "Kitab-ül-bey-ül-istidlali", "Ehkam-ül-xələl 
fil-səlavat", "Əl-məkasib-ül-məhərrəmə", "Hiceyyəti-
zən", "Əmr və  nəhy ictimada” risalələrinin, "Əllamə 
qaydalarına  əlavə", "Beyzəvi təfsirinə haşiyə", "Risa-
leyi-elmiyyə"  kimi əsərlərinin adlarını çəkə bilərik. 
Mərhum Böyük Hacağa yazır: "O, zəvabət (idarə-
etmə), məntiq və s. dərslərdə  iştirak etsə  də,  əllamə 
şeyx Murtəza  Ənsarinin mühazirələrinə daha çox vu-
rulmuşdu. Seyid Kuhkəmərinin vəfatından sonra o, 
mərcəyi-təqlid oldu. Onun öz xətti ilə yazılan "Kitab-
ül-bey-ül istidlali" əsərini oğlu  Şeyx Mahmudun 
yanında gördüm".   
O, hicri-qəməri tarixi ilə 1306-cı il rəbiüləvvəl 
ayının 3-də (cümə günü) vəfat etmişdir.  İrəvani Şeyx 
Cavad, Şeyx Mahmud, Şeyx Murtəza kimi saleh alim-
lər yetişdirmişdir.  
İrəvan bölgəsinin görkəmli simalarından biri də 
həkim Mirzə  Əbülqasim  İrəvanidir. O, "Məfaxer-e 
Azərbaycan" kitabında belə təqdim olunur: "Mirzə Mə-
həmməd İrəvaninin oğlu həkim Mirzə Əbülqasim hicri 
tarixi ilə XIII əsrin  əvvəllərində Azərbaycanın adlı-
sanlı şəxslərindən olub. O, yenilikçi bir təbib, açıqgöz-
lü həkim, bənzərsiz fəqih olmuşdur. Bu böyük alim 
hicri-qəməri tarixi ilə 1187-ci ilin məhərrəm ayının 18-
də (şənbə gecəsi) Azərbaycanın İrəvan şəhərində dün-

 
 
178
yaya gəlmişdir. Valideynləri və bütün nəsli həmin 
vilayətin üləmalarından olmuşdur. 
Böyük fəzilət sahibi və  alim    olan  Mirzə  Əbülqa-
sim dini və  dünyəvi elmlərdə  bənzərsiz idi. Əsli  İrə-
vandan olan bu şəxs  İsfəhan  şəhərində  məntiq və 
natiqlik elmləri üzrə təhsil almışdı. Kərbəla şəhidlərini 
ziyarət etdikdən sonra Təbrizdə  məskunlaşmışdı. O, 
böyük fəqihlə  Təbrizdə, "Qübbeyi-İslam"da görüşmü-
şəm. O, istedadlı  tədqiqatçı  və Mürtəza vurğunu idi. 
İraqa, Xorasana səyahət etmiş, ömrünün çox hissəsini 
dövrünün üləmaları  və dünyanın fəzilət sahibləri ara-
sında keçirmişdi.  İranın bütün ariflərini görmüş, döv-
rün şeyxlərinin xidmətinə yetmişdi".
1
 
Mərhum Mirzə Əbülqasim dini və dünyəvi elmlərin 
fəziləti ilə bəzənmiş saf xarakterli bir alim, təmizqəlbli 
bir arif insan idi. O, şəriətdə sabitqədəm, təriqətdə  və 
mücahidətdə fikrini dəyişməyən, əksər elm və fənlərdə, 
o cümlədən ədəb, şəriət, tibb, hikmət elmləri sahəsində 
bənzərsiz  zəka sahibi idi. O, böyük təfsir ustası ayətul-
lah Seyid Əli Təbatəbaidən rəmz açmağın sirlərini öy-
rənmişdi. Dövrün irfan sahibi olan şeyxlərin - "Bəhr-ül-
məarif" kitabının müəllifi mərhum Molla Əbdüssəməd 
Həmədaninin, Hacı  Məhəmməd Hüseyn İsfəhaninin, 
Hacı  Məhəmməd Cəfər Həmədaninin, Hacı Molla 
Abbasəli Benabinin (Allah hamısına rəhmət eləsin!) 
təlim etdiyi bilikləri mənimsəmiş və yeri gəldikcə onlar-
dan bəhrələnmişdi. O, qeyd etdiyimiz elmlərdən savayı, 
tibb sahəsində  də geniş biliyə malik olmuş, müalicədə 
yeni üsullardan istifadə etmişdir. Lakin təbibliklə da-
vamlı məşğul olmamış, daha çox fəqihliyə fikir vermiş-
dir. Qacarlar dövləti, xüsusilə də Abbas Mirzə ona bö-
                                                 
1
 Bustan-ul səyahət, səh.190 

 
 
179
yük ehtiramla yanaşar və hər dəfə döyüşə yollanmazdan  
öncə gəlib onunla görüşərdi.     
Azərbaycanın mollabaşısı olmuş  mərhum Hacı 
Mirzə Əbdülkərim (hicri-qəməri tarixi ilə 1294-cü ildə 
vəfat etmişdir) onun övladlarından biri olmuşdu. 
Nəvəsi Hacı Mirzə  Məhəmməd  Əli də mollabaşı ol-
muşdu. Başqa bir nəvəsi Hacı Mirzə Fəzləli isə müctə-
hidliyə  qədər yüksəlmişdi.  O, hicri-qəməri tarixi ilə 
1287-ci ildə anadan olmuş, müctəhid Hacı Mirzə Mə-
həmmədhəsən Zinuzinin yanında təhsil almışdı. Sonra-
dan Nəcəfə gedərək burada şeyx Zeynalabidin Mazan-
daraninin, Kaziminin, Fazil Şəribaninin məktəbində öz 
elmini təkmilləşdirmişdi. 
Bu təmiz qəlbli insan, ilahiyyatçı alim, mütəfəkkir 
hicri-qəməri tarixi ilə 1237-ci ildə Təbrizdə vəfat etmiş 
və Seyid Həmzə məqbərəsində dəfn edilmişdi.
1
  
Təbrizli filosof Əbdülhüseyn "Mətrəh ül-Ənzar" 
kitabında yazır:  "Abbas Mirzə hicri-qəməri tarixi ilə 
1237-ci ildə Osmanlı dövləti ilə müharibəyə yola dü-
şərkən vidalaşmaq və xeyir-dua almaq üçün həkim İrə-
vaninin yanına gəldi. Görüş zamanı İrəvani dedi ki, siz 
bu döyüşdə qalib gələcəksiniz, amma inanmıram biz 
bir daha görüşə bilək. Belə də oldu. O, həmin ildə vəfat 
etdi". 
Mollabaşı kimi tanınan, həkim  İrəvaninin oğlu 
Hacı Mirzə Əbdülkərimin qəbri Təbrizin Sərxab dağın-
dadır. Məscid, təkyə, su anbarı ondan yadigar qal-
mışdır.
2
  
"Səfa" təxəllüslü Hacı Mirzə Fəzləli ağa da İrəva-
ninin nəvələrindən olmuşdur. O, ədəbi-mədəni fəaliy-
yətlə məşğul olmuş və ilk Milli Şura Məclisi dövründə 
                                                 
1
 Məfaxer-e Azərbaycan, səh.731 
2
 Məhəmməd Əli Sofut. Dostların dastanı, səh.79 

 
 
180
Azərbaycandan nümayəndə seçilmişdir. Doktor Müctə-
hidi onu ciddi alim və siyasətçi kimi dəyərləndirmişdir: 
"Mirzə  Fəzləli ağa Mollabaşı Hacı Mirzə  Əbdülkərim 
İrəvani-Təbrizinin oğlu idi. Onun atası Azərbaycanın 
fəzilət sahiblərindən olmuş  və hicri-qəməri tarixi ilə 
1294-cü ildə  vəfat etmişdir. Hicri-qəməri tarixi ilə 
1262-ci ildə Təbrizdə onun fars dilinin qrammatikasına 
aid risaləsi nəşr olunub. Bu şəxsin əruz vəzni və qafiyə 
sistemi haqqında da əsərləri də vardır. Mirzə  Fəzləli 
ağa hicri-qəməri tarixi ilə 1272-ci ildə anadan olub və  
1337-ci ildə müalicə olunmaq üçün Berlin şəhərinə 
getmiş və orada vəfat etmişdir. 
Mirzə Fəzləli ağanın çoxlu əsərləri var. Onun ən ka-
mil əsəri "Hədayiqül-arifin"dir. Bu əsərdə o, bəzi ayə və 
surələri təfsir etmişdir. Müəllif öz şərhlərində  şiələrin 
məşhur yeddi böyük kitabına - "Kafi", "Mən la yəhzər-əl 
fəqih", "Təhzib", "Estebsar", "Vafi", "Vəsail", "Bəhar"a 
istinad etmişdir.  O, şeir yazmış, divan bağlamışdır. 
Əslən İrəvandan olan Mollabaşı tərcümə sahəsində 
də ciddi fəaliyyət göstərmişdir. Ümumiyyətlə, onun əs-
li-nəsli irfan və təsəvvüfə bağlı olmuşdur. Şeyxiyyəçi-
lər və şəriçilər arasında mübahisələr də olsa, Mollabaşı 
hər iki tərəf arasında etimad qazanmışdı. Birinci Məc-
lisə seçkilər zamanı o, şeyxiyyəçilər tərəfindən vəkil 
seçilərək Tehrana göndərilib. 
Mirzə Fəzləli ağa fazil və alim bir insan idi. Onun 
bilik və  zəkasnı iki böyük müasiri də  təsdiqləmişdir. 
Bunlardan biri Seyid Həsən Tağızadə idi. O, "Kavə" 
qəzetində Mirzə Fəzləli ağanın fəzilətindən və yüksək 
elmi savadından söhbət açmışdır. Məhəmməd xan 
Qəzvini isə özünün iyirmi məqalədən ibarət avtobioq-
rafik  əsərində Berlində Mirzə  Fəzləli ağa ilə görü-
şündən və onun geniş  zəkasından bəhs etmişdir. O 

 
 
181
yazırdı: "Mirzə Fəzləli ağanın ərəb və əcəm ədəbiyyatı 
sahəsində heyrətamiz biliyə malik olduğunu gördüm".  
Mollabaşının nəsli Movləvi soyadını    qəbul et-
mişdir. Bununla da onlar irfana olan məhəbbətlərini bir 
daha təsdiq etmişlər.
1
  
Kəsrəvi Azərbaycan nümayəndələrinin, o cümlə-
dən Mirzə  Fəzləli ağanın Tehrana gəlişi barədə yazır: 
"Həmin gün Tehranda başqa bir şadyanalıq var idi. 
Dediyimiz kimi, o gün yeddi vilayətin nümayəndələri 
Tehrana gəlib çıxmışdı. Adamlar dəstə-dəstə küçələrə 
çıxır, gələnləri sevinc və sevgi ilə qarşılayırdı. Tehran 
özlüyündə nadir günlərindən birini yaşayırdı. Həmin 
dövrdə Azərbaycanın adı daha ucadan səslənirdi. Xalq 
yeddi vilayətin nümayəndəsinin gəlişini Məclis üçün 
qələbə hesab edirdi. Sənətkarlar darvazanın ağzında 
sıraya durmuşdular. Tehran camaatı nümayəndələr gə-
lən kimi onların ayağının altında qurbanlar kəsdi. Hacı 
Sadıq adlı bir nəfər ucadan şüarlar səsləndirirdi. O, 
Azərbaycandan gələn nümayəndələrin ayağı altında 
kəsmək üçün iki yeniyetmə  oğlunu gətirmişdi. Ağa 
Mirzə  Fəzləli dedi: "Biz özümüz gərək bu iki növca-
vanın qurbanı olaq. Bizim dövranımız keçib, biz nə 
ediriksə, onlar üçün edirik". 
2
  
Məhəmmədəli şah tərəfindən Məclis top atəşinə tu-
tulduqdan sonra Mirzə Fəzləli ağanın da mənzili qarət 
edildi. Yalnız çox-çox sonralar ədliyyə orqanı  təşkil 
olunarkən o, Möhtəşəmüssəltənə Mirzə  Həsən xanın 
dəvəti ilə onun üzvü oldu. Hicri-qəməri tarixi ilə 1326-
cı ilin rəbiüssani ayının 5-də  İran  ədliyyə dövlətinin 
ədalət məhkəməsinin Mirzə  Fəzləli ağaya göndərdiyi 
                                                 
1
 Bax: Doktor Mehdi Müctəhidi. Məşrutə dövründə Azərbaycanın 
şəxsiyyətləri, səh.124 
2
 Ə.Kəsrəvi. İranın Məşrutə tarixi, səh.216 

 
 
182
məktubda oxuyuruq: "Cümə günü... möhtərəm vücudi- 
şərifinizin ziyarətinə nail olmağı  və bununla səadətə 
yetməyi öz həyatımızda  ən yaxşı  qənimət və  sərmayə 
hesab edəcəyik".
1
 
O, hicri-qəməri tarixi ilə 1334-cü ildə müalicə üçün 
Avropaya səfər etdi və beş il orada yaşamalı oldu. Pet-
roqrad, Stokholm, Hollandiya və Londona səyahət 
edərək, elmi, ədəbi, tarixi məsələlərə aid dərin 
məzmunlu  bir "Səfərnamə" yazdı. Onun əsl iqamətga-
hı və mənzili Berlində olub. O, iranlıların ədəbi cəmiy-
yətinin üzvü idi... Aşağıdakı bir neçə beyt onun 
Berlində yazdığı "Novruziyyə" qəsidəsindəndir:  
 
Yenə Cəmşidin fərvərdin bayramı və novruzdur,  
Qoca dünyanın cavanlıq çağıdır. 
Uzaq insanların və sirr əhli olan dostların heç biri 
Bu məclisdə kədərli və qəmli olmamalıdır. 
Qəlyanları tez yandırın, ud və bərbətləri çalın! 
 
Ey piri muğan, bu gün bayram və şadlıq günüdür,   
Səndən bir işarə gəlməlidir ki, ləbinin şirinliyini bilək. 
Zamanı fövtə vermədən Cəmin yadigarı olan çərx  
                                                              dövr eləyir, 
Asimandan bayram mübarəkdarlığı gəlir: 
"Yaşasın İran və onun xalqının başı uca olsun!" 
 
Bütün iranlılar, onların dünyadakı dostları üçün  
Dövranın humayununu daim xöşbəxt və 
                                                           səadətmənd et. 
Elə et ki, bundan dünyaya pay düşsün.    
Ey bir olan Allah, bütün bu işləri ehtiyacsız et. 
                                                 
1
 Qulamhüseyn  Mirzə Saleh. Bohran-e demokrasi dər məcles-e 
əvvəl, səh.1 

 
 
183
O nadir fazil şəxs Berlində vəfat etdi və öz vəsiy-
yəti  əsasında Berlindəki müsəlman qəbiristanlığında 
torpağa tapşırıldı. Onun başdaşının üzərində bu sözlər  
yazılıb: "Qalullah təali fil hədisi qüds: La ilahə illəllah 
hosni. Fəmən dəxəl hosni əmn min əzabi.  İlahiyyatçı 
alim Mirzə Fəzləli Təbrizi İrəvani vəfat etdi. Bu zəngin 
bilik sahibi olan alim, abid və arif Mirzə  Əbdülkərim 
Mollabaşı Azərbaycanda doğulmuş  və hicri-qəməri 
tarixi ilə 1339-cu ilin cəmadiül  əvvəl ayının çərşənbə 
gecəsi (miladi tarixi ilə 1921-ci ildə) vəfat etmişdir". 
 
İrəvanın bəzi məşhur adamları  
 
İrəlidəki fəsillərdə haqqında danışdığımız sərdar və 
əmirlərdən əlavə, bu bölgədən bütün İranda ad-san sa-
hibi olan çoxlu görkəmli insanlar çıxmışdır.  Onlardan 
bir neçəsi haqqında qısa məlumat verək. 
Məhəmməd şah Qacar dövrünün sədri-əzəmi olmuş 
Hacı Mirzə Ağası adı ilə tanınan Hacı Mirzə Abbas İrə-
vanda doğulub və orada boya-başa çatmışdı. O, bayat 
tayfasından olan və hicri-qəməri tarixi ilə XIII əsr  İrə-
van ədib və şairləri arasında böyük nüfuza malik Mirzə 
Müsəllimin oğlu idi. 14 yaşa qədər İrəvanda ilk təhsilini 
alan Hacı Mirzə Abbas sonradan təhsilini davam etdir-
mək üçün müqəddəs Kərbəlaya yola düşmüş və burada 
bir müddət Fəxrəddin ləqəbli Axund Molla Əbdülsəməd 
Həmədaninin yanında elm öyrənmişdi. Lakin hicri-
qəməri tarixi ilə 1216-cı ilin zilqəddə ayının 18-də 
(Qədri Xum bayramı günü) vəhabi dəstələri Kərbəlaya 
hücum edərkən Molla Əbdülsəməd Həmədani  şəhid 
olmuşdu. Bundan sonra Hacı Mirzə Abbas Azərbaycana 
qayıtmış  və naib-üs-səltənət Abbas Mirzə ilə tanış ol-
muşdu. Abbas Mirzə onu öz məclislərinin yuxarı başın-

 
 
184
da oturdur, xüsusi ehtiram göstərirdi. Bir qədər keçən-
dən sonra Naib-üs-səltənə onu oğlu Məhəmməd Mirzə-
yə müəllim təyin edir. O, sonradan düz 13 il şagirdi 
Məhəmməd  şahın sədri-əzəmi olmuşdu. Hicri-qəməri 
tarixi ilə 1264-cü ildə  Məhəmməd  şah vəfat etdikdən 
sonra o,  yenidən Kərbəlaya getmişdi. 1265-ci ildə vəfat 
edən Hacı Mirzə Abbas Kərbəlada dəfn olunmuşdur. 
Hacı Mirzə Ağasının tərcümeyi-halını yazmış Mə-
həmməd xan onun nazir fəaliyyəti barədə deyir: "...Xa-
ricilərlə  ən ciddi məsələlərlə bağlı fikir mübadiləsini 
çox vaxt Hacı aparırdı. Dövlətini və millətini sevən  
nazirlərin bir qismi vacib idarəçilik işinin niyə bu təd-
birsiz adama tapşırılmasının səbəbini anlaya bilmirdi-
lər. Bir-iki məmurun etirazına və narazılığına baxma-
yaraq, camaat indiyə qədər Hacıdan razılıq edir. Onun 
dövründə Tehranda çörək bir abbası olmuşdu. Ət, yağ 
və digər gündəlik tələbat malları o qədər ucuz olmuşdu 
ki, əhali indiyəcən bu barədə danışır.  
Hacı ədalətli idi, heç kəsin edam və həbs olmasını 
istəmirdi. O, çörəyi tək kəsməz, qonaq-qaranı sevirdi. 
Ölümə  məhkum edilmiş bir çox insanları xilas etmiş, 
edamdan qurtarmışdı. O, həqiqətən, duası Allah tərə-
findən qəbul edilmiş şəxslərdən idi. Dövlətin və xalqın 
keşiyində dayandığı müddətdə buraxdığı bir-iki səhv 
və ehtiyatsızlıq Hacının xidmətlərini azaltmır. 
Əlbəttə, Allah adamı və iman sahibi olmaq heç kə-
sin dövlət işində səhv buraxmasına bəraət qazandırmır. 
Onun yol verdiyi səhvlər daxilindəki pislikdən doğma-
mışdı. O, bəzi məsələlərdə nə qədər ehtiyatsızlıq edir-
disə, xalqa qarşı bir o qədər  xeyirxah idi. Xalq onun 
dövründə  əmin-amanlıq içində yaşayırdı. Mərhum 
şahın ona göstərdiyi etibarın onda biri başqalarına 
göstərilsəydi, ölkə əhalisinin yarısı qətlə yetirilərdi. 

 
 
185
...Bir gün Hacı divanxanaya daxil olur. O, hovuzun 
kənarında oturub əlini suya salır. O zamankı divanxana 
işçilərindən biri (bu yaxınlara qədər sağ idi) onu görür. 
Həmin şəxs Hacının yanına bir neçə dəfə xahişə gəlsə 
də, Hacı onu eşitməmişdi. Buna görə  də ürəyində 
Hacıya qarşı kin bəsləyirdi. O, Hacını hovuzun kəna-
rında görüb, arxadan yaxınlaşaraq, qəflətən onu ho-
vuza itələyir. Biçarə Hacını sudan  çıxarırlar və bu 
əməlinə görə    həmin xidmətçini cəzalandırmaq istə-
yirlər. Ancaq Hacı icazə vermir, deyir ki, bu çarəsiz 
mənim  əlimdən təngə  gəldiyi üçün, bu addımı atıb. 
Bundan sonra Hacı onun xahişini yerinə yetirir".
1
  
Hacını mədh edən bir şeirdə deyilir: 
 
Bu başdan o başa gəzsən dünyanı.  
Tapmazsan İrəvan qocası tək ziyalı bir insanı.
2
  
                                                                    
Yüksək şairlik istedadı olan Hacı öz müəllimi Fəx-
rəddin  Əbdüssəməd Həmədaniyə olan sevgisinə görə 
"Fəxri" təxəllüsünü götürmüşdü. Onun şeirlərindən 
birində deyilir: 
 
Yenə yar məhəlləsinin havası başımdadır,  
Dəvəni yüyən çəkən kimi Təbriz də məni özünə  
                                                                 tərəf çəkir. 
Mən Məcnun kimi Leyli həvəsi ilə gecə -gündüz  
Dağ-daşın  seyrini qılmaqdayam. 
 
Hacı Mirzə  Ağasi bir çox risalələr yazmışdır. 
Onlardan bir neçəsini qeyd etməyi lazım bilirik:   
                                                 
1
 Etimadüs-səltənə. Sədrüt-təvarix.  Məhəmməd Müşirinin 
redaktorluğu ilə çap olunub, səh.184
 
2
 Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin 
redaktəsi  ilə, I cild, səh.187 

 
 
186
1. "Sultanlığın 40 fəsli". Hacı bu risaləni hicri-
qəməri tarixi ilə 1245-ci ildə Həcc ziyarətindən qayıt-
dıqdan sonra Xoy şəhərində  qələmə almışdı. Risalə 
"Müqəddimə", "Əxlaq", "Fəlsəfə" və "Ürfan" adlı 
fəsillərdən ibarətdir. 
2. "Kəlamlar". Ürfani üslubda yazılmış peyğəm-
bərlik və imamlığın vacib şərtlərini əks etdirən iki qısa 
fəsildən ibarətdir. Risalə belə başlanır: 
"Mənim dediyim məsələ  sənin düşüncənə 
uyğundur, 
Xalq düzgün mülahizə həsrətindədir". 
3. Hacı bu risaləsində "Səham Abbasiyyə" risalə-
sindən də bir hissəni xatırladıb. 
4. Onun iki adsız risaləsi də vardır. Onlardan biri 
belə başlanır: 
"Bu zəmanə mənim canımı aldı, 
Yusifin köynəyinin qoxusunu tapmış kimiyəm. 
Qurban olduğum ruh sahibi əmr edir ki...".
1
  
İkinci risalə isə belə başlayır: "Ürfan təbii məsələ-
lərə bürünməyib. Aşağı aləmdəki cismin cövhəri iki 
hissəyə bölünüb...".
2
  
  İrəvan mühaciri kimi tanınan Hacı  Şeyx Həsən 
rus-İran müharibələrindən sonra İrəvandan Təbrizə 
köçmüşdü. O, "Daniş"  təxəllüsü ilə tanınan Ürfəüd-
dövlə Mirzəxanın atası idi. "Daniş" Qacariyyə dövrü-
nün məşhur adamlarından olub. Doktor Müctəhidi 
onun haqqında yazır: ""Daniş" təxəllüslü Mirzə Rza-
xan Ürfəüddövlə hicri-qəməri tarixi ilə 1270-ci ildə 
Təbrizdə doğulmuşdu... O, burada ibtidai təhsil aldıq-
dan sonra bir nəfər tacirin yanında katib kimi İstanbula 
                                                 
1
 Əziz Dövlətabadi. Sərayendeqan-e  şer-e parsi dər Qəfqaz, 
səh.306 
2
 Yenə orada, səh.45 

 
 
187
getmişdir. Orada  fransız və ingilis dillərini müəyyən 
qədər öyrənən Daniş İstanbuldan Qafqaza gələrək Tif-
lisdə konsulun diqqətini çəkmiş və  nəhayət, İran kon-
sulluğunda tərcüməçi sifəti ilə  işə  qəbul olunmuşdur. 
Hicri-qəməri tarixi ilə 1296-cı ildə  ərəb  əlifbasının 
çətinliklərindən və onun dəyişdirilməsinin vacib olma-
sından bəhs edən "Risale-ye rüşdiyyə" adlı kitab 
yazaraq çap etdirmişdir. Həmin kitab ona elə bir şöhrət 
və ad-san qazandırdı ki, sonda Peterburqda İranın 
səlahiyyətli nümayəndəsi təyin olundu.  
Miladi tarixi ilə 1899-cu ildə müharibənin qarşısı-
nın alınması  məqsədi ilə Haaqada dünya ölkələrinin 
nümayəndələrindən ibarət bir konfrans keçirildi. Hə-
min konfransda bağlanan sülh müqaviləsi sülhsevərlər 
tərəfindən yüksək qiymətləndirildi. Onlar elə guman 
edirdilər ki, bu addımla ümumi sülhə nail olunacaq. 
Ürfəüddövlə bu konfransa İran dövləti tərəfindən 
nümayəndə seçildi və o, "Sülh məsnəvis"i adlı bir şeir 
yazaraq onu bütün ölkələrin prezidentlərinə  və  rəh-
bərlərinə göndərdi.         
Konfrans ümumi sülhü qoruya bilməsə də, bəşəriy-
yət üçün faydalı  və  əhəmiyyətli bir addım atılmışdı. 
Ümumiyyətlə, yalnız sülh məqsədi ilə böyük və kiçik 
dövlətlərin nümayəndələrindən ibarət bir konfransın 
təşkil edilməsinin özü mühüm hadisə idi. Buna görə də 
Asiyanın kiçik bir dövlətinin nümayəndəsi olan Ür-
fəüddövlənin "Sülh məsnəvisi" yazması  və  əsərin  şai-
rin özü tərəfindən təbliğ edilməsi onun diqqət çəkmə-
sinə səbəb oldu və o, bir neçə dilə tərcümə olundu. 
Belçika Sülh Cəmiyyəti Ürfəuddövlənin beş büstü-
nü hazırlayıb, Lion Universitetinə, Belçika Sülh Cə-
miyyətinə, Ürfəuddövlənin özünün Tehranda təsis et-
diyi "Daniş" məktəbinə, Monako Universitetinin Qale-

 
 
188
reyasına, Monakodakı şahzadə Albert Beynəlxalq Sülh 
Cəmiyyətinə göndərdi. Belçikanın Lion Universiteti 
ona  Şərq  ədəbiyyatı sahəsində doktor, Paris Sülh Cə-
miyyəti isə "Prins sülh" adını verdi. Xülasə, qısa za-
man ərzində bizim mütərcimimiz bir əsər çap etdirmək 
sayəsində çox münasib mövqe, geniş populyarlıq, belə 
demək mümkünsə, dünya şöhrəti qazandı. Sülhsevərlər 
istəyirdilər ki, bu sahədə bir nəfəri məşhurlaşdırsınlar, 
o da bu insanın bəxtinə düşdü. 
Prins Ürfə "Sülh məsnəvisi"ndən  əlavə, farsca, 
türkcə, fransızca ondan artıq mənzum və mənsur risalə 
çap etdirib. O risalələr müfəssəl  şəkildə bizim tərtib 
etdiyimiz "Ürfənamə"də dərc olunub".
1
  
Öz  şeir divanında təkrar-təkrar Ürfəuddövləni 
mədh edən şəxslərdən biri də Mirzə Əli Ləli olmuşdur. 
Aşağıdakı qitə Mirzə Rzaxan səfirliyə göndəriləndə 
yazılmışdır: 
 
Ey Ürfəuddövlə, dövlət səndən razıdır, 
Sən həm prins rütbəsindəsən, həm də əşrəfsən. 
İndi ki, sən səfir və sərdar oldun  
Sənin vəsfində qələm qılınca dönüb. 
 
Məşhur Azərbaycan  şairi Mirzə  Əli Ləli hicri-
qəməri tarixi ilə 1252-ci ildə İrəvan şəhərində dünyaya 
göz açmış, 20 yaşında atası Hacı Ağa Mirzə ilə Təbrizə 
getmişdi. Alimin bacısı oğlu, mərhum Hüseynağa Nax-
çıvani Təbriz  Ədəbiyyat  İnstitutunun hicri-qəməri ta-
rixi ilə 1335-ci ilin baharında çap etdiyi jurnalda dayısı 
haqqında yazır: "Mirzə  Əli Ləli XIII əsrin ikinci 
yarısında və XIV əsrin əvvəllərində məşhur hikmət və 
                                                 
1
 Doktor Mehdi Müctəhidi. Recal-e Azərbaycan dər  əsr-e 
məşrutiyyət, səh.12 

 
 
189
ədəbiyyat bilicilərindən biri idi. Bu böyük alim həm də 
şeirdə fövqəladə istedada malik idi. Onun şeirləri sadə 
və aydın, dolaşıq fikirlərdən uzaq, eyni zamanda dil və 
üslub baxımından mükəmməl poeziya nümunələridir. 
Şair Xoydan İrəvana gəlmiş Hacı Həsən adlı bir şəxsə 
müraciətlə yazdığı  satirasında deyir: 
 
Görün, Hacı Həsən ağa nə qədər canə gəlib, 
Dayanmayıb bu qışı Xoydan İrəvanə gəlib. 
Bu vəxtidə onu qoymadılar çıxa evdən 
Görəsən, onlara nə üzr və bəhanə gəlib? 
Bəli, əgər İrəvan gərmsir olsaydı, 
Demək olurdu qışı şahsun Muğanə gəlib. 
Və ya olaydı bu yerdə bir övliya qəbri, 
Bərayi nəzir deyərdim bu astanə gəlib. 
Bu yer həmin İrəvandı ki, qışda daş çatlar 
Həmişə bu qış əlindən öz əhli canə gəlib.  
Yayı-yazı buraxıb qışda çıxmayan səfərə 
De, bir görüm sənə, ey bəndeyi-xuda, nə gəlib? 
 
Mərhum doktor Əbdülhadi Hairi Məhəmməd Nə-
dim İrəvaninin özünü və əsərini oxuculara təqdim edib. 
Onun yazdıqları barədə  qısaca danışacağıq. Doktor 
Hairi yazır: "Məhəmməd Nədim Barforuşinin (Hicri-
qəməri tarixi ilə 1241-ci ildə (miladi tarixi ilə 1825-ci 
ildə) vəfat etmişdir) Qərb tərəfindən istismarın geniş-
lənməsi müqabilində  və  İranda qarışıqlıq düşdüyü bir 
vaxtda idarəçilik, maliyyə və hərbi sahədə islahatların 
aparılması  təklifi ilə yazdığı  əsərlərin bəzisi təsir 
altında yazılsa da, lakin çox tutumlu, səlisdir.  O, Fətəli 
şahın sarayında kitabxanaçı, şahın qiraətçisi və nədimi 
olmuşdur. Onun atası Məhəmməd Kazım İrəvani Bar-
foruşi Ağa Məhəmməd xan Qacarın sarayında "xansa-
lar" kimi tanınırdı. Fətəli şahın nədimindən qalan yega-

 
 
190
nə kitab "Məfrəhül-qülub"dur. Onu İranda tapa bilmə-
dik. O, kitabın yeganə əlyazma nüsxəsi Britaniya mu-
zeyinin kitabxanasında qalıb... "Məfrəhül qülub"ün beş 
fəsli  əxlaq haqqındadır. Kitabın "Xatimə" adlanan 
bölməsi də beş məqalədən ibarətdir.
1
Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin